Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə95/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   91   92   93   94   95   96   97   98   ...   102

__________________Milli Kitabxana___________________ 

370 


 

Yazıq kəndli  şadlığından bilmədi ki, nə qayırsın, özünü yıxdı sarıqlının 

ayağına. Sarıqlı dedi: 

-- Sənin atını da, eşşəyini də cin oğurlayıbdır və cin də sənin bu libasındadır. 

Ona görə bu libası ovsunlamaq lazımdır. Və illa başına çox bəlalar gələr. 

Kəndli cin adını eşidən kimi dəlitək paltarını çıxardıb tulladı. Sarıqlı bir dua 

oxudu və dedi: 

-- Bir qədər yat. 

Onsuz da it kimi yorulmuş  kəndli başını yerə qoyan kimi yuxu basdı  və 

yuxsunda gördü ki, eşşəyi də, atı da tapılıb, kişnəyə-kişnəyə bunun yanına 

çapırlar. Kəndli sevindiyindən elə çığırdı ki, öz səsinə oyandı və oyanıb gördü ki, 

nə sarıqlı var, nə paltar. 

Binəvanı  dəhşət basdı.  Əlinə bir çomaq alıb özünü qoruya-qoruya kəndinə 

yetirdi. Xalq yığılıb dedilər ki, a kişi, dəli olubsan nədir? Lüt gəzib özünü 

qoruyursan?  

Dedi: 


-- Atımı  oğurladılar, eşşəyimi oğurladılar və paltarlarımı  oğurladılar.  İndi 

qorxuram ki, özümü də oğurlayalar. 

 



__________________Milli Kitabxana___________________ 

371 


 

 

 



 

 

Səhnəciklə






__________________Milli Kitabxana___________________ 

372 


 


__________________Milli Kitabxana___________________ 

373 


 

 

 

 

KƏLƏKBAZLAR 

 

M i r z ə Bədnamülməmalik ilə qaspadin İvanın söhbəti. 

B ə d n a m ülməmalik. Adə İvan,bu nə işdi ki,bizimbaşımıza gəldi? 

Q a s p a d in İvan. Əşi, Allah yapon Susimaya lənət eləsin ki, məni də, səni 

də kələyə saldı. 

B ə d n a m ülməmalik. Bu sən öl, doğrudur! Səni də məni də kələyə saldı! 

Qaspadin İvan. Yaxşı, bəs sənin fikrin nədir? 

B ə d n a m ü lməmalik. Fikrim?.. Əgər belə olsa, qoyub qaçmaq. 

İ v a n. Yox, mən qaçmaram, amma... sən öləsən, bu saat əhvalım çox 

yamandır, yenə  gəlib, kəsdiriblər qapını, yapişıblar boğazımdan, "ürəyimin 

dalında bir köpük pulum da yoxdur ki", barı soldat zor ilə özümü xilas eləyim. 

B ə d n a m ülməmalik. Buy, bəs mən səndən bir az borc pul istəyəcək idim, 

İvan dadaş! 

İ v a n. Əşi, sənin də borc istəməkdə heç əvəzin yoxdur! Gözlə, heç kimdən 

alma, sonra mən verərəm, qoy, görək bircə başımıza nə çarə  qılaq. (Bu hində 

bunların yanına ingilis Con-bol gəlir.) 

C o n - b o 1 (gülə-gülə). Hi, quyruğunuz qapı arasında qalıb, ay lotular! 

Bədnamül məmalik. Aman günüdür, Con-bol dadaş, gör bir əiac eləyə 

bilərsənmi?! 

İ v a n. Ey əbləh, elə kələyi sənin başına gətirən Con-bol deyil idimi? Sənin 

nökərlərin üzünə ağ olanda, onlara fisincan pilovu verən bu deyil idimi? 

C o n - b o 1 (bic-bic gülür və əllərini cibinə salıb, pul cınqıldadır). Sən nə 

bilirsən ki, Bədnamülməmalikin canını qurtaran da rnən olmayacağam? 

B ə d n a m ülməmalik. Bəli?! 

C o n - b o l. Vallah, sən öl, hələ deyəsən İvana da yaxşı köməyim dəyər! 

İ v a n. Görək yenə nə kələyin var? 

C o n - b o 1. Kələk filan yoxdur, doğru sözdür ki, deyirəm. 

İ v a n (bir az irəli durub). Axi nə qayıra bilərsən? 

Bədnamülməmalik (bir az irəli durub). Doğrudan danışırsan, yoxsa zarafat 

eləyirsən? 




__________________Milli Kitabxana___________________ 

374 


 

 C o n - b o 1. Yox, zarafat eləmirəm, qulaq asın deyim... Mirzə  Ələsgəri 

tanıyırsmız? 

İ v a n. Yaxşı tanıyıram! 

Bədnamülmemalik. Yəni bizim Mirzə Ələsgəri? Elə mən onu bu saat yerdə-

göydə axtarıram. 

C o n-bol. Yox, onu sən axtarma, çünki yanına qoymazlar, qoy elə bizdə 

qalsın. İş burdadır ki, onun sizin yerdə yaxşı nökərləri var. Belədir, belə deyil? 

İvan və Bədnam. Belədir, düzdür, doğrudur; amma nə olsun'? 

C o n - b o 1. Bir də sənin yerində mənim və haman bu İvanın bir neçə dəllal 

və dəlləkləri var. Belədirmi İvan? 

B ə d n a m. Belədir, düzdür, doğrudur, amma nə olsun? 

Con-bol. Ta nə var, nə olacaq, Mirzə  Ələsgər onlara deyir ki, nökərlərimə 

yazaram ki, Bədnamülməmalikin yerində bir qalmaqal salıb, sənin və  İvanın 

orada olan dollallarını və dəlləklərini xubunca əzsinlər. Onda mən ilə İvan əlbir 

olub, gələrik sizə və başlarıq sizin camaatı qırmağa ki, nə üçün bizim adamlara 

sataşırsınız. Onda araya bir vur-çatlasın düşər. Elə ki, vur-çatlasın düşdü, onda 

sən Bədnamülməmalik bir yanda öz bildiyini elərsən, o İvan da bu yanda öz 

bildiyini. Mən Con-bol da bir yanda öz bidiyimi elərəm və habelə  Bədnam 

dadaşın canını qurtararıq. O ki qaldı sənə, İvan, sən də boğazını üzən adamlara 

deyərsən ki, balam, hələ bir az gözlə, indi başım bərk qarışıqdır, qoyun sonra 

danışarıq. Onlar da baxıb görəcəkdirlər ki, doğrudan da sənin başın qarışıqdır, əl 

çəkib duracaqlar, ağlınız nə kəsir? 

B ə d n a m ülməmalik. Mən razıyam! 

İ v a n. Mən də razıyam! 

C o n - b o 1. De, buyurun gedək. 

(Gedirlər.) 

 

 

HÖKUMƏT VƏ DUMA 

 

Bir pərdəli komediya 

 

Hökumət (minnət gözləmək səsilə). Hə, lotu gördün? Yenə  səni çağırdım, 



yığdım Peterburqa, yaxşı elədimmi? 

D u m a. Yaxşı elədin, ancaq təvəqqe edirəm ki, mənə minnət qoymayasan. 




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə