Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə96/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   92   93   94   95   96   97   98   99   ...   102

__________________Milli Kitabxana___________________ 

375 


 

H ö k u m ə t (guya inciyib). Hə! Sözünə bax, mən ölüm. Di gəl bundan sonra 

xalqa yaxşılıq elə! 

D u m a. Sən bizi ondan ötrü yığdın ki, çünki daim... 

H ö k u m ə t {öz-özünə). Tazadan işə düşmədim?! (Dumaya) Yaxşı, indi 

sənin sözün nədir? 

D u m a. Sözüm odur ki, hələ irəli otur hesab çəkək. 

Hokumət (öz-özünə). Bu nə kələk idi, abaşınıza dönüm! (Dumaya) Balam, nə 

hesab? 

D u m a. Necə nə hesab? Bəs bizi şoraba qoymağa çağırmısan? 



H ö k u m ə t. Yox əşi, bir gəlin məni də döyün, vallah zərrə qədər sizdən 

qorxmuram. 

D u m a. Əlbəttə, sən bir igid oğlansan, sənin yaxşı voyenni polojeniyaların 

var, ondan "voyenni polevoy sudların var, qərəz çox zirəksən. Ancaq bunların 

hələ mətləbə dəxli yoxdur. Sən bir gəl əvvəl hesabımızı çəkək, sonra igidliyindən 

dəm vurarsan. 

Hökumət. Ağzına bax, mən ölum, uşaqcıq! Mən yekəlikdə kişi durub sizə 

hesab verəcəyəm. 

D u m a. Uşaqcığıq, ya hər nəyik - sən yığmısan, amma hər halda biz hesab 

dərsini çox yaxşı bilirik, arxayın ol, bizi aldada bilməzsən. 

H ö k    u m ə t (öz-özünə). Lənət sənə kor şeytan, dayna, bu nə qələt idi ki, 

mən elədim; təki, əvvəlki dumanı mən heç qovmayaydım. (Dumaya) Balam, axı 

vallah, billah, siz hələ mən biləni bilmirsiniz. Mənim ayağım biləni sizin başınız 

bilmir, nahaq yerə  mənə  də, özünüzə  də  zəhmət verməyin, hesab nədir, zad 

nədir, qoy mən bildiyimi eləyim, siz də deyin ki, bəli, dürüst buyurursunuz, siz 

deyəndir!.. 

Duma (baş barmağını  səhadət ilə orta barmağının arasından çıxarıb deyir). 

Ala! Yaxşı zurna çalırsan, amma heyif ki, səsi çıxmır! Təvəqqe eləyirik ki, əngəl 

eləməyəsən. Qurtar! Bizə hesab ver görək. 

Hökumət. Adə, vallah dinc oturun, yoxsa, and olsun o Fon-Plevenin goruna, 

o Trepovun qəbrinə, o Pobedonosstevin baş daşına ki, durub sizi qovaram. 

D u m a. Bilirsən nə var, aşna, biz qovulmaqdan, filandan qorxan adam 

deyilik və sənə də bunu deyirik ki, bax, əvvəlinci duma səninlə ancaq güləşməyə 

hazırlaşırdı ki, sən nahaq yerə onu qovdun, sonra da min cürə biclik edib bizi 

çağırdın. Amma özün görürsən ki, bicliyin baş tutmadı. Çünki biz gələn kimi 

yapışdıq sənin qollarından, əgər bizi də qovub, üçüncü duma çağırsan inan ki, o 

da gəlib yapışacaqdır xırp sə- 



__________________Milli Kitabxana___________________ 

376 


 

nin büğazından özün də qalacaqsan udquna-udquna. Ona görə elə yaxşısı budur 

ki, heç o yan-bu yan eləməyib, oturasan yerə  və biz soruşaq, sən də cavab 

verəsən. 

Hökumət (bilmir nə qayırsın, gah ah çəkir, gah zaylanır və öz başına döyür). 

Evin yıxılsın fələk, bu nə kələk idi ki, məni saldın? Bu nə iş idi mənim başıma 

gətirdin. (Bu əsnada, "əsli rus " adamlarmdan Pruşheviç meydana çıxıb, dumaya 

tərəf qışqırır.)  Əşi, siz nə çox hırt-hırt edirsiniz, hökumət doğru deyir də  nə 

karasınız ki, gəlib ondan hesab çəkirsiniz? Hesaba qalsa, mən sizdən min cür 

hesab istərəm. Hələ bir deyin görüm, qaradavoy Qançlovu kim öldürübdür? 

Hökumət (sevinir). Hə, bərəkallah, sən öl, bax bu mənim işimi tikdi, ha 

qoçum Pruşkeviç! 

D u m a (Pnışkeviçə). Sən nə hədyan eləyirsən? Pravakator oğlu pravakator! 

İtil bu saat buradan - sürün! 

Pruşkeviç. Məni qovursunuz? Məni. 

Duma. Rədd ol, sürük burdan xuliqan belindən gəlmiş!  İtil! {Pruşkeviçi 

itələyib, hökumət bikef olur və öz-özünə deyir;) 

H ö k u m ə t. Heç nə, işlər xarab oldu, kələk baş tutmadı, indi mən nə 

qayırım. Paxırlar açılacaq. 

Qovum - vay! 

Qovmayım - vay! 

Hesab verım-vay! 

Verməyim-vay! 

Çay, Dunay, Uxay. 

May, Cuhud, voyenni polevoy sud... 

(Burada pərdə düşür.) 

 

DUMANIN HALI 

 

Bu yaxınlarda dumadan bəzi qəvanin və tənzimata dair bir islahat gözləmək 

hələ  çətindir; çünki duma qanunsuz bir müəssisə mövqeyini hələ  işğal 

eləməyibdir. 

Söz yoxdur ki, üzvlər məhəllərdən seçilib Peterburqa tərəf getdikləri zaman, 

birinci dəfə  yığılıb da qanunsuz bir heyət təşkil edəcəklərinə  əmin idilər; onlar 

özlərini həmin seçildikləri gündən qanun və tənzimat yapacaq bir işçi bilib, bu 

niyyət ilə  də seçilmişdilər; lakin, baş  vəzir Stolıpin kabinəsinin dumaya qarşı 

ittixaz etdiyi rəftar və göstər- 

 



__________________Milli Kitabxana___________________ 

377 


 

diyi münasibət bunu aşkar etdi ki, duma özünə nə tövr baxacaqsa baxsın, amma 

hökumət isə onun qanunsuz bir müəssisə olduğuna hələ bu tezlik ilə inanmaq 

istəməyir. 

Orası məlumdur ki, hökumət şurişə gəlmiş olan məmləkəti təskin etmək üçün 

"dinməyin, sizin üçün məclisi-məbusan açacağam" dedikdə,  şübhəsiz, həmin 

məclisi-məbusanın qanunsaz bir müəssisə olacağını  dəxi bildirirdi və onsuz da 

elə, bu hər kəsə  məlum idi. Lakin görünür ki, hökumət bir cür vədə verib də, 

özgə cürə ifa etmək fikrində imiş, yəni indiyə  qədər yalnız bir özünə müxtəss 

bildiyi qanunsazlığı bu tələsiklə  məclisi-məbusana tərk edib, kənara çəkilmək 

niyyətindən uzaq imiş. Firqə  və partiyalar arasında ümumiyyətcə böyük bir 

həmrəylik ilə məşhur olan birinci duma əvvəlinci günü hökumətə öz mövqe və 

vəzifəsini göstərib həman vəzifəni ifadə  də sabitqədəm olacağını  qəti 

nümayişlərilə elan etdi. Hökumət bunun üstündə onu qovdu və qovub da ümidini 

ikinci dumanın "sözü yatan" olacağına bağladı və bu ümidin hüsulu üçün birinci 

intixab nizamlarını  təqyir edib, seçki işində verilmiş olan bir para ixtiyarları 

təbdü etdi; yəni o surətə salmaq istədi ki, intixabatın nəticəsində ikinci dumanın 

üzvləri əksərən "əsil rus" adamlarından və yaxud ittilaat və məlumatı - siyasiləri 

az olan "bitərəflər"dən olsun; lakin hökumət aldandı, çünki o cürə adamlar 

Rusiyada ços az tapıldı. Amma bainhəmə hökumət belə bir sifət göstərir ki, guya 

öz aldanmasına inanmaq istəməyir. Bu səbəbə görə də duma üzvlərini siyasətcə 

bir şey başa düşməyib, qanmaz olmaqlıqda zəmm edir və bununla dəxi o tərəfə 

işarə etmək istəyir ki, belə, qanmaz və qanacaqsız dumadan qanunsuz bir 

müəssisə ola bilməz; ona görə bu cür durnanın işi ancaq vəzirlər tərəfindən 

sazlanan qanunları bilamübahisə və müzakirə təsdiq etmək olmalıdır. 

Lakin duma vəzirlərin bu biəsas sözlərinə cavab verə bilməyəcək qədər cahil 

olmadığına görə, hökumət ancaq başını bulayıb çiynini atmağa məcbur olur. 

Məlumdur ya, əgər dumanın üzvləri siyasətcə cahildirlərsə, bütün təqsir 

hökumətin özündədir, çünki özü qəsdlə sədlər qurub əqilli və müttəle şəxslərin 

dumaya daxil olmaq yolunu kəsdi. 

Bundan masəva, hökumətin dumanı  əsassız sözlərlə  zəmm etməkdə haqlı 

olmadığına bir dəlil burasıdır ki, duma özü kəndisinin bəzi əhəmm məsələlərdə 

filhəqiqə bir o qədər əhəmiyyətli olmadığını etiraf edərək, hökumətə təklif edirki, 

haman məsələlərin müzakirə və tədqiqi üçün təşkil olunmuş xüsusi komisyonlara 

kənardan əhəmiy- 

    



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə