Uşaq Kitabxanası



Yüklə 383,49 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix04.11.2017
ölçüsü383,49 Kb.
#8408
1   ...   7   8   9   10   11   12   13   14   15

37 

 

məhz  onlar  doğma  torpaqlarının  azad 



olunması üçün ilk addımı atacaqlar”  

I aparıcı:   

Şəhidlər  xiyabanı  respublikamızın 

bütün  məktəbliləri  üçün  əsl  birlik  və 

həmrəylik, 

mərdlik 


və 

cəsarət 


məbədinə  çevrilib.  Ulu  öndərimizin 

dediyi 


kimi, 

"Biz 


hərbi 

vətənpərvərliyi 

hər 

şeydən  öncə 



Şəhidlər 

xiyabanında 

əbədiyyət 

yuxusuna getmiş, bugünkü azadlıq və 

müstəqilliyimizin  polad  təməlçiləri 

olmuş, öz fədakarlıqları ilə xalqımızın 

qəhrəmanlıq 

salnaməsinə 

şanlı 

səhifələr 



yazmış 

igidlərimizdən 

öyrənməli, 

onlardan 

ibrət 

götürməliyik".  



II aparıcı:  

Şəhidlər tarixin sönməyən çıraqlarıdır. 

Onlar  daim  azadlıq  uğrunda  çırpınan 

yolumuza işıq saçırlar. Vətən yolunda, 

milllət 

yolunda 


şəhid 

olanlar 


ölməzdir.  Vətən  Təbriz  kimi,  Çingiz 

kimi, Əlif kimi, Salatın kimi, Mübariz 

kimi... 

qəhrəmanlarını 

heç  vaxt 

unutmayacaq. 

I aparıcı:       

Torpaqlarımızsa  şəhid  olmamalıdır! 

Babalarımız 

bu 


torpağı 

quduz 


düşmənlərin 

əlindən 


ona 

görə 


qorumayıblar  ki,  onu  əsrin  ermənilik 

bəlasına qurban verək.  

 

 

 




38 

 

II aparıcı:    



Vətən  şəhid  olsa  nə  cavab  verərik 

meydanda  anasının  qucağında  “öldü 

var, döndü yoxdu” qışqıran körpəyə?  

Yox,  türk  oğlu,  yox!  Sən  vətən 

torpağını 

şəhid 


olmağa 

qoymayacaqsan! 

Gəl 

and 


içək 

hamımız,  kimin  damarında  türk  qanı  

axırsa,  and  içsin  ki,  dünyanı 

dünyalığından  çıxarmaq  istəyənlərin 

əli torpağımızdan kəsiləcək. And içək 

ki,  şəhidlərimizin  torpağımızın  göz 

yaşına  dönən    hər  damla  qanına  əvəz 

çıxılacaq.  Və  bir  də  and  içək  ki,  bu 

and  içdiyimiz  andların  heç  birinə 

bənzəməyəcək. 

                        

And içək... 

 

(İki oxucu Ələmdar Quluzadənin “Hərbi and” şeirini 



söyləyir). 

 

I oxucu: 



  

Qəhrəman Mehdilərə, 

 

  

Həzilərə həsədim, 



Cəbhələrdən dönməyən 

Atalara həsrətim –  

Hərbi andımdır mənim. 

 

Ünvansz ölənləri 



Axı, necə unudum? 

Bir naməlum əsgərin 

Qəbri üstdə sükutum –  

Hərbi andımdır mənim 

 

II oxucu: 



 

İnsanın od-alovlu 

Tarixlərə heyrəti, 



39 

 

Anaların qırğına, 



Sülhün hərbə nifrəti –  

Hərbi andımdır mənim. 

 

Mənə səadət verən 



Vətənə sədaqətim, 

Məni vətənə verən 

Anama məhəbbətim –  

Hərbi andımdır mənim. 

 

(S.Nuruqızının “Qisas” povestindən qısa səhnəcik 



göstərilir. Sonra iki oxucu Məmməd Arazın 

“Bizi Vətən çağırır!” şeirini söyləyir.). 

 

I aparıcı: 



Vətənpərvərlik  Vətənə,  doğma  torpağa, 

xalqa, 


onun 

dilinə, 


adət-ənənələrinə, 

mədəniyyətinə  məhəbbət  deməkdir.  Əsl 

vətəndaş  isə  Vətənin  içində  gəzən  yox, 

Vətənin özünü öz içində gəzdirəndir.  

II aparıcı: 

Əsl  Vətəndaş  Vətəni  ana  qədər  sevən, 

əzizləyən,  qoruyandır.  Gəlin,  biz  də  əsl 

vətəndaş  olmaq  üçün  Vətənimizi  göz-

bəbəyimiz  kimi  qoruyaq.  Çünki,  Vətən  hər 

şeydən  ucadır!  Bunu  hər  bir  kəs  dərk 

etməlidir. Onda yenilməz olarıq! 

 

II aparıcı: 

 Azərbaycanı sevin, sevin Azərbaycanı, 

                       Bu gün odlu sevgiyə onun ehtiyacı var... 

                       Sevin, odum, ocağım, evim Azərbaycanı, 

                       İndiki dərdlərinə eşqimiz əlac olar... 

                       Yaraları göynəyir, yaraları sızlayır, 

                       Bu millətin qeyrətli oğulları, qızları,   

                      Sevgimiz xilas edər bu gün Azərbaycanı, 

                      Azərbaycanı sevin, sevin Azərbaycanı... 




40 

 

                      Adını uca tutun hər arzudan, diləkdən, 



                      Doymayın, usanmayın ona ana deməkdən... 

                      O bizim hamımızın həyəcanı, harayı, 

                      Bir də axı kim yanar ona bizdən savayı?... 

                      O bizim ruhumuzda, o bizim qanımızda, 

                     Yalnız biz keçməliyik uğrunda canımızdan. 

                     Can istəsə can verin, sevin Azərbaycanı, 

                    Qan istəsə qan verin, sevin Azərbaycanı... 

Sözləri  Ənvər  Əlibəylinin,  musiqisi  Rauf  Hacıyevin 

“Azərbaycanım”  mahnısını  oxucular  ifa  edirlər.  ”Tədbir 

C.Quliyevin “Əsgər marşı”nın səslənməsi ilə bitir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 383,49 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə