Uot 902 İlyas babayev (amea arxeologiya və Etnoqrafiya İnstitutu) Hİdayət cəFƏrov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix04.07.2018
ölçüsü1 Mb.
#53509
1   2   3   4   5   6   7

8

Известия  НАН Азербайджана.  Серия общественных наук,  2017,  №3

bilərdi.  Burada  maldarlıq,  böyük  suvarma  ka­

nalları  çəkmədən  əkinçiliklə  məşğul  olmaq 

üçün əlverişli şərait var idi.

Arxeoloji  tətqiqatlar  göstərir  ki,  o  zaman 

Qafqaz regionunda, o cümlədən Azərbaycan və 

onun  Qarabağ  bölgəsində  istehsal  təsərrüfatı- 

əkinçilik  və  maldarlıq  öz  dövrünə  görə  yüksək 

inkişaf etmişdi,  əhali  müxtəlif dənli  bitkilər ye­

tişdirir,  bir  çox  heyvanları  əhilləşdirərək  hey­

vandarlıqla məşğul olurdu.

Bu dövrdə ovçuluq və toplayıcılıq yardımçı 

təssərrüfat  sahələri  idi.  Qazıntılar zamanı  yaşa­

yış  yerlərində  çoxlu əmək  alətləri  tapılır.  Onlar 

əsasən  çaxmaq  daşı,  obsidian  və  digər  bərk 

daşlardan,  heyvan  sümüklərindən  hazırlanmış­

dır.  Əlbətdə,  o  dövrdə  alətlər,  silah  hazırlamaq 

üçün  ağac  materialından  da  istifadə  etmişlər. 

Lakm  ağacdan  hazırlanan  əmək  alətləri  və  si­

lahlar qalmamışdır.

O  dövrdə  istifadə  olunan  müxtəlif  ölçülü 

və  həcmli  gil  qabların  hamısı  əldə  formalaşdı­

rılmışdır.  Onların  gilinin tərkibinə  saman  qatıl­

mışdır.  Qabların  üstü  anqobla  örtülərək,  yün­

gülcə  cilalanmışdır.  Bəzi  qabların  üstü  batıq­

larla da naxışlanmışdır.  Leyla təpə mədəniyyəti 

abidələrinin  saxsı  qabları  həm  forma,  həm  çe­

şidləmə,  həm  də  naxışlama  baxımından  daha 

zəngindir.  Primitiv  dulus  çarxının  tətbiqinə  də 

başlanılmışdır.  Metal  əşyalar  daha  çoxdur. 

Tədqiqatçıların  fikrincə  Azərbaycanda  ilk  tunc 

dövrü  mədəniyyətinin  köklərinin,  onun  təşək­

külü prosesinin araşdırılmasında Leyla təpə tip­

li abidələr böyük rol oynaya bilər [6, s. 24, 27].

İlk tunc dövrü abidələri

Təmiz mis çox yumşaq olduğu üçün ondan 

hazırlanan  əmək  alətləri  tez  əzilir,  işə  yaramır­

dı.  Belə metal əsasən bəzək predmetləri  düzəlt­

mək üçün istifadə olunurdu.

Sonralar insanlar misə çox az miqdarda qa- 

tışıqlar,  əsasən  mişyak  (mərgümüş),  nikel,  qur­

ğuşun,  sink,  daha sonra  qalay  (3-4%) qatmaqla 

tunc əldə etməyi öyrəndilər.  Belə metalın ərimə 

temperaturu  xeyli  aşağı  düşür  və  o  bərkiyərək 

əmək  alətləri  hazırlamağa  yararlı  olurdu.  Qatı- 

şıq  çox  olanda  metal  elastikliyini  itirərək  köv­

rək  olur  və  sınırdı.  Tuncdan  əmək  alətəri  və 

silahlar hazırlanırdı.  Tuncdan istifadə  cəmiyyə­

tin ictimai  quruluşuna, həyat tərzinə, təssərrüfat 

həyatına güclü təsir göstərdi.

Qarabağda,  Azərbaycanın  başqa  bölgələ­

rində olduğu kimi, tunc dövrü abidələri yaşayış 

yerləri və qəbir abidələrindən ibarətdir.  Təpələr 

şəkilində  qalan  ilk  tunc  dövrü  yaşayış  yerləri, 

zahirən  eneolit  dövrü  yaşayış  yerlərindən  fərq­

lənmirlər.  Lakin  bu yaşayış  yerləri  daha çox  su 

ehtiyatı,  bol  olan  yerlərdə  yerləşirlər.  Bununla 

bağlı  ətraflı  məlumat  üçün  Q.İsmayılzadə[25] 

və  Hidayət  Cəfərovun  [5]  müvafiq  əsərlərində 

kifayət qədər məlumat verilib. Bu  dövrün yaşa­

yış  yerləri  eneolit  dövrü  yaşayış  yerlərindən 

sayca  azdırlar.  Tədqiqatçıların  fikrinə  görə  bu­

nun  səbəblərindən  biri  iqlimin  dəyişməsi  ilə 

əlaqədar düzən Qarabağda bəzi daimi su hövzə­

lərinin quruması  idi.  Lakin bunun başqa səbəb­

ləridə ola bilərdi. İlk tunc dövründən başlayaraq 

yerli  qəbilələrin  həyatında  güclü  sosial-iqtisadi 

dəyişikliklər  baş  verir,  onlann  vərdiş  olunmuş, 

müəyyən  dərəcədə  sakit  təsərrüfat həyatı pozu­

lurdu [5, s.  16].

İqtisadi  cəhətdən  bu,  heyvandarlığın  inki­

şafı,  ev  heyvanlarının  (əsaəsn  xırda  buyunzlu 

heyvanların)  sayının çoxalması,  bununla əlaqə­

dar  yeni  otlaq  sahələrinə  ehtiyacın  artması  da 

ola  bilərdi.  Bu  dövrdə  əvvəlcə  dağətəyi,  sonra 

isə  dağlıq  ərazinin  mənimsənilməsi  başlanır. 

Sosial  planda  qəbilənin  varlı  təbəqəsinin  ayrıl­

ması  müşahidə olunur,  mülkü  bərabərsizlik,  ic­

timai quruluşda təbəqələşmə əmələ gələrək get- 

dikçə  dərinləşir.  İctimai  həyatda  patriarxal  hə­

yat  tərzi  yaranıb  inkişaf  edir.  Bütün  bunların 

nəticəsində  qəbilə  ittifaqlarının  yaranması  baş 

verir.  Belə  vəziyyətdə  qəbilə  ittifaqlarının  ya­

şayış yerləri bu dövrdə daha böyük sahəni əhatə 

edir  və  onlar  bir-neçə  xırda  yaşayış  yerlərini 

özündə  birləşdirir.  Cəmiyyətin  ictimai  həyatın­

da bütün bu dəyişikliklər Qarabağın həm düzən

həmdə  dağlıq  hissələrinin  abidələrinin  tədqiqi 

zaman çox yaxşı müşahidə olunur [5, s.  16]

Qarabağın  ilk  tunc  dövrü  abidələrinin  ən 

parlaq nümunələrindən biri  Q.İsmayılovun təd­

qiq  etdiyi  çoxtəbəqəli  Qaraköpəktəpə  yaşayış 

yeridir  [25].  Bu  yaşayış yerində  ilk  tunc  dövrü 

təbəqəsinin  qalınlığı  7  m-dən  çoxdur.  Yaşayış 

yerində qazıntılar zamanı  ilk tunc dövrünün er­

kən  mərhələsinə  aid  qatda dairəvi  (A  təbəqəsi)

XƏBƏRLƏR 

•  


TRANSACTIONS 

•  


ИЗВЕСТИЯ


Azərbaycan  MEA-nın Xəbərləri.  İctimai elmlər seriyası,  2017,  №3

9

və  inkişaf  etmiş  (B  təbəqəsi)  dövrünə  aid  isə 



dördbucaqlı  tikililər,  çox  saylı  və  müxtəlif 

məişət  qalıqları  aşkar  edilmişdir.  Bu  qalıqlar, 

habelə  cürbəcür  artefaktlar  tikinti  texnikasının, 

saxsı  məmulatı  istehsalının,  metallurgiya  və 

metalişləmənin,  toxuculuğun,  daşişləmənin  və 

digər  sənətkarlıq  sahələrinin  inkişaf prosessini 

izləməyə imkan verir.

İlk  tunc  dövrü  ilə  eneolit  arasında  əlaqəni 

izləmək  üçün  müəyyən  qədər  Qarabağ  düzün- 

dəki yuxarıda adı  çəkilən Leylatəpə yaşayış ye­

rinin  qazıntıları  zamanı  alman  nəticələrə  əsas­

lanmaq olar. Bu məqalənin müəlliflərindən olan 

Hidayət  Cəfərov  bu  məsələdə  çox  israrlıdır  [5, 

s.  27].  Orada aşkar edilən tikinti qalıqları, mad­

di mədəniyyət nümünələri  Qarabağın digər abi­

dələrindən  əsaslı  şəkildə  fərqlənirlər.  Bu  abi­

dədə tamamilə başqa mədəniyyətin elementləri, 

başqa ənənələr izlənirki, onların elmi izahm hə­

lə başa çatmış hesab etmək olmaz.

Qarabağın  ilk  tunc  dövrünə  aid  digər  abi­

dələrində  (Göytəpə,  Qaratacılı,  Cüttəpə,  Üç- 

oğlan,  Gərtəpə,  Dəyirmanyeri,  Ağtəpə,  Sarıca- 

lalı tayı və s.) hələlik əsaslı qazıntılar aparılma­

mışdır.  Lakin  bu  yaşayış  yerlərində  kiçik  kəş­

fiyyat qazıntıları  göstərir ki,  onların mədəni tə­

bəqələrinin  materiallarında  Qarabağın  erkən 

tunc dövrünə xas olan ümumi cəhətlər izlənir.

Bu abidələrdən Ağdam rayonunda Qarabağ 

at zavodunun mərkəzi  məntəqəsinin yaxınlığın­

da yerləşən Göytəpə yaşayış  yeri  daha çox  diq­

qəti  cəlb  edir.  Yaşayış  yeri  şimali-şərqdən  cə- 

nubi-qərbə  doğru  uzanan  250  m.  uzunluğunda, 

8  m hündürlükdədir.  Onun alt təbəqəsi  ilk tunc 

dövrünə,  orta və üst təbəqələri orta və son tunc 

dövrlərinə  aiddir.  İlk  tunc  dövrü  təbəqəsinin 

saxsı  məmulatı  nazik  divarlı,  qararəngli  cilalı 

qablardan  ibarət  olaraq  Kür-Araz  mədəniyyəti­

nin inkişaf və son mərhələri üçün səciyyəvidir.

Qarabağ  düzünün  ilk  tunc  dövrü  abidələ­

rinin  arasında  mədəni  təbəqəsinin  qalınlığı  ilə 

(8 m.  yaxın) Cüttəpə yaşayış yeri (Ağcabədi ra­

yonu) xüsusi  yer  tutur.  Belə  oxşar təbəqəli,  la­

kin  mədəni  təbəqəsinin  nisbətən  nazik  olması 

ilə (3  m-ə  qədər) fərqlənən 2 hektar sahəsi  olan 

başqa bir yaşayış yeri  Qarahacılı  abidəsidir.  Bu 

yaşayış yeri Ağdam şəhərindən qərbdə yerləşir. 

Hər iki  yaşayış yerlərinin  saxsı məmulatı,  onun

hazırlanma  texnikası  və  naxışlanması  ilə  (da­

raqla  işlənmələri,  əsaəsn  şabalıt  rəngli  anqobla 

örtülməsi)  oxşarlıq  təşkil  edir.  Hər  iki  yaşayış 

yeri  ilk  tunc  dövrünün  başlanğıc  mərhələsinə 

aiddir  [5,  s.  16-17,  21-22].  Tədqiqatçılar bu  tip 

abidələrin  eneolit  və  ilk  tunc  dövrü  arasındakı 

genetik bağlılığı  izləməyə  imkan verdiyini  vur- 

ğulayırlar [5, s. 25-27].

Ağdam  rayonunun  Sarıçoban  kəndi  yanın­

dakı Üçoğlan, Ağcabədi rayonundakı Dəyirman 

yeri yaşayış yerləri xronoloji cəhətdən Qarahacı 

və Cüttəpə yaşayış yerlərinə yaxındırlar.

Bərdə rayonunun Şatırlı kəndi yaxınlığında 

yerləşən bir təbəqəli  Şortəpə yaşayış yeri  də  bu 

dövrün  abidələrini  öyrənmək  üçün  maraqlıdır. 

Orada  kəşfiyyat  qazıntıları  zamanı  düzbucaqlı 

planlı  yaşayış  binalarının  qalıqları  aşkar  edil­

mişdir.  Burada toplanan  qara və  qaracilalı,  bə­

zən  qırmızımtıl  sarı  rəngli  yarımşar  formalı 

qulplu  qablar,  ocaq  qurğuları  və  s.  tapıntılar 

Kür-Araz  mədəniyyətinin  inkişaf etmiş  və  son 

mərhələləri üçün səciyyəvidirlər.

Şortəpədə tapılan balta qəlibi yaşyeri əhali­

sinin metalişləmə sənəti ilə də məşqul olduğunu 

sübut  edir.  Bundan  başqa  burada  tapılan  əmək 

alətləri  (daş  balta,  dəndaşlan,  obsidian  alətlər) 

ahalinin  oturaq  əkinçilik  təsərrüfatı  ilə  məşğul 

olduğunu göstərir [5, s. 22-24].

Qarabağın  ilk  tunc  dövrü  qəbir  abidələri 

yaşayış  yerlərinə  nisbətən  daha  əsaslı  öyrənil­

mişdir.  Onların  arasında  Y.İ.  Hümmelin tədqiq 

etdiyi, Xankəndinin şimalında yerləşən kurqan­

lar (№  103,119,125)  xüsusi yer tuturlar (şək.6- 

7).  Kurqanların diametri  15-24 m olmaqla kiçik 

daş  örtükləri  olmuşdur.  Onların  altında  4-5  m 

diametri və girişi olan qəbir kameraları yerləşir. 

Onlarda kollektiv dəfn  mərasimi müşahidə olu­

nur.  Kurqanların  hamısında  eyni  tipli,  əldə  ha­

zırlanan  müxtəlif gil  qablar  (toxuma  parça  izli 

gil qab nümunələridə vardır),  daş,  ox uduqları, 

həvəng,  asmalar,  toppuz  başlığı,  arxaik  tunc 

xəncərlər,  qızıl  bəzək  şeyləri  və  s.  tapılmışdır 

[16, s.  15-21].

Xankəndi  kurqanlarının  bütün  tapıntıları 

onları  Kür-Araz  mədəniyyətinin  başlanğıc  mər­

hələsinə aid etməyə imkan verir.  Onların arasın­

da  125  №-li  kurqan  və  adsız  kurqan  seçilirlər. 

Xankəndi kurqanları göstərir ki, e.ə III minilliyin

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 



•  

ИЗВЕСТИЯ



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə