Uot 902 İlyas babayev (amea arxeologiya və Etnoqrafiya İnstitutu) Hİdayət cəFƏrov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix04.07.2018
ölçüsü1 Mb.
#53509
  1   2   3   4   5   6   7


4

Известия  НАН Азербайджана.  Серия общественных наук,  2017,  №3



UOT 902

İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu) 

HİDAYƏT CƏFƏROV (Azərbaycan Dövlət İqtisad Universiteti -  UNEC) 

DİANA CƏFƏROVA  (Azərbaycan Dövlət İqtisad Universiteti -  UNEC)

QARABAĞIN ARXEOLOJİ ABİDƏLƏRİ ƏN QƏDİM ZAMANLARDAN

b.e. IV ƏSRİNƏ QƏDƏR

Açar sözdər: Azərbaycan,  Qarabağ,  abidələr,  xronologiya,  artefaktlar

Azərbaycanın  yaşayış  üçün  əlverişli  təbii- 

coqrafı  şəraiti  qədim  daş  dövründən  (paleolit) 

burada  insanların  məskunlaşmasına  imkan  ver­

mişdir. Təsadüfi deyildir ki, Azərbaycanın bütün 

bölgələrində tarixin müxtəlif dövrlərinə aid çox­

saylı  arxeoloji  abidələr  aşkar  edilir.  Bu  abidə­

lərin ən qədimlərinin yaşı milyon illərlə ölçülür.

Arxeoloji  abidələrlə  çox  zəngin  olan  Azər­

baycan bölgələrindən biri  də Qarabağdır.  Kür və 

Araz çayları arasında yerləşən bu bölgənin yaşa­

yış üçün çox əlverişli iqlimi və münbit torpaqları 

vardır.  Qarabağ  bütün tarixi  dövrlərdə Azərbay­

canın  ayrılmaz  hissəsi  olmuşdur.  Ən  qədim  daş 

dövründən  başlayaraq  bütün  sonrakı  dövrlərdə 

də  bu  bölgənin  maddi  mədəniyyəti  Azərbayca­

nın digər bölgələrinin maddi mədəniyyəti ilə ey­

niyyət  təşkil  edir.  Qarabağ  toponimi  isə  xalis 

türk  mənşəli  olub  orta  əsrlərdə  yaranmışdır  [8; 

31; 39, s. 113; 36, s.  120-123;  11, s.  133].

Antik  və  ilk  orta  əsrlər  dövrlərində  Qa­

rabağ  ərazisi  qədim  Azərbaycan  dövləti  olan 

Qafqaz  Albaniyasının tərkibinə  daxil  idi.  XVI- 

XVII  əsrlərdə  Qarabağ  mərkəzi  Gəncə  olan 

bəylərbəyliyi kimi Azərbaycanın  Səfəvilər döv­

lətinin tərkibinə daxil olan dörd bölgəsindən bi­

ri olmuş və XVIII əsrdə bu bəylərbəylik əsasın­

da Qarabağ xanlığı yaranmışdı [31;  8].

Aran  (düzən)  və  dağlıq  hissələrdən  ibarət 

olan  Qarabağın  bütün  ərazisi  tarixin  müxtəlif 

dövrlərinə  aid  arxeoloji  abidələrlə  zəngindir. 

Qarabağ  bölgəsi  arxeoloji  abidələrinin  daha 

yaxşı öyrənilməsi ilə də seçilir.  Bu abidələr hə­

lə  XIX  əsrdən  tədqiqatçıların  diqqətini  cəlb  et­

mişdir.  Qarabağın  arxeoloji  abidələri  haqqında 

ilk  dəfə  ətraflı  məlumatı  S.Veyssenqof vermiş­

dir  [14,  s.  64-69].  Təkcə  Azərbaycanda  deyil

bütün Avrasiya ərazisində ən qədim insan məs­

kənləri  də  Qarabağda  aşkar  edilib  öyrənilmişd­

ir.  1891-1898-ci  illərdə  Şuşada  Realni  məktə­

bində  müəllim  işləyən  mənşəcə  alman  olan 

E.Resler  Qarabağda  tunc  dövrünə  aid  çoxlu 

qəbir  abidələrini  qeydə  alaraq  tədqiq  etmişdi. 

Buraya Şuşa və  atrafı,  Daşaltı,  Çanaxçı,  Mehti- 

kənd,  Axuaxı,  Ballıqaya,  Sırxavənd,  Xaçmçay, 

Qarabulaq,  Gülablı və  s.  daxildir.  Onun Xocalı 

qəbiristanlığında  apardığı  tədqiqatlar  daha  çox 

diqqəti cəlb edib [5, s. 6-7].

1896-cı  ildə  Moskva  Arxeologiya  Cəmiy­

yəti  tərəfindən  Cənubi  Qafqaza  ezam  olunan 

A.A.İvanovski  Xocalıda  və  bir  sıra  başqa  qə­

dim  abidələrdə  arxeoloji  qazıntılar  aparmışdır 

[22, s.  143-187].

Qarabağm  arxeoloji  abidələrinin  öyrənil­

məsində əsas dönüş  1926-cı ildə başlandı.  O za­

man Azərbaycanı  Tədqiq  edən və  Öyrənən Cə­

miyyətin  rus  alimi  akademik  İ.İ.Meşşaninovun 

başçılığı və azərbaycanlı alimlərin (İ.Cəfərzadə, 

Ə.Ələkbərov) iştirakı  ilə təşkil  etdiyi xüsusi ar­

xeoloji  ekspedisiya  Qarabağın  arxeoloji  abidəl­

ərinin  planlı  şəkildə  öyrənməyə  başladı.  Bu 

ekspedisiya  Qarabağm  Xocalı  nekropolu  kom­

pleksində  və  ona  yaxın  ərazidə  kurqan  və  daş 

hörgülü  (daş  sənduqə)  qəbir  abidələrini  tədqiq 

etmişdi.

Akademik  İ.İ.  Meşşaninovun rəhbərliyi  ilə 

1927-1933-cü illərdə Mil-Qarabağ düzənliyində 

və  Dağlıq  Qarabağda  daha  geniş  arxeoloji  təd­

qiqatlar aparılmışdı [30, s. 217-240].

1938-1939-cu  illərdə  o  zamanki  Yelenen- 

dorf-Xanlar  hazırda  Göy-Göl  adlanan  şəhərdə 

müəllimlik  edən,  mənşəcə  alman  olan  Y.İ 

Hummel Gəncə ətrafı ilə yanaşı Xocalıda, Xan­

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 



•  

ИЗВЕСТИЯ



Azərbaycan  MEA-nın Xəbərləri.  İctimai elmlər seriyası,  2017,  №3

5

kəndində, Kərkicahanda da arxeoloji tədqiqatlar 



aparmış,  ilk  və  son  tunc  dövrü  abidələri  aşkar 

edərək nəticələrini  ləngimədən nəşr  etdirmişdir 

[9, s. 77-82;  10, s.  15-21].

Qarabağın  arxeoloji  tədqiqinin  növbəti 

mərhələsi XX əsrin 50-ci  illərində başlanmışdı. 

1953-cü  ildə  Azərbaycan  SSR  EA  Tarix  İns­

titutu ilə SSRİ EA Arxeologiya İnstitutu Lenin­

qrad  bölməsinin  birgə  arxeoloji  ekspedisiyası 

görkəmli  rus  alimi  A.A.İessenin  başçılığı  ilə 

Naxçıvan  və  Mil-Qarabağ  düzündə  əsaslı  ax­

tarış və qazıntı  işləri  apardı. Nəticədə orada əv­

vələr öyrənilən abidələrin yerləri dəqiqləşdirildi 

və  müxtəlif dövrlərə  aid  onlarla  yeni  arxeoloji 

abidələr  qeydə  alınaraq  tədqiq  olundu.  Bu  abi­

dələr eneolit  döründən orta əsrlərə qədər dövrü 

əhatə  edirlər.  Bu  zaman  Qarabağın  Xocalı, 

Üzərliktəpə,  Üçtəpə,  Qaratəpə  kimi  abidələrin­

də əsaslı arxeoloji qazıntı işləri aparıldı [28;29].

XX  əsrin  60-cı  illərində  M.Hüseynovun, 

İ.H.Nərimanovun,  Q.S  İsmayılovun  rəhbərlik­

ləri  ilə  arxeoloji  ekspedisiyalar  Qarabağın  ən 

müxtəlif  dövür  arxeoloji  abidələrini  planlı  şə­

kildə tədqiq etdilər.

Məhz 


bunların 

sayəsində 

Qarabağda 

M.Hüseynovun  [7,  s.  24-79]  rəhbərliyi  ilə  ilk 

dəfə  olaraq  paleolit  dövrünə  aid  qədim  insan­

ların  Azıx  və  Taqlar  kimi  mağara  düşərgələri 

aşkar edilərək tədqiq olundu.

Bunula yanaşı,  arxeoloji tədqiqatlar zamanı 

ərazidə eneolit və ilk tunc dövrlərinə aid təpələr 

şəkilində  qalmış  çoxsaylı yaşayış  yerləri də  aş­

kar edilərək  elmi  dövüyyəyə  daxil  edildi.  Bun­

lardan  İ.Nərimanovun  rəhbərliyi  ilə  öyrənilən 

İlantəpə,  Çalaqantəpə  və  Leylatəpəni  [34], 

Q.İsmayılovun rəhbərliyi ilə arxeoloji qazıntılar 

aparılmış  çoxtəbəqəli  Qaraköpəktəpə,  Günəş- 

təpə,  Uzuntəpə,  Şomulutəpə  və  s.  [25]  abidələ­

rini  göstərmək olar.

1980-ci  ildən bu ərazidə  arxeoloji tədqiqat­

lar aparmağa bu məqalanin müəlliflərindən biri 

olan  H.F.Cəfərovda  qoşuldu.  Onun  rəhbərliyi 

ilə  aparılan  sistemli  qazıntılar nəticəsində  Qar- 

qarçay  və  Tərtərçay  hövzələrindəki  tunc  və  ilk 

dəmir  dövrlərinə  aid  Borsunlu,  Bəimsarov,  Sa- 

nçoban,  Toxmaxtəpə,  Şortəpə,  Qaratəpə,  Misir- 

qışlağı,  Üçoğlan  [5],  Xocalı  [6,  s.  46-56]  kimi 

çox zəngin abidələrdə  sistemli  stasiyonar arxeo­

loji  axtarışlar  aparıldı.  Tıdqiqatlann  mticələri 

müxtəlif səpkili  elmi  toplularda  nəşr  olundu[5]. 

Qarabağ  ərazisində  digər  arxeoloqların  qazıntı­

ları  nəticəsində tarixin  sonrakı  dövrlərinə  aid  də 

çoxlu  abidələr öyrənilmişdir.  Ümumiyyətlə,  Qa­

rabağda aşkar edilib  öyrənilən arxeoloji  abidələr 

insan  cəmiyyəti  tarixinin  ən  qədim  daş  dövrün­

dən başlayaraq son orta əsrlərə qədər bütün mər­

hələlərini  əhatə  edir.  Bu  yazıda  isə  Qarabağın 

yalnız  ən  qədim paleolit  dövründən  e.ə  I  minil­

liyin  ortalarına  qədərki  dövrləri  əhatə  edən  abi­

dələri haqqında çox qısa məlumat verirlir.



Paleolit dövrü abidələri

Azərbaycanda  paleolit  dövrünə  aid  ən  qə­

dim arxeoloji abidələr Qarabağda aşkar edilərək 

tədqiq  olunmuşdur.  Bunlar  bütün  Avraziyanın 

ən  qədim  abidələri  sırasına  daxil  olan  Azıx  və 

Taqlar mağara düşərgələridir.

Azərbaycan  arxeoloqu  Məmmədəli  Hü­

seynovun  rəhbərliyi  və  Əsədulla  Cəfərovun 

yaxından  iştirakı  ilə  öyrənilən  bu  mağaralar 

Dağlıq  Qarabağ  ərazisində,  Füzuli  rayonunun 

mərkəzindən  14-17  km  şimali-qərbdə  yerləşir­

lər [7;  17;  1].

Azıx  mağarası  Tuğ  kəndinin  yaxınlığında, 

Quruçay  dərəsinin  sol  yamacında  yerləşir.  Bu 

abidə  1960-cı  ildə  aşkar  edilmiş,  bir-neçə  il  ər­

zində  öyrənilmişdir.  Qədim  paleolit  dövrünə 

aid  olan  bu  mağara  düşərgəsində  aparılan  qa­

zıntılar zamanı aşkar edilən tapıntıların bəziləri­

nin yaşı 2 milyon ildən çoxdur.  Azıx mağarası­

nın  ən  qədim  VII-X  təbəqələri  bu  dövrə  aid 

edilir və arxeoloji ədəbiyyatda «Quruçay arxeo­

loji  mədəniyyəti»  kimi  tanınır  (şək.1-2)  Tədqi­

qatçılar  bu  təbəqənin  tapıntılarım  haqlı  olaraq 

Şərqi  Afrikada Tanzaniyanın tapıntıları  ilə  mü­

qayisə  edirlər.  Bu  dövrün  daşdan  hazırlanan 

əmək  alətləri  özlərinin  ibtidai  formaları  ilə  se­

çilirlər (şək.  1,2).

Azıx  mağarasının  V-VI-cı  təbəqələrində 

bir-neçə  ocaq  qalıqları  və  insanların  ilk  bulaq 

kimi istifadə  etdikləri  su yığılmaq üçün qayada 

düzəltdikləri oyuq aşkar edilmişdir.

Azıx  mağarasında  ən  nadir  tapıntı  1968-ci 

ildə  mədəni  təbəqənin  V  qatında  aşkar  edilən 

insanın  350-400  min  il  bundan  əvvələ  aid  daş- 

laşmış  alt çənəsinin fraqmentidir.  Bu  fraqment­

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 



•  

ИЗВЕСТИЯ



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə