Uot 902 İlyas babayev (amea arxeologiya və Etnoqrafiya İnstitutu) Hİdayət cəFƏrov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix04.07.2018
ölçüsü1 Mb.
#53509
1   2   3   4   5   6   7

10

Известия  НАН  Азербайджана.  Серия общественных наук,  2017,  №3

əwələrində  Qarabağın  dağ  rayonları  Azərbay­

canın  maldar  tayfalan  tərəfindən  mənimsənil­

mişdi. Kəlbəcər rayonunun yüksək dağlıq bölgə­

sində aşkar edilib öyrənilən ilk tunc dövrü yaşa­

yış yeri də bu fikri təsdiq edir [5, s. 25].

İlk  tunc  dövrünün  son  mərhələsini  öyrən­

mək  üçün  Xaçınçaym  sağ  sahilində  öyrənilən 

kurqanlar  da  xüsusi  əhəmiyyət  daşıyırlar.  Bu 

kurqanlar  çoxda  böyük  olmayan  dəyirmi  for­

malı və daş örtüklüdürlər. Burada tədqiq olunan 

5  kurqandan  üçündə  inqumasiya  (meyitlərin 

basdırılması  №:l-3),  ikisində  isə  kremasiya 

(ölülərin yandırılması)  dəfn  üsulu  (№  4-5) təd- 

biq  olunmuşdur.  Bu  kurqanlardan  2  №-li  kur­

qan daha çox maraq doğurur. Bu kurqanda göv­

dəsi  qabarıq  yapma  naxışlı  zərif  tayqulp  gil 

qab,  toppuz,  obsidian  löhvələr,  basma  naxışlı 

qızıl bəzək predmetləri tapılmışdır [5, s. 29]

Kür-Araz  arxeoloji  mədəniyyətinin  son 

mərhələsinə  aid  A.A.İessenin rəhbərliyi  ilə  qa­

zılan  böyük Üçtəpə  kurqanı  özünün  bəzi  xüsu­

siyyətlərinə  görə  Cənubi  Qafqazın  ilk  tunc 

dövrü  abidələri  arasında  xüsusi  yer  tutur.  Bu 

kurqamn  çox  böyük  ölçüləri  (diametr  150  m 

hündürlüyü 

15m), 


qəbir 

kamerası 

(14,30x2,70x2,60  m)  göstərir ki,  orada öz döv­

ründə  çox  böyük  nüfuza  malik  olmuş  qəbilə 

başçısı  dəfn  olunmuşdur.  Üçtəpə  kurqanının ti­

kintisinə  çoxlu  insanların  əməyi  cəlb  olunmuş­

dur.  Bu  böyük  işin  təşkili  ictimai  quruluşun 

kifayət  qədər  yüksək  inkişaf  səviyyəsini  tələb 

etməli  idi.  Hesablamalar  göstərib  ki,  kurqanın 

örtükünün tikintisi  3500  kub.m.  təşkil  etmiş  və 

bu işə 21  minihsan gün əmək  sərf olunmuşdur 

[23, s. 153-192].

Qarabağın  ilk  tunc  dövrü  abidələrinin  ara­

sında Borsunlu kurqan qəbiristanlığı xüsusi yer 

tutur.  Abidə düzənlə  dağətəyi sərhədində,  İncə- 

çay  çayının  orta  axarmda,  Borsunlu  kəndinin 

yaxınlığında yerləşir.  Kurqanların örtükləri tor­

paq, daş və torpaq qarşıqlı töküntüdən ibarətdir. 

Düzən  yerlərin  kurqanları  özlərinin  möhtəşəm­

liyi ilə seçilirlər [3, s. 79-88; 5, s.  32-35].

Ən  qədim  kurqanlar  e.ə  III  minilliyin  əv- 

vələrinə  aiddirlər.  Onlardan  cəmi  beş  kurqan 

öyrənilmişdir (№ 7, 9, 20,  12,26).

Belə kurqanların birində  (№  7)  üç  təbəqəli 

kollektiv dəfn aşkar edilmişdir. Hər qat ayrı-ay­

rılıqda örtülmüşdür.  Digər kurqanda da (№  12) 

kollektiv  dəfn,  ancaq  kremasiya  (ölüləri  yandı­

rılma) mərasimi  ilə həyata keçirilmişdir.  Üçün­

cü  kurqanda  isə  (№  9)  yalnız  bir  nəfər  bükülü 

vəziyyətdə  dəfn  olunmuşdur.  Bütün kurqanlara 

dəfn  avadanlığı  kimi  Kür-Araz mədəniyyətinin 

başlanğıc  mərhələsi  üçün  səciyyəvi  olan  saxsı 

qablar qoyulmuşdur.

Tək  ölülər  dəfn  olunan  9  və  20  №-li  kur­

qanlarda dəfn  avadanlığı  ilk  tunc  dövrünün  in­

kişaf etmiş mərhələsi üçün səciyyəvi olan saxsı 

qablardan və  bir ədəd  arxaik  formalı  tunc  xən­

cərdən (№ 9)  ibarətdir.  Maraqlıdır ki,  üstlərinin 

örtülmələrinin,  qəbir  kameralarının  konstruksi­

ya  və  planlaşdırılmasınm  həllinə,  dəfn  mərasi­

minə  (qəbir kamerası,  girişlə,  kameranın  dibin­

də nov şəkilli dərinləşməyə, kollektiv dəfn, me­

yitlərin  üstünün  suvaq  qatı  ilə  örtülməsi)  ilk 

tunc  dövrü  Borsunlu  və  Xankəndi  kurqanları 

arasında  oxşarlığı  göstərir.  Eyni  oxşarlıq  Şəm­

kir rayonundakı Osman bozu, habelə qonşu Go­

ranboy  rayonunun  eyni  dövr  kurqanlarında  da 

aydın izlənir.



Orta tunc dövrü abidələri

Orta  tunc  dövründə  məhsuldar  qüvvələrin 

və  istehsal münasibətlərinin  inkişafının  davamı 

müşahidə  olunur.  Bu  dövrdə  cəmiyyətin  həya­

tında  əsaslı  sosial-iqtisadi  dönüş  baş  verir.  Ya­

şayış yerlərinin ətrafmda müdafiə  divarları tiki­

lir.  Belə müdafiə istehkamları olan yaşayış yer­

lərindən  biri  Düzən  Qarabağda,  Ağdam  şəhəri 

ərazisində  öyrənilən  Üzərliktəpədir.  Üzərliktə- 

pədə  qazıntılar nəticəsində ümumi  qalmlğı  3  m 

olan  üç  tikinti  qatının  olduğu  müəyyən  olun­

muşdur.  Ən  alt  tikinti  qatı  orta tunc  dövrünün 

ilk  mərhələsinə  aid  edilir.  Protoşəhər mədəniy­

yətinin təşəkkülünün izlənilməsi baxımından bu 

abidənin böyük əhəmiyyəti var.

Üzərliktəpədə  saxsı  qabların  təkamülü 

yaxşı  izlənir.  Qablar  müxtəlif naxışlarla  bəzə­

dilmişdir (şək.8). Burada çoxsaylı  əmək alətlə­

rinin  tapılması,  fauna  və  flora  qalıqları  sənət­

karlığın  müxtəlif  sahələrinin  inkişafını,  Qara­

bağ  əhalisinin  e.ə  II  minilliyin  birinci  yarısın­

da təsərrüfat həyatını hərtərəfli öyrənməyə im­

kan verir [26, s. 388-429].

XƏBƏRLƏR 

•  

TRANSACTIONS 



• 

ИЗВЕСТИЯ



Azərbaycan  MEA-nın Xəbərləri.  İctimai elmlər seriyası,  2017,  №3

11

Üzərliktəpə tipli tapıntılar Qarabağın başqa 



yaşayış yerlərində də aşkar olunmuşdur.  Bu ya­

şayış məskənlərindən Göytəpəni (orta təbəqəsi), 

Rəsultəpə, Nərgiztəpə,  Çinartəpə, Ağtəpə,  Çaq- 

qalıtəpə,  Toxmaktəpəni  və  b.  göstərmək  olar. 

Bu  abidələrdə  də  Üzərliktəpədə  olduğu  kimi 

qara  cilalı  saxsı  qablar  (onlar  üçün  səciyyəvi 

naxışlarla)  tapılır.  Lakin  ölçüsü  (5  hektar)  və 

ətrafına  müdafiə  divarı  çəkilməsi  baxımından 

Üzərliktəpə ilə Çinar təpə yaşayış yeri daha çox 

yaxınlıq təşkil edir [5, s. 47-55].

Qarabağm  orta  tunc  dövrü  qəbir  abidələri 

nisbətən  zəif öyrənilmişdir.  Onlara  hələlik  an­

caq  Borsunlu  qəbiristanlığında  təsadüf  olun­

muşdur  [5,  s.  6-61]. Burada ilk tunc dövründən 

orta  tunc  dövrünə  keçid  üçün  səciyyəvi  olan 

dəfn avadanlığı  ilə  (saxsı  qablar,  daş  cam,  xən­

cər)  seçilən  12  saylı  kurqandakı  sallama (sonra 

salınmış)  torpaq  qəbri,  1  №-li  kurqan,  habelə 

üst örtüyünün dəyirmi və qəbir kamerasının ori­

jinal  konstrukciyası  ilə  diqqəti  çəkən  abidələr 

tapılmışdır.  12  saylı  kurqanda oıjinal  quruluşlu 

saxsı qab səhindəki svastika nişanı isə daha çox 

maraqlıdır.  Borsunlunun  orta tunc  dövrü tapın­

tıları  saxsı  qabların  fraqmetləri,  daş  toppuz 

başlığından  ibarətdir.  Buradakı  1  saylı  kurqan 

e.ə  XVIII-XVII  əsrlərə  aid  edilir.  Borsunluda 

XVII-XVI  əsrlərə  aid  edilən  daş  örtüklü,  düz­

bucaqlı qəbir kamerası olan başqa bir kurqan da 

aşkar edilmişdir.  Kurqanda tapılan astan  qırmı­

zı,  ağzının  kənarı  qısa  olan  saxsı  qablar  da  bu 

dövr (orta tunc) üçün səciyyəvidir.

Orta  tuncdan  son  tunca  keçid  dövrünə  aid 

olan  12  №-li  kurqan  da xüsusi  maraq  doğurur. 

Bu kurqan XV  əsrə  aid  edilir.  Kurqanın torpaq 

qəbrində  qəbilənin  varlı  nümayəndəsi  dəfn 

olunmuşdur.  Qəbirə çoxlu avadanlıq qoyulmuş­

dur. Avadanlığın  çoxu orta tunc dövrü üçün sə­

ciyyəvi  olan  müxtəlif  ölçülü  və  formalı  saxsı 

qablardan  ibarətdir.  Qabların  o  dövr  üçün  xa­

rakterik olan ağızlarının kanan düz,  şar formalı 

gövdələri,  bir  qədər  qırmızı  astan  vardır.  İki 

qab ağ inkrustasiya ilə naxışlanmışdır.  Qablann 

birindəki  naxış  səma  cisimlərini(svastika),  tə­

biət qüvvələrini, yağışı xatırladır. Saxaı qabların 

bir  qismi  morfoloji  baxımdan  artıq  son  tunc 

dövrü materiallarının bəzi  detallannı  xatırladır. 

Qəbirə Yaxın  Şərqdən gətirilən bəzək predmet-

ləri, balıq qulağı- Kauri, qızıl muncuq, daş cam 

da qoyulmuşdur [4, s.  100-108].

Son tunc və ilk dəmir dövrü abidələri 

(XIV-VII əsrlər)

Tunc  dövrünün  birinci  iki  mərhələsi  ilə 

müqayisədə  üçüncü  mərhələni  əhatə  edən  son 

tunc və ilk dəmir dövrü daha çox abidəyə malik 

olması  ilə  yanaşı,  həm  də  yaxşı  öyrənilmişdir. 

Bunların  sırasında öyrənilmənin xronoloji  ardı­

cıllığım pozsaq da Borsunlu nekropolundakı bu 

dövr abidələri xüsusilə seçilir.

Borsunlu  kurqanları  haqqında  damşarkən 

qeyd  etmək  lazımdır  ki,  bu  Qarabağda  hələlik 

yeganə  abidədir ki,  orada mədəniyyətin inkişa­

fını e.ə III minilliyin başlanğıcından I minilliyin 

ortalarına qədər izləmək olur.

Borsunlu  qəbiristanlığında  35  kurqandan 

və  qəbirdən  (32  kurqan,  2  tökmə  torpaqda  qa­

zılan qəbir və  1  torpaq qəbir) 5-i ilk tunc dövrü­

nə,  3-ü  orta tunc  dövrünə,  1-i  orta tuncdan  son 

tunca  keçid  dövrünə,  qalanları  isə  son  tunc  və 

ilk  dəmir  dövrünü  müxtəlif  mərhələrinə  aid­

dirlər [5, s.  98].

Son tunc və ilk dəmir dövrünün sıravi kur­

qanları zahirən ilk tunc və  orta tunc  dövrü kur­

qanlarına  bənzəyirlər.  Kurqanaltı  qəbirlər  xam 

torpaqda qazılıb,  hər birində bükülü vəziyyətdə 

bir  ölü  dəfn  olunmuşdur.  Kurqanlardan  birinin 

qəbri Xankəndinin ilk tunc dövrü qəbirləri kimi 

dairəvi  və  girişlidir  (№27).  Digər  kurqanda 

(№28) dəfn qəbir quyusunda deyil, yerüstü dol- 

men formalı daş tikilidə icra edilib.

Bir qayda olaraq qəbir quyusunun döşəmə­

si  xırda  yastı  daşlarla  döşənib.  Divarları  gəc 

məhlulu  ilə  bərkilidib,  bəzən  kameranın  kənar­

ları iki sıra çay daşlan ilə haşiyələnib.

Bu  qrupdan  olan  bəzi  kurqanların  kenatof 

(boş) olduğu məlum oldu.  Bəzi kurqanlarda isə 

qəbirə  avadanlıq  qoyulmamışdır.  Belə  kurqan­

lar,  görünür  əhalinin yoxsul  və  ya  orta təbəqə­

lərinə  aid  olublar.  Orta  təbəqəyə  aid  olan  kur­

qanlarda  müəyyən  miqdarda  dəfn  avadanlığı, 

müxtəlif formalı  gil  qablar,  metal  və  bəzək  əş­

yaları  olduğu  halda,  yoxsulların  kurqanlarında 

kobud  gil  qablann  parçaları  və  nadir  hallarda 

bəzək  əşyaları  -   muncuqlar,  metal  halqalar 

tapılır.


XƏBƏRLƏR 

•  


TRANSACTIONS 

•  


ИЗВЕСТИЯ


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə