Uot 541. 13: 541. 1382 Ətraf müHİTİn akustik səs-küY ÇİrkləNMƏSİ VƏ orqaniZMƏ MƏNFİ TƏSİRİ


Cədvəl 2  iki səs səviyyəsinin yaratdığı əlavə səs səviyyəsinin qiymətinin təyini



Yüklə 109,73 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix23.12.2023
ölçüsü109,73 Kb.
#155247
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
14Təranə-Firqət-qizi-Yusibova-Qərib-Budaq-oglu-Abdullayev

Cədvəl 2 
iki səs səviyyəsinin yaratdığı əlavə səs səviyyəsinin qiymətinin təyini 
Iki səs səviyyəsinin fərqi 










10 
Böyük səs səviyyəsinə 
əlavə olunmuş göstərici 
dB 

2.6 
2.1 
1.8 1.5 
1.2 
1.0 
0.8 
0.6 
0.5 0.4 
Təyin olunan əlavə səs səviyyəsi 1.8 dB olur və qiyməti böyük səs səviyyəsinin üzərinə gəlirik 


Dayanıqlı inkişaf, cild 2, № 2, 2022 
(70 dB + 1.8 dB = 71.8 dB). Beləliklə, ümumi səs səviyyəsi təyin edilir. [7] 
Müasir ekologiyanın qlobal problemlərindən olan iqlim dəyişkənliyi və istiləşməsi, parnik 
effekti, ozon qatının dağılması, hidrosferin, atmosferin, torpaq örtüyünün çirklənməsi sənaye, məişət, 
radioaktiv tullantıların əmələ gəlməsi və s. arasında akustik səs-küy çirklənməsi ən həyəcanlı 
problemlərdən biridir (ozon qatının dağılması, turşulu yağışların yağması kimi hadisələr qədər mənfi 
təsirə malikdir). Əlverişsiz akustik təsiri planetimizdə hər iki adamdan biri müxtəlif dərəcədə hiss 
edir. Səs ümumi bioloji qıcıqlandırıcı olub, insan orqanizminin bütün orqanlarına və mərkəzi sinir 
sisteminə təsir göstərən müxtəlif fizioloji dəyişkənliklər əmələ gətirir. Səs-küyün mənfi təsiri həm 
spesifik (eşitmənin dəyişməsi), həm də qeyri-spesifik hadisələr - qan təzyiqinin yüksəlməsi, diqqətin 
və yaddaşın zəifləməsi, gözlərin yorğunluğu, psixi-fizioloji qıcıqlanmanın artması, yuxunun 
pozulması hallarına səbəb olur. 
Əlverişsiz akustik şəraitdə yaşayan şəxslərdə mərkəzi sinir sisteminin funksional dəyişməsi 
mərhələsinin ilkin əlamətləri özünü göstərir. Beyin qabığına daxil olan səs zamanı qıcıqlanma gedir 
və əsəb proseslərini dəyişdirir. Əgər səs çox güclü olsa və uzun müddət davam etsə, beyin qabığının 
hüceyrələrində güclü həyəcan başlayır və əsəb hüceyrələrinin iş fəaliyyətinin hüdudu pozulur. Zehini 
əməklə məşğul olan adamlarda məişət səslərinin təsirindən qan təzyiqi yüksəlir. Hətta ana bətnində 
olan körpə də səsin zərərli təsirindən mühafizə oluna bilmir və s. [3] 
Səsin daimi təsiri zamanı beynin aktivlik funksiyası və ürək-damar sistemi üçün dinclik 
dövrünün təmin olunması pozulur. Yuxunun aşağı düşməsi gündüz vaxtı insanın fəaliyyətinə pis təsir 
göstərir. Məişət səsi yuxunu xeyli pozur. Fasiləli və qəflətən olan səslər gecə saatlarında yuxuya 
getmiş adamlara olduqca mənfi təsir göstərir (yük maşınının gurultusu, radionun ucadan səsi, təyyarə 
uçuşunun səsi və s.), uşaq və xəstələrdə qorxu yaradır. Səs yuxunun davamiyyətini və dərinliyini 
azaldır. Nəqliyyatın qeyri-bərabər hərəkəti intensiv və eyni qaydada hərəkətindən yuxu daha çox 
pozulur. Səs təsirinə reaksiya insanın yaşı, cinsi, sağlamlığı, peşə yönümündəm asılı olması özünü 
göstərir. Belə ki, uşaqların yuxudan oyanması üçün intensiv səs hüdudu 50 dB A, yaşlılar üçün 30 dB 
A və s. hesab olunur. 
Səs ürək-damar sistemi stresinin potensial faktorudur. Bütün dünyada qəbul edilmişdir ki, 
aviasiya və nəqliyyat səs-küyü həm gündüz, həm də gecə vaxtları qan təzyiqinə mənfi təsir göstərir. 
Alman alimlərinin “Hadisə-nəzarət” metodu ilə apardığı tədqiqatlar göstərmişdir ki, 60-80 dBA 
səviyyəsində səs infarkt-miokardının əmələ gəlməsi riskini artırır. Magistral nəqliyyatının və 
aeroportun yüksək səviyyədə səsinin təsirindən uşaqlarda sistoloji və diostoloji qan təzyiqinin 
yüksəlməsi müəyyən olunmuşdur. 
Fasiləsiz yüksək səsin qan təzyiqinin qalxmasına, ürək döyüntüsünün qısalmasına, qan 
damarlarının daralmasına, qanın əzələlərinə, beyinə və digər orqanlara verilməsinin güclənməsinə 
səbəb olur və ətrafda yaşayan insanların və başqa canlıların həyat tərzinə mənfi təsirini daim göstərir. 
Hətta yüksək səs insanları depressiya vəziyyətinə gətirib çıxarır və s.
Nəticə
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya 
və Təbii Sərvəylər İdarəsində xidməti işimizlə əlaqədar olaraq, regionda fəaliyyət göstərən iri sənaye 
sahələri (fabrik, zavod) olan Mingəçevir qum-çınqıl karxanalarında, Azərbaycan İstilik Elektrik 
Stansiyasında, Azərkabel zavodunda, Texniki rezin məmulatı zavodunda, Dəmir-Beton məmulatı 
zavodunda, yol maşınlarının təmiri zavodunda və s. fəaliyyəti nəticəsində ətraf mühitə atılan 
(atmosfer havasına, təbii su obyektlərinə, torpaq örtüyünə) tullantıların miqdarını və tərkibini 
öyrənməklə yanaşı, tərəfimizdən xidməti işimizlə əlaqədar olaraq ətraf mühitin akustik-səs-küy 
çirklənmələrinin fəsadlarını öyrənmək məqsədilə (1986-2005-ci illər ərzində) ekoloji və sanitar-
gigyenik araşdırmalarla yanaşı uzunmüddətli ekoloji monitorinqlər aparılmış və əksər hallarda 
aşağıda göstərilən halların (fəsadların) baş verməsi məlum olmuşdur (ayrı-ayrı müəssisələrin səs-küy 
səviyyəsinin insanlara təsiretmə müddəti və səviyyə tərəddüdü öyrənilərək başqa müəssisələrdə baş 
verən oxşar əlamətlərin nəticələri ümumiləşdirilmişdir: 
-
sexlərdə və digər istehsalat yerlərində fəhlənin sayına düşən hərəkət etmə sahəsinin (işin 



Yüklə 109,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə