Uot 541. 13: 541. 1382 Ətraf müHİTİn akustik səs-küY ÇİrkləNMƏSİ VƏ orqaniZMƏ MƏNFİ TƏSİRİ


Dayanıqlı inkişaf, cild 2, № 2, 2022



Yüklə 109,73 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix23.12.2023
ölçüsü109,73 Kb.
#155247
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
14Təranə-Firqət-qizi-Yusibova-Qərib-Budaq-oglu-Abdullayev

Dayanıqlı inkişaf, cild 2, № 2, 2022 
Səsin fiziki və fizioloji parametrləri qurğunun gücündən, məsafədən və digər xarici
faktorlardan asılı olmur. Onlar qurğunun parametrləri və iş rejimindən asılı sabit kəmiyyətdir. Ona 
görə də qurğuları layihələndirərkən qurğuların akustik parametrlərinin səmərəlilik dərəcəsi 
müəyyənləşdirilməli və düzgün seçim aparılmalıdır. Odur ki, hazırda dünya təcrübəsində texniki 
sənədləşdirmədə istehsal olunan avadanlıqların səs xarakteristikaları da verilir. [2] 
İstismar olunan avadanlıqlarda, qurğularda yaranan səs-küyün azaldılması məqsədilə həyata 
keçirilməli olan səs təzyiqinin səviyyəsi, ekvivalent səviyyə, maksimal səviyyə kimi parametrlərinin 
əsasında müəyyənləşdirilir. Hər hansı layihələndirilən obyekt üçün tədbirlərin hazırlanması akustik 
hesablama əsasında aparılması zəruri hesab olunur və aşağıdakı göstəricilər hesablamalarda nəzərə 
alınmalıdır: 
-
səs-küy mənbələrinin müəyyən edilməsi və onların xarakteristikalarının təyini; 
-
akustik hesabatlar üçün hesablama nöqtələrinin (HN) seçilməsi və onlardan buraxıla bilən 
səviyyənin (BBS) təyini; 
-
səsin aşağı salınması üzrə həyata keçirilməli olan tədbirlərin tətbiqindən qabaq gözlənilən 
buraxıla bilən səviyyənin təyini
-
BBS tələb olunan aşağı salınma həddi; 
-
BBS tələb olunan səviyyəyə salınması məqsədilə effektli tədbirlərin seçilməsi; 
-
səs-küy uducu qurğuların – söndürücülərin, ekranların, səsuducu qatların və s. hesablanması 
və layihələndirilməsi. 
Səs-küy mənbələrinin xarakteristikasından aydın olur ki, mənbələr bir neçə qrupa bölünür: 
-
maşın və avadanlıqların titrəməsi (vibrasiya) nəticəsində yaranan mexaniki mənşəli səs-
küylər 
-
qazlarda gedən proseslər (burulğanlı, kürəklərin fırlanması) sayəsində aerodinamika mənşəli 
səs-küylər 
-
elektrik maşınlarının hissələrinin – rotor, stator, transformator rəqsləri nəticəsində yaranan 
elektromaqnit mənşəli səs-küylər 
-
mayelərdə gedən proseslər – hidravlik zərbələr, axınların burunlanlığı üzündən yaranan 
hidrodinamik mənşəli səs-küylər 
Yuxarıda göstərilənləri nəzərə alaraq, istismar mühitində səs-küyün hansı mənbəyin hesabına 
yaranmasını təyin etmək mümkün olur (məsələn, yaşayış evinə ətrafda işləyən kompressorun, 
havadəyişdiricinin səs-küyü daxil olursa, həmin qurğuları növbə ilə ardıcıl söndürməklə səs-küyün 
miqdarını təyin etmək olur).
İnsanları narahat edən səs-küy, əsasən, iri sənaye şəhərlərində yaranır. Burada isə əsas rolu 
sənaye sahələri oynayır. Bunların içərisində xüsusi yeri energetik qurğuları tutur və ətraf mühitdə 
yaratdığı səs-küyün səviyyəsi 100-110 dB həddində olur. Sonrakı yerləri kompressor stansiyaları 
tutmaqla səs-küyün səviyyəsi 100 dB-ə yaxın olur. Metallurgiya zavodları da ətraf mühitdə 90-100 
dB səviyyəsində səs-küy yaradır və s. göstərmək olar. [6] 
Nəzərə almaq lazımdır ki, səs bir neçə mənbədən ayrılırsa, onda ümumi səs səviyyəsi onların 
cəmi kimi qəbul olunmur. Ümumi səs səviyyəsinin tapılması metodikasına baxaq. Məsələn, yan-yana 
quraşdırılmış iki ventilyasiya qurğusunun ümumi səs səviyyəsi tapılmalıdır. Qurğulardan birinin səs 
səviyyəsi 70 dB, digərinin səs səviyyəsi isə 67 dB-dir. Onda səs səviyyələri arasındakı fərq təyin 
edilir: 70 dB – 67 dB = 3 dB.

Yüklə 109,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə