Uot 541. 13: 541. 1382 Ətraf müHİTİn akustik səs-küY ÇİrkləNMƏSİ VƏ orqaniZMƏ MƏNFİ TƏSİRİ


Akustik çirklənmə və ətraf mühitdə səs küyün yaranma mənbələri



Yüklə 109,73 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix23.12.2023
ölçüsü109,73 Kb.
#155247
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   11
14Təranə-Firqət-qizi-Yusibova-Qərib-Budaq-oglu-Abdullayev

Akustik çirklənmə və ətraf mühitdə səs küyün yaranma mənbələri 
Atmosferdə hava hövzəsinin səs-küylə çirklənməsinin səbəbi müxtəlif sənaye sahələrində yeni 
intensiv texnologiyaların geniş tətbiqi, avadanlıqların gücü, sürəti, işləmə prosesi, elektrikləşdirilmiş 
avadanlıqların quraşdırılması nəticəsində yaranır. Beləliklə, ətrafda yaşayan, işləyən insanlar bir çox 
zərərli səslərin təsirinə məruz qalır. Səsin insan orqanizminə təsirinə və ona qarşı mühafizə 
tədbirlərinin aparılmasına son onilliklərdə bütün dünyada ən aktual ekoloji problem kimi baxılır. Səs 
insana müxtəlif mənbələrdən təsir göstərir. Səs ümumi bioloji qıcıqlandırıcı olmaqla təbii və 
antropogen yolla insan orqanizminə zaman və məkan daxilində, müxtəlif şəraitdə, müxtəlif səviyyədə 
və tezlikdə mövcud sahədə təsir göstərir. Məsələ təbii yolla yaranan ildırım və şimşək çaxmaları, 
şəlalələrin, əsən küləyin səsi kimi səs-küyün qarşısını insanlar ala bilmədiyi halda, insan fəaliyyəti 
ilə yaradılan akustik çirklənmə mənbələrinin üzərində ekoloji monitorinq aparmaqla, səs-küy 
xəritələri tərtib edib, həmin mövcud mənbələrdə akustik çirklənməni azaltmaq, yaxud qarşısını almaq 
üçün istismara yararsız köhnəlmiş avadanlıqları, iqtisadi və texnoloji səmərəliliyi üstün olan 
avadanlıq və qurğularla əvəz etməklə səs-küyü tənzimləmək mümkün tədbirlərdən sayılır. [4] Ona 
görə də BMT-nin dünyanın gələcək inkişafı və ekoloji problemlərin həllinə dair “Dayanıqlı inkişaf 
konsepsiyası”na əsaslanaraq, akustik küyün təhlükəsizlik amilinə əsaslanan təsnifatı təklif 
edilmişdir. Respublikamızın ekoloji hüquq sferasında akustik küyün idarə edilməsi məsələlərinə aid 
qanunvericilik bazasının formalaşması aktuallığı dövrün tələbidir. Son zamanlar paytaxtda və iri 
şəhərlərdə, eləcə də bəzi rayonlarda səs-küyün qarşısının alınması istiqamətində işlərin aparılması 
təqdirə layiqdir.
Üzərində yaşadığımız Yer planetinin bir-biri ilə qarşılıqlı əlaqədə olduğu və bütöv bir sistemin 
yaratdıqları – litosfer, hidrosfer, atmosfer və biosfer təbəqələrinin müasir dövrdə ən mühüm qlobal 
problemlərindən biri ətraf mühitin səs-küy vasitəsilə çirklənməsi və insanların səhhətinə 
(sağlamlığına) mənfi təsirinin aradan qaldırılmasıdır. 
Səs elastik daqlğalardan ibarət olub,bərk cisim, maye, qaz mühitlərində yayılan, insan və digər 
canlıların qulaqları vasitəsilə qəbul edilir. Səsin sürəti mühitin sıxlığından və onun elastikiliyindən 
asılı olur. Belə ki, səsin sürəti quru havada 0 °C temperaturda 330 m/san, suda 1370 m/san, ağacda 
3350 m/san, poladda isə 4880 m/san təşkil edir və s.
İnsan bütün ömrü boyu səs, vibrasiya və titrəyişlərin əhatəsində olur. İnsan nəqliyyat 
vasitələrində (avtobusda, metroda, hətta at üzərində) hərəkət edən zaman təkcə səs yox, həm də 
titrəyiş hiss edir. Yaşayış sahəsində, yaxud açıq havada olmasından asılı olmayaraq insan daima səslər 
eşidir. Səs sənayenin bütün sahələrində, nəqliyyatda, küçə hərəkətlərində, məişətdə yaranır. Müasir 
dövrdə yeni texnoloji proseslərin, avadanlıqların, ağır texnikanın inkişafı və iqtisadiyyata tədbiqi ilə 
əlaqədar olaraq gündəlik həyatda səs insanları daha çox əhatə edir. Bu səbəbdən antropogen (insan 
fəaliyyəti nəticəsində) səs çirklənməsi, elektromaqnit şüalanması ətraf mühiti çirkləndirən amildir.
Antropogen səs, səs səviyyəsinin təbii fonunun həddən artıq böyüməsinə səbəb olur və canlı 
orqanizmlərə pis təsir göstərir. Səsin əsas parametri onun tezliyidir. Tezliyin qiyməti genişlənən və 
sıxılan dalğaların bir saniyə ərzində rəqslərin sayına bərabər olur. Orta ölçü vahidi isə Hers (Hs) 
adlanır (məsələn, bir hers – bir saniyədə bir rəqs, 300 hers 1 saniyədə 300 rəqs və s.). İnsan 20 hers-
dən 20000 hers-ə qədər olan səsləri fərqləndirməyə qadirdir. Spektr xarakterinə görə səs – aşağı, orta, 
yüksək tezlikli olur. Aşağı səs intervalı 20 - 200 hers, orta səs intervalı 250 – 1000 hers, 1000 hers-
dən yuxarı isə yüksək tezlikli səs sayılır (qeyd etmək lazımdır ki, 20 hers-dən xüsusən 16 Hs-dən 
aşağı tezlikli səs – infrasəs adlanır və hiss olunmur). 20000 Hs-dən 1·
10
9
Hs-ə qədər olan səslər 
ultrasəs adlanır. İnsan infra və ultra səsləri eşitmə qabiliyyətinə malik deyil. Səs dalğaları bütün 
cisimlərdən (bərk, maye, hava) keçərək şaquli və üfüqi istiqamətlərdə yayıla bilir. Səs-küyün əsas 
mənbəyi istehsalat prosesləridir: Məsələn, nəqliyyat-sənaye müəssisələri, nəqliyyat vasitələri - 
avtomobillər, təyyarələr, traktorlar, vulkan püskürmələri, ildırım, binalarda aparılan təmir, təmizlik 



Yüklə 109,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə