Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem


Riyazi və proqram təminatı



Yüklə 0,63 Mb.
səhifə11/48
tarix30.12.2023
ölçüsü0,63 Mb.
#167951
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   48
mumi m lumat. nformasiya sistemi n dir Sistem.

Riyazi və proqram təminatı. Riyazi və proqram təminatı İS-in məqsədlərini və vəzifələrini reallaşdırmaq, həmçinin texniki vasitələr kompleksinin normal fəaliyyətini təmin etmək üçün riyazi metodlar, modellər, alqoritmlər və proqramlar toplusudur.
Riyazi təminat vasitələrinə aşağıdakılar aiddir:
- idarəetmə və informasiya proseslərinin modelləşdirilməsi vasitələri;
- tipik idarəetmə məsələləri;
- riyazi proqramlaşdırma, riyazi statistika, kütləvi xidmət, çoxluqlar və qeyri-səlis çoxluqlar nəzəriyyələri və s.
Proqram təminatına ümumsistem və xüsusi proqram vasitələri və həmçinin proqram sənədləri aiddir.
Ümumsistem proqram təminatı kompüterin və əməliyyat sisteminin funksional imkanlarını artıran, verilənlərin emalı prosesinin idarə edilməsi və nəzarət funksiyalarını yerinə yetirən, informasiyanın təhlükəsizliyini təmin edən və s. proqramlar kompleksindən ibarətdir.
Xüsusi proqram təminatı konkret informasiya sisteminin reallaşdırılması üçün proqramlar kompleksindən ibarətdir. Bu kompleksə sistemin informasiya bazasının qurulması və idarə olunması, istifadəçilərin reqlamentli və ixtiyari sorğularının emalı və çıxış informasiyasının (hesabatların) formalaşdırılması və s.funksiyaları yerinə yetirən proqramlar daxildir.
Proqram sənədlərində həll olunan məsələlərin təsviri, alqoritmləşdirmə üçün tapşırıqlar, məsələlərin iqtisadi-riyazi modelləri, ayrı-ayrı proqram komponentlərinin funksiyaları və xarakteristikaları, onlarla işləmək üçün təlimatlar və s. əks olunur.
İnformasiya təminatı
İnformasiya təminatı altsisteminin vəzifəsi sistemi vaxtında və lazımi informasiya ilə təmin etməkdir. Bu altsisetm informasiyanın qəbul olunmuş üsullarla təsnifatı və kodlaşdırılması, sənədləşdirmənin unifikasiya edilməsi, müəssisədə dövr edən informasiya axınlarına uyğun sxemlər və verilənlər bazalarının qurulma metodologiyası əsasında yaradılır.
Sənədləşdirmənin vahid formada aparılması dövlət, sahə və bölgələr səviyyələrində nəzərdə tutulur. Burada əsas məqsəd istehsalatın müxtəlif sahələrindəki göstəricilərin müqayisəsinin uyğunlaşdırılmasıdır. Aşağıdakı tələblərə görə standartlar qəbul olunmuşdur:
- sənədləşdirmə vahid sistemlə aparılmalıdır;
- idarəetmənin müxtəlif səviyyələrindəki sənədlər vahid formalarla tərtib edilməlidir;
- rekvizitlərin və göstəricilərin strukturu və tərkibi standartlara uyğun olmalıdır;
- sənədlərin vahid formalarının hazırlanması, qeydiyyatı və tətbiqi qaydaları standarta uyğun olmalıdır.
Sənədləşdirmənin vahid sisteminin olmasına baxmayaraq, əksər təşkilatları araşdıranda bir sıra tipik çatışmazlıqlar rast gəlir, məsələn:
- əllə emal olunan sənədlərin çoxluğu;
- müxtəlif sənədlərdə eyni göstəricilərin tez-tez təkrarlanması;
- çoxlu sayda sənədlərlə işləmək mütəxəsislərə daha vacib məsələlərin həllinə mane olur;
- işlənib hazırlanan, lakin istifadə olunmayan göstəricilərə rast gəlinir.
İnformasiya təminatının əsas vəzifələrindən biri göstərilən çatışmazlıqların aradan qaldırılmasıdır.
İnformasiya axınlarının sxemləri informasiyanın hərəkət marşrutlarını, həcmini, ilkin informasiyanın yaranma və nəticəvi informasiyanın istifadə olunma yerlərini təsvir edirlər. Bu sxemləri təhlil etməklə idarəetmə sisteminin bütövlükdə təkmilləşdirilməsi üçün tədbirlər görmək olar. İnformasiyanın həcmini müəyyənləşdirməyə və dövr edən informasiyanı dərindən təhlil etməyə kömək edən informasiya axınlarının sxemlərinin qurulması ilə: 1)təkrarlanan və istifadə olunmayan informasiyanı aradan qaldırmaq və 2)informasiyanı təsnifləşdirmək və səmərəli təsvir etmək imkanı yaranır. Bu zaman idarəetmə səviyyələri üzrə (şəkil 1.7) informasiya axınlarının qarşılıqlı əlaqələri diqqətlə öyrənilməlidir. İdarəetmə qərarlarının qəbulu üçün hansı göstəricilərin lazım olub-olmamasını müəyyənləşdirmək lazımdır. Hər bir icraçıya yalnız ona lazım olan informasiya çatdırılmalıdır.
Verilənlər bazalarının qurulma metodologiyası verilənlər bazalarının layihələndirilməsinin nəzəri əsaslarına söykənir.Bu metodologiyaya görə verilənlər bazasının layihələndirilməsi «yuxarıdan-aşağıya» prinsipi əsasında ardıcıl iterasiya ilə yerinə yetirilən mərhələlərlə aparılır. İlkin mərhələdə tətbiq sahəsinin informasiya baxımından araşdırılması nəticəsində verilənlər bazasına qoyulan tələblər müəyyənləşdirilir və təhlil olunur. Sonra tətbiq sahəsinin informasiya-məntiq (infoloji) modeli yaradılır, daha sonra verilənlər bazasının idarəetmə sistemi seçilir və s.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə