Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem



Yüklə 0,63 Mb.
səhifə7/48
tarix30.12.2023
ölçüsü0,63 Mb.
#167951
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   48
mumi m lumat. nformasiya sistemi n dir Sistem.

MühazirƏ 3


İnformasiya sistemlərinin təsnifatı

İnformasiya sistemləri müxtəlif əlamətlərə görə sinifləşdirilir. Ən çox istifadə olunan təsnifat üsullarına baxaq.


1. Miqyasına görə təsnifat
Miqyasına görə informasiya sistemlərini aşağıdakı qruplara bölürlər (şəkil 1.): lokal İS, qrup İS, korporativ İS .

Lokal informasiya sistemləri
Lokal informasiya sistemi adətən şəbəkəyə qoşulmayan bir fərdi kompüterdə reallaşdırılır. Bu cür sistem ümumi informasiya bazasından istifadə edən bir neçə tətbiqə malik ola bilər. Sistem istənilən anda bir istifadəçiyə və ya vaxt bölgüsü ilə bir işçi yerində işləyən bir neçə istifadəçiyə xidmət edir. Bu cür tətbiqlər çox vaxt verilənlər bazalarının (VB) lokal və ya stolüstü idarəetmə sistemləri (VBİS) vasitəsilə əldə edilir. Ən çox istifadə olunan lokal VBİS-ə dBase, Clipper, FoxPro, Paradox, Access sistemləri aiddir.
Qrup informasiya sistemləri
Qrup informasiya sistemi müəyyən işçi qrupun üzvləri tərəfindən kollektiv istifadə olunması üçün nəzərdə tutulur və əksər halda lokal kompüter şəbəkəsində yaradılır. Bu cür tətbiqlərdə işçi qruplar üçün SQL serverlər adlanan verilənlər bazalarının serverlərindən istifadə olunur. Həm kommersiya, həm də müstəqil xarakterli çoxlu sayda müxtəlif SQL-serverlər mövcuddur. Onlara misal olaraq DB2, Oracle, Microsoft(MS) SQL Server, InterBase, Sybase, Informix və s. göstərmək olar.
Korporativ informasiya sistemləri - işçi qruplar üçün İS-in inkişafı nəticəsində yaradılmış və məsafəyə görə səpələnmiş qovşaqlarla və şəbəkələrlə xarakterizə olunan iri kompaniyalar üçün nəzərdə tutulur. Bü cür sistemlər əksər halda bir neçə səviyyəli iyerarxik struktura malik olub, kliyent-server və ya çoxsəviyyəli arxitektura ilə qurulurlar. Onların reallaşdırılmasında qrup İS-də tətbiq edilən verilənlər bazalarının serverlərindən istifadə oluna bilər. İri korporativ İS-də daha çox Oracle, DB2 və MS SQL Server kimi VBİS-lərdən istifadə olunur. Qrup və korporativ informasiya sistemlərinin fəaliyyətinə və verilənlərin mühafizəsinə daha ciddi tələblər qoyulur.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə