Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem


VBİS-in nüvəsi ilə işləyən proqram vasitəsilə qurulan



Yüklə 0,63 Mb.
səhifə14/48
tarix30.12.2023
ölçüsü0,63 Mb.
#167951
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   48
mumi m lumat. nformasiya sistemi n dir Sistem.

VBİS-in nüvəsi ilə işləyən proqram vasitəsilə qurulan informasiya sisteminin arxitekturası bütöv VBİS əsasında yaradılan İS-dən onunla fərqlənir ki,VBİS-ə aid olan bir çox funksiyalar layihəçi və icraçının yaratdıqları üstqurum proqramları tərəfindən yerinə yetirilir. Bu cür arxitekturanın sadələşdirilmiş forması şəkil 3-də verilmişdir.

Bu arxitekturanın üstün cəhətləri aşağıdakılardır:
- VBİS-dən bütövlükdə istifadə edilmədiyindən, disk yaddaşının və əməli yaddaşın sərfi azalır;
- sistemin işləmə sürəti artır;
- istifadəçi tərəfindən sistemə müdaxilənin qarşısı alınır.
Bu cür yanaşmaya misal olaraq FoxBase+ sisteminin FoxRun modulundan istifadə etməklə İS-in qurulmasını göstərmək olar. Müasir VBİS-lərdən MS ACCESS-in tərkibinə daxil olan MS ACCESS Developer’s Toolkit paketi vasitəsilə həmin sistemin disketlərdə daşınan qısaldılmış (run-time) və üstqurum vasitələrinə malik olmayan MS ACCESS versiyasını yaratmaq olar.
Müstəqil işləyən proqram vasitələri ilə qurulan İS əvvəlki variantlarla qurulan İS-dən onunla fərqlənir ki, burada hazır VBİS-dən istifadə edilmədiyindən, verilənlərin bazasının yaradılması, idarə olunması, sorğuların təmin olunması kimi funksiyaları da layihəçi və icraçı tərəfindən hazırlanan proqram vasitələri yerinə yetirirlər. Bu cür arxitekturanın sadələşdirilmiş forması şəkil 4-də verilmişdir.

Verilənlərin saxlanması və emalı funksiyalarının yerinə yetirilməsi baxımından müstəqil işləyən proqram vasitələri VBİS-lə və ya onun nüvəsi ilə işləyən proqramlardan az fərqlənir. Bu arxitekturanın əvvəlki arxitekturalardan üstün cəhətləri aşağıdakılardır: 1) kompüterin xarici və əməli yaddaşına qənaət; 2) sistemin işləmə sürətinin artması; 3) istifadəçilərin sistemə müdaxiləsinin qarşısının tam alınması. Çatışmayan cəhətlər ondan ibarətdir ki: 1) sistemin qurulmasının əmək tutumu artır və baha başa gəlir, 2) verilənlər bazasına xidmət etmək üçün VBİS-in verdiyi standart imkanlardan istifadə etmək olmur.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə