Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə26/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   23   24   25   26   27   28   29   30   31

196 
Yaşatmaq üçün 
Sinəndə döyünür böyük bir ürək,
Qəlbin fidan kimi olubdu kövrək.
Sənin tək insanlar olurlar tək-tək.
Mərdliyi həyatda yaşatmaq üçün. 
Xoşbəxt günlər üçün çalışacaqsan,
Xalqın üçün yanıb-alışacaqsan.
Sönmüş ocaqlara köz olacaqsan,
Mərdliyi həyatda yaşatmaq üçün. 
Hamını demirəm, mənəm deyənlər,
Özünü bucaqda, küncdə öyənlər,
Qoy sizi ucaltsın sizi sevənlər,
Mərdliyi həyatda yaşatmaq üçün. 
Qardaşım bənzərsən uca bir dağa,
Nanəcib biveclər sənə sadağa,
Dönəsən həm şama, həm də çırağa.
Mərdliyi həyatda yaşatmaq üçün. 
Sən gözəl, mehriban bir insan oldun.
Dərdlərə dərmanı, çarəni buldun.
Nakam ürəklərə sevinclə doldun,
Mərdliyi həyatda yaşatmaq üçün. 


 
197 
 
 
Sənə Allahımdan diləyim vardır, 
Baharımız niyə çovğundur, qardır, 
Dünya eşitməyir, elə bil kardır 
Mərdliyi həyatda yaşatmaq üçün. 
 
Həyatda qalacaq həmişə izin
Saflığı axtarır həmişə gözün. 
Necə ötərlidir, kəskindir sözün. 
Mərdliyi həyatda yaşatmaq üçün. 
 
Yaxşını da gördün, pisi də gördün. 
Yamanı da gördün, tərsi də gördün. 
Həyat yollarında nəhsi də gördün. 
Mərdliyi həyatda yaşatmaq üçün. 
 
Tanrı taleyini yazıbdı belə, 
Ömrü verməyəsən çovğuna, yelə. 
Nə deyim yaşayaq hələlik belə. 
Mərdliyi həyatda yaşatmaq üçün. 
 
07.03.2007.  
 
 
 


 
198 
 
 
Qoruyaq eşqimizi 
 
Gəl dayanaq üz-üzə 
Dalaq dərin xəyala. 
Gəl dayanaq göz-gözə
Biz də yetək vüsala. 
 
Qınamayaq biz-bizi, 
Tər qönçələr gül açsın. 
Sınayaq eşqimizi, 
Bəxtimiz işıq saçsın. 
 
Hicran gendə dayansın. 
Qəlbimizi qırmasın. 
Aləm nura boyansın. 
Şaxta, ayaz vurmasın. 
 
Əsməsin aramızdan 
Qasırğalı bir külək, 
Yada salıb keçmişi, 
Şirin-şirin sevilək. 
 
Leyli, Məcnunu anıb, 
Füzulini yad edək. 
Kərəmtək odda yanıb, 
Xoşbəxt günlərə gedək. 
 
 


 
199 
 
 
Qəlbimizdə yaşadaq, 
Biz ömürlük bu günü. 
Olaq qollu bir budaq 
Görək toyu-düyünü. 
 
O ülvi məhəbbətin
Əziz qədrini bilək. 
O şirin məhəbbətin 
Eşqiylə deyib-gülək. 
 
Sevinsin dil, həm dodaq. 
Çağlayan bulaq kimi. 
Daha mehriban olaq 
Nur saçan çıraq kimi. 
 
Gəl dayanaq üz-üzə 
Dalaq dərin xəyala 
Gəl dayanaq göz-gözə 
Biz də yetək vüsala. 
 
Qoruyaq eşqimizi 
Tanrı bizə yar olsun 
Yaşadaq sevgimizi 
Dillərdə dastan olsun. 
 
06.05.2008.  
 
 
 


200 
O günahsız mələyi 
Deyirsən sevirəm.
Görməyəndə əsirəm
Görüşə tələsirəm,
Daha nələr, nələr 
Hec inana bilmirəm
Doğrusu güvənmirəm
Axı gözlərin demir, 
Axı ürəyin dinmir,
Dinən yalnız dilindir,
Həqiqəti soranda,
Aşır, daşır, coşursan.
Qəzəbinlə dənizə,
Daha çox oxşayırsan.
Budurmu məhəbbətin?
Bəs hanı ləyaqətin?
Axı necə dözüm mən,
Bunlara dözmək çətin
Bəzən günəşə dönür,
Parlayır, haraylayır,
Bəzən şəfəq saçırsan,
Gah itir, gah batırsan. 


 
201 
 
 
Gah da ki üz çevirib 
Uzaqlara qaçırsan. 
Anlamıram mən səni 
Ürəyindən keçəni. 
Bəzən tufan qoparan, 
Qasırğaya dönürsən. 
Bəzən göyə sovrulan, 
Sərt küləyə dönürsən. 
Külək kimi o yana, 
Külək kimi bu yana
Hər tərəfə əsirsən 
Anladım mənim deyil, 
Küləyin əsirisən. 
Yenə, yenə yanıldım, 
Əslində sən bunların 
Heç birini sevmirsən 
Nə dənizi, 
Nə günəşi, 
Nə küləyi, 
Nə də səni çox sevən 
O günahsız mələyi. 
 
 


202 
Dönmərəm 
Görkəmin nə qədər gözəl olsa da,
O qədər də şirin dilin olaydı. 
Nə qədər, nə qədər qəmzən olsa da,
Nə olar bir damla əqlin olaydı. 
İlk gündən sözümü deyə bilmədim,
Çox məsum, çox sakin göründüyüncün.
Gözlərim kor oldu, görə bilmədim,
Ürəyim səninlə döyündüyüçün. 
Bir gün peşman olub zəng etsən mənə,
Heç vaxt görüşünə gəlməyəcəyəm.
Sevdiyim çiçəkçün darıxsam belə,
Əyilib, qoxlayıb dərməyəcəyəm. 
Daş-qaşçün döyünən soyuq qəlbini
Gec də olsa belə sonda anladım.
Xətt çəkib üstündən məhəbbətimin
Əqlimdə dumanlı xəyala daldım. 
Bu sevgi versə də mənə işgəncə,
Sonunda anladım şükür Allaha.
Şeytanlar qəlbimə dolsa da belə,
Dönmərəm, dönmərəm, dönmərəm daha. 
25.03.2006.. 


 
203 
 
 
Qaytaracağam 
 
Necə sevməyimi bilməyin üçün 
Coşğun ürəyimi vermək istərəm. 
Bütün şübhələri silməyin üçün, 
Sonsuz diləyimi görmək istərəm. 
 
Sükutun sızladır hey kaman kimi 
Düşünsən incidir hər ikimizi. 
Nə yaman soyudun dağda qar kimi 
Od olaq isidək bir-birimizi. 
 
Sevirsən bilirəm amma nə üşün, 
O süzgün baxışın qəlbimi üzür. 
Eşqimin isbatı gərəkliyiçün 
Alışan sevgimiz aralı düşür. 
 
Başımı sinənə qoymaq istərəm
Bəlkə qəlbin deyə dərdini mənə. 
Isti nəfəsini duymaq istərəm, 
Bəlkə təsəllimdir düşündüm yenə. 
 
Məndən uzaqlarda olsan da bil ki 
Durmadan hər zaman axtaracağam. 
Qoymaram büdrəyə, eşqim tükənə 
Mən səni özümə qaytaracağam. 
03.09.2005 
 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə