Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə23/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

 
171 
 
 
Şair tanrı hüzurunda  
Dərdin qapısı yox,dərdin damı yox, 
Dərdlə doğuluruq,dərdlə ölürük. 
Hamının dərdi var,dərd adamı yox; 
Kefli ağlayırıq, dərdli gülürük... 
Bir dünya dərdi var,bir də axirət, 
Qalan yarı azar-dərd tutumu yox. 
Dünyanın işləri tanrı sınağı; 
Dərdinin çarəsi,əlacı yoxsa 
Adam şair olur, ya qan çanağı... 
Bu gidi şairlik bir tale mərci
Padşah hüzurunda şöhrətin tağsa 
Tanrı hüzurunda yarın axır ad... 
Azdı şairlərin nicat tapanı, 
Hər iki dünyanın bəxtəvəri az 
Az deyil Allaha, bəndəyə borcu, 
Özündən kənarda haqsevəri az. 
Özünü müqəddəs sırıyanların 
Dünyada qoyduğu qara oyundu- 
Mələk cəhənnəmə sürüyənlərin 
Qiyamət qopmamış kitabı yandı... 


 
172 
 
 
Şəhid oğulun diliylə 
Könüllü getdim döyüşə
Şəhid oldum Güllücədə. 
Vətən,qeyrət,din döyüşü, 
Sinəm sipər,güllə cida... 
 
Qanım tökülən torpağı, 
Vətənsizlər alan deyil, 
Qovulmasa yurddan yağı, 
Ruhum rahat olan deyil... 
 
<>da  bölünəndən 
Millətimiz yurdda xəcil, 
<> bilinəndən 
Şəhid ruhum burda xəcil. 
 
Səbr qırx gün,qırx ay olar 
Nəyi gözləyirsiz axı ?! 
Partizanlar tutuldular... 
Yer aldı düşmən ayağı... 
 
 
 


 
173 
 
 
Çəkirsiz səngər keşiyi... 
Ümidimiz üzüldü ki, 
Vətən,qeyrət,din düşüyü 
Tarixlərə yazıldı ki. 
 
Barışıq təklif edənlər 
Xocalını yada salsın... 
On beş il qəhər udanlar 
Qisasını kimdən alsın... 
   16.12.2006 
 
 
 
 
 
 
 
 
 


 
174 
 
 
Birlik  müjdəsi 
Tanınmış türk-müslüman alimi, 
ustadımız prof. dr. Haydar Baş 
hocaya sayğılarla 
 
 Bir Allahın,Muhammədin yolu bir, 
 “Quran”ı bir, Qibləsi bir,dili bir, 
 Əbu Bəkr,Ömər,Osman,Əli bir, 
Sünni, şiə-bütün ümmət ola bir- 
 Siyasətlər böldü bizi, İlahi ! 
 
Müslüman qardaşlarıq,anamızdır Fatimə, 
Məzhəblərdə birləşib bağlanmışıq Xatəmə; 
Cəfəriyik,Şafei,Malikiyik,Zeydiyik, 
Hənəfiyik,Hənbəli, Zahiriyik-yeddiyik 
Əqidəmiz İmami, Maturidi, Əşəri, 
Sələfilik, Sufilik, Ələvilik aşırı 
Niyyətimiz,qəlbimiz,əxlağımız-təmiz ad, 
Varlığımız təkamül,yoxluğumuz-təmiz ad. 
İmanımız Allaha,Qurana,Peyğəmbərə, 
Mələklər və İmamlar, Qiyamət və qədərə. 
Ağlımız elmə möhtac, elmimiz də imana, 


 
175 
 
 
Əməlsiz imanımız yetə bilməz amana... 
Namaz,oruc,zəkat və xümsdü,həccdi,cihaddı, 
Yaxşılıq amalımız,pislik bizlərə yaddı. 
Düşmən də haqqa  gəlsə, dost olarıq haqq üçün, 
İstəyimiz ədalət, can atmarıq taxt üçün... 
Nə məzhəb yaratmadıq, nə də özgə təriqət, 
“Məktəbi-ümmət”adı verdi Nuri-həqiqət; 
“Quran”, Sünnə,Əhli-Beyt Allahın ayətləri, 
Səhabə şahidliyi, övliya öyüdləri... 
İstiqamət üzrəyik, türkük-müsəlmanıq biz, 
Nuhun gəmisindəyik, hamımız bir canıq biz 
Türkü, farsı, ərəbi...kim Allahın əsgəri ?! 
Mömin ola bilmədi əfsuslar ki, əksəri  
Gözləyirik zühuru səbrü-intizar ilən, 
Mehdi, Xızır bərabər, enər İsa Nur ilən... 
Ümmətiyik, Ümmətin nicatıdır yolumuz, 
Peyğəmbər əmanəti,höccətidir yolumuz 
 
 
 


176 
1960-cı  il  fevralın  18-də  Samux  rayonda,  Qarayeri
qəsəbəsində  anadan  olub.  Azərbaycan  Yazıçılar  Birliyinin 
üzvüdür.  1985-ci  ildən  yaradıcılıqla  məşğuldur.  Əlillərin 
2001,  2004,  2007  və  2010-cu  illərdə  keçirilmiş 
Ümumrespublika  Bədii-Yaradıcılıq  Baxış  Müsabiqəsinin 
qalibi olub.   
İlk  şeirlər  kitabı  olan  “Mənim  iztirablarım”  kitabı 
2001-ci ildə çap olunub. Kitabda şairin şəxsi iztirablarından, 
yurd-vətən  dərdlərindən  obrazlı  dildə  söhbət  açılır.  “Şəfalı 
əllər” kitabı öz həyatını yazan taleyinin əzab və iztiarbları əks 
olunub.  Ofeliya  xanımın  anlamında  dünyanın  başlanğıcı  da 
axırı  da  sözdür.    Onun  adı  20-ci  əsr  Azərbaycan  yazıçı  və 
şairlərinin Ensklopediyasına salınıb.  
Ofeliya Xəliova 


177 
Dözərmi ürək ... 
Qəzavü-qədərdən açılmır başım,
Qapılar bağlıdır, axır göz yaşım.
Ağrı-acılardır mənim sirdaşım, 
Belə yaşamağa dözərmi ürək. 
Fələk xoşbəxtliyi əlimdən alıb, 
Gözlərim illərlə yollarda qalıb.
Başımın üstünü duman, çən alıb.
Belə yaşamağa dözərmi ürək. 
Sınaq qarşısında qalıb taleyim, 
Yandırır dünyanı ahım-gileyim.
Niyə çiçək açmır küskün diləyim,
Belə yaşamağa dözərmi ürək. 
Həyatın hər üzün çox görmüşəm mən, 
Dərdi unutmağa söz vermişəm mən.
Köksümü yandıran köz görmüşəm mən.
Belə yaşamağa dözərmi ürək. 
Bu küskün qəlbimdən sevinc azıbdı,
Fələk taleyimi qəmli yazıbdı. 
Ötən günlərimi niyə pozubdu, 
Belə yaşamağa dözərmi ürək. 
Ayağım yer tutmur gedə bilmirəm,
Könlüm istədiyin edə bilmirəm.
Günahım nədədir, nədə bilmirəm?
Belə yaşamağa dözərmi ürək. 


 
178 
 
 
Sevincli günləri görəydim barı, 
Gəzəydim laləli, güllü dağları. 
Sevinən görəydim gözü ağları, 
Belə yaşamağa dözərmi ürək. 
 
Zülmət gecələrim nura boyansın, 
Yatan bəxtim yuxusundan oyansın. 
Mənim də ömrümdə bir məşəl yansın, 
Belə yaşamağa dözərmi ürək. 
 
Namərd, nadanlardan uzağa qaçım, 
Günəş olub bu aləmə nur saçım. 
Üzümə bağlanan qapını açım. 
Belə yaşamağa dözərmi ürək. 
 
18.III.2005 
 
 
 
 
 
 
 
 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə