Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə1/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
  1   2   3   4   5   6   7   8   9   ...   31


Ümidlər  və  arzular...  Şeirlər  toplusu  Azərbaycan  Respublikası 
Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin  sifarişi  ilə 
“Konstitusiya”  Araşdırmalar  Fondu  tərəfindən  həyata  keçirilən
“İstedadlı  əlillərin  cəmiyyətə  inteqrasiyasına  yardım  göstərilməsi 
məqsədi  ilə  onların  yaradıcılıq  imkanlarının  təbliği”  layihəsi 
çərçivəsində hazırlanıb və nəşr edilib.  
Topluda  14  müəllifin  şeirləri    toplanıb.    Müəlliflər  haqqında 
məlumat və onların şerləri ilə həmçinin, 
www.menbacariram.com
və  www.nobarriers.az 
saytlarında tanış ola bilərsiniz. 
Kitab “N PRINT” Studiya mətbəəsində çap olunub.   
Tiraj: 1500 
. © 
 
Bütün müəllif hüquqları qorunur. 
“Konstitusiya” Araşdırmalar Fondu 
Ünvan:  AZ 1001, Bakı şəhəri, M.Əfəndiyev 7/24 
Tel: (+99412) 4925726 
E-mail: 
kafondu@yandex.ru  
www.kafondu.com  
Azərbycan Respublikası 
Əmək və Əhalinin Sosial 
Müdafiəsi Nazirliyi
“Konstitusiya” 
Araşdırmalar Fondu



Ön söz 
Onu  əvvəlcədən  deyim 
ki,    kitabın   hazırlanmasında, 
şeirlərin seçilməsində mən iştirak 
etməmişəm. Bəlkə elə bu  
da işin xeyrinə olub. “Yalınış da 
bir  naxışdır”,  -  deyib  atalar. 
Seçmək, rəndələmək müəlliflərin 
əsl  sifətini  itirir.  Onlar  uğurları 
və  nöqsanları  ilə  bir  yerdə  maraqlıdırlar.  Ən  güclü  şeir 
müəllifinin  də  şeirləri  arasında  çox  zəif  şeirlər  olub.  Bu
təbiidir. Yaradıcılıq prosesidir, zəif şeirin yanında güclü şeir 
olmasa  onları  necə  müqayisə  etmək  olar.  Bu  kitab  bir  növ 
həm  müəlliflərin  özü  üçün,  həm  də  oxucular  üçün  poeziya 
dərs vəsaitidir. Müəlliflər bir-birinin həm  uğurunda, həm  də 
uğursuz  misralarından  görüb  götürəcəklər.  Ümumiyyətlə, 
kitab yaxşı alınıb. On dörd nəfər istedadlı əlil insanın böyük 
sevincinə səbəb olacaq.  
Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial 
Müdafiəsi  Nazirliyinə  bu  təşəbbüsə  görə  Azərbaycan 
Yazıçılar  Birliyi  və  şəxsən  öz  adımdan  təşəkkürümü 
bildirirəm.1988-ci ildən başlayaraq hər üç ildən bir keçirilən 
İstedadlı  Əlillərin  Ümumrespublika  baxış  müsabiqəsinin  
yekun mərhələsində jüri üzvü kimi iştirak edirəm.  Şairlərdən 
istedadlıları,  hətta  çox  istedadlılarını  tanıyıram.  Respublika
müsabiqəsinin  tapıb  üzə  çıxardığı  bu  yaradıcı  əlillərdən  bir 
neçəsi  Yazıçılar  Birliyinə  üzv  qəbul  olunub.  Yaradıcılıq 



ruhun,  istedadın  məhsuludur.  Zahirən  qüsurlu  insanların 
istedadları  sübut  edir  ki,  onlar  şeirlərində  sağlam  cüssəli, 
pəhləvan  qamətli  insanlardan  daha  sağlam,  daha  yenilməz 
olurlar.  
Aliyə  Seyidqızı  Lənkəran  sakinidir.  Bakı  Dövlət 
Universitetinin  filologiya  fakültəsini  1979-cu  ildə  bitirib. 
Lənkəran  Digah  kənd  orta  məktəbində  müəllimədir,  onun
“Qarabağ” qəzəlini sizə təqdim edirəm: 
QARABAĞ 
Ey ana yurdumun gül parçası, canım Qarabağ! 
Doğma yurdum, tacü-taxtım, xanədamım Qarabağ! 
Sağlığında qəm ilə zari-Natəvan qalmış,  
Zülfi-muyi xakə batmış, Natəvanın Qarabağ! 
Qulağımdan getməyib cəh-cəhi bülbüllərin, 
Seyidim, qəmli Qədir, xanəndə xanım Qarabağ! 
Ey dühalar diyarım, sinəmə dağ çəkdin axı! 
Nəğməli dilim, dodağım, süxəndanım Qarabağ! 
Bir zaman qılıncına Qacarın baş əyməmişəm! 
Uğurunda can qoyub saysız qurbanım, Qarabağ! 
Xocalı faciəsi yandırdı Seyyidqızını,  
Bu deyilməz dərd ilə mən necə yanım, Qarabağ! 
         Şair  Elxan  Xəzərin  “Şəhidlərin  vida  sözü”  şeirindən 
sizə iki bənd təqdim edirəm: 



Tükənməsin var-dövlətin, 
Hey boşalıb-dolan dünya! 
Daha gözəl, işıqlı ol, 
Bizdən sonra qalan dünya! 
Nur ələnsin dağ-daşına, 
Uğur çıxsın qoy qarşına. 
Ana günəşin başına 
Məhəbbətlə dolan dünya! 
Şair  bu  iki  bənddə  şəhərin  tam  obrazını  yaradıb. 
Öldüyü anda belə son nəfəsində həyatın, dünyanın daha gözəl 
olmasını  arzulayır.  İkinci  bəndi  bir  də  təkrar  etməyə 
bilmirəm: 
Nur ələnsin dağ-daşına, 
Uğur çıxsın qoy qarşına. 
Ana günəşin başına 
Məhəbbətlə dolan dünya. 
Obrazı,  döyüşçü  şəhidi  şair  böyüdüb  yer  üzü  ilə 
yanaşı  qoyur.  O  şəhid  anasının  evini,  kəndini,  şəhərini, 
ölkəsini  deyil,  bütün  yer  üzünü  məhəbbətlə  yaşamağa, 
günəşin  ətrafına  məhəbbətlə  dolanmağa  çağırır.  Bxmayaraq 
ona güllə atan, onu şəhid eləyən namərd də bu yerin üstündə 
yaşayır.  Bu  şəhid  Leonardo  da  Vinçi  humanizmi
səviyyəsində düşünən, yaşayan insan, adi bir əsgərdir. Kimin 
dili gələr belə bir şeiri yazan adama “əlil” desin?! 



Və yaxud  1957-ci il təvəllüdlü, Qarabağ müharibəsi 
veteranı  İslam  Əzimovun  “Nə  mən,  nə  sən  tale  yazan 
deyilik” şerindən: 
Bu köç deyil yurddan yurda daşıyaq, 
Ləkə deyil yuyaq, silək, qaşıyaq. 
Bu taledir məhkumuq ki, yaşayaq, 
Nə mən, nə sən tale yazan deyilik. 
Misralarda sözlərin düzülüşündə ağır, müdrik, soyuq 
bir  təsəlli  var.  Dözməliyik,  yaşamalıyıq,  qalib  gəlməyin  bir 
yolu  da  budur.  SSRİ-yə  məğlub  olmuş  almanlar  ağılla, 
soyuqqanlıqla, dözümlə elə çalışdı ki, elə işlədi  parçalanmış 
ölkəsini  də  birləşdirdi.  Yenə  güclü  bir  ölkə  oldu.  Qalib
gəlmiş  SSRİ-yə  də  yardım  elədi.  SSRİ  dağıldı.  İslam 
Əzimovun  şeirinin  altındakı  qat  bizi  əzimli  olmağa,  daha 
yaxşı  çalışmağa,  ölkəmizi  gücləndirməyə,  birliyə  səsləyir. 
Qələbəyə  gedən  bir  yol  da,  bəlkə  də    əsas  yol  budur.  Ölkə 
varlı və gözəl  yaşayanda məğrurluğunu qoruyub başqalarına 
da  yardım  göstərəndə,  düşməni  də  ayağına  gəlir,  yardım 
istəməli  olur.  Siz  şeirləri  elə  belə  oxumayın.  Şairə  şeiri 
yazdıran sözün altındakı mətləbdir. 
Belə bir layihənin həyata keçirilməsi alqışa layiqdir. 
Bu kitab şairlərə və oxucularına gözəl hədiyyədir. 
Fikrət  Qoca 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə