Ümidlər və arzular


Özgə divarına daş olammıram



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə31/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   23   24   25   26   27   28   29   30   31

 
238 
 
 
Özgə divarına daş olammıram 
 
Özgə divarına daş olammıram 
Yetən dığırrıyır, helliyir məni. 
Yetim uşağıyam nənni dünyanın 
Kim hara istəsə yelliyir məni. 
 
Aqilin nadana sözü kimiyəm 
Silinmiş, pozulmuş yazı kimiyəm. 
Bir xəsis əcələ quzu kimiyəm  
Gündə neçə dəfə əlliyir məni. 
 
Köçkünlük tənəmi dastan eyləyib 
İslamı yoldaşdan, dostan eyləyib. 
Dərdlərim sinəmi bostan eyləyib 
Eninə, boyuna belliyir məni. 
 
 
 
 
 
 
 


 
239 
 
 
Başım başdıqdan çıxdı
 
 
Yüküm əydi, daşım düşdü qürbətə 
Başı daşdı, daşım daşdıqdan şıxdı. 
O qədər qəfəsdə qaldı bülbülüm 
Qanad açammadı, quşduqdan çıxdı. 
 
Quru yanırmış ki, qurutsun yaşı 
Bunu gec dərk etdim, çox oldum naşı. 
Min qovğa yaşadı başımın başı 
İtirdi başını, başdıqdan çıxdı. 
 
Pis pisə sığındı,  pisə sevindi 
Topuq əyri bitdi, əsa sevindi. 
Dədəsin öldürən yasa sevindi 
Ehsan ofsanatdan, xoşduqdan çıxdı. 
 
Didərgin düşdüyün gündən Ay İslam 
Sevinc perik düşdü səndən Ay İslam 
Yaz da gəlib keçdi gendən Ay İslam 
Qışın əndazədən, qışdıqdan çıxdı 
 
 
 
 


 
240 
 
 
İtirmişəm 
 
Saçımla yaşımın fərqini sorman 
Ay olub içində il itirmişəm. 
Vətəndə vətənsiz qəribəm Allah, 
Oba itirmişəm, el itirmişəm. 
 
Mənim bir dərdimi yüz eləməyin 
Arxamca qımışıb göz eləməyin. 
Həyatdi, büdrəsəm söz eləməyin  
Çiynimə sökənmiş əl itirmişəm. 
 
Sevincdən, fərəhdən yad gəzirəm mən 
Buz yarib içində od gəzirəm mən. 
İslama *status*.. Ad gəzirəm mən  
Muncuqla aldatman, ləl itirmişəm, 
Oba itirmişəm, el itirmişəm. 
 
 
 
 
 
 
 


 
241 
 
 
Gözləyir
 
 
Gör zaman hökmünü nələr dəyişib 
Tülkü gədik güdüb, bərə gözləyir. 
Bir zaman cəmdəyə həsrət qarğalar 
İndi çolpa yemir, fərə gözləyir. 
 
Tarixi etmişəm mən vərəq-vərəq  
Nadandan dünyada qalmamış soraq. 
Dünən şor görəndə çat verən dodaq 
Qaymağı bəyənmir, kərə gözləyir. 
 
İslam, yum gözünü çıxma eşiyə 
Fərq qoyan yox gədoğluya, kişiyə.  
Gör hansı bəxt açılıbdı pişiyə  
Pələngi soymağa dərə gözləyir. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
242 
 
 
Qadınlar öz ömrün yaşamayır ki ... 
 
Bu taleni yaşayan 
qadınlara ittihaf 
edirəm... 
 
Yüz ölçər ,bir biçər addımın, izin 
Üfürə-üfürə içərlər suyu 
Eşidən nə deyər, görən nə deyər?! 
Var yerin "qulağı", "danışan" quyu 
Ananın öyüdü, atanın xofu 
Çevrilər çəpərə hər addımbaşı 
Bu olmaz, o olmaz,  o biri olmaz 
Günün göy əsgiyə düyər qardaşı- 
Qadınlar öz ömrün yaşamayır ki. 
 
Qəlbini göynədən sevdanın adın 
Yasaqdı, dilinə gətirə bilməz 
Bir soyun alnını açıq eyləyən  
Bir qız vüqarıdır, itirə bilməz. 
Bakirə bir adı qorumaq üçün 
İynə ulduzundan keçər qadınlar  
Ən böyük mükafat, ən böyük ödül 
"Namuslu"- adını seçər qadınlar- 
Qadınlar öz ömrün yaşamayır ki. 
 
 
 


 
243 
 
 
Gedər vağzalıyla ərköyünlüyü 
Burda ev-eşiyin naxışı özgə 
Ana baxışından xumarlanana  
Daha qaynanın baxışı özgə. 
Qaynata hikkəsi, qayın hikkəsi  
Çalışıb, baldızın nazını çəkər 
Baş əyər taleyin şıltaqlığına 
Qismətin "çoxunu","azını" çəkər- 
Qadınlar öz ömrün yaşamayır ki. 
 
Çoxalır qayğılar körpə səsindən  
Balanın qadasın almağa hazır 
Çiçəkli bir həyat bəxş etmək üçün 
Özü yarpaq-yarpaq solmağa hazır 
Ömrü başdan- başa dolanbac yolu 
Ucalmaq gözləyir, enmək gözləyir 
Axşamdan səhərə kirpik yummamaq 
Qapıda heykələ dönmək gözləyir- 
Qadınlar öz ömrün yaşamayır ki... 
 
 
 


 
244 
 
 
Gedək, axtaraq məni... 
 
Birazca səbrin olsun 
Tez-tez kəsmə sözümü 
Xəbərin var xəbərdən 
İtirmişəm özümü. 
İzgəzənlər gətirib 
Qapınacan izimi 
Aç sinənin qapısın 
Sonra qapa gözümü 
Gedək, axtaraq məni. 
 
Dönmərəm dediyimdən 
And yerim canın olsun 
Gəl bir oyun oynayaq 
Sözümüz “qanun” olsun. 
Nə bəhanə axtaraq 
Nə onun, bunun olsun 
Bax.... sözümüz sözdü ha.. 
Kim tapsa onun olsun 
Gedək, axtaraq məni 
 
 
 
 
 
 


 
245 
 
 
Nə mən, nə sən tale yazan deyilik
 
 
Bu köç deyil yurddan yurda daşıyaq 
Ləkə deyil yuyaq, silək, qaşıyaq 
Bu taledir, məhkumuq ki, yaşıyaq  
Nə mən, nə sən tale yazan deyilik. 
 
Alın yazın gəlmədisə xoşuna 
Dərd eləmə ürəyinə, başına  
Azca yüyür, azca yıxıl boşuna 
Nə mən, nə sən tale yazan deyilik. 
 
Qurma taleyinlə yarış, ay İslam 
Arif tap, aqil tap soruş, ay İslam 
Barış qismətinlə, barış, ay İslam  
Nə mən, nə sən tale yazan deyilik. 
 
 
 
 
 
 
 


 
246 
 
 
Baxan elə bilir mələkdi... 
 
Artdıqca günahlar şələ dəyişib 
Hər addım başında tələ dəyişib. 
Şeytanlar cilidin elə dəyişib 
Baxan elə bilir mələkdi vallah. 
Dözümüm, taqətim tökülüb, itib 
Səbrim şadaradı, ələkdi vallah. 
Dərdini deməyə dərdqananmı var.?! 
Dünya başdan -başa kələkdi, vallah. 
 
Baş çıxıb başdıqdan, baş saxtalaşıb 
Gözə min kəf gəlir, qaş saxtalaşıb. 
Bahar saxtalaşıb, qış saxtalaşıb 
İçimdə tufandı, küləkdi, vallah. 
Dərd aşıb həddini, şələ dəyişib 
Hər addım başında tələ dəyişib. 
Şeytanlar cilidin elə dəyişib 
Baxan elə bilir mələkdi, vallah. 
 
Girib göy zəmimi qəm elə biçib 
“Ümid”-dən addıyıb, “pənah”-dan keçib 
Alnımın qırışı qəlbimə köçüb 
İslamın düşməni fələkdi, vallah. 
 
 


 
247 
 
 
Məni yollarında bitirmisən sən 
 
Belə sevgi olmaz, məhəbbət olmaz 
Məni yollarında bitirmisən sən. 
Ürəyimi oğurlayıb getmisən 
Özünü qəlbimdə itirmisən sən. 
 
Mənə ki sevməyi sən öyrətmisən 
İndi min cavabsız, min sual, niyə? 
Gözümü dünyaya qapamışam ki 
Əksin gözlərimdən getməsin deyə. 
 
Bu bir son təsəllim,. son ümidimdir 
Olsa da xam xəyal, ya şirin güman. 
Düşünnəm udduğum hava zərrəsi 
Bəlkə dodağına dəyib bir zaman. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
248 
 
 
Səni sevə-sevə günahkar oldum 
 
Sənin taleyinə yağan qar oldum 
Boranam, tufanam yolunun üstə. 
Səni sevə -sevə günahkar oldum 
Gəlim, al canımı qolunun üstə. 
 
Neyləyim, günəşin, ayın olmadım 
Fələk sayan oldu, sayın olmadım. 
Bağışla,. qismətin, payın olmadım 
Adım kök atsa da dilinin üstə. 
 
Düşdü min dumana, çənə İslamın 
Qovuşa bilmədi sənə İslamın. 
Günahkar oldusa, yenə İslamın 
Üz tut yaradana, ölümün istə 
 
 
 
 
 
 
 
 
 
 
 
 


249 
Təhminə Ramazan qızı 
Məmmədova  
1989-cu  ildə  iyulun  7-də  Daşkəsəndə  anadan  olub. 
Əsasən vətən, təbiət mövzularında şeirlər yazır.  
Onun şeirləri müxtəlif  KİV-lərdə çap edilib. Yazdığı 
100-ə qədər şeirindən 25-i çap olunub. Əlillərin 2010-cu ildə 
keçirilmiş  Ümumrespublika  Yaradıcılıq  Müsabiqəsinin 
qalibidir.   


250 
Bu məzarda şəhid yatır 
Daha burda qurub bardaş
Qərənfillər ona sirdaş.
Ayaq saxla, yolçu qardaş
Bu məzarda şəhid yatır. 
Dönüb qəlbin qəmli neyə,
Dərdim sığmır yerə-göyə.
Yurdu azad olsun deyə
Bu məzarda şəhid yatır. 
Çiçəkləri vaxtsız solan,
Cavanlıqda saçın yolan,
Nəsillərə örnək olan –
Bu məzarda şəhid yatır. 
Mərd ürəkdi sinədəki, 
Oğul olmaz onun təki. 
Yeri behişt olsun təki
 
Bu məzarda şəhid yatır. 


251 
Soyulsa da lap dərimiz,
Haqqdan dönməz heç birimiz...
Qəbri bizim and yerimiz- 
Bu məzarda şəhid yatır. 


 
252 
 
 
Cəhənnəmlik olasız  
 
(Mənfur ermənilərə) 
 
Anadan olan gündən 
Düşmən oldun bizlərə. 
Dünyanı inandırdın 
Yalan-yalan sözlərə. 
Niyə xoflanırsan ki, 
Türkün adı gələndə 
Sir-sifətin qırışır 
Türklər bir az güləndə. 
Bilmirəm hardan gəlib, 
Bu yerlərə obanız 
Əlimin suyun görüb
Andronik babanız. 
Nəsilsiz “nəcabətin”, 
Hansı taxtı qurublar 
Görən deyir çatışmır 
Başınızda “şuruplar”. 
Heç də özündən çıxma 


 
253 
 
 
Mənim sözümə inan 
Bu dardan qurtaracaq 
Anamız Azərbaycan. 
Döyüşə gedəcəyik 
Hərəmiz bir nəfər tək. 
Üzümüzə güləcək 
Səadət ətək-ətək 
Başınıza daş düşə 
Qara yurdda qalasız 
Görüm sizi ömürlük 
Cəhənnəmlik olasız. 
 
 
 
 
 
 
 
 


 
254 
 
 
Ay Allah 
Bu sevdaya kim inana, kim uya, 
Yerdı qalmaz heç bir zaman aman, ah. 
Ürəyimin yağın verdim qonşuya 
Çörəyimin duzu yoxmuş ay Allah. 
 
Ürəyimi xəncərləyir olanlar, 
Gözlərimə soxulurlar yalanlar 
Kimə lazım bu böhtanlar, yalanlar 
Bu əzabın sonu yoxmuş ay Allah. 
 
Düşmın yaxıb dağa-daşa qanımı 
İtkin salıb sultanımı, xanımı 
Bu axçiklər oda yaxır canımı 
Niyə səbrin belə çoxmuş, ay Allah. 
 
 


 
255 
 
 
Fərid ilə Mübariz 
 
Yağı düşmən üstünə 
Aslan kimi getdilər. 
Öz şirin canlarını  
Yurda qurban etdilər 
Fərid ilə Mübariz. 
 
Yer də, göy də onlara 
Ağladı için-için 
Canlarından keçdilər 
Vətən üçün, el üçün 
Fərid ilə Mübariz.  
   
Axşam qüruba gedən 
Günəş kimi söndülər 
Bağrı qana boyanmış 
Qərənfilə döndülər 
Fərid ilə Mübariz. 
 
Dəyanətlə, vüqarla 
Od-alovdan keçdilər 
Qarışıb sonsuzluğa  
Ürəklərə köçdülər 
Fərid ilə Mübariz. 
 
 


256 
Yusifova Mələhət   
Ələsgər qızı  
1971-ci  il,  iyulun  2-də  Bakı  şəhərində  anadan 
olub.  1988-ci  ildə  orta  məktəbi  başa  vurub. 
Həmin 
ildə 
Maliyyə-Kredit  Texnikomuna  daxil  olub,  1989-cu 
ildə  oranı bitirib, maliyyə-kredit ixtisasına yiyələnib.  
Orta  məktəb  illərində  ədəbiyyata  xüsusi marağı  ilə 
seçilib.    Məktəb  illərindən  başalayaraq 
müxtəlif 
mövzularda  şeirlər yazır. 


257 
   
Qayıdar görəsən bir də Xocalı ? 
                              
   Çiçəklər ağlayır, güllər ağlayır, 
Dumana bürünən dağlar ağlayır,
Məzarda uyuyan ruhlar ağlayır,
Qayıdar görəsən bir də Xocalı ? 
Hər kəsin gözündə yaşlar qalıbdır,
Xocalı qəlblərə nisgil salıbdır,
Ürəkdə nailələr, ahlar qalıbdır.
Qayıdar görəsən bir də Xocalı ? 
O günlər dağ çəkdi millətimizə,
Xocalı dərd saldı qəlblərimizə,
Düşmən göz dikibdir vətənimizə,
Qayıdar görəsən bir də Xocalı ? 
Tökdüyü qanlarla düşmən öyündü,
Xocalı köz tutmuş yaraya döndü,
Neçə igidlərin ulduzu söndü, 
Qayıdar görəsən bir də Xocalı ? 


258 
Dünyaya heç sığmır dərdi millətin,
Məlahət dərdini çəkir millətin,
Görən sonu çatar nə vaxt həsrətin,
Qayıdar görəsən bir də Xocalı ? 


259 
Haray çəkir Azərbaycan 
Qəmli-qəmli süzür hər an,
Həm ağlayıb, gülür hər an,
Göz yaşını tökür hər an,
Haray çəkir Azərbaycan,
Biz gözləyək haçanacan ? 
Nahaq qanlar axıdılır,
Qarabağ sinə dağıdır,
Gözəl Şuşa da dardadır,
Haray çəkir Azərbaycan,
Biz gözləyək haçanacan ? 
Böyük Turan qardaşımız,
Pakistan da sirdaşımız,
Vətənimiz baş tacımız,
Haray çəkir Azərbaycan,
Biz gözləyək haçanacan ? 
Gücümüz də birlikdədir,
Vətənimiz kədərlidir,
Mərd oğullar hünərlidir,
Haray çəkir Azərbaycan,
Biz gözləyək haçanacan ? 


260 
Biz bir olaq, həmrəy olaq,
Düşmənləri yurddan qovaq,
Qarabağı tezcə alaq, 
Haray çəkir Azərbaycan,
Biz gözləyək haçanacan ? 
Şuşa, Laçın qəm dəryası,
Zəngilan könül yarası,
Qarabağ kədər dünyası.
Haray çəkir Azərbaycan,
Biz gözləyək haçanacan ? 
Vətənimiz çox bölündü,
Qaçqınlıq da bir zülümdü,
Xalqımız da hökümlüdü,
Haray çəkir Azərbaycan,
Biz gözləyək haçanacan ? 
Millət gücü birlikdədir,
Ordumuz da çox mətindir,
İlhamımız bizimlədir,
Haray çəkir Azərbaycan,
Biz gözləyək haçanacan ? 
Bu, dünyamız çox dərdlidir,
Qarabağ da bizimkidir,
Vətən dərdi qəm-qüssədir. 


 
261 
 
Haray çəkir Azərbaycan, 
Biz gözləyək haçanacan ? 
  
Göyçəmizin gözü yolda, 
Füzuli də qalıb darda, 
Qarabağım qaldı harda ? 
Haray çəkir Azərbaycan, 
Biz gözləyək haçanacan ? 
  
Ürəkləri dərd yandırdı, 
Analar fəryad qopardı, 
Şəhid ruhu nigarandı, 
Haray çəkir Azərbaycan, 
Biz gözləyək haçanacan ? 
  
Daşaltının faciəsi, 
Yanvarın da qəm-qüssəsi, 
Məzarlarda gül dəstəsi. 
Haray çəkir Azərbaycan, 
Biz gözləyək haçanacan ? 
  
Xocalı fəryad qoparır, 
Anaların bağrı yanır, 
Azərbaycan pərişandır, 
Haray çəkir Azərbaycan, 
Biz gözləyək haçanacan ? 
  
Kim gələcək bu haraya ? 
Faciəni duya-duya, 
Biz qalmışıq saya-saya 


 
262 
 
Haray çəkir Azərbaycan, 
Biz gözləyək haçanacan ? 
  
Hara gedir qəm kərvanı ? 
O, qış edir yüz baharı, 
Birləşdirək biz Tehranı, 
Haray çəkir Azərbaycan, 
Biz gözləyək haçanacan ? 
  
Dilimiz yasaq olmasın, 
Millət kölə, qul olmasın, 
Faciələr çoxalmasın, 
Haray çəkir Azərbaycan, 
Biz gözləyək haçanacan ? 
  
Verək əl-ələ Turanla, 
Biz dost olaq Pakistanla, 
Dostluq edək biz dünyayla
Haray çəkir Azərbaycan, 
Biz gözləyək haçanacan ? 
  
Cıdır düzü düşməndədir, 
Məlahət, Vətən qəmlidir, 
Oğullar çox hünərlidir, 
Haray çəkir Azərbaycan, 
Biz gözləyək haçanacan ? 
  
  
  
  


263 
                    
Şəhidlər 
Qarabağ savaşı başlayandan Qarabağ uğrundakı döyüşlərdə 
Xalid Quliyev, Mübariz İbrahimov, Fərid Quliyev kimi 
oğullar canlarını vətən uğrunda qurban verdilər. Mən də 
onların simasında şəhidlərə aid bir poema həsr etdim. 
Siz güllə önündə məğrur durdunuz,
Siz Vətən eşqiylə alovlandınız,
Çətinlik önündə mərd dayandınız,
Canınızı qurban verdiz, şəhidlər.
Al qana boyandız niyə, şəhidlər ?  
Heç bir çətinlikdən siz qorxmadınız,
Siz vətən eşqiylə alovlandınız,
Torpağı düşməndən siz qorudunuz.
Vətən keşiyində durduz, şəhidlər.
Al qana boyandız niyə, şəhidlər ?  


264 
Sizə əziz oldu Vətən torpağı, 
Hər an əziz oldu Vətən torpağı, 
Vətənçin göstərdiz siz hər bir qayğı. 
Bayrağı apardız öndə, şəhidlər. 
Al qana boyandız niyə, şəhidlər ?  
Üçrəngli bayrağı öpüb, and içdiz, 
Hər qarış torpaqçın siz candan keçdiz, 
Vətəni ürəkdən hər an sevdiniz. 
Vətənçin qəm çəkdiz hər an, şəhidlər. 
Al qana boyandız niyə, şəhidlər ?  
Həyat vətən dərdi gətirdi sizə, 
Şərik olmadılar kədərimizə, 
Ancaq səs verdiniz siz səsimizə, 
Düşmənlə çarpışdız hər gün, şəhidlər. 
Al qana boyandız niyə, şəhidlər ?  


265 
Vətən sizin üçün əziz məkandır,
Vətən sizin üçün candır, cahandır,
Dediniz tək vətən Azərbaycandır.
Vətəni ürəkdən sevdiz, şəhidlər.
Al qana boyandız niyə, şəhidlər ?  
Sizin qanınıza boyandı bayraq,
İlhamdır hər zaman vətənə dayaq,
Birləşib torpağı düşməndən alaq.
Sizə rəhmət deyək hər an, şəhidlər.
Al qana boyandız niyə, şəhidlər ?  
Həyatın vidası çox ağır oldu,
Şəhid xəbəriylə bağrımız yandı,
Sizi Azərbaycan hər zaman andı.
Tarixdə ömürlük qaldız, şəhidlər.
Al qana boyandız niyə, şəhidlər ?  


266 
Bayraq ulu öndər yadigarıdır,
Bayrağı bu millət qorumalıdır,
Şəhidlər millətin qəhrəmanıdır,
Millət qəhrəmanı olduz, şəhidlər.
Al qana boyandız niyə, şəhidlər ?  
İlham fəxr eləyir öz millətiylə,
Yurduyla, eliylə, öz sərvətiylə,
Vətən fəxr eləyir şəhidləriylə.
Cənnətə qovuşduz, siz də şəhidlər.
Al qana boyandız niyə, şəhidlər ?  
Şəhidlər vətənçin qəm dəryasıdır,
Hər bir gedən şəhid yurd balasıdır,
Vətən də hər kəsin bir anasıdır.
Sizə doğma oldu vətən, şəhidlər.
Al qana boyandız niyə, şəhidlər ?  


 
267 
 
 
 
 
Qəddinizi bükdü Qarabağ dərdi, 
O, Şuşa həsrəti, Laçının dərdi, 
İnsan bu həyatdan gəlib-gedəndi. 
Ürəklərdə qaldız hər an, şəhidlər. 
Al qana boyandız niyə, şəhidlər ?  
  
Qəlbiniz vətənçin döyündü hər an, 
Düşmənə cəbhədə vermədiz aman, 
Məlahətdir hər an vətənçin yanan. 
Həyatı tərk etdiz vaxtsız, şəhidlər. 
Al qana boyandız niyə, şəhidlər ?  
  
  
  
 
 
 
 
 
 
 


268 
İlhamla bərabər biz addımlayaq 
Həmrəylik günüdür bu gün, millətim. 
Bu gün həmrəy olaq, bu gün bir olaq. 
Dünyanı lərzəyə biz gətirərək, 
İlhamla bərabər biz addımlayaq. 
Pozmayaq heç zaman vətən andını, 
Hər an əzizləyək odlar yurdunu, 
Yadlara verməyək bu ana yurdu, 
İlhamla bərabər biz addımlayaq. 
Çəkilsin bu yurddan top, güllə səsi, 
Yayılsın hər yana vətən kəlməsi, 
Ellərə yayılsın azadlıq səsi, 
İlhamla bərabər biz addımlayaq. 
Qoy tanrı yar olsun İlhamımıza, 
Biz çataq hər zaman amalımıza, 
Düşmənlər diz çöksün mərd xalqımıza, 
İlhamla bərabər biz addımlayaq. 
Azadlıq kəlməsin eşidək, duyaq, 
İlhama hər zaman biz dayaq olaq, 
Bu vətən eşqiylə hər an ruhlanaq,
İlhamla bərabər biz addımlayaq. 


269 
Məlahət Məhsəti, vətən sevinsin,
Böyük İlhamımız tez qalib gəlsin,
Bu milləm bir olub, hər an söyləsin,
İlhamla bərabər biz addımlayaq. 

Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə