114
Dünyanın haqq nurudu
Mübarək başın həyadan
Yaradıb böyük Yaradan.
Mübarək qəlbini ixlas,
Yaradıb dünyaya xilas.
Mübarək ağzını nurdan
Yaradıb nurlana cahan.
Mübarək qolları qüvvətdən
Yaradıb insana hörmətdən,
Mübarək əllərin səxadan,
Yaradıb böyük Yaradan.
Mübarək qulağı ibrətdən
Yaradıb sirli bir hikmətdən.
Mübarək barmaqları səbrdən
Yaradıb nurlu bir sirrdən.
Mübarək sümüklərin kafurdan
Yaradıb böyük Yaradan.
Allahın Rəsuludu!
Behiştin müşkündən yaradıb
Mübarək bədənin Yaradan.
115
Ululardan uludu!
Əmhəbin ənbərindən yaradıb
Mübarək burnun Yaradan.
Nur nəfəslə doludur!
İbadət üçün yaradıb,
Mübarək qədəmin Yaradan.
Haqq yolunun quludu!
Cənnətin balından yaradıb
Mübarək boğazın Yaradan.
Cənnətin cənnət gülüdü!
Zikr etmək üçün yaradıb
Mübarək dodağın Yaradan
Allahın Rəsuludu!
Qoy mənə də yar olsun,
Ömrümə qərar olsun,
Daim mənlə var olsun
Dünyanın haqq nurudu!
Allahın Rəsuludu.
116
AZƏRBAYCAN
Yolu daşlı, gözü yaşlı, çatıq qaşlı
Dərdi ümman, sinəsi qan Azərbaycan!
Tarixin qəm, yadlar sənə çəkdi sitəm
Od-ocağı olan talan Azərbaycan!
Gülüstanda, Türkmənçayda parçalanan,
Bədənində şum sürülən, od qalanan.
Araz boyda bir qılıncla paralanan
Yada meydan,köksü xırman Azərbaycan!
O taya bax, qıfıllıdı dilim mənim
Adın yazır özgə dildə elim mənim.
Torpaq mənim, nəf özgənin, zülüm mənim
Yad əllərdə gəl vermə can, Azərbaycan!
Yadlar böldü yad əməllə paralandıq
Qol-bud olduq, başla bədən aralandıq
Zaman-zaman biz qırıldıq, yarılandıq
Qalx ayağa, oyan, oyan, Azərbaycan!
Bədənini oyuq-oyuq oyana bax,
Çön dərini diri-diri soyana bax,
Yurdu satıb eli yurdsuz qoyana bax,
Çökmə dizə məğrur dayan Azərbaycan!
Qalx ayağa, oyan, oyan, Azərbaycan!
117
Qalx, Qorqudun qopuzunu dilə gətir,
Koroğlunun qılıncını ələ götür,
Şah babamı bir şah kimi bizə yetir,
Qoyma yurdun ola viran, Azərbaycan!
Qalx ayağa, oyan, oyan, Azərbaycan!
Qalx ki, qalxsın qayan, daşın silahlansın,
Nəyin varsa- qurun yaşın silahlansın,
Oğlun, qızın, ayaq-başın silahlansın,
Bütöv canla eylə üsyan, Azərbaycan!
Qalx ayağa, oyan, oyan, Azərbaycan!
Haqq yolundan dönər olsan, qaçar olsan,
Bircə qarış torpağından keçər olsan,
Yad əlindən zəhər belə içər olsan,
Qənim olsun sənə Quran, Azərbaycan!
Qalx ayağa, oyan, oyan, Azərbaycan!
118
Kotannım
Sürünərəm dizin-dizin ,yalayaram duz kimi,
Bircə qarış torpağına çata biləm, Kotannım.
Üz sürtərəm qayana ki, tilik-tilik doğranıb,
Əbədilik qucağında yata biləm, Kotannım.
Doğranaydım qıyma-qıyma,səpiləydim çölünə,
Lil olaydım, qum olaydım qarışaydım selinə,
Şeh olaydım axşam-səhər mən qonaydım gülünə,
Mamır olub kaş qayanda bitə biləm, Kotannım.
Güyabasın dolayları,Civirinin dərəsi,
Moz yurdunun buz bulağı, Sandıxlının bərəsi,
Bol bulağın zümzüməsi,dağ çayının nərəsi,
Haraylaya, haraylarda itə biləm Kotannım.
Gendərənin baldırğanın,Gözələrin lilparın,
Kolannının cacuğunu,Qırxbulağın yaz qarın,
Bərtdərənin dağ moruğun, kiriş,yarpız nübarın,
Göndərəsən,bir burnuma tuta biləm, Kotannım.
Murad təpə baş yasdığın, Göyərçinlik döşəyin,
Qaraqaya üst örtüyün, Havız nənnin, beşiyin,
Təpəsdəlik həm and yerin,həm çəkəndi keşiyin,
Bir özümü ağuşuna ata biləm, Kotannım.
119
Qıpbığandan kətə bişə,xama ilə yağlana,
Qaracalıq nərgizləri dəstə-dəstə bağlana,
Qız Topdaşdan daş tullaya,söz tullayan oğlana,
Daş çıxaran, bax o qana,bata biləm, Kotannım.
Azəriyəm mən Vətəndə vətənsizəm,yurdsuzam,
Elimnənəm,ocağim yox,qorum sönüb odsuzam,
Nə yetiməm, nə arxalı,adı olan adsızam,
Belə dərdi dərdlərinə qata biləm, Kotannım.
120
Daş da qaldı,
Torpaq da, daş da qaldı.
Qılçamı daş doğradı,
Qan izim daşda qaldı.
Mən aşiq Kotannıya,
Həsrətəm Kotannıya.
Düşmən bağlayan yolu
Yaradan kotannıya.
Mən aşiq dərəsinə,
Düzünə, dərəsinə.
Vətən elə vətəndi
Dağı nə, dərəsi nə?
121
Vətən dağı,
Sağalmaz Vətən dağı,
Ən uca zirvələrdən ,
Ucadır Vətən dağı.
Harayla,
Vətən, məni harayla
Ötən ötdü, qayıtmaz
Yalvarışla, harayla.
Mən aşiqəm yalına,
Yamacına, yalına,
İt kimi yalayaram
Qonaq etsən yalına.
Dostları ilə paylaş: |