90
Üzüb bu dünya ilə haqqı hesabı,
Ömür karvanımı çəkid gedirəm.
Min bir zəhmət ilə yuva qurmuşdum,
İndi öz yuvamdan uçub gedirəm.
Neçə don geyərmiş dünyanın üzü,
Oğurluq əyrilik axtarır gözü,
Dəydi xətrimə bir yersiz sözü,
Mən belə dünyadan köçüb gedirəm.
Çəkdim nadan ilə haqqa savaşı
Sınadım dar gündə dostu, yoldaşı
Namərd hiyləsindən olmuşam naşı,
Nadanlar əlindən qaçıb gedirəm.
Mən də yolçusuyam bu ömür yolun
Çox gördüm tikanın, sox qırdım kolun,
Bu sevda yolunda qəlbimin nuru,
Zülmət gecələrə saçıb gedirəm.
91
Məsləhət maildir qara gözlərə,
Sox ümid bağladım sizin gözlərə,
Bilin ey insanlar bu gün sizlərə,
Qəlbimi sizlərə açıb gedirəm
92
Bu gecə
Qaranlıq dünyanın qoynuna bir gün
Sığınıb göylərə seyrə dalıram
Hər biri bir insan ömrünə bənzər
Ulduzlara baxıb fikrə dalıram
Ulduzlar bərq vurub, ay şölə saır
Göylər sığınığdın qəlbimə bu gün.
Mən düşüncəliyəm, səma isə sakit,
Sakitlik pünhanı olub qəlbimin
Dünyanın başında tacı sayılan,
Ay gülür, ulduzlar alışıb yanır,
Səhərə az qalır yanır dan yeri,
Sanki gözlərimdə bir həsrət qalır
Ürəyim qəm dolu, qəmsirdaşıyam,
Məsləhət köksündə bir dərd saxlayır.
Bu sakit gecənin qaranlığında,
Gecədən gizlində bir qəlb ağlayır.
93
Mirzə Məmməd
Vəliyev
1965-ci il martın 8-də Sumqayıtda anadan olub. 1982-
ci ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Çernobıl
əlilidir. Bədahətən şer demək qabiliyyətinə malik olan
Mirzənin sözlərinə görə, içindən gələn hisslərini sözə çevirir.
4 kitabın müəllifi olan M. Məmməd Vəliyevin Şağanda
yerləşən Əlillərin Yaradıcılıq Evində yaradıcılıq gecəsi
keçirilib.
“Çeşm Əli” təxəllüsü ilə yazan Mirzə əruz və heca
vəznində yazmağa üstünlük verir. Əlillərin Bədii Yaradıcılıq
Baxış 4-cü və 5-ci müsabiqəsinin qalibi olub. “Qızıl Qələm”
mükafatını alıb. “Durna teli”, “İlahi işığın pərvanələri”,
“Təzadlar” adlı kitabı çıxıb.
94
Ata evim
Hər daşı bir xatirəmdi ,
Ata evim , Ata evim .
Cahan ola mülki-malım ,
Yenə şirin Ata evim .
Ayaq açıb yeridiyim ,
Dil açıb ana dediyim ,
Od püskürən bir gəncliyim ,
Ocağımsan , Ata evim .
Anamın şirin laylası ,
Həyatımın astanası ,
Bu ömrümün xoş röyası ,
Sən olmusan Ata evim .
Xatirə dolu dünyamsan ,
Əbədi qeyrət qalamsan ,
Güman yeri bir yuvamsan ,
Mənim doğma Ata evim .
Zaman keçib , qocalmışam ,
Ev-eşikli yurd salmışam ,
Amma səndən doymamışam ,
Ata evim , Ata evim .
18.10.2008.
95
Baş daşımdı
Ağrımı , sevincimi bölüşdüyüm ,
Bir vəfalı könül sirdaşımdı söz .
Həsrət üzlü gecələrdə düşdüyüm ,
Göz-göz ümmanlaşan gözyaşımdı söz .
Söz var gül-çiçəkdi , reyhan qoxuyur ,
Söz var naxış vurub xalı toxuyur .
Söz var əldə silah Vətən qoruyur ,
Müsəlləh əsgər , silahdaşımdı söz .
İbtidası məlum , sonu mücərrəd ,
Çiynimdə bir insan ömrü əmanət .
Düşüncə , fikir karvanımı əbəd
Sonadək çəkəcək yoldaşımdı söz .
Dosta , yara ülvi məhəbbətimdi ,
İşıqlı dünyamdı , şeriyyətimdi .
Azad Azərbaycan məmləkətimdi ,
Düşmənlə amansız savaşımdı söz .
Çeşm Əliyəm , Vətənsiz günüm olmaz ,
Nə qədər Vətən var gül sözüm solmaz .
Özgə daşı sinəmin üstdə durmaz ,
Bir Ana laylası , baş daşımdı söz .
96
Bilməmişəm
Demə dərdin neçə rəngi var imiş , bilməmişəm ,
Kari-kor, bimarə zinhar imiş, bilməmişəm .
Sizi gördüm , gözümün tişəsinə çökdü qanım ,
Anladım , mən təki yanan var imiş , bilməmişəm .
Sinəmdə mincə yaram , məlhəmini söz buyurub ,
Yox ona özgə çaram , şəbnəmini köz buyurub .
Çəkilibdir qələmim, gəldi nida – Döz ! -
buyurub .
Sarılan boynuma dərd şahmar imiş , bilməmişəm ,
Anladım , mən təki yanan var imiş , bilməmişəm .
İşıqdı , nurdu , sönüb nur kimi gözlərdə işıq ,
Fələk tərs vurdu , solub gül kimi üzlərdə işıq .
Yanıb atəşlərə qovruldu , tutub dərdə işıq ;
Külüm altında yanan bir qor imiş , bilməmişəm ,
Anladım , mən təki yanan var imiş , bilməmişəm .
97
Könlümü aldı ələm , satdı qara qullar ilə ,
Yükü qəm bir fəqirəm , yoxdu param çullar ilə .
Çeşm Əli ovunmayır , axıtdı yaş qanlar ilə ;
Siz onu ovundurun , ağlar imiş, bilməmişəm ,
Anladım , mən təki yanan var imiş , bilməmişəm .
Dostları ilə paylaş: |