Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə10/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   6   7   8   9   10   11   12   13   ...   192

 

21 


Özüm ona dedim getsin. Dedi əgər istəmirsənsə, mən qalıram, qoy  neyləyirlər, eləsinlər. Mən də  

dedim:   get. Ancaq haçan  məni də  yanına çağırmaq  imkanın olsa, xəbər göndərərsən. Görünür,  

nə qədər istəsə də məni yanına çağırmaq imkanı olmayıb. Axı təzə  yerdə, yad adamlar arasında 

özünə  yer  eləmək  üçün  cavan  adama  vaxt  lazımdı.  Gedəndə  o  bunu  bilmirdi.  Bilmirdi  ki,  təzə 

yerdə  yerləĢmək  üçün    güman  etdiyindən  də  çox  vaxt  lazım  olacaq.  Özü  də  Lukas  kimi  bir 

oğlana;  o  dilli-dilavərdi,  tay-tuĢları  ilə  curluq  eləməyi,  əylənməyi    xoĢlayır,  tay-tuĢlarının  da 

ondan xoĢu gəlir. Bilmirdi ki, düĢündüyündən də çox vaxtı gedəcək, axı özü də cavandı, camaat 

da  onun  baĢına  yığıĢacaq,  çünki,    deyib-gülməkdən,  zarafatlaĢmaqdan  ötrü  ölür,  onu  iĢdən 

eləyəcəklər,  onunsa  ağlı  bunu  kəsməyəcək,  çünki  heç  kimin  xətrinə  dəymək  istəməz.  Elə  mən 

özüm də onun bir qədər gəzib əylənməsini istəyirdim, axı cavan,  deyib-gülən oğlan üçün evlilik 

həyatı  qadınların  sandığı  kimi  heç  də  hər  Ģey  demək  deyil:  cavan,    deyib-gülən  oğlan  üçün  

evlilik həyatı, off, nə qədər uzun, yorucu olur. Düz demirəm? 

Missis  Armstid  cavab  vermir.  O,  kətildə  əyləĢmiĢ  qadına,  onun  hamar  saçlarına,  dizinin 

üstünə qoyduğu əllərinə, yumru, fikirli sifətinə diqqətlə baxır. 

–  O  hökmən  mənə    xəbər  göndərmiĢ  olmalıdı,  amma  yəqin  ki,  yollarda  itib-batıb.  Gör  

burdan Alabamaya nə qədər yoldu, üstəlik hələ Ceffersonacan da getmək lazımdı. Ona dedim ki, 

mən ondan məktub-zad gözləmirəm – heç məktub yazmağı da yoxdur. Dedim ki, “Ġmkanın olan 

kimi sən  mənə dilinən,  sözünən  xəbər elə. Mən səndən  xəbər gözləyəcəm”. O gedəndən sonra, 

əlbəttə  ki,  bir  müddət  soyadımın  hələ  Berç  olmadığı  üçün  bir  az  narahatlıq  keçirdim,  axı 

qardaĢım  da,  onun  ailəsi  də  Lukası  mənim  qədər  yaxĢı  tanımırdılar.  Axı  hardan  tanısınlar?  – 

Sifətində  yavaĢ-yavaĢ  bir  anlığa  və  sevincək  bir  heyrət  oyanır,    sanki,  indiyə  qədər    ağlına 

gəlməyən, mövcud olub-olmadığını belə bilmədiyi bir sualın cavabı indi qəfil ağlına gəlir. – Axı, 

həqiqətən  də,  onlar  hardan  tanıya  bilərdilər?  Əvvəl  özünə    yer  tapmalıydı,  bütün  yük  onun 

boynuna düĢəcəkdi, yad adamlar arasında yaĢamalıydı, mənimsə nə qayğım olacaqdı, sadəcə, o 

hər  Ģeyi  yoluna  qoyanacan  oturub  gözləyəcəkdim.  Sonra  da  öz  soyadım  barədə  yox,  körpə 

haqqında,  camaatın  nə  deyəcəyi  barədə  düĢünmək  lazım  idi.  Lukasla    bir-birimizə  söz 

verməyimizə isə heç bir lüzum yox idi. Yəqin ki, nəsə gözlənilməz bir Ģey olub, ya da ola bilsin, 

o  mənə  xəbər  göndərib,  amma  o  xəbər  yolda  itib.  Ona  görə  də  qərara  gəldim  ki,    daha 

gözləməyim, özüm yola düĢüm. 

– Bəs yola çıxanda hardan bilirdin ki, hansı səmtə getməlisən? 

Lina  öz  əllərinə  baxır.  Ġndi  onlar  hərəkətdədir,  ciddi-cəhdlə  xələtin  ətəyinin  qatlarını 

sahmana salmağa çalıĢır. Bu hərəkətdə heç bir ürkəklik, sıxıntı hiss olunmur. Deyəsən, bu, fikirli 

əllərin  qeyri-ixtiyari hərəkətidir. 

–  SoruĢa-soruĢa.  Lukas  cavan,  dilli-dilavər,  Ģən  bir  oğlandır,  adamlarla  tez,  asan  dil  tapa 

bilir;  elə  bilirəm  ki,  ayağı  hara  dəyibsə,  orda  insanlar  onu  yaxĢı  xatırlayarlar.  Ona  görə  də 



 

22 


hamıdan soruĢurdum. Adamlar da mənə yaxĢı yanaĢırdılar. Doğrudan da, elə üçüncü günü yolda 

mənə dedilər ki, o, Ceffersonda  yonqar sexində iĢləyir. 

Missis Armstid  onun aĢağı əyilmiĢ sifətinə baxır. O, yanakı dayanaraq həvəssiz, soyuq bir 

nifrətlə cavan qadını süzür. 

–  Deyirsən  yəni  sən  ora  gedib  çıxanda  o  orda  olacaq?  Əgər,  ümumiyyətlə,  o  ordadırsa. 

Sənin də o Ģəhərdə olduğunu eĢidəndə, deyirsən, o, axĢamacan orda oturub səni gözləyəcək? 

Linanın  aĢağı  əyilmiĢ  sifəti  sakit  və  ciddidir.  Əlləri  sakitləĢib.  Ġndi  onlar  dizinin  üstündə 

hərəkətsiz düĢüb qalıb;  sanki,  ölüblər. Səsi rəvan, təmkinli və inadcıldır. 

– Məncə, uĢaq doğulanda ailə  bir  yerdə olmalıdır. Xüsusən də   birinci uĢaq. Elə  bilirəm, 

Allah özü bunun çarəsini qılacaq.  

 

– Hə-ə, görürəm ki, burda Onsuz iĢ aĢmayacaqdır, – missis Armstid qeyzlə, ürəyindən daĢ 



asılmıĢ  kimi  deyir.  Armstid  əllərini  boynunun  arxasına  dayayaraq  yataqda  uzanıb,  yorğanın 

üstündən, hələ də geyinikli olan arvadının lampa iĢığında kamoda sarı əyilib, onun gözündə necə 

qəzəblə  qurdalandığına  tamaĢa  edir.  Arvadı  metal  mücrünü  tapıb  çıxarır,  sinəsindən  asılmıĢ 

açarla onu açır, kətan boğçanı götürüb,  boğazının büzməsini boĢaldır və belində yarığı olan çini 

xoruzu onun içərisindən dartıb çıxarır. Arxası üstə çevirib, qeyzlə kamodun üstündə silkələyəndə 

onun  içindəki  sikkələr  cingildəyərək  könülsüz,  bir-bir,  yavaĢ-yavaĢ  yarıqdan  bayıra  sıçrayır. 

Armstid çarpayıdan ona tamaĢa edir. 

– Nolub, gecənin bu vaxtında  o yumurta pullarıynan neyləmək istəyirsən? 

–  Öz  pulumdu,  özüm  bilərəm  neyləyirəm.  –  ĠĢığa  tərəf  əyilir,  sifəti  acıqlıdır,  ondan 

zəhrimar yağır. – Onlara mən qulluq eləmiĢəm, əziyyətlərini mən çəkmiĢəm. Sən heç barmağını 

belə vurmamısan, Allah özü Ģahiddir. 

–  Hə  də,  –  əri  deyir.  Sonra  da  əlavə  edir.  –  Bu  ölkədə  o  toyuqların  üstündə  səninlə 

mübahisə  edəcək  bir  kimsə  tapılmaz.  Bəlkə,  siçovullar,  bir  də  ilanlar  buna  cəsarət  eləyə.  Ona 

görə  də  sənin  bankın  da  elə  xoruz  bankıdır.  –  Arvadı  birdən  aĢağı  əyilərək,  ayağındakı 

ayaqqabısını çıxarıb, bir zərbə ilə daxıl xoruzu cilik-cilik eləyir. Armstid yerində dirsəklənərək, 

arvadının çini qırıqları arasından axırıncı sikkələri necə yerdən topladığına, o birilərilə bir yerdə 

onları kətan boğçaya necə yığdığına və onun ağzını necə qəzəbli qətiyyətlə büzüb, üç dəfə, dörd 

dəfə düyün vurduğuna tamaĢa edir. 

–  Ona  verərsən,  –  arvadı  deyir.  –  Səhər  gün  çıxan  kimi,  arabanı  qoĢ,  onu  burdan  apar. 

Ġstəyirsən lap Ceffersonun özünə qədər, əgər tənbəllik eləməsən. 

– ƏĢĢi, Varnerin dükanının yanından o yana onu mənsiz də aparan olacaq, – o cavab verir. 

 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə