Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə7/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   2   3   4   5   6   7   8   9   10   ...   192

 

15 


dedi. – Gör dabanlarını yerə necə ağır basır, o saat bilinir ki, çox yer ayaqlayıb, allah bilir,  hələ 

nə qədər də yol getməlidi. 

– Yəqin buralarda kiməsə qonaq gəlib, – Uinterbotom dedi. 

– Məncə, yox. Belə olsaydı mən eĢidərdim, – Armstid dedi. Qadın uzaqlaĢdı. Bir dəfə də 

olsun,    dönüb  geriyə  baxmadı.  Və  ağır-ağır,  tələsmədən,  usanmadan,  təzəcə  cana  gələn  günün 

özü  kimi  yavaĢ-yavaĢ  uzaqlaĢıb  gözdən  itdi.  Onların  söhbətindən,  hətta  bəlkə  də,  Ģüurlarından 

belə  silinib getdi. Çünki  bir az keçəndən sonra  Armstid  nə  üçün gəldiyini   söylədi. O, artıq  iki 

dəfə  burada  olmuĢdu  –    arabada  beĢ    mil  yol  gəlmiĢ,  düz  üç  saat  Uinterbotomun  sarayının 

kölgəsində  çöməltmə  oturaraq,  tez-tez  yerə  tüpürə-tüpürə,  öz  qəbiləsinə  xas  nəhayətsiz  bir 

lənglik  və  astagəlliklə  niyyətini  açıb  deməyə  çalıĢmıĢdı.  Uinterbotomun    satmaq  istədiyi 

kultivatoru ala  biləcəyi qiyməti ona   demək  istəyirdi. Və  budur, Armstid günəĢə  baxıb, üç gün 

bundan qabaq yataqdaykən təklif etməyə  qərar verdiyi  qiyməti dilinə gətirdi. – Ceffersonda bu 

qiymətə verən birisini tanıyıram, – o dedi. 

– Verirdisə,  gərək alaydın, – Uinterbotom dedi. – Bundan  ucuzunu hardan  tapacaqsan?  

–  Elədi,  –  Armstid  dedi.  Yerə  tüpürdü.  Bir  də  günəĢə  sarı  baxıb,  ayağa  qalxdı.  –  Həə, 

deyəsən vaxtdır, evə hazırlaĢmaq lazımdır. 

Arabasına  minib    qatırları  oyatdı.  Daha  doğrusu,  onları  hərəkətə  gətirdi,  çünki  qatırın 

yatmıĢ olduğunu və yaxud yuxudan ayıldığını ancaq zənci baĢa düĢə bilər. Uinterbotom hasara 

qədər onunla gəldi, çəpərin üst tirinə dirsəkləndi. 

– Hə,  ser, – dedi. – O qiymətə elə özüm də alardım. Sən almasan, lənətə gəlim, əgər gedib 

onu bu qiymətə almasam. Bəs o adam  bir cüt qatırını necə – beĢ dollara satmır ki? 

–  Elədi,  –  Armstid  deyir.  Arabasını  hərəkətə  gətirir,  araba  uzun  yolu  tənbəl-tənbəl, 

cırıldaya-cırıldaya  üyütməyə  baĢlayır.  O  da  bir  daha  dönüb  geri  baxmır.  Ancaq,  deyəsən,  heç 

irəliyə  də  baxmır,  çünki  yolun  qırağındakı  arxın  üstündə  oturan  qadını  görmür,  yalnız  araba 

təpənin lap baĢına  çıxandan sonra onun fərqinə varır. O mavi xələti uzaqdan görüb tanıdığı anda 

qadının  da  arabanı  görüb-görmədiyini  heç  cür  dəqiq  deyə  bilməzdi.  Araba  ağır,    iliyə  iĢləyən 

mürgü  abı-havası  və  qatırların  öz  zınqırovlarını  hərdənbir  cingildədə-cingildədə,  dovĢan 

qulağına  bənzəyən  qulaqlarını  heysiz-heysiz  yellədə-yellədə  lunatikcəsinə,  aram-aram 

addımladığı qırmızımtıl toz burulğanı içində cırhacırla təpəyə qalxdıqdan sonra – heç bir hərəkət 

əlaməti  sezilməsə  də,  onlar  yavaĢ-yavaĢ  bir-birinə  yaxınlaĢanda  –  onun  da  bu  qadına  gözünün 

ucu  ilə  belə  baxıb-baxmadığını  heç  kim  anlaya  bilməzdi;  və  o,  nəhayət,    cilovu  çəkib  arabanı 

saxlayanda qatırlar hələ də nə yatmıĢ, nə də oyaq idilər.  

Bomboz bozarmıĢ, adi su və sabundan  deyil, nəsə tamam baĢqa bir Ģeydən  soluxmuĢ mavi 

ləçəyin altından gənc, suyuĢirin, sadədil və canlı bir sifət sakitcə, ehtiramla ona tərəf baxır. Hələ 

yerindən  tərpənmir.  Elə  o  cür    bozumtul  mavi  xələtə  bürünmüĢ  bədən  ağırlaĢıb,  hərəkətsizdir. 



 

16 


Yelpiyi  və  bağlaması  dizinin  üstündədir.  Corab  da  geyinməyib.  Yorğun  yalın  ayaqlarını 

cütləĢdirərək dincəlmək üçün arxın  içinə  sallayıb. Böyründəki tozlu, ağır  kiĢi ayaqqabıları  heç 

də  onlardan  dinc  deyil.  Yerində  donub  qalmıĢ  arabada  Armstid  belibükük,  gözləri  bozarmıĢ 

halda oturub. O, yelpiyin qıraqlarının da ləçək və xələtinki kimi eyni cür bozumtul mavi rənglə 

toxunduğunu görür. 

– Uzağamı gedirsən? – O soruĢur. 

–  Qaranlıq  düĢməmiĢ  yolumu  bir  az  da  qısaltmaq  istəyirəm,  –  qadın  cavab  verir. 

Ayaqqabılarını  götürüb  yerindən  qalxır.  Aramla,  tələsmədən  yola  çıxır,  arabaya  tərəf  gedir. 

Armstid  ona  kömək  etmək  üçün  arabadan  aĢağı  enmir.  Qadın  ağır-ağır  təkərin  üstünə  çıxaraq 

arabaya  minib,  ayaqqabılarını  oturacağın  altına  qoyanacan  o  yalnız  qatırların  cilovunu  dartıb 

onları tərpənməyə qoymur. Araba yerindən tərpənir. 

– Çox sağ olun, – qadın deyir. – Lap əldən düĢmüĢdüm, ayaqlarım zoqquldayır. 

Deyəsən,  Armstid  heç  ona  bircə  dəfə  də  olsun,  diqqətlə  baxmayıb.  Ancaq  barmağında 

niĢan üzüyü olmadığını artıq görüb. Ġndi də ona baxmır. Araba yenidən tənbəl-tənbəl cırıldamağa 

baĢlayır. 

– Uzaqdanmı gəlirsən? – Armstid soruĢur. 

Qadın nəfəsini dərir. Bu heç də dərindən köks ötürməyə bənzəmir, sanki, heyrətdən doğan 

bir rahatlıqla nəfəsini bayıra buraxır.  

– Ġndi baxıram ki, xeyli uzaqdan. Alabamadan gəlirəm. 

– Alabamadan? Bu vəziyyətdə? Bəs sənin ailən hardadı?  

Qadın da ona sarı baxmır. 

– Onunla hardasa oralarda qarĢılaĢacağıma ümid eləyirəm. Bəlkə, siz onu tanıyırsınız. Adı 

Lukas Berçdir. Orda, yolda mənə dedilər ki,  o, Ceffersondadır, yonqar sexində iĢləyir. 

–  Lukas  Berç.  –  Armstid  bu  adı,  demək  olar  ki,  eyni  tonda  təkrar  edir.  Onlar  yayları 

qırılmıĢ, batıq oturacaqda yan-yana oturublar. O, qadının əllərini – onları çalın-çarpaz dizlərinin 

üstünə qoyub – və bir də ləçəyinin  altından profilini görə bilir; özü də yalnız gözünün bır qırağı 

ilə  görür.  Qadınsa,  deyəsən,  gözlərini  qatırların    heysiz  qulaqları  arasından  uzanıb  gedən  toz-

torpaqlı yola zilləyib. –  Deməli, sən onu axtara-axtara buralara qədər bir belə yolu pay-piyada 

gəlmisən?  

Dərhal cavab vermir. Sonra deyir: 

– Hər yerdə yaxĢı adamlara tuĢ gəldim. Çox yaxĢı adamlardı. 

–  Qadınlardamı?  –  Gözünün  ucuyla,  yanakı  ona  baxır  və  fikirləĢir  Heç  bilmirəm  Marta 



buna nə  deyəcək  

fikirləĢir:

  “Deyəsən,  bilirəm  Marta nə deyəcək.  Mən  bilən, qadınlar  xeyirxah 

olmaqdan daha çox gözəldilər. KiĢilər – bəlkə də. Qadınlarsa, – yalnız çirkin qadın xeyirxahlığa 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə