Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə2/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   2   3   4   5   6   7   8   9   ...   192

 

tapdığı halda Cənubda əsasını kölə əməyi təĢkil edən yarıfeodal quruluĢ hökm sürürdü. Cənubda 



yaĢamaq  yalnız  baĢqa  bir  əyalətdə  deyil,  həm  də  baĢqa  bir  aləmdə,  baĢqa  bir  patriarxal-vəhĢi 

dövrdə  yaĢamaq demək idi. Folkner yaradıcılığının  əsas problematikasını da məhz bu aləmdəki 

həyat təĢkil edir. O bu aləmi kənardan müĢahidə etməmiĢ, onun içində böyümüĢdür. Folknerlərin 

Amerikadakı  nəsil  Ģəcərəsi  XVIII  əsrin  sonlarından  –  bu  nəslə  mənsub  iki  qardaĢın  Cənubi 

Karolinada Atlantik okeanı sahilinə çıxdığı vaxtdan baĢlayır. Folknerlərin hər yeni nəsli də digər 

məskunlar kimi yeni imkanlar əldə etmək ümidi ilə ölkənin içərilərinə – Ģərq sahillərindən qərbə 

doğru irəliləmiĢ və beləliklə, Amerika xalqının keçdiyi tarixi yolu keçmiĢdir.  

Folknerin amerikalı ulu babalarından biri  polkovnik Folkner,  sanki, XIX əsrin 30–40-

cı  illərində  Amerikanın  mənəvi  abı-havasında  nə  olubsa,  onların  hamısını  öz  taleyi  və 

xarakterində cəmləĢdirib. Yazıçı Uilyam Folkner dünyaya gələnədək bu nəslin ən məĢhur adamı 

olan  polkovnik  Folkner  yeniyetmə  çağlarında  öz  evlərini  tərk  edərək,  Amerika  Cənubunun 

dərinliklərinə,  hələ  tam    mənimsənilməmiĢ  Missisipiyə  yollanır.  On  dörd  yaĢındaykən  Ģəhər 

dustaqxanasında iĢə düzəlir, qazandığı pulların bir qismini anasına göndərir, qalan hissəsini isə 

kitablara  və  dərslərinə  sərf  edir.  Ġyirmi  bir  yaĢında  Meksika  müharibəsində  iĢtirak  edir,  sonra 

hüquq kontoru açır, tez bir zamanda böyük hörmət və nüfuz sahibi olur. BaĢladığı hər bir iĢdə 

son dərəcə inadkar olan polkovnik Folkner asanlıqla özünə çoxlu düĢmən qazanır və onlarla hər 

toqquĢması əksər vaxtlarda güllə atəĢi və yaxud bıçaq zərbəsi ilə sona çatır. O özünə zənci qullar 

alır, plantasiyaçı olmaq istəyir, VətəndaĢ müharibəsi baĢlayanda isə uğursuzluğa məhkum bir iĢ 

uğrunda  döyüĢür  və  özünün  dost  və  tərəfdarları  arasında  əsl  qəhrəmana  çevrilir.  VətəndaĢ 

müharibəsindən  sonra    yaranmıĢ  vəziyyətdən  dərhal  istifadə  edərək,  bankdan  kredit  götürüb 

Ģtatda ilk dəmir yolunu tikdirir. Gəncliyində Ģeirlər, yetkin yaĢlarında isə nəsr əsərləri yazmıĢdır. 

Onun  romantik  münaqiĢələr,  sevgi  macəraları  və  sirli-sehirli  hadisələrlə  dolu  “Memfisin  ağ 

qızılgülü” adlı romanı bir neçə dəfə təkrar nəĢr olunmuĢdur. Polkovnik Folkneri köhnə rəqibi və 

Ģəriki  birbaĢ sifətinə atəĢ açmaqla öldürmüĢdür. Öz  ləyaqətli  və qüsurlu cəhətləri  ilə  bir  nəslin 

əfsanəsinə çevrilən bu adamın həyatı belə bir faciəvi  sonluqla bitmiĢdir.   

Uilyam  Folkner  anadan  olanda  ailə  kifayət  qədər  imkanlı  olub.  Babası  (polkovnikin 

oğlu)  öz  siyasi  və  iĢgüzar  təĢəbbüskarlığı  sayəsində  əyalətdə,  əyalət  mərkəzi  Oksfordda  ən 

nüfuzlu  Ģəxslərdən  biriymiĢ.  Onun  oğlu  (gələcək  yazıçının  atası)  öz  ailəsi  ilə  birlikdə  1902-ci 

ildə  məhz  bu  Ģəhərə  köçüb.  Onlar  burada  böyük  və  təmtəraqlı  bir  evdə  yaĢayıblar,  evin  zahiri 

görünüĢü belə bu ailənin maddi vəziyyətinin xeyli yaxĢı olduğuna dəlalət edirmiĢ.   

Folkner, demək olar ki,  əksər oğlan uĢaqları kimi  klassik bir uĢaqlıq   yaĢayıb:  günləri 

Ģəhər  kənarındakı  yarğanlarda,  tülkülərin  hələ  tam  məhv  edilmədiyi  meĢədə,  ulu  babasının 

tikdirdiyi dəmir yolunda, çox da uzaqda olmayan, köhnə xəritələrdə Yoknaptofa çayı kimi qeyd 

edilən Talahaçi və Yokona çaylarının sahillərində  keçib. 




 

Ancaq o, uĢaqkən  tülkü ovu, gəlmə bir adamın hava Ģarında cəsarətli uçuĢu (bu hava 



Ģarı  onların  həyətindəki  toyuq  hininin  üstünə  düĢüb)  kimi  adi  əhvalatlarla  yanaĢı,    yaddaĢına 

əbədi  həkk olunan digər  hadisələrin də  Ģahidi olmuĢdu. 1908-ci  ildə, Folknerin 11  yaĢı olanda 

Oksfordda Ģəhərin iki min sakininin iĢtirak etdiyi Linç məhkəməsi keçirilmiĢdi. BaĢı üzülmüĢ və 

tanınmaz hala salınmıĢ meyiti meydanda qurulan dar ağacından asmıĢdılar. Bundan da dəhĢətli 

baĢqa bir  məhkəmə bir neçə ildən sonra, Folkner on yeddi yaĢındaykən baĢ vermiĢdi. Bu qanlı 

hadisələri,  həmçinin  dayəsi  Kerolayn  Berrin  qul  dövrü,  VətəndaĢ  müharibəsi,  digər  zənci 

qulluqçuların    Missisipidə  hinduların  yaĢadığı  uzaq  keçmiĢ  dövrlər  haqqında    danıĢdıqlarını 

Folkner bütün ömrü boyu unutmamıĢdır.  

Folkner  kitab  oxumağa  çox  tez  baĢlamıĢ,  yazıçı  rüĢeymləri  onda  özünü  çox  erkən 

büruzə  vermiĢdir.  Məktəbə  cəmi  altı  il  müntəzəm  getmiĢ,  bundan  sonra  isə  kitab  oxumaq  və 

ətrafda  dolaĢmaq  üçün  istənilən  fürsətdən  istifadə  etməyə  çalıĢmıĢdır.  Missisipi 

Universitetindəki təhsilini də yarımçıq qoymuĢ, bir müddətdən sonra diplom almamıĢ oranı tərk 

etmiĢdir.  Bu dövrdə onu hər Ģeydən əvvəl öz aləmi maraqlandırırdı və ardıcıl surətdə yazmağına 

davam edirdi.  O hələ on üç yaĢındaykən Ģeir yazmağa baĢlamıĢdır.  

Yeniyetmə  dövründə  o  həm  də  özünü  həyatda  fəal,  cəsur,  özünə  görə  qəhrəman 

insanların varisi kimi hiss edir.  Gözləri önündə, öz torpağında yaranan aviasiya barədə düĢünür. 

UĢaqkən  düzəltməyə  çalıĢdığı  təyyarədə  uçmağı,  daha  doğrusu,  ondan  yıxılmağı  nəzərə 

alınmazsa, əsl təyyarə sükanının arxasında oturmaq isə ona yalnız  çox-çox illər sonra müyəssər 

olur.  

...Birinci  Dünya  müharibəsi  baĢlayır…  Folknerin  yaĢıdları,  o  cümlədən  gələcək 



“itirilmiĢ nəsl”in nümayəndələri cəbhəyə gedir. Boydan qısa və fiziki cəhətdən zəif olduğu üçün 

onu orduya götürmürlər. Bu səbəbdən Kanadaya yollanır, orada hərbi hava qüvvələri korpusuna 

daxil edilir. Bunun üçün  ciddi  imtahan  verməli,  hətta Britaniya tələffüzünü  mənimsəməli olur. 

Lakin  müharibə  baĢa  çatdığı  üçün  tezliklə  korpus  buraxılır,  beləliklə,  kursant  Folknerə  hərbi 

təyyarəçi kimi  bir dəfə də olsun havaya qalxmaq nəsib olmur.    

Folkner Avropaya əsgər kimi olmasa da, yazıçı, daha doğrusu,  ədəbiyyat zəvvarı kimi 

gedib  çıxa  bilir:  o  da  Heminquey  kimi  “yazmağı  öyrənmək”  üçün  Parisə  yollanır.  Amma  o, 

Heminquey və yenicə yazmağa baĢlayan digər yazıçılar kimi ədəbi mühitə qoĢulmur, həmiĢə özü 

olaraq  qalmağa  çalıĢır.    Ġyirminci  illərin  ortalarındakı  fəaliyyəti  ilə  bağlı  Folknerin  özünün 

söylədiyi sözlərə inansaq, gözümüz önündə, ümumiyyətlə, ədəbiyyatla maraqlanmayan cavan bir 

adam  obrazı  canlanar.  “O  vaxtlar  mən  özümü  yazıçı  hesab  etmirdim,  sadəcə,  dünyanı  gəzir, 

ədəbiyyatla,  ədəbiyyatçılarla  maraqlanmırdım”,  –  Folkner  bunu  Virciniya  Universitetinin 

tələbələri  ilə  görüĢündə  deyib.    Halbuki,  Avropaya  yola  düĢdüyü  vaxtadək  o  öz  Ģeirlərinin, 

demək  olar  ki,  hamısını,  “Yeni  Orlean  oçerkləri”ni  və  “Əsgər  mükafatı”  romanını  yazıb 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə