Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə12/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   8   9   10   11   12   13   14   15   ...   192

 

25 


– Pul qazanmaq və əylənə bilmək xətrinə, – Varner deyir. – Lukas, pul və əyləncə xətrinə 

görməli olduğu  iĢdən  –  çünki  bu dünyaya  məhz  onun üçün gəlib  –  boyun qaçıran,  bu  iĢdə  ona 

etibar edənləri atıb gedən cavanların nə birincisi, nə də axırıncısıdır. 

Amma, deyəsən, qadın onu eĢitmir. Pilləkənin yuxarı pilləsində dinməzcə əyləĢib, boĢ yola, 

döngənin o tayına, yolun qıvrıla-qıvrıla Ceffersona uzanan qisminə baxır. KiĢilər divarın dibində 

çömbəltmə oturub, gözlərini onun toxtaq, hirssiz-acıqsız sifətinə zilləyərək,  Armstidin bir qədər 

əvvəl, Varnerinsə hələ də fikirləĢdiyi kimi, fikirləĢirlər ki, onun ağlında bu saat onu dar gündə 

qoyub qaçan  və  bəlkə də, üzünü  bir daha görməyəcəyi,  ya da qaçarkən  yalnız  havada  yellənən 

pencəyinin  ətəklərini  görə  biləcəyi  o  əclafdan,  nadürüstdən  baĢqa  heç  nə  yoxdur.  “Bəlkə  o  bu 

Sloundu, Doundu nədi, onun taxta-Ģalban zavodu barədə düĢünür, – Varner öz-özünə deyir, – axı 

hətta  ən  sarsaq  qadın  belə  təzə  yerin  köhnə,  qaçıb  gəldiyi  yerdən  o  qədər  də  fərqli,  daha  yaxĢı 

olmadığını  anlamaq  üçün  bu  qədər  uzağa,  Missisipiyə  tək-tənha,  özbaĢına  yollanmazdı.  Hətta, 

onun gecə gəzintilərindən xoĢlanmayan qardaĢı o təzə yerdə olmasa belə”. FikirləĢir  Elə mən də 

qardaşı kimi edərdim, atası da o cür edərdi. Anası da yoxdur, çünki ata qanı  sevgi və qürurla 

nifrət bəsləyir, ana qanı isə  nifrətlə sevir və birgə yaşayır 

Lina  heç də  bu  barədə  fikirləĢmir. O,  əlinin  altındakı  bağlamada  gizlədilmiĢ  sikkə  pullar 

barədə düĢünür. Səhərki nahar yeməyini xatırlayır və fikirləĢir ki, elə indi, bu saat dükana girib, 

pendir, peçenye, istəsə lap sardin də ala bilər. Armstidgildə qarğıdalı çörəyilə bircə fincan qəhvə 

içmiĢdi, onu çox Ģeyə qonaq etsələr də baĢqa heç nə yeməmiĢdi.  “Ədəb-ərkanla yedim”, – deyə, 

əlində  pullarını  gizlətdiyi  bağlama  bu  bir  fincan  qəhvəni  və  əcaib  çörək  dilimini  xatırlayaraq 

fikirləĢir; qürurlu bir rahatlıqla fikirləĢir:  “Lap kübar xanım kimi yedim. Səyahətə çıxmıĢ kübar 

xanım kimi. Ġndisə, istəsəm sardin də ala bilərəm.” 

Ġndi  budur,  sanki  o,  gözlərini  çox  da  sərt  olmayan  yoxuĢa  dikib,  kiĢilərsə  çömbəltmə 

oturub, yola tüpürə-tüpürə oğrun-oğrun ona göz qoyaraq fikirləĢirlər ki, onun fikri-zikri bu saat 

Lukasla,  qarĢıdakı  hadisəylə  məĢğuldur,  əslində  isə  o  bu  dəqiqə  hikməti,  lütfü  və  qənaətkar 

nizamı  ilə  yaĢadığı  torpağın  qədimdən  bəri  gələn  əbədi  xəbərdarlığına  sakitcə  müqavimət 

göstərməyə  çalıĢır.  Bu  dəfə  təslim  olur.  Ayağa  qalxır,  ehtiyatla,  yavaĢ-yavaĢ,  bir  qədər 

yöndəmsiz addımlarla kiĢi gözlərinin artilleriya mənzilini dəf edərək, dükana girir; satıcı da onun 

ardınca. “Vallah alacam, – pendir və peçenyeni alandan sonra fikirləĢir, – yox e, alacam”, – dili 

isə deyir: “...Bir qutu da sardin. – O, onlara “sərdin” deyir. – Qutusu on sentə olandan”. 

– On sentə sardinimiz yoxdu, – satıcı deyir. – Sardin on beĢ sentədi, – O da onları “sərdin” 

adlandırır.  

Qadın götür-goy edir. 

– Bəs sizdə on sentə nə qutusu var? 




 

26 


– Ancaq maz qutusu, ayaqqabı mazı, ayrı heç nə yoxdur. O da ki, elə bilirəm,  sizə lazım 

deyil. Yəni, yemək üçün. 

– Neyləyək, onda məcburam on beĢ sentə götürəm. – Bağlamasını, sonra da boğçanı açır. 

Düyünləri  dərhal  açmaqda  çətinlik  çəkir.  Ancaq  təntimir,  hövsələylə  onları  bir-bir  çözüb  açır, 

pulunu  ödəyir,  sonra  boğçanın  da,  bağlamanın  da  ağzını  bağlayıb,  aldıqlarını  yığıĢdırır. 

Artırmaya çıxanda, bir arabanın pilləkənin önündə dayandığını görür. Sürücüsü də içində. 

– O araba Ģəhərə gedir, – ona deyirlər. – O səni aparar. 

Sifəti cana gəlir – yavaĢ-yavaĢ, hirssiz-qeyzsiz, minnətdarlıqla. 

– Oy, çox sağ olun, minnətdaram, – deyir. 

 

Araba  yavaĢ-yavaĢ,  eyni  ahənglə  hərəkət  edir,  sanki,  bu  kimsəsiz,  günəĢli  ənginliklər 



arasında nə zaman, nə də tələskənlik mövcuddur. Varnerin dükanından Ceffersona qədər yol on 

iki mildir. 

– Nahar vaxtınacan orda ola biləcəyikmi? – qadın soruĢur. 

Arabaçı yerə tüpürür. 

– Ola da bilərik. 

Elə bil, o bu qadına tərəf bircə dəfə də baxmayıb, – hətta o, arabaya minəndə belə. Elə bil, 

qadın da bir dəfə də olsun,  ona sarı baxmayıb. Heç indi də baxmır. 

– Yəqin Ceffetrsona tez-tez gedirsiniz. 

Arabaçı deyir: 

– Aradabir. 

Araba  cırıldaya-cırıldaya  yoluna  davam  edir.  QarĢıda,  yolun  yarısında  düzənliklər  və 

ağaclıqlar əlçatmaz bir Ģey kimi donuq halda havadan asılı qalıb, amma həm də ilğım kimi axıcı, 

dəyiĢkəndilər. Əlbəttə, araba onları da ötüb keçir. 

– Sizdəmi Ceffersonda Lukas Berç adında birini tanımırsınız? 

– Berç?  

– Ümid eləyirəm ki, onu orda tapa biləcəm. Orda yonqar sexində iĢləyir. 

– Yox, – arabaçı cavab verir. – Belə bir adamı xatırlamıram. Bir də ki, mən Ceffersonda 

çoxlarını tanımıram. Bəlkə də,  o ordadır. 

– Nə yaxĢı olardı... Yoxsa bu səyahət məni tamam bezdirib. 

Arabaçı ona sarı baxmır. 

–  Onu axtarmaq üçün çoxmu uzaqdan gəlirsən? 

– Alabamadan. Xeyli uzaqdan. 

O, qadına tərəf baxmır. Sanki, elə-belə, xala xətrin qalmasın soruĢur: 

– Ata-anan nə əcəb sənin bu vəziyyətdə yola çıxmağına razı olublar? 




 

27 


– Atam da yoxdu, anam da. QardaĢımla yaĢayıram. Özüm bu qərara gəldim, sonra da yola 

düĢdüm. 


– Aydındı. O, sənə məktub göndərib ki, Ceffesona gəl?! 

Qadın dinmir. Arabaçı yaylığın altından onun sakit profilini görə  bilir. Araba aram-aram, 

sanki, heç zaman dayanmayacaq kimi yoluna davam edir. Qatırların  ahəngdar addımlarının səsi, 

təkərlərin cırıltısı və taqqıltısı altında qıp-qırmızı yol uzanıb gedir. GünəĢ xeyli qalxıb;  yaylığın 

kölgəsi indi onun dizlərinin üstünə düĢür. Qadın baĢını qaldırıb günəĢə baxır. 

– Artıq  nahar  vaxtıdır,  – deyir.  Arabaçı gözünün  bir qırağıyla onun pendiri  və peçenyeni 

dilim-dilim paralayıb, sardin qutusunu açaraq, ona  uzatdığını görür. 

– Mənim iĢtaham yoxdu, – deyir. 

– Çox xahiĢ edirəm, mənimlə bir tikə çörək kəsin. 

– Mənim iĢtaham yoxdu. Sən çörəyini ye. 

Qadın  yeməyə  baĢlayır,  –  tələsmədən,  səylə,  rahat-rahat,    dadlı  sardin  yağına  batmıĢ 

barmaqlarını  ləzzətlə  yalaya-yalaya.  Sonra  birdən-birə  olmasa  da,  ölü  kimi  yerində  mıxlanıb 

durur;  çənəsi  çeynəməyinə  ara  verir,  diĢlənmiĢ  peçenye  əlində  qalıb,  sifəti  azca  aĢağı  əyilir, 

gözləri bərəlir, sanki,  nəfəsini tutub nəsə çox uzaqda, yaxud da lap yaxınlıqda – öz içində olan 

bir  Ģeyə  qulaq  kəsilir.  Sifəti    ayazıyır,  yanağındakı  sağlam,  qatı  qırmızılıq  qeybə  çəkilir  və  o, 

rəhmsiz  qədim  torpağı  dinləyə-dinləyə,  duya-duya,  amma  heç  bir  əndiĢə,  qorxu  keçirmədən 

matı-qutu qurumuĢ halda oturub qalır. “Əkizdi yəqin, baĢqa cür ola bilməz” – öz-özünə, səssizcə, 

dodaqlarını  tərpətmədən  deyir.  Sonra  ağrısı  sakitləĢir.  Təzədən  yeməyə  baĢlayır.  Araba 

dayanmır; zaman dayanmır. Araba sonuncu təpəyə qalxır və onlar göyə ucalan tüstünü görürlər. 

– Ceffersondu, – arabaçı deyir. 

– Heç inanmağım gəlmir, – qadın deyir. – Biz artıq, demək olar ki, mənzil baĢına çatmıĢıq, 

elə deyil? 

Bu  dəfə  kiĢi  eĢitmir.  O,  qabağa,  vadinin  o  tayında  təpənin  üstündəki  Ģəhərə  tərəf  baxır. 

BaxıĢlarıyla onun Ģallağının hərəkətini izləyən qadın göyə qalxan iki tüstü burumunu görür: biri 

hündür borudan çıxan qalın kömür tüstüsü, digəri isə, çox güman ki, Ģəhərdən bir qədər aralıdakı 

bir topa ağacın üstündən daha hündürə ucalan sap-sarı alov tüstüsüdür. 

– Görürsən, – arabaçı deyir, – ev yanır. 

Ġndi qadın, sanki, heç nəyə qulaq asmır, heç nə eĢitmir. 

– Bir iĢə bax, – o deyir, – cəmi dörd həftədir yola çıxmıĢam, artıq Ceffersondayam. Bir iĢə 

bax. Ġnsan haralaracan gəlib çıxa bilərmiĢ... 

 

                                                 2 



 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə