Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə8/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   4   5   6   7   8   9   10   11   ...   192

 

17 


ehtiyacı olan digər qadına yaxĢılıq eləyər”, fikirləĢir Əlbəttə bilirəm. Dəqiq bilirəm ki, Marta nə 

deyəcək.  

Qadın oturacağın lap qırağında əyləĢib, tərpənmir, profili tərpənmir, yanaqları da. 

– Çox qəribədir, – qadın deyir. 

– Nə? Cavan, qərib bir qızın bu vəziyyətdə təkbaĢına yol getdiyini görən camaatın ərinin 

onu  atdığını    baĢa  düĢmələrimi?  –  Qadın    yerindən  qımıldanmır.  Araba  indi,  sanki,  öz  ritminə 

düĢüb; onun yağlanmamıĢ, əldən düĢmüĢ taxta təkərləri günortanın, yolun, istinin tənbəlliyi ilə 

həmahəngləĢib. – Deməli, sən onu orda tapmaq istəyirsən. 

Qadın  yerindən  qımıldanmır,  bəlkə  də,  qatırların  qulaqları  arasından  yavaĢ-yavaĢ  qaçan 

yola göz qoyur; uzaqda deyəsən yolayrıcı var, açıq-aydın  görünür. 

– Elə bilirəm,  tapacam. Çətin olmamalıdı. Adamların bir yerə toplaĢdığı, deyib-güldüyü, 

zarafatlaĢdığı yerlərdə olacaq. HəmiĢə bunun xəstəsi olub. 

Armstid Ģaqqanaq çəkir; kobudcasına, qəzəblə. 

–  Dəh...dəh...!  Yatmısınız  deyəsən!  –  qatırlara  səslənir  və    bir  az  fikirləĢib,  hələ  dilinə 

gətirməmiĢ öz-özünə deyir: “Hökmən tapacaq. O oğlan onda ayılacaq ki, Arkanzasın, hətta mən 

deyərdim, Texasın bu tərəfində köç salmaqla  çox böyük səhvə yol verib”. 

Gün  qərbə  doğru  əyilir,  onun  üfüqə  çatmağına,  qısa  yay  toranına  bircə  saat  qalıb.  Onlar 

artıq yolayrıcındadılar; yana ayrılan xırda yol bundan da sakit, kimsəsizdir.  

– Çatdıq, – Armstid deyir. 

Qadın  dərhal  cana  gəlir.  Əyilib  ayaqqabılarını  götürür,  çox  güman  ki,  onu  ləngitməmək 

üçün onları arabada geyinmək istəmir. 

– Çox sağ olun ki, buracan gətirdiniz, – deyir. 

Araba yenə dayandı. Qadın düĢməyə hazırlaĢır. 

– Gün batmamıĢ Varnerin dükanına gedib çatsan belə, ordan o yana – Ceffersonacan on iki 

mil yol var, – Armstid deyir. 

Qadın,  düĢərkən  bir  əli  ilə  özünə  dayaq  verə  bilmək  üçün  ayaqqabılarını,  bağlamanı  və 

yelpiyini o biri əlində zorla saxlayır. 

– YaxĢısı budur,  mən gedim, – deyir. 

Armstid ona əlini belə toxundurmur. 

– Gedək, gecəni mənim evimdə qalarsan, – deyir, – orda heç olmasa arvadlar var... bir Ģey 

olsa,  yenə sənə qadın... Səhər tezdən özüm səni Varnerin dükanının yanına apararam. Ordan da 

o  yana  biri  səni    aparar.  ġənbə  günü  həmiĢə  Ģəhərə  gedən  olur.  Bir  gecədə  o  oğlan  ordan 

qaçmayacaq. Əgər o, doğrudan da Ceffersondadısa, sabah da orda olacaq. 

Qadın tərpənməz halda oturub, düĢəndə rahat olsun deyə bütün var-yoxunu bir əlinə yığıb. 

Gözlərini çəpəki  kölgələrin cızıq-cızıq elədiyi yolun ilan kimi qıvrılaraq  qaçdığı səmtə zilləyib. 




 

18 


– Məncə, hələ bir neçə günüm var. 

– Elədi. Sənin  vaxtın  boldu. Amma  yol  yoldaĢının peyda olmasına çox  az qalıb, o da ki, 

heç  iməkləyə  də  bilmir. Gedək  mənimlə.  – Cavab  gözləmədən qatırların  baĢını  buraxır.  Araba 

çox  da  iĢlək  olmayan  yola  dönür.  Qadın  təzədən    yerinə  oturur,  amma  yelpiyini,  bağlamasını, 

ayaqqabılarını hələ də əlində saxlayır. 

– Sizə yük olmaram, – deyir, – sizə elə bir əziyyətim dəyməyəcək. 

– Əlbəttə, – Armstid deyir. – Gedək mənimlə. – Ġlk  dəfədir ki, qatırlar həvəslə, öz xoĢları 

ilə yorğa qaçırlar. – Yemin iyini alıblar, – Armstid deyir. Ürəyində isə düĢünür: “Bütün qadınlar 

belədi. Bunun özü elə  fürsət düĢən kimi öz doğma bacısının ayağının altını qazıyar, amma bax, 

tək-tənha, heç nədən utanıb-çəkinmədən el yolunda sər-sərgərdan gəzir, çünki bilir ki, insanların, 

kiĢilərin  ona  yazığı  gələcək.  Qadınlar  vecinə  də  deyil.  Zira  bunu  –  “yük”  belə  adlandırmaq 

istəmədiyi Ģeyi onun  baĢına  qadın gətirməyib. Bəli, belədi, qardaĢ. Bunlardan biri ərə getdimi, 

yaxud  ərə  getməmiĢ  belə  bir  yükə  sahib  oldumu,  dərhal  qadın  irqindən,  qadın  tayfasından 

uzaqlaĢıb,  ömrünün  axırına  kimi  kiĢi  tayfasından  yapıĢmağa  can  atır.  Elə  buna  görə  də  onlar 

tənbəkiyə meyillənir,  siqaret çəkir və ya tütün iyləyir; elə buna görə də səs vermək hüququ tələb 

etməyə baĢlayırlar.”  

Araba evin yanından keçib  saraya yaxınlaĢanda arvadı ön qapıdan onlara baxır. Armstid o 

tərəfə  baxmır; arvadının orada  –  durmuĢ olduğu  yerdə  durmalı olduğunu o tərəfə  baxmadan da 

bilir. “Bəli, – qatırları geniĢ açılmıĢ darvazaya döndərərək, kinayəli-kinayəli düĢünür, –  bilirəm, 

mən  bilirəm  nə  deyəcək.  Özü  də  çox  dəqiq  bilirəm”.  Qatırların  baĢını  çəkib  saxlayır;  o  tərəfə 

dönüb baxmağa ehtiyac duymur, arvadının artıq mətbəxdə olduğunu, onlara tərəf  baxmadığını, 

sadəcə gözlədiyini onsuz da bilir. Qatırların baĢını çəkib saxlayır. 

–  Get  evə,  –  deyir;  o  artıq  arabadan  düĢüb,  yerdədir,  qadınsa  ehtiyatla,  yavaĢ-yavaĢ 

arabadan düĢməyə çalıĢır, fikirlidir, sanki, öz içində nəyəsə qulaq asır. – QarĢına çıxan olsa, bil 

ki,  Martadır.  Mən    heyvanları  yemləyib  gəlirəm.  –  O,  qadının  həyətdən  keçib,  mətbəxə  necə 

getdiyinə  tamaĢa  etmir.  Buna  ehtiyac  da  yoxdur.  Fikrən  o  da  addımbaaddım  qadınla  mətbəx 

qapısına yaxınlaĢır və baxıĢları bayaq ön qapıdan arabaya baxdığı kimi, eynilə mətbəx  qapısına 

baxan qadının baxıĢı ilə toqquĢur. “Bilirəm, mən bilirəm o nə deyəcək” – düĢünür.  

Qatırları boyunduruqdan azad eləyir, onları suvarır, axura bağlayır, yemləyir, inəkləri açıb 

örüĢə  buraxır.  Sonra  mətbəxə  gedir.  Arvadı  hələ  də  ordadır  –  saçları  ağarıb,  acıqlı,  sərt,  əsəbi 

sifəti  var,  altı  ilə  beĢ  uĢaq  doğub,  onları  böyüdüb  kiĢisini  kiĢi,  qadınını  qadın  eləyib.  ĠĢlə 

məĢğuldur. Armstid ona tərəf baxmır. Əlüzyuyana yaxınlaĢır, vedrədən ləyənə su tökür, qollarını 

çırmalayır. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə