Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   2   3   4   5   6   7   8   9   ...   97


 
Bir gün insan oğlu fikirləşir ki, hər şeyin padşahı, böyügü 
var.  Quşların  da  gərək  padşahı  olsun.  Bütün  quşdarı  yığıb 
deyir ki, hansınız lap yuxarı qalxsanız onu padşah qoyacıyam. 
Quşdar razı olur. Uçullar, ancax qartal  hamısınnan hündürə 
uçur.  Bu  dəmdə  insan  oğlu  görür  ki,  qartalın  tükləri  arasın-
nan cırt-cırt quşu çıxdı, lap yuxarı uşdu. Bını quşdar da gördü
pərt oldular ki, bınnan bizə padşah çıxmaz. 
İnsan oğlu cırt-cırt quşuna deyir ki, sən lap yuxarı uşdun, 
ancax kələyinən. Ona görə gərək sənə bir iş də tapşıram. Onu 
da  eləsən,  səni  padşah  qoyacıyam.  Get  mənə  elə  bir  çöp  gətir 
ki, nə əyri olsun, nə də düz. 
Deyillər ki, cırt-cırt quşu o vaxtdan həmişə kolluqda gəzir, 
həmin  çöpü  axtarır,  ancax  tapammır.  Qartal  isə  quşların 
padşahı olur (Azərbaycan mifoloji mətnləri, 1988, s. 67). 
Türk,  o  cümlədən  Azərbaycan  folklorunda  geniş  yayılmış 
quşlardan biri də Humaydır. Bu quşdan söz açan B.Ögəl bildirir:  
“Bu quĢun adı  əfsanəvi  hüma//humay quĢunun adından 
gəlir.  Bununla  bərabər,  bu  ad  indi  mövcud  olan  quĢlara  da 
verilmiĢdir. Məsələn, huma və ya hüma Krımda ən yaxĢı cins 
qartallardan  birinə  verilən  addır.  Bu  quĢun  adı  qırğız 
ləhcəsində  kumay  olmuĢdur. Qırğızlar vulturide növünün  ən 
böyük cinsinə kumay deyirlər. Bu, ağbaba cinsindən olan, qar 
quĢu da deyilən böyük bir qartaldır” (Ögel, 1989, s. 365). 
Eyni mövzuya Bəhlul Abdulla da müraciət etmiş və ―Kita-
bi-Dədə  Qorqud‖dakı  quş  obrazlarından  söz  açmışdır  (Abdulla, 
1999). 
Mövzumuz baxımından aşağıdakı Altay əsatirində söyləni-
lənlər də böyük maraq kəsb edir: 
Çox böyük bir xan vardı çox-çox əski çağlarda, 
Yaşardı, hökmdardı Altaydakı dağlarda.  
Bu xanın çox gözəl biricik qızı vardı, 
Onu görən hər igid tutuşaraq yanardı. 
Xanın yurdundan bir gənc bir gün xana vararaq, 
“Qızı mənə ver” deyə ağlamış yalvararaq. 
Xan razı olmuş, fəqət oğlana bir şərt qoymuş,  



 
Gəl ki xanın bu şərti çox-çox çətin, çox zormuş. 
Xan oğlana demiş ki: 
“Bilirsənmi, Daruqa müqəddəs bir qartaldır, 
Bədəni çox böyükdür, tükləri sanki budaqdır. 
Gedib bu qartalı tap, tükündən gətir mənə, 
O zaman düşünmədən qızı verərərn sənə”. 
Gənc almış yarağını, dağlara çıxmış ova, 
Axtarmağa başlamış belə böyük yuva. 
Sora-sora gedərkən görmüş yolda bir ərmiş, 
Dərdini ona açmış, o da bir öyüd vermiş. 
Ağ saqqallı ixtiyar demiş bu yoldan sapma
Bu işi mən bilirəm, kim nə desə, sən yapma. 
Bu yolla gedən oğlan ağ bir dağa yan almış, 
Ətrafında dolaşmış, ətəyinə yanaşmış. 
Nədənsə yerlə göylər birdən-birə ağlamış. 
Ağca buludlarsa yer üzünə yaxınlaşmış. 
Oğlan yenə durmamış, keçmiş dağ aşaraq, 
Dörd tərəfə böylanmış özü möhkəm çaşaraq
Görmüş dağ-daş, hər tərəf süd rəngində, bəmbəyaz. 
Bu rəng göyləri tutmuş, göy də olmuş apayaz. 
Oğlan “Bu nə ?” deyincə, haradansa bir səs gəlmiş
“Göylərin arxasında süd dənizi var” demiş. 
Oğlan şərqə boylanmış, buludun arxasından,  
Gözünə kölgə dəymiş köpüklər arasından. 
Düşünmüş uzun-uzun “Bu qara şey nə?” -deyə, 
-“Süd dənizi içində bu gölgəlik var niyə?” 
Çox düşünmüş, bu işə bir məna verəmməmiş, 
Göydən bir səs ona səslənib, belə demiş: 
“Qarşıdakı qaraltı çox böyük bir ağacdır, 
İnsana həyat verir, göylərə isə tacdır. 
Onun yanındakı da qapqara bir ormandır, 
İçindəki qımıldayan Daruqa xandır. 
Müqəddəs süd dənizi dağın başındadır, 
Cənnətin bağçaları dənizin bağrındadır  
(Ögəl, 2006, səh125-126). 


10 
 
Onqon-quş  motivi  oğuzlar  arasında  da  çox  yayğın  olmuş-
dur. Hər  bir oğuz soy və  boyunun  ayrıca quş onqonu olduğunu 
həm Fəzlullah Rəşidəddin (Rəşidəddin, 2003, s. 54-60), həm də 
Əbülqazi  (Əbülqazi  Bahadır  xan,  2002,  s.  70-72)  göstərmişlər. 
Onlara  istinad  edən  Bahəddin  Ögəl  həmin  onqonları  boy  və 
soylar üzrə aşağıdakı kimi sıralamşdır: 
Bozuqlar: Sağ qol. 
 
Gün Xan: simvolu Ağ Şahin,  
Ay Xan: simvolu Qartal,  
Ulduz Xan: simvolu Tauşancıl   
Qayı - Ağ Şahin / Şunqar (Şunqar)  
Bayat - Ağ Şahin / Bayquş (Üği)  
Alkaravlı – Ağ Şahin / Siçantutan qırğı (Köykenek)  
Qara-uyli – Ağ Şahin / Çalağan (Göbek-sarı)  
Yazır – Qartal / Bildirçin çalan qırğı (Torumtay)  
Dökər – Qartal / Çalağan (Köçken)  
Dodurğa – Qartal / Qırmızı qırğı (Kızıl-qarçağay)  
Yaparlı - Qartal / Qırğı (Kirğu)  
Avşar – Dovşancıl / Ağ şahin (cere-laçin)  
Qızıq – Dovşancıl / Sar (Sarıca)  
Bekdili – Dovşancıl / Laçın (Bihri)  
Qırqın - Dovşancıl / Su berkutu (Su bürkütü) 
Uçuqlar: Sol qol. 
 
Gök Xan: simvolu Şunqar  
Dağ Xan: simvolu Üği  
Dəniz Xan: simvolu Çakır 
 
Bayındır – Şunqar / Şahin (Şahin)  
Beçenə - Şunqar / Ala şahin (Ala-toğanaq)  
Çavuldur – Şunqar / Qartal (Buğdaynık)  
Çəbni - Şunqar / Humay (Humay)  
Salur – Üği / Berkut (Bürküt)  
Eymir – Üği / Ançarı  
Alayuntlı – Üği / Gərgincək (Yağılbay)  
Ürəgir – Üği / Qırğı (Bayqu)  
İqdır - Gərgincək / Qırğı (Karçiğay) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə