Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   4   5   6   7   8   9   10   11   ...   97

23 
 
Sözügedən etnonimlə I Tiqlapalsarın (e.ə. 1115-1077) kita-
bəsində də rastlaşırıq: 
"(V,73)Kumanların  ordusu  gerçəkdən  Musru  ölkəsinin 
köməyinə  çıxdı...  (V.82)  Bu  zaman  Musru  ölkəsinə  köməyə 
çıxmağı  qət  etmiş  kumanların  hamısı  savaşın  baş  tutması  və 
mənə  qarşı  durmaq  üçün  özlərinin  bütün  bölgələrini  səfərbər 
etdilər... (Vl.22) ...Kumanların mənim güclü döyüş təzyiqimdən 
qorxuya  düşən  şahları  ayaqlarımı  qucaqladı..."  (Дьяконов, 
1951, c. 10). 
Aşşur  şahı  ll  Adadnerari  (e.ə.911-890)  də  öz  kitabəsində 
kumanları yad etmişdir (Дьяконов, 1951, c. 21). 
Qeyd  edək  ki,  bu  gün  də  eyni  adı  daşıyan  türk  etnosları 
vardır. Bu baxımdan Altayda yaşayan kumandiləri və özünü gü-
nümüzəcən  kumanların  davamı  hesab  edən  qaraçay  və  balkar-
lıları (Zeynalov, 1981, s. 232) misal gətirmək olar. Onu da xü-
susi qeyd etmək lazımdır ki, bu türk tayfası orta  əsrlərdə də Ön 
Asiya  və  Şərqi  Avropanın  siyasi  tarixində  xüsusi  rol  oynamış, 
Avropanın  etnolinqvistik  coğrafiyasının  formalaşmasında  son 
dərəcə  böyük  xidmətlər  göstərmişdir.  Bu  rol  o  qədər  böyük  ol-
muşdur ki, həmin tayfaların dilini öyrənməyə xüsusi ehtiyac ya-
ranmış və təqribən eyni dövrdə həm xristian Avropada, həm də 
İslam dünyasında kuman türklərinin dili ilə bağlı lüğətlər tərtib 
edilmişdir (Zeynalov, 1981, s.167-168). Anadolunun Səlcuqlular 
tərəfindən tutulmasında  və bu ərazinin yenidən Türk Yurdu ha-
lına gəlməsində kumanların ölçüyəsığmaz xidmətləri olmuşdur. 
Kumanların  orta  əsrlərdə  də  Azərbaycanda  yaşadıqlarnı 
Musa  Kağankatlının  "Alban  tarixi"ndən  öyrənmiş  oluruq  (Ka-
lankaytuklu, 1993, I kitab, VI fəsil).
 
Sözügedən kitabda yazılan-
lardan öyrənirik ki, Qafqaz Albaniyasında kumanlarla bağlı olan 
"Qomenk"  adlı  toponim  olmuşdur.  Həmin  toponimin  qomen 
(kuman)  etnonimindən  və  qədim  erməni  dilindəki  "k"  yer,  mə-
kan  bildirən  şəkilçidən  yarandığını  ("Alban  tarixi"  kitabı  döv-
rümüzədək erməni dilində çatmışdır) söyləyən Qiyasəddin Qey-
bullayevin  fikrincə,  bu  yer  ya  Arsax  (Qarabağ),  ya  da  Sünik 
(Zəngəzur)  ərazisində  olmuşdur.  O,  1727-ci  ilə  aid  bir  arxiv 


24 
 
sənədinə  istinadən  göstərir  ki,  həmin  dövrdə,  yəni  XVlll  əsrdə 
Zəngəzurun Çulundur bölgəsində azərbaycanlılarla məskun olan 
Koman kəndi mövcud imiş (Гейбуллаев, 1991, c. 117). Hazırda 
eyniadlı kənd Cəlilabad rayonu ərazisində də mövcuddur. 
Tarixi  mənbələrdə  kumanların  iskitlərlə  eyniləşdirilməsi, 
onlardan "koman iskitləri" kimi söz açılması halları da müşahidə 
edilir.  R.Q.Latam  koman  iskitlərinin  etnik  mənsubiyyəti  barədə 
yazmışdır: 
"Koman  iskitləri,  massagetlər,  saklar,  peçeneqlər,  xəzər-
lər,  hunlar  öz  mənşələri  etibarilə  türkdürlər  və  bunu  sübut 
etməyə ehtiyac yoxdur." (İsmayıl, 1955, s. 15). 
Su ölkəsi ilə bağlı türk genoloji (etnoqonik) əfsanəsində de-
yildiyi kimi, türklərin başbuğu Kapan Punun 16 qardaşı var idi. 
Yəni onlar 17 qardaş idilər. Mixi yazılarda bu məlumatla ağlası-
ğmaz  dərəcədə  üst-üstə  düşən  bir  məlumat  var  və  həmin  mə-
lumata əsasən, Kuti sülaləsinin hakimiyyətdə olduğu çağda (e. ə. 
XXIII əsrdə) Akkad qoşununun quzeydə vuruşduğu 17 tayfadan 
biri  də  tourki  və  ya  turki  şəklində  xatırlanan  boy  olmuşdur 
(Ağasıoğlu. 2005, s. 39).         
Əgər  gerçəkdən  də  mixi  yazılardakı  "turuk"larla  Göytürk 
Xaqanlığını qurmuş türklər eyni xalqdırsa, bu xalq gerçəkdən də 
öncə  Xəzərin  qərbində  yaşamışsa  və  sonralar  dənizin  şərqinə, 
oradan da Çin, Monqolustan və Altay istiqamətində hərəkət et-
mişsə, ola bilməzdi ki, bu köç barədə heç bir yazılı mənbə qal-
mamış  olsun.  Belə  bir  mənbə  isə  həqiqətən  də  var  və  həmin 
mənbə  təkcə  türk  xalqının  deyil,  eləcə  də  albanların  Xəzərin 
qərbindən  şərqinə,  oradan  da  Çin  tərəfə  yayıldıqlarını  təsdiq 
edir. Söhbət Vl əsr müəllifi İordanın özünün çox məşhur "Qot-
ların mənşəyi və əməlləri haqqında" adlı əsərində yazdıqlarından 
gedir: 
"İskitlər  ölkəsi  göbələyə  oxşayır.  Başlanğıcda  o,  dardır, 
sonra isə geniş  və  dairəvidir  və hunların, albanların və  seres-
lərin  yayıldıqları  uzaq  ərazilərə  qədər  uzanır."  (The  Gothic 
Histoy of Jordanes, 1960, V.). 
Müəllif bir qədər sonra isə deyir: 


25 
 
"İskitlər  ölkəsi  genişdir  və  çox  uzaqlara  qədər  uzanaraq 
şərqdə sereslər ölkəsinə çatır. Sereslər öz tarixlərinin əvvəlində 
Xəzər  dənizi  sahilində  yaşayırdılar."  (The  Gothic  Histoy  of 
Jordanes, 1960, V.). 
İordandan öncə haqlarında Strabon, Dionisiy Perieqet, Ap-
polodor  və  s.  müəlliflərin  əsərlərində  də  söz  açılan  bu  xalq  ba-
rədə  mütəxəssislər  müxtəlif  fərziyyələr  irəli  sürsələr  də  bir 
fikirdə  yekdil  olmuşlar  ki,  İordanın  dövründə  bu  xalq  Çin  sər-
hədində  yaşayırdı,  əsil  adları  da "ser" və  ya  "sir"  idi. Yəni  "se-
res" formasındakı sonuncu iki hərfin əmələ gətirdiyi "es" qədim 
yunan dilində isimlərə artırılan adlıq hal şəkilçisidir, sözün kökü 
isə "ser" və ya "sir"dir ( Гасанов, 2000, c. 112-113). 
Eramızın l əsrində ser (sir) xalqı və onun yerləşdiyi coğra-
fiya haqqında ən ilkin məlumat verənlərdən biri Pomponiy Mela 
(l  əsr)  olmuşdur.  O,  Asiya  qitəsindən  söz  açarkən,  bu  xalqı  is-
kitlər  və  hindlilərlə  birlikdə,  qonşu  xalqlar  kimi  qeyd  etmişdir. 
Eyni  əsrdə  yaşamış  Dionisiy  Perieqet  isə  serləri  sak,  toxar  və 
frunlarla birlikdə yad etməkdədir. 
II əsr müəllifi Klavdi Ptolomey yazır: 
"İmay  dağının  o  biri  tərəfində  yerləşən  İskitlər  ölkəsini-
nin (Skifiyanın) sərhədlərini qərb tərəfdən dağın bu tərəfində 
yerləşən  İskitlər  ölkəsi  (Skifiya),  şimal  tərəfdən  həmin  dağın 
şimalında yaşayan Saklar ölkəsi, şərqdən isə serlər ölkəsi (Se-
rika) təşkil edir" (Пьянков, 1986, c. 7-10). 
Klavdi Ptolomey Serika, yəni Serlər (sirlər) ölkəsi haqqında 
bunları bildirir: 
"Serikanın  böyük  ərazisi  ilə  əsasən  iki  çay  axır.  Mən-
bəyininin  birini,  artıq  qeyd  etdiyimiz  kimi,  Avzakiya  dağı  ya-
xınlarında  olan  Oyxard  çayının  digər  mənbəyi  isə  Asmireya 
dağları  yaxınlığında, 174 dərəcə - 47 dərəcə 30 dəqiqədə  yer-
ləşir..." (Пьянков, 1986, c. 7-10). 
Digər  qolların  və  çayın  da  koordinatlarını  dəqiq  göstərən 
böyük  coğrafiyaşünas  alim  bu  ölkənin  şəhərlərinin  -  Damna, 
Piada, Asmireya və Froananın da coğrafi koordinatlarını göstər-
miş, ölkədə və qonşuluqda yaşayan xalqları da qeyd etmişdir:  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə