Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


dan çox önəmlidir. M.Lindzbarski göstərmişdir ki, sağdan sola



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   10   11   12   13   14   15   16   17   ...   97

41 
 
dan çox önəmlidir. M.Lindzbarski göstərmişdir ki, sağdan sola 
yazılan bu yazı arami kursiv yazısından qaynaqlanır və deko-
rativ Palmir yazısı ilə qohumdur...Bu yazıda bütün saitləri ifa-
də edən işarələr var" (Фридрих, 1979, c. 167). 
Qeyd emək lazımdır ki, bu əlifba ilə yazılmış bütün mətnlər 
türkcədir.  Bu  fakt  sözügedən  əlifbanın  məhz  türk  dili  materialı 
üçün  yaradıldığını,  yəni  Maninin ana dilinin türk dili  olduğunu 
sübut edir. Lakin bu, həmin fikri sübut edən yeganə fakt deyil-
dir.  Manixey  əlifbasında  "L"  səsini  ifadə  edən  ayrıca  hərfin  ol-
ması faktı da deyilənlərə ən gözəl sübutdur. Məsələ burasındadır 
ki,  qədim  soğd  dilində  "L"  səsi  olmayıb  (Фридрих,  1979,  c. 
167).  Eyni  sözləri  digər  İran  dilləri  barədə  də  söyləmək  olar. 
Məsələn, fars dili üzrə tanınmış mütəxəssis V.İ.Abayevin yazdı-
ğına  görə,  bu  dildə  əskidən  "L"  səsi  olmamış  və  bu  səs  sözü-
gedən dilə X əsrdə daxil olmuşdur (Kasım, 2001, s. 14).  
Məlumat  üçün  bildirək  ki,  elmi  ədəbiyyatda  səhvən  iranlı 
kimi qələmə verilən Mani 215-ci ildə Cənubi Azərbaycanın Hə-
mədan şəhərində doğulmuşdur. O, məşhur Arsaklar sülaləsindən 
idi. Bu sülalənin əsasını qoymuş Arsak isə sakların parn (baran, 
baranlu) qəbiləsindən idi (Azərbaycan Sovet Ensiklopediyası,  I, 
423, Arşakilər), yəni Arsaklar sak mənşəli idilər. 
İlk  fars-Sasani  şahı  Ərdəşir  türk-Arsaklar  sülaləsindən 
sonuncu Part. yəni Parfiya hökmdarı Ərdabanı məğlub etdikdən 
sonra  Arsakların  Ön  Asiya,  Güney  Qafqaz  və  Mərkəzi  Asiya 
üzərində  500  ildən  artıq  sürən  hakimiyyətinə  (e.ə.250-b.e.224) 
son  qoyuldu  və  farslar  böyük  türk  imperatorluğunun  bütün  tor-
paqlarının  sahibinə  çevrildilər.  Arsakların  əlində  sadəcə  Ərmə-
niyyə  (62-428)  və  Albaniya  (I  əsrin  ortaları  -  510)  qalmışdı 
(Azərbaycan Sovet Ensiklopediyası, I, 423, Arşakilər). 
Məğlub sülalənin əksər üzvləri o dövrdə Arsakların paytaxtı 
olmuş Həmədan şəhərində yaşayırdılar. Farslar onların xalqı üs-
yana təhrik edə bilmə ehtimallarını göz önündə tutaraq sülalənin 
bütün  üzvlərini  öz  imperiyalarının  paytaxtına  sürgün  etdilər. 
Sürgün  edilən  ailələr  içərisində  Maninin  atası  Pətiyin  ailəsi  də 
vardı.  Mani  –  dünyagörüşü  də  bu  şəhərdə,  yəhudi,  xristian  və 


42 
 
zərdüşt  filosoflarının  mübahisələrinin  qızğın  keçdiyi  Mədain 
şəhərində formalaşdı. 
Mani farsların gücünün onların dinlərində, yəni zərdüştilik-
də  olduğunu  çox  tez  başa  düşdü.  Odur  ki,  bu  ideoloji  sistemə 
qarşı  onu  çürüdə  biləcək,  eləcə  də  türkləri  fars  hakimiyyətinə 
qarşı mübarizəyə səfərbər edə biləcək alternativ dini-ideoloji bir 
sistem qurmaq qərarına gəldi. 
Maninin dininin əsil mahiyyətini başa düşməyə bizə Bötür-
müş Tərxanın qələminə mənsub "Xuastuanift" əsəri kömək edir: 
"Hörmüz tanrı beş tanrı ilə bütün tanrıların gücünü top-
layıb şeytanlara qarşı vuruşmağa enib gəldi. Bəd əməllər şey-
tanı Şimnu beş cür şeytana qarşı vuruşdu. Tanrı, şeytan, işıq o 
vaxt bir-birinə qarışdı. Hörmüz tanrı əsgərləri, beş tanrı bizim 
ruhumuz  günah  şeytanları  ilə  vuruşub  başlarından  yaralan-
dılar" (Cəfərov, 2002, s. 290). 
"Xuastuanift" məhz bu cümlələrlə  başlayır.  Əsərdə zərdüş-
tiliyin  baş  tanrısı  Hörmüzün  adı  çəkilir  və  o,  əsərin,  eləcə  də 
maniçilik fəlsəfəsinin əsas personajlarından biri kimi çıxış edir. 
Elə  bu  fakt  da  bir  çox  tədqiqatçıları  maniçiliyi  zərdüştiliyin  bir 
təriqəti  və  bu  dinin  törəməsi  hesab  etməyə  sövq  etmişdir.  Mə-
sələ  də  elə  bundadır.  Yəni  bütün  səhv  mülahizələr  də  elə  bura-
dan qaynaqlanmaqdadır. 
Fəqət tədqiqatçıların gözdən qaçırtdıqları və  ya böyük əhə-
miyyət  vermədikləri bir  detala xüsusi diqqət  yetirmək kifayədir 
ki, məsələnin tamam başqa cür olduğunu anlayasan. 
Məsələ burasındadır ki, maniçilikdə "Avesta"dakı Əhrimən 
obrazının  yerinə  türk  mifologiyasının  ən  məşhur  mənfi  qəhrə-
manlarından  biri  olan,  ayrı-ayrı  türk  əfsanə  və  nağıllarında  bə-
zən Şimnu, bəzən Şimnus  və  ya Şulbus, bəzən də Çulbus, Kəl-
ləgöz və ya Təpəgöz adları ilə adlandıran obraz daxil edilmişdir 
(Cəfərov,  2004,  s.  290).  Maniçilikdə  bu  obrazın  "Şimnu"  adın-
dan  istifadə  edilmişdir.  Görəsən,  Əhrimən  obrazını  Təpəgözlə, 
yəni Şimnu ilə əvəzləmək Maninin nəyinə lazım idi? 
Məlumat  üçün  bildirək  ki,  "Avesta‖da  iblis,  şeytan,  şər 
qüvvələrin başçısı kimi təqdim edilən Əhrimən bu varlığın yeni 


43 
 
fars  dilindəki  adıdır.  Zərdüştilərin  müqəddəs  kitabında,  yəni 
Avestada bu qüvvənin adı Anqra Manyudur. "Anqra Manyu" adı 
isə türk Tenqrisinin farsca bir qədər təhrif edilmiş adıdır. 
___________________________________________________ 
Qədim türkcə     
Yakut türkcəsində             Avestada 
------------------------------------------------------------------------------ 
 Tenqri Menqu    
Tanqra Menqu      
       Anqra Manyu 
 
Qədim türklər sitayiş etdikləri tək Tanrıya çox vaxt "Tenqri 
Menqü" də deyirdilər. "Menqü" qədim türk dilində əbədi demək-
dir (ДТС, с. 342). Odur ki, bu halda söhbət  əbədi olan Tanrıdan 
gedir.  Bəzi  türk  ləhcə  və  şivələrində  "Tanrı",  "Tenqri"  əvəzinə 
"Tanqara"  forması  işlədilməkdə,  "Tenqri  Menqü"  ifadəsi  də 
"Tanqara Menqü" kimi səslənməkdədir (Алексеев, 1984, c. 35). 
Avestanın  türklərə  dərin  nifrət  ruhunda  qələmə  alınmış 
yeni, yəni Sasani variantında Tanqra Menqu "Anqra Manyu" adı 
altında  iblis  elan  edilmiş,  ona  qarşı  Babil-Aşşur  mifologiya-
sından  götürülmüş  Ahura  Məzda,  yəni  Hörmüz,  eləcə  də  Arti, 
Anahid,  Mitra,  Vritraqan  və  sairə  fars  tanrıları  qoyulmuşdur, 
Hörmüz  və  fars  tanrıları  xeyrin,  işığın  rəmzi  kimi  qələmə  ve-
rilmişdir.  Avestada  turanlılar,  yəni  türklər  şərin  və  qaranlığın, 
iranlılar,  yəni  farslar  isə  xeyrin  və  işığın  əsgərləri  kimi  qələmə 
verilir, turanlıların Anqra Manyuya sitayiş etdikləri qeyd edilir. 
Maninin  öz  dinində  Əhrimənin,  yəni  Anqra  Manyunun 
yerinə  Şimnunu,  yəni  təpəgözü  iblis  elan  etməsinin  əsil  səbəbi 
türk Tanrısını farsların ona biçdiyi iblis obrazından xilas etmək 
idi. Türk Mani bununla da yetinməmiş, Tenqrini Hörmüzdən də, 
digər  fars  tanrılarından  da  yuxarı  qaldırmış,  ikinci  yerə  türk 
mifologiyasından  götürdüyü  Gün  və  Ay  tanrılarını,  eləcə  də 
Yer-Suyu yerləşdirmiş, Hörmüzü və onun beş tanrısını, yəni fars 
tanrılarını isə onlardan aşağı tutmuşdur: 
"...Gün, Ay tanrılara, iki  işıqlı  sarayda  əyləşən tanrılara, 
bütün  bürhanların  müqəddəs  adının,  ləyaqətli  ruhların,  Yer-
Su  nurunun  əsası  Tanrı  məkanına  gedəndə  ilk  qapı  Gün,  Ay 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə