Psixologiya
1
Psixologiya
Ali pedaqoji məktəblərin bakalavr
pilləsi tələbələri üçün dərslik
Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin
elmi redaktorluğu ilə
B a k ı - 2007
Rəyçilər:
Ə.Ə.Əlizadə – psixologiya elmləri doktoru, professor;
2
G.Tağıyeva – psixologiya elmləri namizədi, dosent;
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun psix-
ologiya və yaş fiziologiyası şöbəsi.
Ali pedaqoji məktəblərin bakalavr pilləsi
tələbələri üçün dərslik
Dərslikdə «Psixologiya» proqramına (2005) müvafiq olaraq
psixologiyanın predmeti və metodları, fəaliyyət və ünsiyyət,
şəxsiyyət və qrupların psixologiyası, psixi proseslər və hallar,
şəxsiyyətin fərdi psixi xassələri, yaş və pedaqoji psixologiyanın
predmeti və vəzifələri, məktəbə daxil olanadək, kiçik məktəb
yaşı, yeniyetməlik və ilk gənclik yaşı dövrlərində psixi
inkişafın əsasları, tərbiyə, təlim, pedaqoji fəaliyyət və müəllim
şəxsiyyəti psixologiyası, məktəbə psixoloji xidmətin əsasları
psixologiya elminin müasir nailiyyətlərinə uyğun şəkildə öz
əksini tapmışdır.
Dərslik ali pedaqoji məktəblərin bakalavr pilləsi
tələbələri üçün hazırlamışdır. Ondan magistrlər, müəllimlər və
valideynlər də istifadə edə bilərlər.
Ön söz
İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixolo-
giya elmi ora nüfuz etməsin. Təsadüfi deyildir ki, dünya
standartlarına görə müasir mütəxəssislərin psixoloji hazırlığı
onun peşə hazırlığının zəruri tərkib hissəsi sayılır. Bu mənada
3
ali pedaqoji məktəblərdə hazırlanan gələcək müəllimlərin dərin
psixoloji hazırlığı diqqət mərkəzində dayanır. Məhz buna görə
də dərslikdə gələcək müəllimlərin psixoloji hazırlığı üçün
zəruri
olan
məlumatlar
psixologiya
elminin
müasir
nailiyyətlərinə uyğun şəkildə öz əksini tapmışdır. Bununla
yanaşı olaraq dərslikdə pedaqoji fəaliyyətin müvəffəqiyyətini
təmin edən psixoloji biliklərin bütün sahələrinin öz əksini
tapmasına diqqət yetirilmişdir.
Dərslik 6 hissə və 26 fəsildən ibarətdir.
Birinci hissə psixologiyanın predmeti və metodlarına,
psixika və şüurun inkişafına həsr olunmuşdur. Burada
Azərbaycanda psixologiya elminin inkişafına xüsusi yer
verilmişdir.
Dərsliyin ikinci hissəsində fəaliyyət və ünsiyyətin
psixologiyası, üçüncü hissəsində şəxsiyyət, qruplar və
şəxsiyyətlərarası münasibətlər öz əksini tapmışdır.
Psixi proseslərə və hallara həsr olunmuş dördücü hissədə
diqqət, duyğular, qavrayış, hafizə, təfəkkür, təxəyyül, hisslər və
emosional hallar, iradə haqqında geniş məlumat verilmişdir.
Dərsliyin beşinci hissəsində şəxsiyyətin fərdi-psixi
xassələri: temperament, xarakter, qabiliyyətlər haqqında lazımi
məlumatlar şərh olunmuşdur.
Dərsliyin altıncı hissəsi müəllim üçün zəruri olan yaş və
pedaqoji psixologiyanın əsasları öz əksini tapmışdır. Burada ilk
növbədə yaş və pedaqoji psixologiyanın predmeti və vəzifələri
haqqında yığcam məlumat verməklə yanaşı məktəbə daxil olan
və məktəb yaşı dövründə psixikanın inkişafı, tərbiyə, təlim, pe-
daqoji fəaliyyət və müəllim şəxsiyyətinin psixologiyası,
məktəbə psixoloji xidmətin əsasları barədə zəruri məlumatlar
ətraflı şərh olunmuşdur.
Tələbələri fəallaşdırmaq məqsədilə hər fəslin sonunda
özünü yoxlamaq üçün sual və tapşırıqlar, referat, məruzə və
müstəqil tədqiqat üçün mövzular, Azərbaycan və rus dillərində
ədəbiyyat siyahısı verilmişdir.
4
«Psixologiya» dərsliyi müəlliflər kollektivinin əməyinin
məhsuludur. Müəlliflər aşağıdakılardan ibarətdir:
Psixologiya elmləri doktoru, professor S.İ.Seyidov: 5-ci
fəsil; psixologiya elmləri doktoru, professor M.Ə.Həmzəyev:
1-ci fəsil (1, 2, 5-ci bölmələr), 3, 17, 18, 19, 20, 21, 22, 23, 24,
25, 26-cı fəsillər; psixologiya elmləri namizədi, professor
T.Ə.Mustafayev: 8, 9, 12-ci fəsillər; psixologiya elmləri dok-
toru, R.İ.Əliyev: 1-ci fəsil (3, 4-cü bölmələr), 2, 10-cu fəsillər;
psixologiya elmləri namizədi, dosent A.Ə.Quliyev: 15, 16-cı
fəsillər; psixologiya elmləri namizədi C.Q.Alıyev: 13, 14-cü
fəsillər; baş müəllim M.Y.Məmmədov: 11-ci fəsil; baş
müəllim S.F.Əmiraslanova: 4, 6-cı fəsillər; baş müəllim
Ş.İ.İslamova: 7-ci fəsil.
Öz faydalı təklifləri, irad və məsləhətləri ilə dərsliyin
təkmilləşməsinə kömək edəcək xeyirxah oxuculara müəlliflər
qabaqcadan öz minnətdarlıqlarını bildirirlər.
5
BİRİNCİ HİSSƏ
PSİXOLOGİYAYA GİRİŞ
1 - c i F Ə S İ L
PSİXOLOGİYANIN PREDMETİ VƏ METODLARI
Q ı s a x ü l a s ə
Psixologiyanın predmeti. Psixika haqqında ümumi anlayış.
Psixi inikasın xüsusiyyətləri. Psixi hadisələr: psixi proseslər, psixi
hallar, psixi xassələr. Psixologiyanın bir elm kimi tərifi.
Psixologiyanın elmlər sistemində yeri və əsas sahələri. Mü-
asir elmlər sistemi və psixologiya. Psixologiya və təbiət elmləri,
psixologiya və sosiologiya, psixologiya və pedaqogika, psixologiya
və dilçilik. Müasir psixologiya elminin prinsipləri və quruluşu. Müa-
sir psixologiya elminin sahələri və onların təsnif prinsipləri.
Psixologiya
tarixinin
əsas
mərhələləri.
Müasir
psixologiyanın başlıca istiqamətləri. Azərbaycanda psixoloji fikrin
və elmi psixologiyanın inkişaf xüsusiyyətləri.
Psixologiyanın tədqiqat metodları. Metod və metodologiya
haqqında anlayış. Psixologiyanın tədqiqat metodları və onların təs-
nifi. Subyektiv və obyektiv metodlar. Əsas və yardımçı metodlar.
Müşahidə obyektiv metod kimi. Müşahidənin növləri. Eksperiment
və onun növləri: təbii və laborator eksperiment, müəyyənedici ekspe-
riment, öyrədici (formalaşdırıcı) eksperiment. Müsahibə və onun
psixoloji tədqiqatlarda yeri. Sorğu psixoloji metod kimi. Şifahi,
yazılı və sərbəst sorğu. Fəaliyyət məhsullarının təhlili və ya praksi-
metrik metodlar.
Testlər psixodiaqnostik metod kimi. Sosiometriya psixodiaq-
nostik metodlardan biri kimi. Riyazi-statistik və kibernetik metodlar
(modelləşdirmə). Onların psixoloji tədqiqatda yeri. Bioqrafik metod-
lar.
Dostları ilə paylaş: |