Başqa sual aydınlaşdırılır: soda və şora bir neçə qaşıq
əlavə edildikdən
sonra qarışdırmaqla da həll olmurlar.
Müəllim burada yekun sözünü deyir: soda və şoradan 1–2 dəfə qaşığın
ucunda suda həll edildikdə alınan məhlul hələlik doymamış məhluldur, on -
ların miqdarını artırdıqda stəkanların dibində həll olmayan maddələr qalırsa,
qarış dıqda belə həll olmursa, alınan (üstdə qalan) məhlul doymuş məhlul ad -
lanır. Onların hər ikisi həm də qatı məhlullardır. Əhəngin məhluluna duru və
doymuş məhlul demək olar.
Maddələrin həllolma qabiliyyəti həllolma əmsalı deyilən kəmiyyətlə ifadə
olunur:
Müəyyən temperaturda 1
l (və ya 1000
ml) suda
həll olan maddənin qramla
kütləsi onun həllolma əmsalı adlanır.
Riyazi ifadəsi
Suyun sıxlığı 1 q/ml olduğundan o həcmcə verildikdə onu suyun kütləsi
kimi də yazmaq olar.
Həll olmasına görə maddələri 3 qrupa bölürlər:
1. Həllolma əmsalı (Kh) 10 q/l-dən böyük olanlar – yaxşı həll olan mad -
dələr: Na və K-un bütün duzları və s.
2. Kh = 0,1 – 0,01q/l olanlar – az həll olan maddələr: Ca(OH)
2
, CaSO
4
və s.
3.
Kh 0,01
q/l-dən az olanlar praktik həll olmayan maddələr (BaSO
4
,
CaCO
3
, AgCl və s.)
Maddələrin həll olmasına temperatur və təzyiq təsir edir. Əksər bərk mad -
də lərin həll olması temperaturla düz, qazların həll olması isə tərs mütənasibdir.
Təzyiqin yüksəlməsi qazların suda həll olmasını artırır. Yəni qazlar soyuq suda
və yüksək təzyiqdə daha yaxşı həll olurlar.
Asılqanlar barədə şagirdlər dərslikdən oxuyub məlumat alırlar.
Bu məlumatlardan sonra şagirdlərin bilik və bacarıqları möhkəmləndirilir.
Təşkil olunmuş qruplar 24-cü mövzunun sonundakı sualları müəllimin tərtib
et diyi həllolma əmsalına aid məsələləri həll edirlər.
Həllolma əmsalına aid məsələ tipləri:
1. 40°C 130 q doymuş məhlulda 80 q kalium-yodid (KJ) olduğunu bilərək
həmin temperaturda KJ-in həllolma əmsalını hesablayın.
2. Kalium-nitrat (KNO
3
) duzunun 60°C-də həll olma əmsalı 1200 q/l, 0°C-də
isə 300
q/l-dir. İsti məhlulu 0°C-dək soyutsaq, məhluldan neçə qram duz ay -
rı lacaqdır?
77
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil
3. 40°C-də alınmış KNO
3
-ün 326 q doymuş məhlulunun suyu tam buxar -
lan dırıldıqda 126
q quru duz alınmışdır. 40°C-də KNO
3
-ün həllolma əmsalı
neçə imiş?
Hər qrupa iki sual-tapşırıq verilir. Cavablar müzakirə olunur və qiymət lən dirilir.
Qrupların qiymətləndirilməsi meyarları: həllolmanın mahiyyətinin
izahı; məhlul və asılqanlar barədə əsas anlayışların şərh edilmə səviyyəsi;
həllolma əmsalının izah edilmə səviyyəsi; həllolma əmsalına aid məsələ həll
etmək bacarığı; qrupda əməkdaşlıq.
Mövzu 30. Məhlulların qatılığının ifadəsi. Həllolmuş maddənin
kütlə payı. Məhlulun molyar qatılığı
Аlt standart: 1.3.2., 3.1.1.
Məqsəd:
Şagird:
– məhlulun qatılığı anlayışını izah edir;
– məhlulun qatılığının həll olmuş maddənin kütlə payı ilə ifadə olunmasını
şərh edir;
– həll olmuş maddənin kütlə payı ilə məhlulun qatılığının ifadə olun ma sı -
nın əsas məsələ tiplərinə aid nümunələr həll edir.
Təlim forması: kollektivlə, qruplarla iş
Təlim üsulu: dialoji şərh, beyin həmləsi, müzakirə
İnteqrasiya: Riy.-V sinif: 1.2.1., 1.2.5., 1.3.1.; F.: 2.1.4.
Resurs: dərslik, didaktik materiallar (müxtəlif məsələ tipləri)
Dərsin gedişi: Dərs müəllimin şərhi ilə başlayır.
Məhlulların qatılığı müxtəlif üsullarla ifadə oluna bilər. Praktikada geniş
tətbiq edilən üsullardan biri doymamış məhlullarda qatılığın həll olan mad də -
nin kütlə payı ilə ifadə olunmasıdır. Bu ifadənin maraqlı şəkildə aydın laş -
dırılması üçün sinfə belə məsələ verilir (motivasiya):
Sizə iki məhlul verilir, onun birində a) 50 q şəkər 250 q suda, o birində isə
b) 10 q şəkər 50 q suda tam həll edilmişdir.
Tədqiqat sualı: Dadına baxmadan hansı məhlulun daha şirin olduğunu
necə təyin edə bilərsiniz?
Şagirdlərin mülahizələri müza kirə olunur və ümumi fikrə gəlinir ki, bunun
üçün hər iki məhlulun ümumi kütlə sin də nə miqdarda (neçə qram) şəkər həll
olduğu hesablanmalıdır.
78
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil
Müəllim: – Kütlə payı ilə həm riyaziyyat dərslərində, həm də kimyəvi for-
mula görə he sab lamalar aparanda tanış olmusunuz. Ümumi kütləyə görə xü-
susi kütlənin hesab lanması kütlə payı adlanır. Məhlulların qatılığı ilə əlaqəli
olan məsələlər də biz məhlulun ümumi kütləsində həll olmuş maddənin neçə
qram oldu ğu nu hesablayacağıq. Bu da həll olan maddənin kütlə payıdır.
Hesablamalarda aşağıdakı düsturlardan istifadə olunacaqdır:
(1)
(2)
Burada
ω və ω % həll olan maddənin kütlə payı, mx-həll olan maddənin
kütləsi, m
M
– məhlulun kütləsidir.
Məsələnin şərtində məhlulun kütləsi yox, həcmi verilərsə, onda məhlulun
sıxlığı da məlum olmalıdır. Bu halda
olacaqdır.
Praktikada «faizli məhlul», «məhlulun faizlə qatılığı» ifadələri də işlənir.
Məsələn, 10%-li məhlul və ya məhlulun faizlə qatılığı 10%-dir deyilir. Bu, o
deməkdir ki, belə məhlulun 100 qramında 10 q həll olmuş maddə vardır. Bunu
bilərək həll olan maddənin kütlə payını riyazi düsturla deyil, riyazi tənasüb
qurmaqla daha asan və tez hesablamaq olar.
Hər iki üsulla bir məsələnin həllinə baxaq: 5 q şəkər 45 q suda həll edil -
miş dir. Məhlulda şəkərin kütlə payını faizlə hesablayın.
Məsələnin şərti:
m(şək. ) = 5
q
m(H
2
O) = 45 q
m(məhl. ) = ?
m(şək. ) = ?
Həlli:
1) m
M
= 5 q + 45 q = 50 q
2) Düsturla hesablama:
79
Çap üçün deyil
Çap üçün deyil
Çap üçün deyil