The scientific and pedagogical



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə32/102
tarix18.06.2018
ölçüsü5,08 Kb.
#49651
1   ...   28   29   30   31   32   33   34   35   ...   102

 
77 
 
X.A.Feyzullayev, A.A.Dəmirov, B.Z.Kazımov  
 
ПАРАМЕТРИЧЕСКИ - ИДЕНТИФИКАЦИОННОЕ ОПРЕДЕЛЕНИЕ  
ФИЛЬТРАЦИОННО-ЕМКОСТНЫХ ПАРАМЕТРОВ ГАЗОВОГО ПЛАСТА  
ПРИ РЕЖИМЕ ИСТОЩЕНИЯ 
1
Х.А.Фейзуллаев, 
2
A.A.Дамиров, 
3
Б.З.Казымов  
Резюме 
В  статье  предлагается  решение  поставленной  идентификационной  задачи 
для  адекватного  определения  проницаемости,  пористости  и  начальной 
газонасыщенности газового пласта, работающей при режиме истощения. 
 
 
 
 
 
 
 


78 
 
.ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY 
 
2016 - № 45 
 
“QARABAĞNAMƏLƏR”DƏ FOLKLOR MOTİVLƏRİ 
 
M.M. İsmayılova 
Azərbaycan Milli Elmlər Akademiyası  
Bakı, H.Cavid. pr. 115 
e-mail: ısmailova_m2017@mail.ru 
 
Açar sözlər: tarixi salnamə, Qarabağ xanlığı, arxetip, folklor, motif 
Key words: historical chronicle, Qarabag khanate, archetip, folklore, motif 
Ключевые слова: историческая хроника, Карабахское ханство, архетип, фольклор, мотив 
 
Ədəbiyyatşünasların, folklorşünasların bu baxımdan diqqətini daha çox çəkir. 
Qarabağnamələr yalnız maraqlı və gərəkli tarixi qaynaqlar deyil, həm də özünəməxsus 
ədəbi abidələrdir. 
Qarabağnamələrin yaranmasının bir səbəbi də XVIII əsr etnik- mədəni 
çevrəsində  əcdad mifinə olan güclü inamla bağlılığıdır. Qarabağnamələr tarixi 
salnamələr kimi türk etnosu üçün bir meyar, bir ideoloji istiqamət kimi çıxış edir və 
etnik toplumun tarixinə çevrilir. “Qarabağnamə”lər etno- sosial informasiyanın, keçmiş 
tarixi hadisələr haqqında xatirələrin qoruyucusudur. Qarabağnamə  mətnləri etnik 
düşüncənin tarixi imkanıdır və ya tarixi şansdır.  
Qarabağnamələrdə XVIII əsr Azərbaycan tarixi üzrə  gərəkli tarixi faktlar 
toplanmışdır. Müəlliflər geniş konkret faktlara əsaslanaraq Cavanşir tayfasının tarixini 
söyləyərkən,  şübhəsiz ki, yalnız yaddaşına deyil, həm də  bəzi yazılı  mənbəyə  istinad 
etmişlər. 
Bəzi mətnlərdə hadisələrə emosional və tarixi şəxsiyyətlərə müəlliflərin 
münasibəti ifadə olunur ki,  bu da əsərə bədii- estetik çalar  və ekspressivlik verir.  
Bu tarixi əsərlərdə realist elementlər və tarixi obyektivliklə yanaşı, folklor 
stixiyası da nəzərəçarpacaq yer alır. Konkret tarixlər göstərilir, çoxlu tarixi şəxslərin 
adları və coğrafi adlar çəkilir.  
Qarabağnamələrin müqayisəli təhlili göstərir ki, bu mətnlərin təhkiyə strukturu 
müəyyən normalara və kanonlara tabedir. 
Salnamə təhkiyəsinin polifonikliyi göz qabağındadır. Burada söz bütün mümkün 
registrlərdə çıxış edir: sakral və informativ söz, folklor sözü və şifahi nitq (dialoqlar və 
monoloqlar), rəvayətlər,  şəhidlərin hekayəti və s. Bütün bu zənginliyin içində folklor 
sözü və salnamə sözü bir- birini üzvi şəkildə tamamlayır.  
Qarabağnamələrdə  Pənah xanın tarixinə mifoloji məna verilir. Gerçək olaylar, 
tarixi xatirə və rəvayətlər mif səviyyəsində salnaməyə daxil edilir, tarixi məkan tədricən 
öz sakrallığını  qazanır. 
Müəlliflərin əldə etdikləri rəvayətlər bütün hallarda toplumun struktur əsaslarına 
aiddir və  ən başlıcası, həmin bilgilər etnikosmik dəyər kimi arxetipik müqəddəsliyini 
qoruyub saxlayır” (1, 31) 
Etnik keçmişin,  şanlı hadisələrin epik- mifoloji dərki öz möhürünü vurubdur. 
Azərbaycan salnaməçilik  ənənəsində, salnamə  təhkiyəsində dövlətçilik təfəkküründə 
dərin iz buraxmaqla yanaşı, tarixi gerçəkliklərin estetik dərkinə böyük təkan vermişdir. 
Müəlliflər arxetipik süjetləri, poetik obrazlar və folklor motivlər nüfuzlu 
qaynaqlardan, nüfuzlu epik ənənədən də götürmüşlər. 
 Fars, azərbaycan və rus dillərində yazılmış bu mətnlərin hər biri özünəməxsus 
üsluba malikdir. Qarabağnamə üslubu yığcam və ekspressivdir. Üslub özünəməxsusluğu 
yazılı (divan) ədəbiyyatın və şifahi xalq yaradıcılığının təsirindən irəli gəlir. Mətnlərin  


79 
 
M.M. İsmayılova 
 
dil üslubunu “klassik- bədii  ədəbiyyat üslubuna meyl edən xronikal- salnamə” üslubu 
adlandıra bilərik. Qarabağnamələrin mətn hissəsinin dili çox canlıdır; sinonimlər, 
sinonimik frazeoloji birləşmələr bacarıqla seçilmişdir.  
Qeyd etmək istərdik ki, Azərbaycan mədəniyyəti öz mahiyyətinə görə mifoloji 
substrata malik olsa da, yeni islam mədəniyyətini, yeni ideologiyanın, yeni estetikanın 
simvolu kimi çıxış edir. Qarabağnamələri türkmən toplumunun həyatını  tənzimləyən, 
estetik- etik dəyərlərin varlığı kimi təsəvvür etmək mümkündür. 
Qarabağnamələrdə sakral müsəlman yaradıcılıq düşüncəsinin strategiyası epos 
ənənəsini,  əski sakral mənaları  sıxışdırıb aradan götürmür, əksinə, sakral dilinin 
miforitual imkanlarını yeni münasibətlər müstəvisinə keçirir. 
Salnamə  mətnlərinin klassik Şərq üslubi özünəməxsusluğu onlarda şeir (nəzm) 
hissələrinin nəsr parçaları ilə  əvəzlənməsi ilə  əlaqədardır.  Əlyazmalara daxil edilmiş 
poetik parçalar  divan şeirinin  ənənəsi ilə bağlıdır. Məsələn: “Tərsinə dolanan 
fəlakətin... hərəkəti nəticəsində Səfəvi padşahlarının dövlət günəşi batmağa başladı. Bu 
dövlətin... ayı axıra çatıb, puç və yox olmağın son gecəsinə girdi (batdı)...  İran 
ətrafındakı zalımların əlilə talan edildi və yağıların ayaqları altında payimal oldu... 
Axırda, Qırxlı Nadir şah  Əfşarın dövlət və  rəşadətinin küləyi... Xorasan 
vilayətindən olan Əbivərd tərəfindən əsməyə başladı... O zaman rüzgarın saqisi hələ Şah 
Təhmasibin həyat piyaləsini acə ölüm şərbətilə doldurmamışdı. Dörd yaşlı oğlu Abbas 
Mirzə də həyat beşiyində istirahət edirdi...” (2, 29). 
Bu mənada Mirzə Camalın mətni də maraq doğurur. Qarabağnamələrin nəsr 
mətni bir neçə yerdə poetik haşiyələrə keçir, şeirlərdən və xalq mahnılarından sitatlarla 
kəsilir. 
Ümumiyyətlə, Mirzə Adıgözəlbəyin və Mirzə Camalın Qarabağnaməsi qanadlı 
ifadələrlə, atalar sözləri və məsəllərlə çox zəngindir. Poetik deyimlərdən başqa monoloq 
və dialoqlardan geniş istifadə olunur.  
Başqa salnamələrdə fərqli olaraq, Baharlının “Əhvalati- Qarabağ”ı atalar sözləri 
və  məsəllərlə daha zəngindir.  Əsərin folklor təhkiyəsi, emosional, koloritli və canlı 
intonasiyası onu ədəbi- tarixi mətn səviyyəsinə qaldırır. Məsələn: salnaməçi M. P. 
Vaqifin  arvadının taleyi ilə bağlı yazır: “Məhəmməd bəyin övrətini intiqam almaq üçün 
alıb və bir neçə ay saxlayır. Sonra bir atlıya qoşub göndərib Qarabağa. Sonra o övrəti 
mayor İmamqulu ağa alıbdır. Bəli, məsəldir deyiblər: 
Nə namərdə bel bağla, nə cəfa çək o candan” (2, 290). 
Bəzi məsəllərin böyük şair və vəzir Molla Pənah Vaqifə- nüfuzlu, müdrik şəxslə 
bağlanması türk toplumu üçün səciyyəvi haldır: “Ənənəvi, arxaik mədəniyyətlərdə bu 
tipli mətnlər adətən nüfuzlu şəxslərə və toplumlara istinad edilərək danışılır...” (3, 54). 
“Hər məsləhəti ki, Molla Pənah görərmiş, gərək həmən tövr olaymış. Ona görə 
bir məsəl xalqın arasında məşhurdur. Belə deyir ki, “Hər oxuyan Molla Pənah, hər 
qatırçı Murad olmaz”” ( 2 , 290). 
Yeri gəlmişkən, Ə. Haqverdiyev məsəldə adı keçən Qatırçı Muradın prototipini 
müəyyənləşdirmişdi: “Ağdam tərəfə yolu düşənlər, orada Muradbəyli adlı  kənd 
olduğunu yəqin eşidiblər. Bu kənd hal- hazırda Ağdam  şəhəri ilə birləşməkdədir. Bu 
kəndin birinci sahibi Murad bəy olubdur ki, qabaqca Qarabağ xanının qatırçısı olubdur. 
Qatırçılıqda çox mahir olduğundan xan ona bəylik verib, haman kəndi də ona 
bağışlayıb. İndi Murad bəyin nəvəsi Tərtər kənarında neçə min desyatin yerə malikdir 
və özünə də, anası şahzadə oldiğundan xan deyirlər” (4, 64). 
Müəllif öz hekayətində daha bir əhvalatı nəql edir və əhvalatdan çıxan didaktik 
bir məsəl ilə ümumiləşdirir: “... Mirzə oğlu Həsənin yanına bir nəfər abırlı adam gəlib 
ağlayır ki, Səhləbatlı Aslan mənim namusuma sataşıbdır və bu iş xalq arasında şöhrət  


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə