Bir ayrılıq...
(Şə
hid olmuş
bütün eloğ
ullarıma hə
sr edirə
m)
1967-ci ilin qışın oğlan çağı idi. Hər yanı ağappaq qar bürümüşdü. Qış öz
sərt üzünü göstərirdi. Şaxta qılınc kimi kəsirdi. Yanvar ayının 21-də Laçında
Ə
sgərovlar ailəsində bir oğlan uşağı göz açdı dünyaya. Nədən idisə bu oğlanın
dünyaya gəlişi tək Əsgərovlar ailəsinin yox, bütün qohumlar və tanışların sevincinə
səbəb oldu. Bu uşaq Evin üçüncü oğlu idi. Vaxt keçirdi. Uşağa çox adlar təklif
olundu. Amma, anam Raisə xanım bu adların heç birinə əhəmiyyət vemrədi.
Uşağın adını Rəmzi qoydu. Anam Raisə xanım ziyalı olmaqla yanaşı, həm də çox
qeyrətli vətənpərvər bir qadın olduğu üçün övladlarına ad seçməkdə xüsusilə
fərqlənirdi.
Evin böyük oğlu Rövşən, deyirdi ki, Koroğlunun adı Rövşən olub. Zalımlara
qan udduran Rövşən –Koroğlu. kinci oğul Elxan. Bu adı isə C.Cabbarlının «Od
gəlini» pyesindəki Elxan surətindən götürmüşdür. Deyirdi ki, mən oğlanlarıma
qəhrəmanlıq timsalında olan adlar qoyuram ki, onlar da vətənini, elini, xalqını hər
ş
eydən uca tutan oğullar olsunlar.
Anamdan soruşdular ki, nə üçün oğluna Rəmzi adını qoyursan? Anam belə
cavab verdi ki, bu oğlumun ona görə adını Rəmzi qoyuüram ki, qəhrəmanlıq,
xeyirxahlıq, yaxşılıq Rəmzi olsun bu Rəmzi. Həm də indidən mən bu uşaqda
cəsurluq, mərdlik, qorxmazlıq hiss etdiyim üçün Rəmzi adını onun özünə
yaraşdırıram.
Atam Əsgərov Əsgər Eyvaz oğlu Laçının Qarıqışlaq kəndindəndir. Onlara
«Gəloxçu» tayfası deyirlər. «Gəloxçu» tayfası haqqında əfsanə və rəvayətlər
çoxdur. Bunlardan birini söyləmək yerinə düşərdi. Keçmiş zamanlarda hansısa bir
qüdrətli ölkənin xeyirxah padşahının ayağı bu tayfalar yaşayan yerə düşür. Onda
ş
aha xəbər verirlər ki, bəs bu yerin camaatı çox qoçaqdırlar. stər kişiləri olsun,
istərsə də qadınları. Həm də cəsur və mərddirlər. Bir də bu camaat ox atmaqda,
xüsusilə fərqlənirlər. Şah əmr edir ki, şahın öz cəngavərləri ilə bu tayfanın
cəngavərləri arasında yarışma təşkil edilsin. Elə də olur. Əvvəlcə güləşmədə
gəloxçular qalib gəlirlər. Sonra isə nişan alıb ox atırlar. Ox atmaqda da
«gəloxçu»lar daha yaxşı ox atırlar. Şah əmr edir ki, o cəngavərləri mənim yanıma
gətirin.
Ş
ahın hüzurunda baş əyən cəngavərləri bir-bir şah alınlarından öpərək deyir:
«Gəl, oxçum, gəl». Şah həm də öz cəngavərlərinin, papaqlarını və oxlarını alaraq
qalib olanlara hədiyyə edir. Bəli, gəloxçum sözündə m samitinin düşməsi
nəticəsində elə söz, tayfanın adı gəloxçu qalır.
Atam həddən artıq sakit təbiətli, mehriban bir insan idi. Hündür boyu,
yaraşıqlı, dolu bədənli idi. Xasiyyətinə görə ona heç kim çatmazdı. Uşaq vaxtdan
yetim qalıb. Nənəm Nənəqız üç oğul və iki qızı çox çətinliklə böyüdüb.
Ə
milərimin böyüyü Əsgərov biş Qarıqışlaq kəndində çox böyük nüfuz sahibi
olub. Kolxoz direktorundan tutmuş, məktəb direktoruna qədər vəzifələrdə
işləmişdi. Vətənini sevən, həddən artıq qeyrətli bir şəxs idi. 70 yaşını haqlamasına
baxmayaraq ölən gününə qədər əlində silah düşmənlərə qarşı vuruşdu. Onu da
deyim ki, əmim ilk dəfə olaraq 1970-ci illərdə Azərbaycandan Moskvaya adam
toplayıb Qara gölün söz savaşına çıxan ilk Azərbaycanlı olmuşdu. O, hətta
Moskvada Azərbaycanın xəritəsini çıxartdırıb sübut etmişdi ki, Qara göl
Azərbaycanındır. Ancaq gərək yerli hakimiyyət də belə deyəydi. Tək əldən səs
çıxmaz deyirlər.
Ə
mim ermənilərlə vuruşda itgin düşdü. Vətənpərvər əmim elini-obasını hər
ş
eydən uca tutan alicənab şəxs idi. Çox savadlı, ali təhsilli riyaziyyatm üəllimi idi.
Ancaq elmin elə sahəsi olmazdı ki, onu bilməsin. Ömrü boyu öz halal zəhməti ilə
yaşadı. Heç kəsə baş əymədi, yaltaqlıq nədi, bilmədi. Ötkəm sözü ilə hər yerdə
qapılar onun üzünə açılardı. Haqq-ədalət uğrunda ömrü boyu mübarizə apardı.
Mərd, vətənpərvər, qeyrətli olan əmim həm də gözəl, böyük bir ailə başçısı idi. 6
oğul, 3 qız böyüdüb, hamısına da ali təhsil vermişdi. Həyat yoldaşı, dil-ədəbiyyat
müəlliməsi olan Suqra xanımla uzun illər ömür sürmüş, mənalı bir həyat
keçirmişdi. Əmim həyat yoldaşını çox sevmiş, bir dəfə də olsun onun xətrinə
dəyməmişdi. Bunu bütün el-oba, qohum-əqrəba yaxşı bilirdi. ndi əmimin övladları
həkim, müəllim, mühəndis olaraq, müxtəlif elm sahələrində çalışırlar.
Ermənilərlə vuruşmada ailənin üçüncü oğlu Nadir də düşmənlər tərəfindən
ə
sir götürülmüşdü. Çox çətinlik də olsa, əsirlikdən qaytarıldı. ndi Bərdədə məktəb
direktoru işləyir.
Kiçik əmim Həsən də ali təhsilli iqtisadçı idi. Uzun illər Laçın rayon
stehlak Cəmiyyətində yoxlayıcı revizor işləmiş, hamının hörmətini qazanmışdı. O
da təbiətcə atam kimi sakit təbiətli idi. 2009-cu ildə rəhmətə getdi.
Atam orta məktəbi çox çətinliklə bitirmişdi. Sonra Bakı Plan-Uçot
texnikumuna daxil olmuş, oranı bitirdikdən sonra Laçına gəlmiş, ömrünün sonuna
qədər Laçında müxtəlif idarə və təşkilatlarda müdir vəzifəsindən tutmuş, mühasib
vəzifəsinə qədər işləmişdi.
Həm də işləyə-işləyə Azərbaycan Xalq Təsərrüfatı institutnu qiyabi olaraq
bitirmişdi.
Atam olduğu üçün demirəm. Ancaq bunu bütün Laçınlılar yox, həm də
kənar rayonlarda yaşayan atamın dostları da bilir ki, atam, tayı-bərabəri olmayan