23
Xudavənd Rəbb bəyan edir: “Vay, vay sənin halına! Sən bütün pis
əməllərindən sonra
24
özünə fahişəlik yuvaları qurdun və hər meydanda
səcdəgahlar düzəltdin.
25
Hər yolun başında öz səcdəgahlarını düzəltdin.
Öz gözəlliyini murdar etdin, hər yoldan keçənə ayaqlarını araladın
və fahişəliyini artırdın.
26
Cinsiyyət üzvləri böyük olan qonşuların
Misirlilərlə pozğunluq etdin, Məni qəzəbləndirmək üçün fahişəliyini
artırdın.
27
Buna görə də əlimi sənə qarşı uzadıb sənə təyin olunan
yeməyi azaltdım. Sənə nifrət edən Filişt qızları
səninlə istədikləri
kimi rəftar etsinlər deyə səni onlara təslim etdim. Hətta onlar sənin
əxlaqsız əməllərindən utanır.
28
Aşşurlularla da pozğunluq etdin, çünki
doymurdun. Onlarla pozğunluq etdin, ancaq bu da sənə kifayət etmədi.
29
Öz pozğunluğunu ticarət ölkəsi olan Xaldey torpağına qədər yaydın,
ancaq bu da sənə kifayət etmədi”.
30
Xudavənd Rəbb bəyan edir: “Bütün bunları edərkən ürəyin nə
qədər aciz oldu, sən həyasız fahişə kimi davrandın.
31
Hər yolun başında
fahişəlik yuvaları
qurarkən, bütün meydanlarda səcdəgahlar düzəldərkən
hətta fahişə kimi də olmadın, çünki işinin əvəzində verilən hədiyyəyə
xor baxdın.
32
Zina edən, ərinin əvəzinə yadları qəbul edən bir qadın
oldun.
33
Bütün fahişələrə hədiyyə verirlər, ancaq bütün oynaşlarına
sən hədiyyələr verirsən. Onlara rüşvət verirsən ki, hər tərəfdən sənin
yanına gəlsinlər və səninlə pozğunluq etsinlər.
34
Fahişəlik etməkdə başqa
qadınlara bənzəmirsən, çünki heç kəs sənin dalınca düşmür ki, fahişəlik
edəsən, əksinə, bunun üçün sən hədiyyə verirsən, sənə hədiyyə verilmir.
Bu cəhətdən başqalarına bənzəmirsən”.
35
Buna görə də, ey fahişə, Rəbbin sözünə qulaq as.
36
Xudavənd Rəbb
belə deyir: “Həyasızlığın aşkara çıxdığı üçün, oynaşlarınla fahişəlik
edərkən çılpaqlığın açıldığı üçün, bütün iyrənc bütlərindən və onlara
qurban verdiyin oğullarının qanından ötrü –
37
bütün bunlara görə
əyləndiyin bütün oynaşlarını – sənin sevdiklərini də, nifrət etdiklərini də
bir yerə yığacağam. Onları hər tərəfdən sənə qarşı bir yerə yığacağam.
Onların önündə səni çılpaq edəcəyəm və ayıbını bütünlüklə görəcəklər.
38
Zina edən və qan tökən qadınlara verilən cəza ilə səni cəzalandıracaq,
qanlı qəzəbimə və qısqanclığıma təslim edəcəyəm.
39
Səni oynaşlarının
əlinə verəcəyəm. Fahişəlik yuvalarını dağıdacaq, səcdəgahlarını
uçuracaq, paltarlarını əynindən soyunduracaq, zinətlərini əlindən
alacaq, səni lüt və çılpaq qoyacaqlar.
40
Camaatı üzərinə qaldıracaq, səni
daşqalaq edəcək və qılıncları ilə parça-parça doğrayacaqlar.
41
Evlərinə od
vuracaq, çoxlu qadının gözü önündə səni cəzalandıracaqlar. Fahişəliyinə
son qoyacağam və daha oynaşlarına hədiyyə verməyəcəksən.
42
Beləcə
sənin üzərində qəzəbimi yatırdacağam, qısqanclığımı söndürəcəyəm.
Mən susacağam və bir daha qəzəblənməyəcəyəm.
43
İndi ki sən cavanlıq
günlərini yadına salmadın və bütün bu əməllərinlə
Məni hiddətləndirdin,
1297
Yezekel 16
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
Mən də əməllərinin əvəzini başına gətirəcəyəm” bəyan edir Xudavənd
Rəbb. “Bütün iyrənc işlərinə əlavə olaraq pozğunluq etmədinmi?
44
Bax məsəl söyləyən hər kəs sənə qarşı bu məsəli deyəcək: ‹Anası
necədirsə, qızı da elədir›.
45
Sən ərindən və övladlarından ikrah edən
ananın qızısan, sən ərlərindən və övladlarından ikrah edən bacılarının
bacısısan. Ananız Xetli, atanız isə Emorlu idi.
46
Böyük bacın öz qızları ilə sənin şimalında yaşayan Samariyadır.
Kiçik bacın isə qızları ilə sənin cənubunda yaşayan Sodomdur.
47
Ancaq
sən onların yolları ilə də getmədin, onların
etdiyi iyrənc işlər qədər də
etmədin. Bütün bunları kiçik bir iş sayıb öz əməllərində onlardan da
pozğun oldun.
48
Varlığıma and olsun” bəyan edir Xudavənd Rəbb, “bacın
Sodomla qızları səninlə qızlarının etdiyi işləri etmədi.
49
Bacın Sodomun
və onun qızlarının günahı bundan ibarət idi: qürur, toxluq və qayğısızlıq
içində yaşayarkən məzluma və fəqirə əl tutmadılar.
50
Qürurlanıb Mənim
önümdə iyrənc işlər etdilər. Mən bunu görəndə onları rədd etdim.
51
Samariya sənin etdiyin günahların yarısını belə, etməmişdi. İyrənc
işlərdə onları da ötüb keçdin. Beləcə etdiyin iyrənc işlərlə bacılarını saleh
kimi göstərdin.
52
Sən də öz rüsvayçılığının yükünü daşı, çünki bacılarını
təmizə çıxardın. Etdiyin günahlar onlarınkından da iyrənc olduğuna
görə onlar səndən saleh göründü. Xəcalətindən utan, öz rüsvayçılığının
yükünü daşı, çünki bacılarını saleh kimi göstərdin.
53
Sodomdan və onun qızlarından sürgün olunmuşları, Samariyadan
və onun qızlarından sürgün olunmuşları, onlarla birgə səndən sürgün
olunmuşları yenidən öz yerlərinə qaytaracağam.
54
Onda öz rüsvayçılığının
yükünü daşıyacaqsan və etdiyin hər işdən utanacaqsan, çünki sən
onlara təsəlli oldun.
55
Bacıların Sodomla qızları əvvəlki vəziyyətlərinə
qayıdacaq, Samariya ilə qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, sən və
qızların da əvvəlki vəziyyətinizə qayıdacaqsınız.
56
Pisliyin üzə çıxmadan,
qürurlu olduğun günlərdə bacın Sodomun adını çəkməzdin.
57
İndi sən
ətrafındakıların hamısı ilə birgə Aram qızları və Filişt qızları – səni təhqir
edən ətraf xalqlar tərəfindən rüsvay edilirsən.
58
Sən pozğunluğunun və
iyrənc əməllərinin cəzasını çəkəcəksən” Rəbb belə bəyan edir.
59
Bəli, Xudavənd Rəbb belə deyir: “Sən əhdi pozub anda xor baxdın.
Buna
görə də sən necə etdinsə, Mən də sənə elə edəcəyəm.
60
Ancaq Mən
cavanlıq günlərində səninlə etdiyim əhdimi yada salacağam. Səninlə
əbədi bir əhd bağlayacağam.
61
Səndən böyük və səndən kiçik bacılarını
yanına aldığın zaman öz əməllərini yada salıb utanacaqsan. Qızların
olmaq üçün onları sənə verəcəyəm, amma səninlə bağladığım əhddə
bu yox idi.
62
Səninlə yenidən əhd bağlayacağam və biləcəksən ki, Rəbb
Mənəm.
63
Eləcə bütün etdiklərini bağışladığım zaman bunu yada salıb
utanacaqsan, rüsvayçılığından bir daha ağzını açmayacaqsan” Xudavənd
Rəbb belə bəyan edir».
Yezekel 16
1298
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation