The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   2   3   4   5   6   7   8   9   10   ...   35

 

a

 11:19‑20 Yez. 36:26-28 



b

 11:22‑23 Yez. 43:2-5 



c

 12:2 Yeş. 6:9-10; Yer. 5:21; Mark 8:18 



14

Onda mənə Rəbbin bu sözü nazil oldu: 



15

«Öz qohum-əqrəbana



qəyyumlarına və bütün İsrail nəslinə gəlincə, ey bəşər oğlu, Yerusəlimdə 

yaşayanlar onların hamısına belə deyir: “Rəbdən uzaq olun. Bu ölkə mülk 

olaraq bizə verildi”. 

16

Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: 



“Onları uzaqdakı millətlərin arasına aparıb ölkələr arasına səpələdiyimə 

baxmayaraq, qısa bir müddət Mən onlara getdikləri ölkələrdə Müqəddəs 

məkan oldum”. 

17

Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Sizi 



xalqlar arasından toplayacağam, səpələndiyiniz ölkələrdən yığıb bir yerə 

gətirəcəyəm, İsrail torpağını sizə verəcəyəm. 



18

Oraya qayıdanda bütün 



mənfur və iyrənc şeyləri o yerdən yox edəcəklər. 

19



a

 Mən onlara eyni 

ürək verəcəyəm, onların daxilinə yeni ruh qoyacağam. Kökslərindən daş 

ürəyi çıxarıb onlara ətdən olan ürək verəcəyəm ki, 

20

qaydalarıma əməl 



etsinlər, hökmlərimi saxlayıb yerinə yetirsinlər. O zaman onlar Mənim 

xalqım, Mən də onların Allahı olacağam. 



21

Ancaq ürəkləri öz mənfur 



və iyrənc şeylərinin ardınca gedənlərə gəlincə, Mən onların əməllərinin 

əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».



22



b

 Bu zaman keruvlar qanadlarını qaldırdı, təkərlər də onların yanında 

idi. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi. 



23

Rəbbin izzəti 



şəhərin mərkəzindən qalxdı və şəhərin şərqindəki dağın üzərində dayandı. 

24

Ruh məni qaldırıb Allahın Ruhundan gələn görüntüdə Xaldey ölkəsinə, 



sürgün olunanların yanına gətirdi. Sonra mənə görünən görüntü qeyb oldu. 

25

Rəbbin mənə göstərdiyi şeylərin hamısını sürgündə olanlara danışdım.



Sürgünün rəmzi

12 


 

1

Mənə Rəbbin bu sözü nazil oldu: 



2



c

 «Ey bəşər oğlu, sən üsyankar 

bir xalqın arasında yaşayırsan. Onların görmək üçün gözləri var, 

ancaq görmürlər, eşitmək üçün qulaqları var, ancaq eşitmirlər, çünki 

onlar üsyankar bir xalqdır. 



3

Ey bəşər oğlu, sən sürgünə getmək üçün 



şeylərini hazırla və onların gözü önündə günün günorta çağı köç, onların 

gözü önündə öz yerindən başqa bir yerə köç et. Üsyankar bir xalq olsalar 

da, bəlkə bunu başa düşdülər. 

4

Öz şeylərini sürgünə getmək üçün lazım 



olan şeylər kimi onların gözü önündə günün günorta çağı çıxart. Özün 

də hamının gözü önündə axşamüstü sürgünə gedən kimi çıx. 



5

Onların 



gözü önündə divarda deşik aç və şeylərini oradan çıxart. 

6

Hamının gözü 



önündə şeylərini çiynində daşı və qaranlıqda çıxart. Üzünü də ört ki, 

torpağı görməyəsən, çünki səni İsrail nəslinə əlamət göstərirəm».



7

Mənə necə əmr olunmuşdusa, eləcə də etdim. Şeylərimi sürgünə 



getmək üçün lazım olan şeylər kimi günün günorta çağı çıxartdım və 

axşamüstü divarı əllərimlə deşdim. Şeylərimi qaranlıqda çıxartdım və 

onların gözü önündə çiynimdə daşıdım.

 

1291 

Yezekel 11 ,  12

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

d

 12:13 2Pad. 25:7; Yer. 52:11 



8

Səhər tezdən mənə Rəbbin bu sözü nazil oldu: 



9

«Ey bəşər oğlu, İsrail nəsli – 



o üsyankar xalq sənə “Nə edirsən?” demədimi? 

10

Sən onlara söylə ki, Xudavənd 



Rəbb belə deyir: “Bu xəbərdarlıq Yerusəlimdə olan rəhbər və orada yaşayan 

bütün İsrail nəsli üçündür”. 



11

Sən belə de: “Mən sizin üçün əlamətəm. Mən necə 



etdimsə, onlara da belə ediləcək, sürgünə və əsarətə gedəcəklər. 

12

Aralarında 



yaşayan rəhbər şeylərini qaranlıqda çiynində daşıyacaq və bayıra çıxacaq. 

Şeylərini çıxarmaq üçün divarı deşəcəklər. O, üzünü örtəcək ki, torpağı gözləri 

ilə görməsin. 

13



d

 Onun üstünə tor sərəcəyəm və Mənim tələmə düşəcək. Onu 

Babilə – Xaldey ölkəsinə gətirəcəyəm. Oranı görməyəcək, amma orada öləcək. 



14

Ətrafındakıların hamısını – köməkçilərini və bütün qoşunlarını küləyin 



əsdiyi dörd tərəfə səpəcək və onların arxasınca qılınc çəkəcəyəm. 

15

Mən onları 



millətlər arasına yayanda və başqa ölkələr arasına səpələyəndə biləcəklər ki, 

Rəbb Mənəm. 



16

Ancaq onlardan bir azını qılıncdan, aclıqdan və vəbadan sağ 



buraxacağam ki, öz iyrənc işlərinin hamısını aralarına gedəcəkləri millətlərə 

danışsınlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».



17

Mənə Rəbbin bu sözü nazil oldu: 



18

«Ey bəşər oğlu, çörəyini titrəyərək 



ye, suyunu əsə-əsə, qorxu ilə iç. 

19

Ölkə xalqına söylə ki, İsrail torpağında, 



Yerusəlimdə yaşayanlar üçün Xudavənd Rəbb belə deyir: “Onlar 

çörəklərini qorxu ilə yeyəcək, sularını dəhşətlə içəcək, çünki orada 

yaşayanların hamısının zorakılığından ötrü ölkələri bolluqdan məhrum 

olacaq. 


20

Adam yaşayan şəhərlər viran olacaq və ölkə xarabalığa 



çevriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».

21

Mənə Rəbbin bu sözü nazil oldu: 



22

«Ey bəşər oğlu, İsrail torpağında nə üçün 



“günlər keçir, hər görüntü puç olur” məsəlini işlədirsiniz? 

23

Buna görə də onlara 



söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu məsələ son qoyacağam, artıq İsraildə 

bu məsəli işlətməyəcəklər. Ancaq sən onlara söylə ki, hər görüntünün yerinə 

yetəcəyi günlər yaxınlaşdı. 

24

Daha bundan sonra İsrail nəslinin arasında heç bir 



boş görüntü və aldadıcı falçılıq olmayacaq. 

25

Çünki Rəbb Mənəm, Mən deyirəm 



və dediyim söz yerinə yetir, artıq təxirə salınmır. Ey üsyankar xalq, bu sözü sizin 

dövrünüzdə deyirəm və onu yerinə yetirəcəyəm” Xudavənd Rəbb belə bəyan 

edir».

26

Mənə Rəbbin bu sözü nazil oldu: 



27

«Ey bəşər oğlu, İsrail nəsli belə 



deyir: “Ona gələn görüntü uzun müddət sonra olacaq, o, uzaq gələcək 

barədə peyğəmbərlik edir”. 



28

Buna görə də onlara söylə ki, Xudavənd 



Rəbb belə deyir: “Heç bir sözümü təxirə salmayacağam, dediyim söz 

yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir».



Yalançı peyğəmbərlərin cəzalanması

13 


 

1

Mənə Rəbbin bu sözü nazil oldu: 



2

«Ey bəşər oğlu, peyğəmbərlik 



edən İsrail peyğəmbərlərinə qarşı peyğəmbərlik et və öz-özlərindən 

Yezekel 12 ,  13 

1292 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə