The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   2   3   4   5   6   7   8   9   ...   35

 

v

 10:1 Yez. 1:26; Vəhy 4:2 



w

 10:2 Vəhy 8:5 



x

 10:9‑13 Yez. 1:15-21 



y

 10:12 Vəhy 4:8 



z

 10:14 Yez. 1:10; Vəhy 4:7 

Onlar da məbədin önündə olan ağsaqqalları qırmağa başladı. 

7

Rəbb 



onlara dedi: «Məbədi murdarlayın, həyətləri cəsədlərlə doldurun. Haydı, 

işə başlayın!» Sonra onlar gedib şəhərdəkiləri qırdı. 



8

Onlar adamları 



qırarkən mən tək qalmışdım. Onda mən üzüstə düşərək fəryad edib 

dedim: «Aman, ya Xudavənd Rəbb! Yerusəlim üzərinə qəzəbini tökərkən 

İsrailin bütün yerdə qalanlarını da həlak edəcəksənmi?»

9

O mənə dedi: «İsrail və Yəhuda nəslinin təqsiri böyükdür, çox 



böyükdür. Ölkə qanla, şəhər azğınlıqla doludur. Çünki onlar “Rəbb ölkəni 

tərk etdi, Rəbb görmür” deyir. 



10

Mənim də onlara yazığım gəlməyəcək və 



rəhm etməyəcəyəm, əməllərinin əvəzini başlarına gətirəcəyəm».

11

Mən gördüm ki, belində yazı qutusu olan, kətan paltar geyinmiş 



adam «mənə əmr etdiyin şeyə əməl etdim» deyib xəbər gətirdi.

Rəbbin izzəti məbədi tərk edir

10 


 

1



v

 Mən baxıb gördüm ki, keruvların başı üzərindəki qübbənin 

üstündə göy yaqut daşı kimi görünüşcə taxta bənzər bir şey 

peyda oldu. 

2



w

 Rəbb kətan geyinmiş adama belə söylədi: «Keruvların 

altındakı fırlanan təkərlərin arasına girib keruvların arasından iki ovuc 

odlu köz götür və şəhərin üzərinə səpələ». O adam gözümün qabağında 

oraya girdi. 



3

O adam oraya girəndə keruvlar məbədin cənub tərəfində 



durmuşdu. Bu zaman bulud içəri həyətə doldu. 

4

Rəbbin izzəti keruvun 



üstündən qalxıb məbədin kandarına getdi. Məbədi bulud bürüdü və həyət 

Rəbbin izzətinin nuru ilə doldu. 



5

Keruvların qanadlarının səsi bayır 



həyətə qədər gəlirdi. Bu səs Külli-İxtiyar Allah danışdığı zaman çıxan səs 

kimi uca idi.



6

Rəbb kətan geyinmiş adama «keruvların və fırlanan təkərlərin 



arasından od götür» deyə əmr edəndə o girib bir təkərin yanında durdu. 

7

Onda keruvlardan biri keruvların arasından əlini uzadıb onların 



ortasında olan odu götürdü və kətan geyinmiş adamın ovcuna qoydu. O 

adam da odu götürüb çıxdı. 



8

Keruvların qanadları altında insan əlinə 



bənzər bir şey göründü.

9



x

 Mən baxıb gördüm ki, keruvların yanında dörd təkər və hər keruvun 

yanında bir təkər var. Təkərlər sarı yaqut kimi parıldayırdı. 



10

Dördünün 



də görünüşü eyni cür idi, sanki bir təkər o biri təkər içində yerləşmişdi. 

11

Getdikləri zaman dörd tərəfə hərəkət edirdilər, gedərkən sağa-sola 



dönmürdülər. Baş hansı tərəfə yönəlmişdisə, o tərəfə də gedirdilər, 

gedərkən sağa-sola dönmürdülər. 



12



y

 Onların bütün bədəni, kürəyi, əlləri, 

qanadları və təkərləri – dördünün də təkərləri hər tərəfdən gözlərlə dolu 

idi. 

13

Mən bu təkərlərə «fırlanan təkərlər» deyildiyini eşitdim. 



14



z

 Canlı 

 

1289 

Yezekel 9 ,  10

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




məxluqların hər birinin dörd üzü var idi: birincisi keruv üzü, ikincisi 

insan üzü, üçüncüsü aslan üzü və dördüncüsü qartal üzü idi.



15

Keruvlar yerdən qalxdı. Bunlar Kevar çayının sahilində gördüyüm 



həmin canlı məxluqlar idi. 

16

Keruvlar gedəndə onların yanında 



olan təkərlər də gedirdi. Keruvlar yerdən qalxmaq üçün qanadlarını 

qaldıranda təkərlər də onların yanından ayrılmırdı. 



17

Onlar dayananda 



bunlar da dayanırdı, onlar yerdən qalxanda bunlar da birlikdə yerdən 

qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi.



18

Rəbbin izzəti məbədin kandarından çıxdı və keruvların üstündə durdu. 



19

Keruvlar gedəndə qanadlarını qaldırıb gözümün önündə yerdən qalxdı, 



təkərlər də yanlarında idi. Onlar Rəbbin məbədinin şərq darvazasının giriş 

yerində dayandı. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi.



20

Bunlar Kevar çayının sahilində, İsrail Allahının altında gördüyüm 



həmin canlı məxluqlar idi. Mən bildim ki, onlar keruvdur. 

21

Hər birinin 



dörd üzü və dörd qanadı var idi. Qanadları altında insan əllərinə bənzər 

bir şey var idi. 



22

Onların üzlərinin bənzəyişi Kevar çayı sahilində 



gördüyüm üzlərə oxşayırdı. Hər biri üz tutduğu tərəfə irəliləyirdi.

Allahın cəzası

11 


 

1

Ruh məni yerdən qaldırdı və şərqə yönəlmiş Rəbbin məbədinin 



şərq darvazasına gətirdi. Orada darvazanın girəcəyində iyirmi beş 

nəfər var idi. Mən onların arasında xalqın başçıları Azzur oğlu Yaazanyanı 

və Benaya oğlu Pelatyanı gördüm. 

2

Rəbb mənə dedi: «Ey bəşər oğlu, pis 



şeylər niyyət edən və bu şəhərdə bəd məsləhətlər verən adamlar bunlardır. 

3

Onlar “ev tikmək vaxtı deyil. Şəhər qazan, bizsə ətik” deyir. 



4

Buna görə 



də onlara qarşı peyğəmbərlik et, ey bəşər oğlu, peyğəmbərlik et».

5

Rəbbin Ruhu üzərimə endi və mənə dedi: «Söylə ki, Rəbb belə deyir: 



“Ey İsrail nəsli, siz nə deyirsiniz, nə düşünürsünüz, Mən bilirəm. 

6

Bu 



şəhərdə çoxlu adam öldürdünüz, şəhərin küçələrini ölülərlə doldurdunuz”. 

7

Buna görə də Xudavənd Rəbb belə deyir: “Şəhərdə qoyduğunuz ölülər ət



şəhərsə qazandır. Ancaq Mən sizi şəhərdən çıxaracağam. 

8

Siz qılıncdan 



qorxursunuz, Mən də üstünüzə qılınc gətirəcəyəm” Xudavənd Rəbb belə 

bəyan edir. 



9

“Mən sizi şəhərdən çıxarıb yadellilərə təslim edəcəyəm. 



Sizi beləcə cəzalandıracağam. 

10

Qılıncla həlak olacaqsınız. Sizi İsrail 



ərazisində cəzalandıracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 

11

Bu 



şəhər sizə qazan olmayacaq, siz də onun içində ət olmayacaqsınız. Sizi 

İsrail ərazisində cəzalandıracağam. 



12

Onda biləcəksiniz ki, Rəbb Mənəm. 



Siz qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz

ətrafınızda olan millətlərin hökmlərinə görə davrandınız”».



13

Mən peyğəmbərlik edən zaman Benaya oğlu Pelatya öldü. Mən 



üzüstə yerə yıxıldım və ucadan fəryad edib dedim: «Aman, ya Xudavənd 

Rəbb! Məgər Sən İsrailin yerdə qalanlarını tamamilə məhv edəcəksən?»



Yezekel 10 ,  11 

1290 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə