The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

 

e

 13:10 Yer. 6:14; 8:11 

peyğəmbərlik edən adamlara söylə ki, Rəbbin sözünü eşitsinlər. 

3

Xudavənd 



Rəbb belə deyir: “O axmaq peyğəmbərlərin vay halına! Onlar öz ruhları 

ilə ilhamlanır və heç bir vəhy almayıb. 



4

Ey İsrail, sənin peyğəmbərlərin 



viranəliklərdə dolaşan tülkülərə bənzəyir. 

5

Ey peyğəmbərlər, siz divarın 



dəliklərinə çıxmadınız, Rəbbin günündə döyüşdə bərk dayanmaq üçün 

İsrail nəslinin ətrafında divar qurmadınız. 



6

Onlar boş şeylər görərək 



falçılıq edib yalan danışır. Söyləyirlər ki, bunu Rəbb bəyan edir, Rəbb isə 

onları göndərməyib. Yenə də ümid verirlər ki, sözləri yerinə yetəcək. 



7

Sizin 



gördüyünüz görüntü boş və etdiyiniz falçılıq yalan deyilmi? Siz bunlara 

‹Rəbb bəyan edir› deyirsiniz, Mənsə belə söyləmədim”.



8

Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boş sözlər söyləyib 



yalan şeylər gördünüz, Mən sizə qarşıyam” Xudavənd Rəbb belə bəyan 

edir. 


9

“Mən boş şeylər görən və falçılıq edib yalan danışan peyğəmbərləri 



Öz əlimlə cəzalandıracağam. Onlar Mənim xalqımın məclisində 

olmayacaq, İsrail nəslinin siyahısına yazılmayacaq və İsrail torpağına 

girməyəcək. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm. 

10



e

 Bunu 

ona görə edəcəyəm ki, onlar sülh olmadığı halda ‹sülh› deyib xalqımı 



azdırır. Biri bünövrəsiz divar tikəndə o biri ona suvaq vurur. 

11

Sən 



suvaq vuranlara söylə ki, o divar uçacaq. Şiddətli yağış yağacaq və dolu 

dənələrini yerə salacağam. Tufan küləyi divara qarşı əsəcək. 



12

Bəs divar 



uçanda sizə ‹vurduğunuz suvaq necə oldu› deməyəcəklərmi?”

13

Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Öz qəzəbimlə tufan 



küləyi əsdirib, Öz hiddətimlə şiddətli yağış və dolu yağdıracağam 

ki, divar qızğınlığımla məhv olsun. 



14

Beləcə suvaq vurduğunuz 



divarı uçurub yerlə yeksan edəcəyəm və bünövrəsi görünəcək. Siz də 

yıxılan divarın altında həlak olacaqsınız. Onda biləcəksiniz ki, Rəbb 

Mənəm. 

15

Öz qızğınlığımı divarın və ona suvaq vuranların üzərində 



söndürəcəyəm. Sizə deyəcəyəm ki, divar da yoxdur, ona suvaq vuran 

İsrail peyğəmbərləri də. 



16

O peyğəmbərlər Yerusəlim üçün peyğəmbərlik 



edir və sülh olmadığı halda orada sülh olacağı barədə görüntülər görür” 

Xudavənd Rəbb belə bəyan edir.



17

Sən ey bəşər oğlu, öz-özlərindən peyğəmbərlik edən xalqının 



qadınlarına üzünü tut və onların əleyhinə peyğəmbərlik edib 

18

söylə ki, 



Xudavənd Rəbb belə deyir: “Canları ovlamaq üçün hər kəsin biləyinə 

yastıqçalar tikən və hər boyda olan adamın başına örtüklər düzəldən 

qadınların vay halına! Elə bilirsiniz ki, xalqımın canlarını ovlamaqla 

öz canınızı salamat saxlayacaqsınız? 



19

Xalqımın önündə bir neçə ovuc 



arpa və bir neçə parça çörək üçün Məni izzətdən saldınız. Yalana qulaq 

asan xalqıma yalan söyləyərək ölməyə layiq olmayanları öldürdünüz və 

yaşamağa layiq olmayanları yaşatdınız”.

 

1293 

Yezekel 13

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




20

Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi Mən sizin ovsun 



yastıqçalarınıza qarşıyam. Həmin yastıqçalarla siz orada adamları 

quş kimi ovlayırsınız. Mən onları qollarınızdan qoparacağam. 

Quş kimi ovladığınız adamları azad edəcəyəm. 

21

Örtüklərinizi də 



yırtacaq və xalqımı əlinizdən qurtaracağam. Onlar daha bir ov kimi 

sizin əlinizdə əsir olmayacaq. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 



22

Mənim kədərlənməsini istəmədiyim salehin ürəyini siz yalanlarla 



kədərləndirdiniz, pis adamın qoluna güc verdiniz ki, öz pis yolundan 

dönməsin və canını qurtarmasın. 



23

Buna görə də artıq boş görüntülər 



görməyəcək və falçılıq etməyəcəksiniz. Mən Öz xalqımı sizin əlinizdən 

qurtaracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».



Rəbb bütpərəstliyi pisləyir

14 


 

1

İsrail ağsaqqallarından bəzisi yanıma gəlib önümdə oturdu. 



2

Onda mənə Rəbbin bu sözü nazil oldu: 



3

«Ey bəşər oğlu, bu 



adamlar öz bütlərinə könül verdi və təqsir etmələrinə bais olan şeyləri 

üzləri önünə qoydu. Bundan sonra Mən onlara cavab verəcəyəmmi? 



4

Buna görə də onlara müraciət edib söylə ki, Xudavənd Rəbb belə deyir: 



“İsrail nəslindən kimsə öz bütlərinə könül verib təqsir etməsinə bais olan 

şeyə səcdə etsə və peyğəmbərə müraciət etsə, Mən Rəbb ona bütlərinin 

çoxluğuna görə cavab verəcəyəm. 

5

Ona görə ki bütlərindən ötrü Mənə 



yad olan bütün İsrail nəslinin ürəyini yenidən Özümə cəlb edim”.

6

Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: 



“Bütlərinizdən dönün, onları rədd edin və bütün iyrənc işlərinizdən üz 

döndərin. 



7

Əgər İsrail nəslindən hər kəs və İsraildə yaşayan qəriblərdən 



kimsə Məni tərk etsə, öz bütünə könül verib təqsir etməsinə bais olan 

şeyə səcdə etsə və özü barədə Məndən soruşmaq üçün peyğəmbərə 

müraciət etsə, Mən Rəbb ona cavab verəcəyəm. 

8

Mən üzümü həmin 



adama qarşı çevirəcəyəm, onu ibrət və kinayə hədəfi edəcəyəm, xalqımın 

arasından silib atacağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm.



9

Əgər peyğəmbər yoldan azıb bir söz söyləsə, bilin ki, o peyğəmbərin 



yoldan azmasına səbəb olan Mən Rəbbəm. Mən ona qarşı əlimi 

qaldıracaq və onu xalqım İsrailin arasından silib-atacağam. 



10

Onlar 



öz təqsirlərinin cəzasını çəkəcək. Peyğəmbərdən soruşanın cəzası necə 

olacaqsa, peyğəmbərin də cəzası elə olacaq. 



11

Bunu ona görə edəcəyəm 



ki, İsrail nəsli bir də Mənim yolumdan sapmasın və bir daha bütün 

günahları ilə özlərini murdar etməsin. Beləcə onlar Mənim xalqım, Mən 

də onların Allahı olacağam” Xudavənd Rəbb belə bəyan edir».

12

Mənə Rəbbin bu sözü nazil oldu: 



13

«Ey bəşər oğlu, əgər bir ölkə 



Mənə xain çıxıb günah edərsə, Mən ona qarşı əlimi qaldıraram, çörəyinin 

kökünü kəsib üstünə aclıq göndərərəm və oradan insanla heyvanı silib 

ataram. 

14

“Əgər Nuh, Daniel və Əyyub – bu üç adam orada olsa belə, 



Yezekel 13 ,  14 

1294 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə