The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   2   3   4   5   6   7   8   9   ...   35

 

i

 1:22 Vəhy 4:6 



j

 1:24 Vəhy 1:4-15; 19:6 



k

 1:26 Yez. 10:1; Vəhy 4:2-3 



l

 1:27 Yez. 8:2 



m

 2:9‑10 Vəhy 5:1 



22



i

 Yuxarı tərəfdə, canlı məxluqların başı üzərində büllur kimi 

parıldayan göy qübbəsinə oxşayan qorxunc bir şey uzanırdı. 



23

Qübbənin 



altında hər canlı məxluq qanadlarını yanındakılara doğru uzadır, 

başqa iki qanadla da bədənini örtürdü. 



24



j

 Onlar irəlilədikləri zaman 

qanadlarının gurultusunu eşitdim: sanki gur suların səsi, Külli-İxtiyarın 

sədası, güclü gurultu, qoşunun tappıltısı gəlirdi. Onlar dayandıqları 

zaman qanadlarını endirirdi. 



25

Onlar qanadları enmiş halda dayanarkən 



başları üzərindəki qübbədən bir səs gəldi. 

26



k

 Başları üzərindəki 

qübbənin üstündə sanki göy yaqutdan düzəldilmiş taxta oxşar bir şey var 

idi. Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var 

idi. 


27



l

 Mən gördüm ki, Onun belindən yuxarı hissəsi kükrəyən metala 

oxşayır, içi isə hər tərəfdən alov kimi idi. Mən Onun belindən aşağı 

görünüşünü də gördüm: sanki bir alov idi və ətrafında parıltı var idi. 

28

Yağış günü buludda olan göy qurşağının görünüşü necə olursa, hər 



tərəfdən gələn parıltının görünüşü də elə idi. Bu, Rəbbin izzətinə bənzər 

bir görüntü idi.

Bunu görəndə mən üzüstə yerə yıxıldım və danışan bir Şəxsin səsini 

eşitdim.


Allahın Yezekelə çağırışı

 



1

O mənə dedi: «Ey bəşər oğlu, ayağa qalx, Mən səninlə 



danışacağam». 

2

O mənimlə danışarkən Ruh daxilimə girdi və məni 



ayağa qaldırdı. Mənimlə danışan bir Şəxsin səsini eşitdim. 

3

O mənə 



dedi: «Ey bəşər oğlu, səni Mənə qarşı üsyan edən İsrail övladlarının – 

üsyankar bir millətin yanına göndərirəm. Onlar ataları ilə birgə bu günə 

qədər Mənə qarşı üsyan edir. 

4

Səni yanlarına göndərəcəyim xalq dikbaş 



və inadkardır. Sən onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir!” 

5

İstəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankar bir 



xalqdır. Ancaq bilsinlər ki, aralarında bir peyğəmbər var.

6

Ancaq, ey bəşər oğlu, sən qanqallar və tikanlar arasında olsan da, 



əqrəblər içində otursan da, o adamlardan qorxma, onların sözlərindən 

çəkinmə. Üsyankar bir xalq olsalar da, onların sözlərindən çəkinmə, 

onlardan qorxma. 

7

Sən onlara Mənim sözlərimi söylə, istəyirlər sənə 



qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankardır.

8

Ey bəşər oğlu, sənsə Mənim söylədiklərimə qulaq as, bu üsyankar 



xalq kimi sən də üsyankar olma. Ağzını aç və Mənim sənə verəcəyim şeyi 

ye». 


9



m

 Mən baxıb gördüm ki, mənə tərəf bir əl uzandı və əlin içində bir 

tumar var. 



10

O, tumarı qabağımda açdı. Tumarın önü və arxası yazılı idi, 



üzərində «mərsiyə, matəm, bəla» sözləri yazılmışdı.

 

1281 

Yezekel 1 ,  2

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

n

 3:1‑3 Vəhy 10:9-10 

 

1





n

 O yenə mənə dedi: «Ey bəşər oğlu, aldığın şeyi – bu tumarı yeyib 

get və İsrail nəslinə söylə». 

2

Onda mən ağzımı açdım və O, tumarı 



mənə yedirdi. 

3

Sonra mənə dedi: «Ey bəşər oğlu, mədəni bununla doldur



sənə verdiyim bu tumarla qarnını doydur». Mən yedim, ağzım bal kimi 

şirin oldu.



4

O mənə dedi: «Ey bəşər oğlu, qalx, İsrail nəslinin yanına get və 



sözlərimi onlara söylə. 

5

Sən ləhcəsi, danışığı anlaşılmaz, dili çətin olan 



bir xalqın yanına deyil, İsrail nəslinin yanına göndərilirsən, 

6

ləhcəsi, 



danışığı anlaşılmaz, dili çətin olan çoxlu xalq arasına göndərilmirsən. 

Əgər Mən səni onların yanına göndərsəydim, onlar sənə qulaq asardı. 



7

Ancaq İsrail nəsli sənə qulaq asmaq istəməyəcək, onlar Mənə də qulaq 



asmaq istəmir, çünki bütün İsrail nəsli inadkar və dikbaşdır. 

8

Bax Mən 



səni də onlar kimi inadkar edəcəyəm, onlar kimi dikbaş edəcəyəm. 

9

Sənin inadını çaxmaq daşından möhkəm olan almaz kimi möhkəm 



edəcəyəm. Üsyankar bir xalq olsalar da, onlardan qorxma, qarşılarında 

vahiməyə düşmə».



10

O yenə mənə dedi: «Ey bəşər oğlu, Mənim dediyim bütün 



sözləri ürəyində saxla və qulaqlarınla eşit. 

11

Qalxıb sürgün olunmuş 



soydaşlarının yanına get, onlarla danışıb söylə: “Xudavənd Rəbb belə 

deyir!” Onlar istəyirlər sənə qulaq assın, istəyirlər yox».



12

Sonra Ruh məni yuxarı qaldırdı və arxamdan böyük bir gurultu 



eşitdim: «Rəbbin izzətinə Öz yerində alqış olsun». 

13

Canlı məxluqların 



qanadları bir-birinə toxunduqca onların səsini, yanlarındakı təkərlərin 

şaqqıltısını – böyük gurultunu eşitdim. 



14

Ruh məni yuxarı qaldırdı və 



götürüb apardı. Mən də kədərli və acıqlı halda getdim. Rəbb əlini mənim 

üzərimdə möhkəm tutmuşdu. 



15

Mən Tel-Avivdə olan sürgün olunmuş 



adamların – Kevar çayının sahilində yaşayanların yanına gəldim və 

onların yaşadıqları yerdə qaldım. Orada onların arasında yeddi gün 

çaşqınlıq içində yaşadım.

Rəbb Yezekeli İsrailə gözətçi qoyur

16

Yeddi gün keçdikdən sonra mənə Rəbbin bu sözü nazil oldu: 



17

«Ey 



bəşər oğlu, səni İsrail nəslinə gözətçi qoydum. Sən sözü ağzımdan 

eşidəndə Mənim adımdan onlara xəbərdarlıq et. 



18

Mən pis adama 



“hökmən öləcəksən” dediyim zaman sən ona xəbərdarlıq etməsən, həyatı 

qurtulsun deyə pis adamı öz şər əməlindən döndərmək üçün xəbərdarlıq 

sözü söyləməsən, onda o pis adam öz təqsiri içində öləcək, lakin onun 

qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam. 



19

Ancaq sən pis 



adama xəbərdarlıq etsən, o isə pisliyindən və şər əməlindən dönməsə, öz 

təqsiri içində öləcək, lakin sən bunun məsuliyyətindən qurtarmış olursan.



Yezekel 3 

1282 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə