8
Təsərrüfat mexanizminin təkmilləşdirildiyi müasir şəraitdə sənaye-istehsal
və təsərrüfat birliklərində idarəetmənin elmi səviyyəsinin
durmadan yüksəl dil-
məsi planlaşdırma orqanlarında, maddi-texniki təchizat-istehsal-satış pro ses lə-
rində, təsərrüfat-maliyyə nəticələrinin öyrənilməsi və qiymətləndirilməsi, eləcə
də ayrı-ayrı sahələr üzərində nəzarətin təmin olunması hər şeydən analitik iş lə rin
genişləndirilməsi və inkişaf etdirilməsini tələb edir. Təsərrüfat fəaliyyəti təh li-
linin özünəməxsus metod və metodologiyasının işlənib hazırlanması və onun
ardıcıl olaraq təkmilləşdirilməsi müasir dövrdə idarəetmənin qarşısına qo yu lan
tələblərə uyğun olaraq iqtisadi təhlilin növlərinin elmi cəhətdən əsaslan dı rılmış
təsnifatı olmasını tələb edir. Buradan, iqtisadi təhlilin növlərinin təsni fatı ida-
rəetmənin əsas funksiyaları üzrə təsnifatına əsaslanaraq onun, hər şeydən əvvəl,
bütün məzmununu və obyektlərinin xarakterini öyrənir və özündə əks et di rir.
İqtisadi təhlilin bu ayrı-ayrı növləri özlərinin tədqiqat üsullarına,
məzmununa
və vəzifələrinə görə bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla bərabər, eyni zamanda
bir-birindən köklü surətdə fərqlənir.
Maliyyə-iqtisadi təhlil müəssisədə maliyyə vəziyyətini əhatə edən göstəri-
cilərin məzmunu və əhəmiyyətini açıb göstərən, onun istehsal, satış, iqtisadi
əla qə lərini, hesablaşmaları digər iqtisadi göstəricilərlə qarşılıqlı əlaqədə öyrənir.
Lakin qeyd etmək lazımdır ki, hazırda istifadə olunan
informasiya mənbələrinin
xarakteri və məzmunu maliyyə-iqtisadi təhlil yolu ilə maliyyə göstəricilərinə tə-
sir edən amillərin və bu amillərin təsir dərəcəsini (texnika,
texnologiya, isteh-
salın təşkili, məhsulun keyfi yyəti, maliyyə göstəricilərinin dinamikası, plandan
kənarlaşmaları və digər bu kimi başqa göstəriciləri) əlaqəli surətdə hərtərəfl i
öyrənib qiymətləndirməyə imkan vermir. Ona görə də təsərrüfat fəaliyyəti təhli-
linin növbəti mərhələsində daha dərindən təhlil olunur ki, bu da təsərrüfat
fəaliy yəti təhlilinin digər növləri vasitəsilə həyata keçirilir.
Müəssisə və təşkilatların hesabat məlumatlarına əsasən, təsərrüfat-maliyyə
fəaliyyətini və plan tapşırıqlarının yerinə yetirilməsinə təsir edən ayrı-ayrı amil-
ləri (texnika, texnologiya, istehsalın təşkili, ixtisaslaşma, təmərküzləşmə, inten-
sivləşdirmə, mexanikləşdirmə, avtomatlaşdırma və s.), bu amillərin təsir dərə-
cəsi hesablanmadan ümumi göstəricilər üzrə öyrənilməsi prosesi iqtisadi təhlil
yolu ilə həyata keçirilir.
Müqayisəli iqtisadi təhlil. Təsərrüfat fəaliyyətinin təhlili təcrübəsində ən
çox istifadə olunan və təhlilin qalan başqa növləri üçün başlanğıc
mərhələsi
sayılan müqayisəli təhlil növü hesab olunur. Təhlilin bu növünün əsas mahiyyəti
dərindən və ardıcıl olaraq öyrənilən göstəricilərin həm müəssisənin fəaliyyətinin
plan göstəriciləri ilə, keçmiş illərin göstəriciləri ilə və həm də eyni iş şəraitində
işləyən, istehsal texnologiyası və şəraiti, eləcə də istehsal edilən məhsulun xa-
rak teri eyni olan müəssisələrin göstəriciləri ilə, qabaqcıl müəssisələrin müvafi q
göstəriciləri ilə müqayisə edilməklə öyrənilməsi
və əldə edilən nəticələrin
9
qiymətləndirilməsindən ibarətdir. Müqayisəli iqtisadi təhlilin xarakterik xüsu-
siy yətlərindən biri də müəssisənin ayrı-ayrı sexlərinin işinə dair göstəricilər sis-
temdaxili orta göstəricilərlə, elm və texniki cəhətdən əsaslandırılmış normalarla
və başqa normativ göstəricilərlə müqayisə edilməklə onların fəaliyyətinin öy rə-
nilməsidir. Müqayisəli iqtisadi təhlil təsərrüfat fəaliyyəti təhlilinin başqa növ lə-
rindən bu əlamətə görə fərqlənir.
Operativ və ya cari iqtisadi təhlil. İqtisadi təhlilin bu növündən,
bir qayda
olaraq, istehsal prosesi başa çatdıqda və ya bilavasitə istehsal prosesinin gedişatı
zamanı geniş istifadə olunur. Təsərrüfat hesabının inkişafı, onun miqyaslarının
sex, briqada, ayrı-ayrı iş yerlərinə qədər genişlənməsi, müəssisədə iqtisadi işlə-
rin təkmilləşdirilməsi və istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi ope ra-
tiv iqtisadi təhlilin rolu və əhəmiyyətini daha da artırır. Operativ iqtisadi təhlilin
əsas vəzifəsi istehsal prosesində gün ərzində və növbə ərzində məhsul buraxılışı
və onun yola salınması üzrə plan tapşırıqlarının yerinə yetirilməsi, vaxtında da-
xi li ehtiyat mənbələrinin aşkara çıxarılması üzərində operativ nəzarəti təmin et-
mək dən ibarətdir.
Cari iqtisadi təhlil operativ iqtisadi təhlilin bir tərkib
hissəsi olmaqla gün də-
lik, ongünlük və kvartallıq plan tapşırıqlarının yerinə yetirilməsinə nəzarət və
bu sahədə daxili ehtiyat mənbələrini müəyyən etməyə obyektiv şərait yardır.
Ca ri iqtisadi təhlil proses və hadisələrin yerinə yetirildiyi vaxtda həyata keçirilir.
Təsərrüfat fəaliyyətinin təhlilində istehsal və satış proseslərinə, eləcə də
bun ların ümumiləşdirici nəticələri üzrə göstəricilərinə bu və ya digər səviyyədə
təsir göstərən amillərin (istehsalın təşkili, əmək, əmək vəsaiti və materiallar,
məhsulun keyfi yyəti, kompleksliyi) çeşidləri üzrə istifadə edilməyən ehtiyat
mən bələrinin təsir dərəcəsinin müəyyən edilib öyrənilməsi və qiymətləndirilməsi
texniki-iqtisadi təhlilin tətbiqini tələb edir.
Texniki-iqtisadi təhlil, təsərrüfat fəaliyyəti təhlilinin bir növü kimi, ayrı-ayrı
sex, bölmə və sahələr üzrə qabaqcıl
təcrübənin, elmin nailiyyətlərinin, yeni
texnika və konstruksiyaların istehsala tətbiqinin iqtisadi səmərəliliyini hərtərəfl i
öyrənməklə bütövlükdə müəssisə üzrə ümumiləşdirilməsinə və qiymət ləndi ril-
məsinə real şərait yaradır. Texniki-iqtisadi təhlil müəssisə və onun sexlərində
tex nika, texnologiya və istehsalın təşkili xüsusiyyətlərini özündə əks etdirməklə
onun aşkar etdiyi istifadə olunmamış ehtiyat mənbələri vahid təsərrüfat fəaliy-
yətinin təhlili sistemi üzrə aşkar edilmiş ehtiyat mənbələri tərkibinə daxil edir.
Tam iqtisadi təhlil. Təsərrüfat fəaliyyətinin təhlili məzmununa və öyrənilən
məsələlərin əhatə dairəsinə görə tam və tematik təhlilə bölünür.
Təsərrüfat fəaliyyəti təhlilinin tam iqtisadi təhlil
növü öyrənilən obyekti hər-
tərəfl i və tamamilə öyrənməklə onun həm xarici, həm də daxili əlaqələrini mü əy -
yən edir. Yəni obyektiv tam iqtisadi təhlil zamanı müəssisənin maliyyə-təsər rü fat
fəaliyyətini xarakterizə edən bütün göstəricilər öyrənilib qiy mət lən di ril məklə