AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
www.rizvan.net -
İslam Maarifi Jurnalı
1
RƏHMAN VƏ RƏHİM
ALLAHIN ADI İLƏ
Texnika əsrində, maşınlaşmış həyatın keşməkeşlərində insanın
canından qəflət və mürgünü çıxarmağa yönəlmiş xatırlatmaların
zəruriliyi tamamilə aydındır. İnsanların öz maddi həyatlarını
qurmağa çalışdıqları, adətən öz vücudlarının mənəvi yanğısını
düşünmədikləri bir dövranda (əslində çoxları bu yanğını dərk
etmirlər) bir adam tapılsa ki, başqa birinin dərdini ona səmimi şəkildə
bildirib dərmanını da bəyan etsin, həmin özündən xəbərsiz xəstə o
adama sığınar, öz itkisini o adamda axtarar, onun himayəsində azca
da olsa, sakitləşər və öz ruhunu, canını çirkinliklərdən təmizləyər.
Mərhum Nəcəfi Quçani Ağa öz xəstəsini tanıyan, onun dərdini
anlayan həkim kimi əlinə qələm götürmüş, könül titrədən, göz yaşları
axıdan bir nüsxə (resept) yazmışdır. Amma bu ağrı və kədərin
arxasında bir dünya mehribanlıq və xeyirxah uzaqgörənlik
gizlənmişdir.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
www.rizvan.net -
İslam Maarifi Jurnalı
2
Bu kitabdakı hekayət bir insan haqqındadır ki, maddi və mənəvi
dərd-ələmli torpaq dünyasına “get” deyib başqa bir dünyaya
pərvazlanıb. Bu şəxsin başqa ölülərdən fərqi onun danışan dilidir. Bu
dil ölümdən sonra açılmış və bizim də gözlərimizə ölümdən sonrakı
aləmlərdən bacalar açmışdır.
Yazıçı bu kitabda gördüklərini, eşitdiklərini, vücudu ilə hiss
etdiklərini özünə hekayət edir. O, burada özündən bir şey ixtira
etməmiş, uydurmamış, yanlışlığa getməmişdir ki, Allah eləməmiş,
özü yolunu aza və müsahibini də sapdıra. Əksinə, bu cərəyanların
fikir bünövrəsini zəngin İslam mədənəyyətinin əsasları, Qurani
Kərim ayələri, mötəbər rəvayətlər bütün əsər boyu izləyir. İsmət,
günahsızlıq yalnız Peyğəmbər (s.ə.v.v) və onun pak ailəsinə layiq
olduğundan, sair insanlar səhv və xətasız deyildir. Bu kitabın da bəzi
sətirlərində müəyyən mətləblər nəzərə çarpırdı ki, müəllifin şəxsi
zövq və səliqəsindən doğur. Dəqiq oxucu, elmi təhlil və onların
sübutu məqsədində olmamalıdır. Çünki hətta dəqiq və dəlilli bir
insan da həqiqətlərin bəyanı və əqidənin izharı üçün öz şəxsi
səliqəsinə əsaslanmış mətləblərin bəyanına məcburdur. Bununla
belə, iddia etmək olar ki, ümumi qaydadan istisna olmayan bu
kitabda oxucunun yanılmasına, çaşmasına səbəb olacaq mətləblər
gözə dəymir. Lətif və könüloxşayan tərzdə həqiqətlərin bəyanına
sadiqanə baş vurmuş müəllifin mütaliə olunmaq dəyəri vardır.
Bu kitabı bütün həqiqət axtaranlara, həyatını yaxşılıqlar ağuşu,
insaniyyətin təravətli çəmənzarı etmək istəyən etiqadlı insanlara
təqdim edirik. Ümid edirik ki, bu yaxşılıq ağaclarının fidanlarının
əkinində azca da olmuş olsa, bizim də rolumuz olacaqdır.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
www.rizvan.net -
İslam Maarifi Jurnalı
3
Qarşınızdakı kitab rəbbani alim, ilahi həkim, zinətli arif höccətül-
İslam Ağa Seyyid Məhəmməd Həsən Nəcəfinin (Nəcəfi Quçani kimi
məşhurdur) qələmindən çıxmış bir əsərdir. İzaha ehtiyaclı
mətləblərdə Əhməd Tədəyyün və Məhəmmədrza Ətai Quçaninin
qeydlərindən istifadə olunmuşdur.
Mərhum Nəcəfi Quçani Ağa hicri-qəməri tarixi ilə 1295-ci ildə Quçan
ətrafında gözəl və səfalı Xosrəviyyə kəndində anadan olmuşdur.
Ömrünün ilk illərini başa vurub məktəbə getmişdir. Atası onun
təlim-tərbiyəsində fövqəl-adə ciddilik göstərmiş, batini meylinin
əksinə olaraq onun dərs, bəhs və təhsilinə cəhd etmişdir.
Elm və biliyin hələ şirinliyini dadmamış, onun səmərəsindən
bəhrələnməmiş bu xam uşaq on üç yaşında ikən Quçana gedir,
qohumlarının evində qalır. Quçanda təhsil çətinlikləri ustadın şəxsi
işlərinin yerinə yetirilməsi əziyyətləri ilə daha da artır. Müqəddimat