Dəniz yataqlarının işlənilmə xüsusiyyətləri



Yüklə 12,67 Kb.
tarix16.11.2017
ölçüsü12,67 Kb.
#10615

Dəniz yataqlarının işlənilmə xüsusiyyətləri

Son zamanlar dəniz və okeanların şelf zonasında yerləşən yataqların ehtiyatlarından istifadə məqsədilə böyük həcmli işlər aparılır. Odur ki, dəniz yataqlarının kəşfiyyatı və istismarı haqqında məlumatlara əsasən bu yataqların işlənilməsinin spesifik şəraitini nəzərə alan çox şaxəli istehsal müəssisələrinin yaradılması tələb olunur.

Hər şeydən əvvəl, dəniz yataqlarının işlənilmə xüsusiyyətlərini təhlil edək. Bunun üçün onların mənimsənilmə üsulları haqqında qısa məlumatın verilməsi məqsədəuyğundur. Bu üsullar aşağıdakılardır.

1. Dambalar (bənd) vasitəsilə dənizin sahilyanı zonalarının qurudulması üsulu. Qeyd etmək lazımdır ki, bu üsul ilk dəfə Bibi-Heybətdə həyata keçirilib. Artıq XIX əsrin axırlarında bu yatağın çox hissəsinin dənizdə olması müəyyən olunmuşdur. Odur ki, 1911-1918-ci illərdə burada 200 hektara qədər dəniz sahəsi qurudularaq istismara verilmişdir.

2. Estakadalar üsulu. Əgər neft yatağı sahildən və yaxud adadan uzaqda yerləşmirsə və dənizin dərinliyi çox deyilsə, onda estakadalar üsulu tətbiq edilir. Estakadalara xüsusi estakadayanı meydançalar quraşdırılır ki, buradan da qazıma işləri aparılır. Bu halda hər meydançada bir quyu şaquli, qalanları isə maili qazılır.

3. Fərdi süni adalar üsulu. Dəniz yataqlarının fərdi süni adalarla istismarı suyun dərinliyinin 300 m-dən çox olduğu hallarda həyata keçirilə bilər. Bu üsul yataqda kəşfiyyat işi tam başa çatdıqdan sonra tətbiq olunur.



1. Çoxlaylı yataqların kəsilişinin istismar obyektlərinə bölünməsi. Məlumdur ki, quru mədənlərində bazis obyektlərinin seçilməsindəki qoyuluş 2-3 və bəzən 4 qaytarma obyektinin ayrılmasını nəzərdə tutur. Lakin dəniz mədənlərində bazis obyektlərinin sayının artırılması məqsədə uyğun sayılır. Bu isə qaytarma obyektlərinin sayının azalmasına gətirir ki, bu da işlənilmə müddətinin qısaldılması istiqamətində atılan addımlardan biridir.

2. Quyu şəbəkəsinin sıxlığı. Məlum olduğu kimi bu göstərici yataqların işlənilmə prosesinə əsaslı təsir edir. Dəniz yataqlarında da quyuların sayının artırılmasının işlənilmənin iqtisadi göstəricilərinə mənfi təsir göstərməsinə baxmayaraq, burada quyu şəbəkəsi mümkün qədər sıx olmalıdır ki, bu da işlənilmənin son nəticəsinə müsbət təsir edir. Odur ki, dəniz yataqlarında quyu şəbəkəsinin seçilməsində optimal variantlar tapılmalıdır ki, bu da geoloji-iqtisadi modellərlə təyin edilir.

3. Yataqlarda suvurma prosesi. Məlum olduğu kimi, quruda olan yataqlarda bu üsuldan geniş istifadə edilir. Lakin dənizdə bu tədbirin həyata keçirilməsi tələbatı çox vaxt kəskin xarakter daşıyır. Belə ki, bəzi hallarda quru yataqlarının işlənilməsinin ilk mərhələləri neftçıxarma prosesi layın təbii enerji mənbənin (ətraf suların, neftə həll olunmuş qaz və s.) təsiri ilə aparılır. Dəniz yataqlarında isə işlənilmənin ilk anından suvurmadan geniş istifadə edilməlidir. Suvurmanın modifikasiyası xüsusi layihələrə istinad etməli və suvurma əmsalının Ks1,0 səviyyəsini təmin etməlidir.

4. Yataqların neftverimini artıran üsullar. Dəniz yataqlarında layların neftverimini artıran (LNA) üsullar geniş tətbiq edilməlidir ki, bu da onların işlənilmə tempini yüksəldə bilər. Burada bu üsulların tətbiq sahələrini aşkar edən təsnifat modelindən istifadə edilməsi məqsədəuyğundur. Onun strukturunda işlənilmədə olan yatağın dörd əsas parametr (lay şəraitində neftin özlülüyü, istismar obyektlərinin yatım dərinliyi, kollektor süxurlarının keçiriciliyi və ehtiyatlardan istifadə dərəcəsi) iştirak etdiyindən 24 qrupun ayrılması mümkün olmuşdur. Bu model LNA üsulların istifadəsi üçün perspektiv planların hazırlanmasında əsas götürülə bilər (B.Ə.Bağırov, Ə.M.Salmanov, S.Ə.Nəzərova, 2007).

5. Horizontal (üfüqi) quyular. Məlum olduğu kimi, yataqların işlənilmə prosesində horizontal (üfüqi) quyuların şaquli quyulara nisbətən böyük üstünlüyü vardır. Odur ki, onlardan dəniz yataqların işlənilməsində də geniş istifadə edilməlidir. Belə quyularla bir platformadan yataq sahəsinin böyük hissəsini işlənilmə ilə əhatə etmək olar. Nəticədə yataqların işlənilmə tempi yüksəlir, neftçıxarma müddəti isə azalmış olur.

6. İstismar prosesinə nəzarət. Yataqdan maye hasil edilməsi onu statistik sistemdən dinamik sistemə çevirir. Bu sistemin inkişafının qənaətbəxş olması ona daimi nəzarət edilməsini tələb edir. Dəniz şəraitində istismar edilən yataqlarda tədqiqatlar kompleks şəkildə aparılmalı və nəticələri nəzarət prosesində istifadə edilməlidir. Belə ki, nəzarət sferası aşağıdakıları özündə əks etdirməlidir:

a) quyuların neft, su, qaz hasilatı;

b) lay təzyiqi və temperaturu;

c) layların işlənilməyə cəlb olunma zonaları;

d) layların suvurma ilə əhatə zonaları;

ƏDƏBİYYAT


B.Ə.Bağırov- Neft-qaz mədən geologiyası- bakı-2011
Yüklə 12,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə