13
olduğumu bildirmədiyim üçün məni məzəmmət etmişdi. Sonra
isə: «Bilirsən Rəfiqəylə (Həyat yoldaşı Rəfiqə xanım-T.R.)
mən hansı şerini bəyənmişik? «Nə var bu dünyada, gəl çıxaq
gedək»». Mənə bağışladığı kitablara yazdığı avtoqraflarda da
bu şerə işarə edərdi: «Gəl bu dünyadan çıxıb getmə sən». Bu
məqamda hələ Kamal müəllimin sağlığında məni kövrəldən bir
hadisəni xatırladım.
Bir dəfə Kamal müəllim ustadım Hüseyn Arifin vəfatı
münasibətilə yazdığım məqalə və şeiri (bu yazıları özü məndən
istəmişdi.) oxudu. Xeyli kövrəldi. Hüseyn Ariflə bağlı
xatirələrini danışdı. Həmin gün biz ayrılanda: «Təranə,
mənimçün də Arifə yazdığın kimi bir şeir yazarsan. Mən
öləndə…Yaxşı?» -dedi. Bu xahiş məni elə kövrəltdi ki, göz
yaşlarımı saxlaya bilmədim. Çünki, Kamal müəllimin vəfatı
haqda düşünmək belə mənə ölümün özü qədər amansız
görünürdü. Bu gün bu ölümü qəbul edə bilmədiyim kimi.
Bir vaxtlar atası Abdulla Şaiq vətən fədaisi böyük
Mustafa Kamal Atatürkün şəninə böyük oğlunun adını Kamal
qoymuşdu. O, isə böyüyüb bu adın etimadını elm fədaisi
olmaqla, mənalı
həyatının böyük hissəsini milli
ədəbiyyatşünaslığın tərəqqisinə həsr etməklə doğrultdu.
Yaşadığı 83 illik ömrün 60 ilini öz müqəddəs amalına xidmət
etdi, Azərbaycan ədəbiyyatşünaslığına ümumsovet, ümumtürk
nüfuzu qazandıran əsərlər ərsəyə gətirdi. Səhhətinin imkan
verməməsinə baxmayaraq elmi və elmi təşkilatçılıq fəaliyyətini
həyatının son günlərinədək davam etdirən alim Nizami adına
Ədəbiyyat Institutunda hazırlanan 6 cildlik Azərbaycan
ədəbiyyatı tarixinin əsas müəlliflərindən və Baş Redaksiya
14
Şurasının üzvlərindən biri kimi bu məsuliyyətli işi böyük
məmnunluqla icra edirdi. Hətta xəstə halı ilə, vəfatından bir
gün əvvəl də milli ədəbiyyatşünaslığın bu mühüm vəzifəsi ilə
məşğul olmuşdu.
2006-cı ilin qarlı qış günlərindən birində – yanvarın 21-
də Kamal Talıbzadə bütün qəlbiylə, ruhuyla bağlı olduğu
Azərbaycan torpağına tapşırıldı. Minlərin, milyonların
sevimlisi olan bu böyük insan qəlblərdə yaşayan xatirəsi,
yaddaşlardan silinməz həlim xasiyyəti, əzəmətli siması və
qiymətli elmi-nəzəri irsi ilə ölümsüzlük zirvəsini fəth etdi. Bu
məqamda bir neçə il öncə K.Talıbzadənin də iştirak etdiyi elmi
yığıncaqlardan birində tanınmış ədəbiyyatşünas alim Vaqif
Yusiflinin çıxışından bir cümləni xatırladım: «Bu gün Kamal
Talıbzadə yeni əsərlər yazmasa da onun yetirmələri yazır».
Danılmaz həqiqətdir ki, görkəmli alimin Nizaməddin
Şəmsizadə, Vaqif Yusifli, Şamil Vəliyev və b. istedadlı
tədqiqatçıların timsalında onlarla yetirmələri K.Talıbzadənin
tədqiqat məktəbinin ənənələrini davam etdirəcək, ustadlarının
xatirəsini təkcə könüllərində deyil, zaman-zaman əsərlərində də
yaşadacaqlar.
Sən demə ziyalılıq, müdriklik, saflıq, xeyirxahlıq və digər
insana məxsus olan bütün ali keyfiyyətlər torpağa səpilən
toxum kimidir, əkdinsə göyərəcək. Və onun məhsulundan xalq
illərlə deyil, qərinələrlə, əsrlərlə bəhrələnəcək. Bəli,
K.Talıbzadənin ulu babası Süleyman Talıbzadədən başlanan
elm, bilik ziyasının şöləsi bu gün onun ocağında böyüyən
neçənci nəslin qəlbini, ömrünü nurlandırıb. Əsrlərdən keçib
gələn bu şölənin, işığın istisi, odu isə nəinki azalmayıb, əksinə
15
Talıbzadələrin kökə, soya bağlılığı, onun məsləkinə sədaqəti
sayəsində şəfəqini daha da artırıb, xalqının gələcəyinə nur
saçan əbədi bir məşələ çevrilib. Bu məşəli əllərində deyil,
qəlbində gəzdirən, ulu türk dünyasının öndəri Mustafa Kamal
Atatürkün adını daşıyan, böyük nəslin layiqli yadigarı
akademik Kamal Talıbzadə Azərbaycan-türk elminin
öndərlərindən biri olmuşdur. K.Talıbzadəyə həsr etdiyim bu
kiçik əsər isə həmin məşəlin alovundan qopan, yəni təsirindən
yaranan bir qığılcım, bir od zərrəsidir. Hesab edirəm ki, bu
böyük şəxsiyyətin, qüdrətli alimin bir insan ömründə
yaratdıqlarını öyrənməyə, tədqiq etməyə hələ neçə-neçə
ömürlər həsr olunacaq, cild-cild kitablar yazılacaq.
16
GIRIŞ
Azərbaycan ədəbiyyatının çağdaş dövrünü, onun konkret
ədəbi şəxsiyyətlərinin yaradıcılığını yeni təfəkkür işığında
araşdırmaq, onları günün tələbləri baxımından dəyərləndirmək
müasir ədəbiyyatşünaslığın mühüm tədqi-qat istiqamətlərindən
biri kimi diqqət mərkəzindədir. Bu cəhətdən 55 ildən artıq bir
dövrü əhatə edən məhsuldar elmi fəaliyyətini milli
ədəbiyyatşünaslığın ən vacib problem-lərinin tədqiqinə həsr
edən akademik Kamal Talıbzadənin ədəbiyyatımızın nəzəri-
estetik səviyyəsinin yüksəlməsində xidmətlərinin öyrənilməsi
xüsusilə diqqətəlayiqdir. Alimin zəngin yaradıcılıq irsinin
tədqiqi həm də XX əsrin müxtəlif onilliklərində
ədəbiyyatşünaslığın başlıca tədqiqat istiqa-mətlərinin,
meyllərinin öyrənilməsi cəhətdən faydalı olub böyük elmi
aktuallıq və əhəmiyyət kəsb edir. Bu gün ciddi tədqiqinə
ehtiyac duyulan bu çoxcəhətli yaradıcılıq irsi özünəməxsus
üslub, maraqlı mülahizə və fikirlər, orijinal elmi qənaətlər,
məntiqi nəticələr, bəzən kəskin ittiham və hökmlərlə
zəngindir.
Öz alim şəxsiyyətində ədəbiyyat tarixçisi və tən-qidçisini,
mətnşünas və nəzəriyyəçini, istedadlı publisist və səriştəli elm
təşkilatçısını, pedaqoq və maarifçini birləşdirən K.Talıbzadənin
yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığı tarixində mühüm
bir mərhələni təşkil edir. Müəllimləri və müasirləri M.Arif,
M.Rəfili, H.Araslı, F.Qasımzadə, Ə.Sul-tanlı, C.Xəndan,
M.Quluzadə, Ə.Mirəhmədov və başqaları kimi K.Talıbzadə də
elmi yaradıcılığında ədəbiyyatımızın inkişafına, klassik irslə
ideya-bədii əlaqə məsələlərinə xüsusi əhəmiyyət vermişdir. O,
Dostları ilə paylaş: |