21
edilməsi, keçirilməsi prosesində yaxından iştirak etmiş, onların
təşəbbüskarı və əsas icraçısı olmuşdur.
Görkəmli alim öz çoxcəhətli yaradıcılığının ayrılmaz
hissəsi olan bu sahələrin hər birində yorulmaz fəaliyyəti ilə
milli ədəbiyyatşünaslığımızın inkişafında mühüm rol oynamış,
bir ədəbiyyatşünas və tənqidçi, mətnşünas və elm təşkilatçısı
kimi üzərinə düşən böyük missiyanı şərəflə yerinə yetirmişdir.
Bu baxımdan K.Talıbzadə yaradıcılığı misilsiz bir elmi məktəb
və qiymətli mənbədir. Bu mənbəni hərtərəfli araşdırmaq,
alimin çoxcəhətli yaradıcılığının spesifik xüsusiyyətlərini
öyrənmək müasir ədəbiyyatşünas-lığın başlıca vəzifələrindən
biridir.
K.Talıbzadənin elmi yaradıcılığının öyrənilməsi və
tədqiqi tarixi alimin əsərlərinin nəşr edildiyi dövrdən başlanır.
O, elmi fəaliyyətə başladığı ilk vaxtlardan əsərləri ilə dövrün
görkəmli tənqidçi, ədəbiyyatşünas və sənət-karlarının diqqətini
cəlb etmişdir. Alimin çoxcəhətli yaradıcılığının hər bir uğuru
ədəbi mühitdə əks-səda do-ğurmuşdur. Onun çoxsaylı əsərləri
və ömür yolu haqqında iki yüzdən artıq məqalə, iki
monoqrafiya yazılıb nəşr edil-mişdir. Həmin məqalələrin
böyük əksəriyyətini K.Talıb-zadənin əsərləri, kitabları barədə
yazılan resenziyalar, bir qismini isə onun həyat yolu, elmi
yaradıcılıq uğurları və ədəbiyyatşünaslıq fəaliyyətinə həsr
olunmuş publisistik yazılar təşkil edir.
Alimin ilk əsəri olan «Abbas Səhhət» monoqrafi-yasının
nəşr edildiyi vaxtdan, yəni 1955-ci ildən bu günədək onun
yaradıcılığının müxtəlif sahələri bir çox görkəmli sənətkarların
və
ədəbiyyatşünas alimlərin (S.Vurğun, M.Hüseyn,
22
M.Ibrahimov, M.Cəlal, M.Arif, Ə.Sultanlı, C.Xəndan, Ə.Şərif,
Ə.Mirəhmədov, Y.Qarayev, Ş.Qurba-nov, B.Nəbiyev,
A.Hacıyev, Ş.Salmanov, N.Şəmsizadə, V.Yusifli və b.)
əsərlərinin tədqiqat obyekti olmuşdur. Həmin tədqiqatlarda
alimin zəngin elmi yaradıcılıq irsi ciddi təhlil edilmiş, bu
əsasda dəyərli fikir və mülahizələr söylənmişdir.
K.Talıbzadənin çoxcəhətli elmi yaradıcılığının hər bir sahəsi
haqqında nəinki Azərbaycanda, eləcə də ölkəmizin
hüdudlarından kənarda görkəmli
ədəbiyyat-şünaslar
(B.Piradov, Ə.Cəfəroğlu, Y.Akpinar, L.Dımşits, X.Haytmetov,
R.Berdibayev, A.Sisişvili, S.Tabarev, Y.Sul-tanov, S.Şükürov,
M.Yunusov və b.) dəyərli əsərlər yazıb dərc etdirmişlər. Bu
tədqiqatların böyük əksəriyyəti dövrün vulqar sosioloji
tələblərindən doğan yanlış təfərrüatlardan, ideoloji qüsurlardan
xali olmasa da tədqiqatçının elmi yaradıcılığı haqqında
müəyyən təsəvvür yaratmaq, onun əsərlərinin
ədəbiyyatşünaslığın inkişafında rolunu aydınlaş-dırmaq
baxımından əhəmiyyətlidir.
K.Talıbzadə yaradıcılığının tədqiqi tarixinə həmçinin
istedadlı ədəbiyyatşünaslar V.Osmanlı, A.Zamanov, H.Isra-
filov, Ə.Məmmədov, Ş.Alışanov, K.Əliyev, A.Məmmədov, A.
Səfiyev,
Ş.Vəliyev, K.Tarıverdiyeva, G.Əlibəyova,
R.Mirzəyev, R.Şıxəliyeva və başqalarının tədqiqatları da-xildir.
Ş.Salmanovun «Akademik Kamal Talıbzadə» (1998),
N.Şəmsizadənin «Türk təfəkkürü məcrasında» (1998) mo-
noqrafiyaları isə alimin çoxcəhətli elmi yaradıcılığının daha
geniş və təfərrüatlı təhlil edilməsi baxımından samballı
nümunələrdir.
23
Ş.Salmanovun əsərində görkəmli tədqiqatçının zəngin
elmi fəaliyyətinin mühüm istiqamətləri tədqiq obyektinə
çevrilmişdir. Burada onun yarım əsrdən artıq davam edən elmi
xidmətləri diqqətlə araşdırılmış, ədəbiyyatımızın tarixi və
nəzəri məsələlərinin, başqa ədəbiyyatlarla yaradıcılıq
əlaqələrinin öyrənilməsi istiqamətində gərgin axtarışları,
monoqrafiyalarının tədqiqat problematikası, ideya-metodo-loji
səviyyəsi, milli ədəbi prosesə təsiri öz əksini tapmışdır.
Ş.Salmanovun əsərinin təhlil mərkəzində K.Talıbzadənin milli
romantizmin inkişaf istiqamətləri kontekstində araşdırması,
ədəbi ələqələr probleminə həsr etdiyi monoqra-fiyası, milli
tənqid tarixinə dair fundamental tədqiqatı durur.
Ədəbiyyatşünas alim əsərində haqlı olaraq K.Talıb-zadənin
elmi yaradıcılığının zirvəsi sayılan «Azərbaycan ədəbi
tənqidinin tarixi» monoqrafiyasının təhlilinə daha geniş yer
vermişdir. Burada tədqiqatçının ömür yolu, mətnşünaslıq
fəaliyyəti, elmi təşkilatçılığı haqqında da yığ-cam məlumat öz
əksini tapmışdır.
«Türk təfəkkürü məcrasında» monoqrafiyasında isə
ədəbiyyatşünas N. Şəmsizadə akademik Kamal Talıb-zadənin
zəngin elmi yaradıcılığına dair material və sənədlər əsasında
alimin tənqidçi mövqeyi, həyatı, mühiti və şəxsiyyəti haqqında
müfəssəl təsəvvür yaradır.
Ş.Salma-novun kitabında
tədqiqatçının elmi fəaliyyətinə geniş yer verilirsə, «Türk
təfəkkürü məcrasında» monoqrafiyasında onun alim-vətəndaş
şəxsiyyəti ön plana çəkilir. Tədqiqatda K.Talıbzadənin
türkçülük zəminində yazılmış fundamen-tal əsərləri
problematikasına görə araşdırılır, alimin tən-qidşünaslıq
24
elminin banisi kimi ədəbi-tarixi, elmi-nəzəri xidmətlərindən
bəhs olunur. Burada K.Talıbzadə cəfakeş alim fəaliyyəti ilə,
obyektivliyi və prinsipiallığı, milli ideal-lara sədaqəti ilə
«sağlığında klassik rütbəsinə yüksəlmiş nadir şəxsiyyətlərdən
biri» kimi dəyərləndirilir.
1
K.Talıbzadənin elmi yaradıcılığının öyrənilməsi sahə-
sində bu iki monoqrafiya təhlil tərzi, alimin bir vaxt «marksist
ruhda yazıldığı», «marksist nəticələri ilə diqqəti cəlb etdiyi»
üçün yüksək dəyərləndirilən tədqiqatlarının yeni təfəkkür
işığında araşdırılması, obyektiv şəkildə tədqiq olunub real
qiymətləndirilməsi baxımından xüsusi əhəmiy-yət kəsb edir.
Bizim tədqiqatda isə görkəmli alimin həyatının və elmi
fəaliyyətinin əsas inkişaf mərhələləri geniş şəkildə tədqiq
edilmiş, onun elmi təfəkkürünün pillə-pillə yüksəlişi prosesi
diqqətlə izlənmişdir.
Elmi araşdırmalarımızın mərkəzində XX əsrin ədəbi
şəxsiyyətləri və problemləri mövzusu fonunda alimin «Abbas
Səhhət», ədəbi əlaqələrin yeni ideya-estetik kon-sepsiya
zəminində öyrənilməsi baxımından «Qorki və Azərbaycan»,
ədəbi tənqidin tarixi və nəzəriyyəsinin tədqiqi cəhətdən
«Azərbaycan ədəbi tənqidinin tarixi» monoq-rafiyaları, yeni
dövr ədəbiyyatına dair onlarla məqalələri, məruzə və çıxışları
durur. Bu mənbələr milli ədəbiy-yatşünaslığın inkişaf
istiqamətləri kontekstində tədqiq və təhlil olunur.
Tədqiqatın əsas məqsədi K.Talıbzadənin elmi yara-
dıcılığını bütün parametrləri ilə araşdırmaq, onun monoq-
1
Шəmsизадə N. Тüрk тəфəkküрü məжраsыnда, Баkы, Тəщsил, 1998, s.31.
Dostları ilə paylaş: |