9
dünyaya baxışının və nəzəri irsinin təsirilə formalaşıb. Buna
görə də K.Talıbzadə bütün elmi fəaliyyəti boyu hansı
problemdən, hansı mövzuda yazırsa-yazsın həmişə A.Şaiq
ruhundan qopub gələn milli-mənəvi dəyərlərə, ən başlıcası
türkçülüyə sədaqətini ifadə edib.
Elm cığırında ilk addımını inamla atan – uzun müddət
totalitar rejimin yasaqlarına məruz qalan romantizm
mövzusuna tədqiqatçıların ehtiyatla yanaşdıqları bir dönəmdə
«Abbas Səhhət» monoqrafiyasını yazan K.Talıbzadə öz
məsləki yolunda daim qətiyyətlə irəliləyib. O, ədəbi əlaqələri
həmişə birtərəfli izah edən, onu rus ədəbiyyatının milli
ədəbiyyatlara təsiri istiqamətində öyrənən nəzəri
konsepsiyalara qarşı çıxıb özünün yeni konsepsiyasını irəli
sürdü. «Qorki və Azərbaycan» monoqrafiyasında bu problemə
türkçülük mövqeyindən münasibət bildirib ədəbi əlaqələrin
qarşılıqlı təsir və inkişaf prosesi olduğunu dərin məntiqi
dəlillərlə əsaslandırdı.
K.Talıbzadə Azərbaycan ədəbiyyatşünaslığının bir çox
fundamental tədqiqat vəzifələrinin öhdəsindən uğurla gəlib.
Onun çoxsaylı mötəbər tədqiqatlarının zirvəsində isə
«Azərbaycan ədəbi tənqidinin tarixi» monoqrafiyası durur.
Milli ədəbi-estetik fikrimizin Xətib Təbrizidən Seyid Hüseynə
qədərki böyük bir inkişaf tarixini tədqiq edən alimin uzun
müddətli gərgin elmi axtarışlarının bəhrəsi olan bu qiymətli
tədqiqat əsəri müəllifini bütün Şərq-türk filologiyasında
tənqidşünaslıq məktəbinin banisi kimi şöhrətləndirdi. Türkiyə,
Qazaxıstan, Tatarıstan, Özbəkistan, Tacikistan, Türkmənistan,
Dağıstan, Litva, Gürcüstan və digər respublikaların nəzəri-
10
estetik fikrinin görkəmli tədqiqatçıları alimin yaratdığı
tənqidşünaslıq məktəbi əsasında öz elmi məktəblərini
yaratdıqlarını qeyd edirlər. Keçmiş sovet məkanının ən nüfuzlu
alimləri Q.Sisişvili, R.Berdibayev, T.Kəkişev,
R.Musulmanqulov, A.Haytmetov, U.Coldasbayov, Y.Sultanov
və b. milli tənqid tariximizə həsr olunmuş əsər haqqında
rəylərində K.Talıbzadənin öz üzərinə böyük bir şöbənin
zəhmətini götürdüyünü və bu vəzifənin öhdəsindən şərəflə
gəldiyini vurğulayırlar.
K.Talıbzadənin milli ədəbiyyatşünaslığın ən aktual
problemlərinə həsr olunmuş 400-dən artıq məqaləsi onun
«Tənqidimiz haqqında qeydlər», «Ədəbi irs və varislər»,
«Sənətkarın şəxsiyyəti», «Tənqid və tənqidçilər» kitablarında
toplanıb. Bu kitabların hər birində böyük türk
mənəviyyatımızın, milli şüurumuzun, təfəkkürümüzün dolğun
əksini tapdığını müşahidə etmək olar.
Tənqidşünaslığımızın banisi, professional tənqidçi, elm
təşkilatçısı, mətnşünas, pedaqoq kimi sağlığında klassik
səviyyəsinə yüksələn K.Talıbzadənin elmi fəaliyyəti və
şəxsiyyəti haqqında 3 monoqrafiya, 200-dən artıq məqalə
yazılıb. Onun əsərlərinin elmi məziyyətləri haqqında
Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin
görkəmli simaları – S.Vurğun, M.Hüseyn, M.Arif, Ə.Şərif,
Ə.Sultanlı, C.Xəndan və b. dəyərli fikirlər söyləyiblər. O, elmi
xidmətlərinə görə ən yüksək fəxri adlara, titullara, orden və
mükafatlara layiq görülüb. Lakin ilbəil artan şan-şöhrəti, elmi
adları, vəzifələri ilə birlikdə təvazökarlığı, sadəliyi, özünə qarşı
tələbkarlığı da günbəgün artıb. Beləcə, alilikdən xəbər verən
11
sadəliyi, saflığı alimliyi, müdrikliyi ilə birləşərək böyük Kamal
Talıbzadə şəxsiyyətini yaratmışdı.
O, A.Şaiqdən söz açanda ilk növbədə onun son dərəcə
sadə təbiətli bir insan olmasını və sadəliyi yüksək
qiymətləndirdiyini vurğulayardı. Atasının ruhundakı sadəliyi,
saflığı bütünlüklə mənimsəyən K.Talıbzadə elə bu cəhəti ilə də
gənc tədqiqatçıları bir ahənrüba kimi özünə cəlb edirdi.
Gənclər onu MEA-nın Nizami adına Ədəbiyyat Institutunda,
A.Şaiqin Mənzil Muzeyində axtarıb tapa bilmədikdə xüsusi bir
ərklə alimin evinə gələr, lazımi tövsiyyələr alar, onun mənəvi
dəstəyini görərdilər.
K.Talıbzadənin çoxcəhətli, zəngin elmi yaradıcılığı
namizədlik dissertasiyamın tədqiqat obyekti olub. A.Şaiqin
Mənzil Muzeyində Kamal müəllimin şəxsi arxivindəki
sənədlərlə işlədiyim vaxtlar duyğularıma hakim kəsilmiş bir
hiss mənə namizədlik dissertasiyamı yazıb tamamlamağa
imkan vermirdi. Kamal Talıbzadə böyüklüyü, bu böyüklükdən
doğan məsuliyyət hişşi ilə yanaşı alimin həyatı, yaradıcılığı ilə
bağlı fakt və sənədlərin təsəvvürəgəlməz zənginliyi məndə bu
qənaəti yaratmışdı ki, Kamal Talıbzadə fenomenindən bir
dissertasiya çərçivəsində söz açmaq qeyri-mümkündür.
Namizədlik dissertasiyamın müdafiəsindən sonra illər ötüb
keçsə də bu gün yenə həmin fkirdəyəm ki, K.Talıbzadənin elmi
yaradıcılığının hər bir istiqamətindən, ömrünü həsr etdiyi
fəaliyyət sahələrinin hər birindən onlarla dissertasiyalar
yazmaq olar və onların heç biri digərinin təkrarı kimi təsir
bağışlamaz.
12
Ömrümün on ilini sıx ünsiyyətdə olduğum, böyük
qayğısını gördüyüm bu qüdrətli insanla təmasda olmaq təməli
müqəddəs amallara söykənən bir məktəb keçməkdir.
Tədqiqatçılıq, ziyalılıq, vətəndaşlıq və insanlıq məktəbi.
K.Talıbzadə təfəkkürünün ziyası, əqidə və məsləkinin işığı ilə
ömrü nurlanan bu məktəbin yetirmələri ustadlarından yüksək
milli-mənəvi dəyərləri, ən ali şəxsi keyfiyyətləri əxz ediblər. O,
yetirmələrinə sözə ehtiyatla yanaşmağı, layiq olanı söz
zirvəsinə qaldırmağı öyrədib. Biz Kamal müəllimdən sadəliklə,
təvazökarlıqla, xeyirxahlıqla zinətlənməyi öyrənmişik. Ondan
sənədlərlə xüsusi səliqə ilə davranmaq, ən kiçik sənədə belə
tarixin bir parçası kimi baxmaq vərdişini mənimsəmişik.
Kamal Talıbzadə insanlara həssas münasibəti,
qayğıkeşliyi ilə də nadir insan idi. O, aspirantlarına,
yetirmələrinə təkcə tədqiqat işiylə bağlı himayədarlıq etmirdi,
onların bütün problemləri ilə maraqlanır, müdrikcəsinə
xeyirxah məsləhətlər verirdi. Kamal müəllim həm də biz
gənclər üçün sanki müsbət enerji donoru idi. Onunla hər
görüşdən sonra daxili gücümüzün, yazıb-yaratmaq həvəsimizin
artdığını, qəlbimizin nurlandığını, böyüdüyünü hiss edirdik.
Alimi şəxsən tanıdığım ilk vaxtlardan – 1996-cı ilin soyuq
yanvar günlərindən onun vəfatına qədərki uzunmüddətli
müşahidələrimə əsasən bu qənaətdəyəm ki, bütün yetirmələri
K.Talıbzadədən elmi bilgilər, tədqiqat üsulları və s.
öyrənməklə yanaşı mükəmməl insanlıq dərsi alıblar.
O, yetirmələrinin bütün nailiyyətləri ilə ciddi
maraqlanardı. 1996-cı ildə dövrü mətbuatda dərc olunmuş
şeirlərimi oxuduqdan sonra ona bədii yaradıcılıqla məşğul
Dostları ilə paylaş: |