Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   59

 
5
Məlum olduğu kimi, «Qorki və Azərbaycan» mo-
noqrafiyası milli ədəbiyyatşünaslıqda  ədəbi  əlaqələrin 
tarixinin, inkişaf yollarının, nəticələrinin öyrənilməsi 
istiqamətində mühüm və əhəmiyyətli tədqiqatlardan biri    kimi 
diqqət mərkəzində olmuşdur. M.Qorkinin Azərbaycan  
ədəbiyyatına, bədii fikrinə təsirinin deyil, bütövlükdə  Qorkinin 
milli  ədəbiyyatımızla  əlaqələrinin öyrənildiyi  bu tədqiqat 
əsərinin 
təhlili xüsusi maraq doğurur. T.Rəhimli     
K.Talıbzadənin  ədəbi təsiri birtərəfli izah etməməklə 
ədəbiyyatımızın mənafeyini qoruduğunu isbat etməyə çalışır.  
Tədqiqatın «Ədəbi tənqidin tarixinin və  nəzəriyyəsiinin 
tədqiqi» adlı  fəsli məzmun mündəricəsi, elmi tutumu ilə daha 
dolğun təsir bağışlayır. Fəslin «Azərbaycan  ədəbi tənqidinin 
tarixi konsepsiyası; onun inkişaf istiqamətləri», «Yeni dövr 
Azərbaycan  ədəbiyyatı» yarımbaşlıqlarında K.Talıbzadənin 
tənqid və  tənqid tarixinə dair əsərləri milli tənqidşünaslığın 
inkişafı çevrəsində araşdırılır.  
T.Rəhimli burada sovet ideoloji düşüncə müstəvisində yer 
alan fikir və mülahizələrə çağdaş  təfəkkür işığında yanaşır, 
təhlil etdiyi məsələlərə fəal tənqidi münasibət bildirir. Burada 
K.Talıbzadəyə 
tənqidşünaslığımızın banisi səlahiyyəti 
qazandıran, tədqiqat məktəbi yaratmaq imkanı verən «Azər- 
baycan  ədəbi tənqidinin tarixi» monoqrafiyasının tədqi-
qatçının  sonrakı  kitablarında  toplanan  məqalələri  üçün  də 
zəmin rolu oynadığı vurğulanır.  
K.Talıbzadənin çağdaş ədəbi proses haqqında konk-ret
aydın təsəvvür yaradan məqalələri də bu fəsildə geniş 


 
6
araşdırmaya cəlb edilir. Tədqiqatçının yeni dövr Azər-  baycan 
ədəbiyyatı, onun görkəmli nümayəndələri S.Vurğun,  
M.Hüseyn,  M.Ibrahimov,  I.Əfəndiyev,  V.Cəbrayılzadə    və  
başqaları haqqında  məqalələrinə,  icmallarına,  mülahizələ-
rinə  yeni  gözlə  münasibət  bildirir.  Müəllif  alimin  bütöv-
lükdə    yeni    dövr    Azərbaycan  ədəbiyyatı,  onun  görkəmli  
nümayəndələri haqqında təhlil və  qənaətlərinin, dərin nəzəri  
ümumiləşdirmələrinin milli ədəbiyyatımızın  ən aktual prob-
lemlərinin həllinə kömək etdiyi, onun düzgün inkişaf isti-
qamətlərini  müəyyənləşdirdiyi  qənaətinə  gəlir.  
Gənc  ədəbiyyatşünas T.Rəhimlinin bu əsəri  əhatə etdiyi 
məsələlərin genişliyinə, elmi-metodoloji dəyərinə, dərin nəzəri 
ümumiləşdirmə  və düzgün nəticələrinə, bitkin məzmun 
mündəricəsinə görə mükəmməl tədqiqat əsəri təsiri bağışlayır.  
 
Himalay Qasımov, 
professor 


 
7
 
 
MÜƏLLIFDƏN 
Böyük insan, ali şəxsiyyət haqqında söz demək böyük 
məsuliyyət və böyük fəxarətdir.  Əlimə  qələm alıb onun 
barəsində düşündüklərimi ağ kağıza köçürdüyüm anda 
gözlərim önündə «Böyük» sözünün  böyüklüyünə yaraşdığı 
akademik Kamal Talıbzadənin  əzəmətli siması canlanır: 
Müəllimlər müəllimi, neçə-neçə ziyalı  nəslin ustadı,  əməkdar 
elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, «Şöhrət» 
ordenli,  ədəbiyyatşünaslıq elminin nüfuzlu nümayəndəsi, 
yaradıcı  gəncliyin himayədarı  və  nəhayət, BÖYÜK INSAN 
akademik Kamal Talıbzadə. 
Akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə böyük bir 
nəslin, təfəkkürünün ziyası ilə  həmişə millətin öndəri olmuş 
şəxsiyyətlərin layiqli yadigarı idi. Onun ulu babası Süleyman 
Talıbzadə dövrünün tanınmış ziyalılarından, din alimlərindən 
olub. Babası Axund Mustafa Talıbzadə (Süleyman 
Talıbzadənin oğlu – T.R.) Zaqafqaziya Şeyxülislamının 
müavini, Qafqaz vilayətinin baş qazisi vəzifələrində çalışmış, 
çox mükəmməl  şəriət dərsliyi yazmış, dini və maarifçilik 
fəaliyyəti ilə dövrünün qabaqcıl simalarından biri kimi 
tanınmışdır. K.Talıbzadənin əmisi Axund Yusif Ziya Talıbzadə 
dövrünün görkəmli ziyalılarından olmuş, Hacı Zeynalabdin 
Tagıyevlə, Nəriman Nərimanovla dostluq əlaqələri saxlamışdır. 
O, yüksək dini təhsil almış, eyni zamanda dünyəvi biliklərə də 
yiyələnmiş, türkçü, islamçı bir millətpərvər vətəndaş, publisist, 
tərcüməçi, maarifçi, şair, dramaturq, hərbçi və siyasi xadim 


 
8
kimi XX əsrin  əvvəllərində  məşhur bir şəxsiyyət olmuşdur. 
K.Talıbzadənin atası – adı  hər bir azərbaycanlıya doğma olan  
Abdulla Şaiq XX əsr Azərbaycan ədəbiyyatının mühüm ədəbi 
şəxsiyyətlərindən biri, böyük bir ziyalılar ordusunun müəllimi, 
milli romantizmin görkəmli nümayəndəsi, ana dilimizdə 
məktəbin banilərindən biri, maarifçi ziyalı,  şair, dramaturq, 
nasir, publisist və ictimai xadim idi. 
Akademik Kamal Talıbzadə belə şərəfli tarixə malik bir 
nəslin övladıdır. Bu nəslin nümayəndələri müxtəlif dövrlərdə, 
illərdə yaşayıb yaratsalar da eyni əqidənin, amal və  məsləkin 
yolçusu olublar. Təfəkkürlərinin ziyasını, könüllərinin 
məhəbbətini, mənəvi güc və qüdrətini səfərbər edib ömürlərini 
bütünlükdə xalqın, millətin tərəqqisi, azadlığı, maariflənməsi 
işinə  həsr ediblər və öz səadətlərini bunda görüblər. 
«Yüksəlmək, həqiqi bəxtiyarlığa çatmaq istəyirsənsə özünü 
deyil, başqalarını yaşatmağa çalış! Zira ki, həqiqi bəxtiyarlar 
cəmiyyət üçün yaşayanlardır…» Bu sətirləri ötən yüzilliyin 
əvvəllərində Abdulla Şaiq yazmışdı. Lakin Talıbzadələrin 
həyat və  fəaliyyət yönümünü özündə ehtiva edən bu kəlmələr 
sanki A.Şaiqin mənsub olduğu nəslin həm keçmişinə, həm də 
gələcəyinə ünvanlanıb. Akademik Kamal Talıbzadə babadan 
nəvəyə gəlib çatan və hər yeni nəslin bir qədər də artırdığı bu 
müqəddəs «varidat»ın – xalq üçün yaşamaq eşqinin, fikir, 
əqidə varisliyinin şərəfli daşıyıcısı idi. 
Görkəmli milli-romantik ədib Abdulla Şaiqin ailəsində 
dünyaya göz açan K.Talıbzadə sözün müqəddəs tutulduğu, 
sənət məbədgahı olan bir ocaqda böyüyüb. Həyat, sənət 
haqqında təsəvvürləri də,  ədəbi-tənqidi görüşləri də atasının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə