F.K öçər li a dına Respublika
Uşa q Kitabx anası
Qəlblərdə yaşayan şair - Səməd Vurğun
(Səməd Vurğunun anadan olmasının 110 illiyi
münasibəti ilə hazırlanmış metodik vəsait)
Bakı – 2016
1
Tərtibçi: Aynurə Əliyeva
Nuranə Əhədova
Redaktor və
buraxılışa məsul: Zahirə Dadaşova
Qəlblərdə yaşayan şair-Səməd Vurğun. Səməd Vurğunun 110-illik
yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait
Tərtibçidən
2
Nadir istedadlar yetişir, ancaq,
Səndən nə gəlməyib, nə gəlməyəcək.
(O.Sarıvəlli)
Elə sənətkarlar olur ki, bir zaman büllur
ayna kimi parlamış əsərləri zaman
keçdikcə əvvəlki parlaqlığını itirir, zaman onların üstünü örtür. Lakin
bəzi şairlər də vardır ki, illər qərinələr, əsrlər keçsə belə həmişəyaşar
olaraq qəlbimizə həkk olunur... Dahilər haqqında ürək sözü söyləmək
həm çətin, həm də məsuliyyətlidir. Xüsusən biləndə ki, deyəcəyin söz
bir böyük insan, istedadlı bir şair
haqqındadır, həyəcanın daha da artır.
Belə sənət, söz-saz ustadlarından biri də, nəğməkar şair, xalq şairi
Səməd Vurğundur. S.Vurğunu kim eşitməyib?.. Onun qəlbləri məftun
edən poeziyası və dramaturgiyası ilə tanış olan hansı kəs
həyəcanlanmayıb?.. Həmişəyaşar şair S.Vurğun xalqın oxuyan qəlbi
idi. O, Azərbaycanı, onun keçmişini, bu gününü, sabahını tərənnüm
edirdi. S.Vurğun Odlar yurdunun taleyinin nəğməkarı idi. O, yeni
dünyanın müğənnisi idi. Onu da qeyd edək ki, xalq şairi adını daşımaq
ilk dəfə S.Vurğuna nəsib olub. Bu gün onun həmişəbahar
yaradıcılığını yad etməmək, xatırlamamaq, söz söyləməmək mümkün
deyildir.
Mən ellər oğluyam, ellər canımdır!
Xalqımız Səməd Vurğunun anadan olmasının 110 illiyinə
hazırlaşdığı bir vaxtda bu gözəl söz ustası, onun sənətkarlığı və insani
3
xüsusiyyətləri haqqında söz açmaq hamımız üçün xoşdur. S.Vurğun
irsi çox zəngin və rəngarəngdir. O, görkəmli şair, istedadlı dramaturq,
alovlu publisist, tənqidçi və nəzəriyyəçi, tərcüməçi, sülh uğrunda
mübariz, mətin, dövlət xadimi kimi tanınmış, fəaliyyət göstərmiş,
yaşayıb-yaratmış, məhşurlaşmışdır. S.Vurğun tükənməz bir mədəndir.
Onun dərin qatlarına baş vurduqca yeni xəzinələr aşkar edirsən.
S.Vurğun şüurlu həyatını müasir cəmiyyətə həsr etmişdir. Şair gözəl
amal və idealla üç yüzdən yuxarı içtimai-siyasi məzmunlu şeir, iyirmi
altı gözəl poema, beş mənzum dram, iki yüzə yaxın məqalə, oçerk
yazmış, bir çox məruzə və çıxışlar etmişdir. Səməd Vurğun təkcə bədii
yaradıcılıqda deyil, ümumiyyətlə hər sahədə təpədən-dırnağa qədər
şair idi. Onun poetik ilhamı Azərbaycan torpağının, təbiətinin özü
kimi zəngin, bərəkətli və səxavətli idi. Şairin ilhamı coşğun dağ
çayına bənzəyirdi və hansı sahədən bəhs etsə idi, orada incilər,
mirvarilər kəşf etmək iqtidarına malik idi. Şair Azərbaycan
poeziyasını zirvələrdə qaldırmağa nail oldu. Onun yaradıcılıgında ən
aparıcı cəhət vətən və xalq motivləridir. S.Vurğun əlinə qələm
alandan özünü xalqın mübariz əsgəri sayırdı. O, zəhmət adamlarının
əməyini, hünərini nəinki “Muğan” kimi gözəl poemasında, bir çox
şeirlərində, həmçinin “Fatma xala” (1930), “Buxtada” (1931), “Bir
səhər” (1942), “Muğanın yeni dövranı” (1952), “Mingəçevir işıqları”
(1954) və s. kimi oçerklərində vəsf etmiş, onların dolğun surətini
yaratmışdır.
S.Vurğun 1937-ci ildə də dərc etdiyi bir məqaləsində
“Azərbaycan” adlı böyük bir epopeya üzərində işlədiyini xəbər
verirdi. Burada Azərbaycan torpağının iki min illik tarixinin əsas
mərhələləri, misilsiz nailiyyətlər, yurd gözəllikləri öz bədii əksini
tapmalı idi. Bu epopeya bir-birinə bağlı 30 poemadan ibarət olmalı idi.
Məşhur Azərbaycan şeiri epopeyanın proloqu kimi nəzərdə
4
tutulmuşdu. Sair özü yazırdı: “Bu şeir isə mənim həyatıma, bütün
həyat proqramıma uyğundur.”
Ulduzlar sönmür
Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov) 1906-cı ildə
Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur. İbtidai təhsilini
kənddə alan Səməd 1918-ci ilə kimi Salahlıda yaşamış, sonra isə
Qazaxa gəlmişdir. Bu zaman Qori şəhərindən müəllimlər
seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçmüşdü. Səməd Vurğun
təhsilini burada davam etdirir. Kürdə üzməyi, at minməyi, anadil
quşunun səsini tarda, sazda, skripkada çalmağı, nağıl dinləməyi,
bədahətən şeir deməyi, riyaziyyatı çox sevirmiş. Qazaxa gələrkən
Firidun bəy Köçərlinin onun təhsilini davam etdirməsində böyük rolu
olmuşdur. S.Vurğun 1924-cü ildə Qazax Pedaqoji Texnikumunu bitirir.
Əvvəlcə rayonun Köçəsgər kəndində, sonra Gəncə, Quba rayonlarının
ibtidai və orta məktəblərində müəllimlik edir. Elə həmin illərdən
mətbuatda arabir şairin səsi eşidilməyə başlayır. “Qızıl qələm“
ədəbiyyat cəmiyyətinin Gəncə şöbəsində çalışır. Müəllimlik,
kollektivə qaynayıb-qarışmaq, mədəniyyət və sənaye ocaqlarında,
fəhlə yığıncağında şeir oxumaq, ədəbi mübahisə və müzakirələrdə
iştirak etmək S.Vurğunu tədricən içtimai həyatın axınına çəkir, onun
həyat biliyini, məlumatını zənginləşdirir. İllər keçdikcə yaradıcılıq
imkanları daha da çoxalır, aşıb-daşır. S.Vurğun bir-birinin ardınca
gözəl şeirlər yazmaqla bərabər, dram əsərləri yaradır. Müxtəlif
xalqların ədəbiyyatlarından bir çox tərcümələr edir, dövlət xadimi
kimi mühüm işlərdə fəal çalışır. S.Vurğun 1935-1940-cı illər arasında
dahi rus şairi Puşkinin “Yevgeni Onegin” mənzum romanını,
Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının bir
hissəsini, N.Gəncəvinin “Leyli və Məcnun” dastanını, M.Qorkinin
5
Dostları ilə paylaş: |