Temperaturun öLÇÜLMƏSİ plan temperatur şkalaları və temperatur kəmiyyət vahidləri. Mexaniki kontakt termometrləri



Yüklə 5,22 Mb.
səhifə7/23
tarix05.08.2023
ölçüsü5,22 Mb.
#120374
1   2   3   4   5   6   7   8   9   10   ...   23
nöc 1

Düzəlişlərin daxil edilməsi.
Sənayedə termostatikləşdirmə məqbul üsul hesab edilmir. Bu halda sərbəst ucların temperaturlarına düzəlişlərin daxil edilməsi mütləqdir. Dərəcələnmiş temperaturla to(0oC) otaqdakı (binadakı) cari temperatur to1 arasındakı fərqi kompensasiya edilməlidir. Burada iki üsul mövcuddur əl və avtomatlaşdırılmış.
Əl üsulunda to1 temperaturunu ölçməküçün köməkçi termometrin (məsələn, civəli) və uyğun TEÇ dərəcələnmə cədvəli tələb edilir.
Düzəlişin daxil edilməsi alqoritmi aşağıdakı kimidir:
1) ölçü cihazının köməyi ilə termocütün E(t, t1o) sərbəst uclarının to1 temperaturunda TEHQ-nə təyin edilir;
2) köməkçi termometrin köməyi ilə t1o cari qiyməti təyin edilir;
3) dərəcələnmə cəvdəlinə uyğun olaraq E (to1, to) termocütünün TEHQ-nin (to1 - to) aralığında uyğun düzəlişin qiyməti təyin edilir;
4) TEHQ-nin təsis edilmiş qiyməti aşağıdakı düsturla təyin edilir:
  (3)
burada “+” işarəsi   olduqda;
“–” işarəsi   olduqda götürülür.
Hal-hazırda avtomatik düzəlişlərin daxil edilməsi üsulu geniş tətbiq edilir. Bu üsulda TEÇ-nin sərbəst uclarındakı temperatura xüsusi kompensasiyaedici qurğunun köməyi ilə avtomatiki olaraq təmin edilir.
Kompensasiyaedici körpü (şəkil 4) tarazlaşdırılmamış R1, R2, R3 sabit manqanlaşdırılmış rezistorlu və Rm mis rezistorlu körpü təsəvvüründədir. ab diaqonalı qida mənbəyinə qoşulur.

Şəkil 4. Termocütün sərbəst uclarındakı temperatura düzəlişlərin daxil edilməsinin avtomatik sxemi.
Ölçü diaqonalı cd uzadılan F naqili və birləşdirici C naqilin ayrılışına daxil edilir.   körpü tarazlıqda, yəni   olur. Temperaturun yüksəlməsində Rm rezistorunun sərbəst uclarındakı F və D naqillərinin uclarındakı temperaturda yüksəlir, nəticədə diaqonalda UCD gərginliyi yaranır. Bu gərginlik çatmayan TEHQ-ni kompensasiya edir və düzəliş qiyməti:
  olur.
Yəni ölçü cihazının TEHQ-si:

► Yüksələn TEHQ-nin qiyməti termoelektrodların materialı və termometrin işçi və sərbəst uclarının temperaturundan asılıdır. Termoelektrodlar keyfiyyətində əsasən o metallar və ərintilər tətbiq edilir ki, nisbətən daha böyük TEHQ əldə olunur. Daha yüksək TEHQ qiymətinə malik termometrlərin tətbiqi temperatur ölçmələrinin etibarlılığını artırır. Termometrlərdəki yaranan TEHQ nisbətən kiçik olur –hər 100oC üçün ≤8mV və yüksək temperaturların ölçülməsində 70mV-u aşmır.


Termoelektrik termometrlərin hazırlanması üçün termoelektrod materiallarına bir sıra tələblər qoyulur:
• istilik dayanıqlı və mexaniki davamlı;
kimyəvi ətalətlilik;
• termoelektrik xarakteristikasının stabilliyi və (formalaşması) təsəvvür olunmaqlığı;
• TEHQ-nin temperaturdan asılılığı xətli asılılığa yaxın olmaqla bir qiymətliliyi;
• yüksək həssaslıq.
Hal-hazırda mövcud materiallardan heç biri bütün tələbləri ödəmir, odur ki, müxtəlif ölçmə hüdudları üçün fərqli materiallardan hazırlanan termoelektrodlardan istifadə edilir.
Termoelektrod materialları keyfiyyətində termometrlərin hazırlanması üçün başlıca olaraq saf metallar və onların ərintiləri tətbiq edilir: Ən geniş yayılmış materiallar: Pt – platin; platin – rodium (Pt+Rh); xromel, alyumel və kopel hesab edilir. Laboratoriya qurğularında ölçmələr üçün həmçinin Cu –mis, Fe –dəmir, konstantan və s. tətbiq edilə bilir.
1 yanvar 1999-cu ildə RF-da dövlət standartı keyfiyyətində Dövlətlərarası standart ГОСТ 6616-94 “Termoelektrik çeviriciləri. Ümumi texniki şərtlər” qüvvəyə minmişdir. Standartla 12 tip termoelektrik çeviricilərinə olan tələblər normalaşdırılmışdır:

Cədvəl 2. TEÇ əsas tiplərinin kimyəvi tərkibi və ölçülən temperatur hüdudları (MEK –Beyn. Elek. Kom)




Yüklə 5,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə