Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə159/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   155   156   157   158   159   160   161   162   ...   171

318 
 
donan  yazıq  fahişələrə  bənzədirdi.  Bəlkə  də  bu  bir  sərt  qiymətdir,  lakin  şöhrətin 
özündən  çox,  onun  qazanılma  yollarına  işıq  saldığından  məqbul  sayılmalıdır. 
Bununla  əlaqədar  məşhuhr  yapon  yazıçısı  Akutaqavanın  qələmə  aldığı  bir  hadisə 
yada  düşür.  İki  il  ayrıldıqdan  sonra  Lev  Nikolayeviç  Tolstoyun  dəvətilə  İvan 
Sergeyeviç  Turgenev  Parisdən  Yasnaya  Polnaya  qonaq  gəlir  və  onlar  yaxlndakı 
meşəyə  ov  etməyə  gedirlər.Onları  iti  ilə  yanaşı  ev  sahibinin  özünün  və  kəndli 
uşaqları  müşaiyət  edir.  Tolstoy  bir  meşə  cüllütü  vurur  və  it  ovu  tapıb  gətirir. 
Bundan  bir  qədər  sonra  digər  bir  quş  qıy  çəkərək  otluqdan  qalxıb,  bir-birinə 
sarınan  budaqların  arası  ilə  uçib,  axşam  qaranlığında  gizlənməyə  cəhd  edir. 
Turgenyev  tüfəngini  qaldırıb,  tətiyi  çəkir  və  quşu  vurduğunu  deyir.  Lakin  o,  özü 
də,  uşaqlar  da,  it  də  nə  qədər  axtarsalar  da,  ovu  tapa  bilmirlər.  Tolstoy 
şüphələnməyə başlayır ki, yəqin sən onu ödürməmisən, bəlkə də qanadına dəyibsə 
də düşüb qaçıb. Turgeney isə öz sözünün üstündə durur ki, vurmuşdum, daş kimi 
yerə  düşdü.  Həmin  axşam  yataq  otağında  Turgeney  keçmişi  yadına  saldı,  həmişə 
tərs bir adam kimi Tolstoyun daim hər kəsin qeyri-səmimi olduğunu güman etməsi 
hallarını  xatırladı.  Bu  adam  başqalarının  etdiyi  hər  şeyi  ,  məzh  meşə  cüllütünü 
öldürdüyü halda olan kimi, ağ yalan tək qəbul edir. 
 Səhəri  gün  tezdən  Tostoyun  sifətindən  yenə  də  narazılıq  yağırdı.  Bu  vaxt 
uşaqlar  içəri  girib  atalarına  quşu  tapdıqlarını  xəbər  verdilər  və  dedilər  ki,  quş 
düşəndə  ağcaqayının  budağına  ilişib,  ondan  asılı  qalmışdı.Tolstoy  qonağa 
yaxınlaşıb dedi ki, indi mən sakitləşə bilərəm. Mən yalan deyən adam deyiləm, quş 
düşsəydi itim hökmən onu tapardı.Turgenev bir qədər utancaq qaydada onun əlini 
sıxdı  və  dedi  ki,  o  da  yalan  danışan  adam  deyil,  baxın  məgər  mən  bu  quşu 
öldürməmişəmmi? 
 Mən  bu  söhbəti  Əli  İldırımoğlunun  şöhrət  miqyası  barədə  gətirdim.  O 
istedadlı  insan  kimi  bu  şöhrət  quşunu  vura  bilib.  Lakin  bədbəxtlikdən,  mənəvi 
cəhətdən qozbel olanlar daim yerə baxırlar, mən fiziki şikəstliyi nəzərdə tutmuram, 
bu  kimin  isə  günahı  olmayıb,  hansısa  bədbəxt  hadisənin  nəticəsidir,  onlar  şöhrət 
çələngini  aşağı  səthdə,  hansısa  təltiflərdə,  titullarda  axtarırlar,  oxucunun,  xalqın 
gözündə böyüyənlərə, yüksələnlərə məhəl qoymurlar, bir sözlə yuxarı boylanmağı 
bacarmırlar. Şöhrət adlanan meşə cüllütü vurulubsa, ancaq budaqlara ilişib qalıbsa, 
bunun artıq ovçuluq məharətuinə heç bir dəxli yoxdur. Əli İldırımoğlu titullar yükü 
altında  əzilməsə  də,  öz  oxucularına,  öz  pərəstişkarlarına  malikdir  və 
rəsmiləşməmiş bu şöhrət çələngi onun istəklərinə bütünlüklə cavab verir. Çünki o 
yaxşı  bilir  ki,  uğur,  moda,  məşhurlaşma  şöhrətə  gedən  yolun  yalnız  müxtəlif 
pillələridir, heç də şöhrətin özü deyildir. 
 Bir vaxtlar fransız pulu “livr” adlandırdı və bu həm də kitab demək idi. Əli 
İldırımoğlu çoxlu kitablar müəllifi olsa da, bundan elə bir pul qazanmayıb. Onun 
ən  böyük  qazancı  ömrünün  ən  kamil  dövründə  ədəbiyyat  qəsrinin  nəinki  qapsını 
döyməsi,  hətta  onda  məskunlaşmaq  hüququna  yiyələnməsidir.  Bu  qəsrin 
sakinlərinin  kim  olmasını  isə  hansısa  rəsmi  sənəd  deyil,  oxucu  qərarı,  oxucu 
mühakiməsi  müəyyən  edir.  Şatobrian  özünə  görə  cavan  olan  Viktor  Hüqonu 
“ilhamlı uşaq” adlandırmışdı. Əli İldırımoğlunu yaşına baxmayaraq, ilhamlı qoca 
adlandırmağa  da  adamın  dili  gəlmir,  çünki  onun  ilham  pərisi  olduqca  cavandır, 


319 
 
çünki  o  ,  gənclik  ruhu  ilə  yaşayıb  ,  yaradır.  Zəhmətkeşliyinə,  fədakarlığına, 
məhsuldarlığına  görə  isə  bədii  cəbhənin  ən  gənc  əsgərləri  belə  ona  həsəd  apara 
bilərlər.Biz  onun  yaradıcılıq  ehtirasının  oyanmış  vulkan  kimi  daim  belə 
püskürməsini  arzu  edirik.  Özü  də  burada  söhbət  Abşeronda  addımbaşı 
rastlaşdığımız,  yerin  səthini  korlayıb,  ona  cəhənnəm  mənzərəsi  bəxş  edən  palçıq 
vulkanlıarından deyil, uca dağ vulkanlarından gedir, çünki onların püskürməsi ən 
azı hadisə hesab olunur. 
 
 “525-ci qəzet”.01.11.2007 
 
Yurd nisgili və ya qocaman ədibin keçirdiyi hisslər 
 Ə. İ.-yə 
 
 Yaşının  zirvə  ətəyində  yaradıcılığı  ilə  çoxlarını  heyran  qoyan,  çox  sayda 
roman  və  povestlərin  müəllifi  olan  qələm  dostum  axırıncı  yazısını  mənə 
göstərdikdə,  bu  bəhrənin  janrı  və  süjeti  müəyyən  qədər  təəccübümə  səbəb  oldu. 
Yazı ani bir təəssüratdan yaranan, bunu imperssionist rəssamların və bəstəkarların 
üslubu  ilə  müqayisə  etmək  olardı,  coşqun  hisslərin  ifadəsinə  xidmət  edən  kiçik 
hekayə  əslində  novella  adlandırıla  bilərdi.  Başlığı  da  nəsrimizdə  rast  gəlinməyən, 
təbiətimizin  çox  sayda  nümunələri  kimi  varlığı  az  qala  yaddan  çıxan  bir  quşun 
adından götürülmüşdü-“Şanapipik”. Niyə belə ad seçməsi ilə maraqlananda , yazıçı 
bildirdi  ki, bu  günlərdə  gözləmədiyi  halda  bagına  bir  şanapipik  uçub  gəlmişdi  və 
bu  hadisə  mənə  vaxtilə  kəndlərimizin  üstündən  uçub  keçən  və  gözəl  səslərı  ilə 
onlardan  aşağıda  dayanan  varlıqlara  salam  göndərən  durna  qatarını  seyr  etməyi 
andıran  bir  riqqət  təsiri  bağışladı.  Şanapipiyinin  kəkili  Roma  sərkərdələrinin 
dəbilqəsinin  tac  hissəsini  yada  salırdı,  qanadlarının,  lələklərinin  rəngi  isə  yoxa 
çıxan  qövsi-qüzehə  bənzəyirdi.  Bu  quşa  baxış  və  təəccüb  onu  real  həyatdan 
ayırmış,  nisgilliyini  daim  sinəsində  gəzdirdiyi  bir  aləmə,  dəbdə  olan  ifadədən 
istifadə edilsə , virtual bir mövcuddluğa çəkib aparmışdı. Təəccüb , qəribəlik hissi 
adamda qeyri-adi düşüncələr meydana gətirir, onu xatirələr dəniznidə üzən qayığa 
oturdub, yaddan çıxan adalara səyahət etməyə vadar edir. Uşaqlığından o, bu quşa 
vurulubmuş,  onu  bir  sehr  və  sirr  mənbəyi  hesab  edirmiş,  onunla  hər  dəfə 
rastlaşanda  sevincini  gizlədə  bilmirmiş,  elə  güman  edirmiş  ki,  ona  nəsə  məchul, 
başqalarından  gizli  saxlanan  xəbər  gətirmişdir.  Bəlkə  də,  quş  onun  həyatından 
vaxtsız, oğlunu bircə dəfə fə olsun məktəbə yola salmağa macal tapmadan köçmüş 
anasının hüznlü olsa da, bu balaca uşaq üçün müqəddəs bir vəhy xarakteri daşıyan, 
son  nəfəsini  verərkən  deyə  bilmədiyi,  ifadə  etməyə  gücü  çatmadığı  bir  sözünü, 
vəsiyyətini gətirmişdi. Bəlkə də quş ona çatdırmaq istəyir ki, anadan yetim qalmış 
oğul böyüdən atan öz dünyasının bütün cəhətlərini sənə həsr etmişdir, inanmaq və 
özünün  inandırmaq  istəyir  ki,  onun  əziyyəti,  ən  başlıcası,  nəhayətsiz  valideyn 
məhəbbəti  hədər  getməyəcəkdir,  onun  uşaq  könlünə  səpdiyi  xeyirxahlıq  toxumu 
yaşıl  zəmiyə  çevriləcək  ,gələcəkdə  elinə,  obasına,  mənsub  olduğu  xalqa  bir  əvəz 
payı  kimi  qayıdacaqdır.  O,  çox  arzu  edirdi  ki,  oğlu  atasının  təmiz,  halal  adını, 
şərəfini  nəinki  qoruyub  saxlasın,  həm  də  bu balaca  kəndin  hüdudlarından  kənara 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə