TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə14/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   10   11   12   13   14   15   16   17   ...   171

31

möv cud araşdırmalar  (E. Quliyev, Z. Məmmədli) əsasında aşağı­

dakı mərhələlərə bölmək olar:

• Yaranış və texnoloji cəhətdən primitiv, televiziya sənətinin me­

yarlarının formalaşması (1956 – 1970­ci illər);

• Texniki yeniliklərin tətbiqi, sinxron kamera, meyarların təsdiqi, 

mədəni prosesdə iştirakın fəallaşması (1970 – 1981­ci illər);

• Yüngül və asandaşınan kameraların gəlişi, yeni məzmun, ide­

yaların formalaşması, milliləşmə prosesi (1981 – 1990­cı illər);

• Müstəqillik, bazar iqtisadiyyatı ilə yeni televiziyaların yaran­

ması, ən müasir, daha çevik, effektli, texniki cəhətdən kamilləşmiş 

avadanlıqların gəlişi, televiziya yaradıcılığının və işinin dünya te­

leviziyaları ilə inteqrasiyası və müasirləşmə prosesi (1991­ci ildən 

sonrakı dövr).

İstər  1988–1989­cu  illərdə,  istərsə  də  1990­cı  ilin  20  yanvar 

hadisə lərinə qədərki dövrdə televiziya demokratikləşməni yaxına 

buraxmayaraq, inzibati amirlik sisteminin qaydalarından kənara 

çıxmayaraq, efir vasitəsilə gerçəyi – Bakı küçələrində baş verənləri 

deyil, uydurulmuş sosializm mifini təbliğ etməklə məşğul olurdu. 

1990­cı ilin 19 yanvar axşamı, saat 19.30­da Dövlət Televiziyasının 

enerji blokunun partladılması ilə cəmiyyət bütövlükdə informasi­

yadan təcrid vəziyyətində qaldı və həmin gecə Sovet ordusunun 

dinc Bakı sakinlərinə qarşı törətdiyi cinayətin başlanğıcı oldu.

Azərbaycan Televiziyası işini bərpa etdikdən sonra da informa­

siya vermək funksiyasını birdəfəlik unudaraq təbliğatçı vəzifəsini 

icra  edirdi  ki,  bu  da  seyrçidə  inamsızlıq  sindromu  yaranmasına 

səbəb olurdu. Cəmiyyətdə birmənalı şəkildə televiziyanın həqiqəti 

gizlətməsi və reallığın tamam fərqli olması rəyi yaranmışdır  ki, 

bu  da  televiziyanın  ictimai  vəzifələrinin  öhdəsindən  gəlməməsi 

demək idi.

1991­ci ildə qazanılmış müstəqillik ölkənin teleyayım işinə də öz 

təsirini göstərdi. Artıq sərbəst düşüncə, fərqli yanaşım dik təsiz, daha 

azad yayıma zəmin ola bilirdi. Lakin Ermənistanın Azərbaycana 

açıq  təcavüzü,  ölkə  ərazisinin  20%­nin  işğalı,  bir  milyondan  çox 

qaçqın, dağılmış iqtisadiyyat, yeni bazar münasibətlərinə keçidin 

başlanması,  qeyri­stabil  siyasi  durum  özəl  televiziya  anlayışının 

ölkəmizə  gəlişini  ləngidirdi.  Bu  sahə  ilə  maraqlanan,  bu  barədə 

məlumata  malik,  sərmayə  yatırmaq  həvəsində  və  iqtidarında 

olan şəxsləri belə tapmaq mümkün deyildi. Ölkədə hökm sürən 

gərginlik, təcavüz faktoru, sözsüz ki, mədəni və iqtisadi prosesin 

tərkib hissəsi olan televiziya yaranışını ləngidən, onu gündəmdən 

uzaq,  ən  başlıcası  isə  özünün  kommersiya  mahiyyətini  yerinə 




32

yetirmək gücündən məhrum edən səbəblərdəndir. İnsanlar arasın­

da yaranmış vəziyyət nəticəsində formalaşan əhval, depressiv du­

rum da həmçinin yeni televiziyanın meydana gəlməsi üçün zəruri 

olan sosial sifarişin aşağı səviyyədə olduğunu göstərirdi.

1991­ci ilin 25 noyabrında ilk müstəqil televiziyaçılığa yönəlmiş 

addım  hazırda  ölkənin  aparıcı  kanallarından  biri  olan  ANS  tə­

rəfindən  atıldı.  Onların  Dövlət  Televiziyasının  (AzTV)  texni­

ki  bazasında  və  onun  ayırdığı  yayım  vaxtında  ilk  verilişləri  ilə 

seyrçilərlə  görüşə  gəlmələri  ölkədə  çox  ciddi  maraq  yaratdı.  Bu 

marağın yaranmasına səbəb ilk növbədə burada Dövlət Televizi­

yasında  olan  senzura,  xəbərlərin  heç  də  hamısının  verilməməsi, 

basmaqəlib təqdimat əvəzinə hər şeyi açıq söyləmə, gerçəyi çatdır­

ma, operativ informasiya, azad düşüncə, fərqli yanaşım, təqdimat 

anlayışı ilə tanışlıqda idi. Seyrçi alışdığı mövcud rəsmi publisis­

tikanın əvəzinə yenisini, onun dilində danışan, daha aydın, daha 

səmimi ünsiyyətə girən, ütülənmiş, qəliblənmiş cümlələrlə deyil, 

hər kəsin alışdığı, bir qədər də yeni olan tərzlə tanış ola bildi. Bu, 

şüurlarda, stereotiplərdə çevriliş, dəyişiklik idi. 

Azərbaycanın yeni dövr çap mətbuatına tam sərbəstlik hələ Mil­

li azadlıq hərəkatının birinci ilində – 1988­ci ildə işıq üzü görən 

“Azərbaycan” və 1989­cu ildə nəşrə başlayan “Azadlıq” qəzetləri 

ilə gəlmişdi. 1990­cı ilin 20 yanvarında Sovet ordusunun təcavüzü, 

törətdiyi  qırğın,  həbslər  azad  mətbuatın  fəaliyyətini  dayandır­

dı  və  yalnız  həmin  ilin  sonlarında  komendantlığın  nəzarəti  ilə 

fəaliyyətini  bərpa  edə  bildi.  Bütün  bunlar  deməyə  əsas  verir  ki, 

Azərbaycan oxucusu azad mətbuat anlayışı ilə artıq tanış idi, lakin 

azad televiziya hələ tamam yeni olan və yalnız xarici kanallarda 

gördükləri kəşf idi. İlk dəfə efirə iki diktor əvəzinə bir aparıcının 

çıxması,  öncədən  yazılaraq  redaktə  və  senzura  olunmuş  mətn 

əvəzinə, canlı və bədahətən söylənən nitq, verilən xəbərlərin re­

allığa yaxınlığı, qərəzsizliyi və ən başlıcası tərəfsizliyi tamaşaçıda 

yeni bir hiss yaratmış oldu. İlk veriliş – adının ikimənalılığı ilə ma­

raq yaradan və xəbər işinin mahiyyətini əks etdirən, aparıcı, jurna­

list Mirşahin Ağayevin gözlənilməz, sərbəst davranışı ölkə televi­

ziyasının sonrakı illər publisistikasını biçimləndirən, onu yeni yola 

yönəldən hadisənin başlanğıcı idi. 

Ümumiyyətlə, tam mənzərəni yaratmaq üçün Azərbaycan tele­

viziya məkanının 1991 – 1994­cü illərini aşağıdakı kimi xarakterizə 

etmək olar:

•  Yeni  studiyanın  yaranışının  tamam  fərqli  istiqamətə  yönəl­

mənin başlanğıcı olması;




33

• Dövlət Televiziyasının rəhbərliyinin tez­tez dəyişməsi hesabı­

na qarışıq situasiyanın yaranması;

•  Dövlət  televiziyasında  islahatlara  meyil,  tamam  fərqli  biçim 

və mövzulu “7 gün”, “Videosalon”, “Dəyirman”, “215 kl təqdim 

edir”, “Həftə” verilişlərinin efirə gəlməsi;

• Ölkədə müharibə və qeyri­stabil siyasi­ictimai mühitin yayı­

mın kursuna, siyasi azadlığına təsiri; 

•  1992­ci ildə ilk müstəqil teleşirkət ANS­in hökumət tərəfindən 

yayımdan çıxarılması;

• Rusiya (RTR, ORT) ilə birlikdə Türkiyə (TRT, Star TV) kanalla­

rının ölkədə yayıma başlaması;

• Yeni nəsil telepublisistikanın yaranışı – Qulu Məhərrəmli, Sa­

mir Əsgərxanov,  Alı Mustafayev, Nadir Bədəlov, Yusif Günaydın, 

Sahib Alıyev, Nərgiz Cəlilova, Mirşahin Ağayev, Çingiz Mustafa­

yev, Sevil Nuriyeva, Orxan Fikrətoğlu və b;

• 1993­cü ildə Heydər Əliyevin gəlişi ilə dövlət quruculuğunun 

başlanması və AzTV­də sabitliyin hökm sürməsi;

• Xaricdə istehsal olunan film və serialların ölkədə sərbəst yayıl­

masının genişlənməsi;

•  Yeni  televiziyaların  açılışı  üçün  iqtisadi  sabitlik  və  inkişaf 

xəttinin başlanması ilə zəminin biçimlənməsi.

Beləliklə,  xaos  və  hərc­mərclik,  iqtisadi  dağılma  arxada  qaldı, 

1994­cü ildən Azərbaycan inkişaf xəttini tutdu. Həmin ilin mayında 

Ermənistanla atəşkəs razılığı, 20 sentyabrda “Əsrin müqaviləsi”­

nin imzalanması sosial, iqtisadi, mədəni həyatda təsirsiz ötüşmə­

di. Artıq 1994­cü ilin mayında ANS və BMTİ televiziya kanalları 

yayıma başladı. Birbaşa informasiya kanalı kimi nəzərdə tutulan 

ANS yayımında texniki problemlərlə üzləşdi: yalnız Bakı şəhərini 

əhatə edə bilən yayım yeni sistemlə və fərqli dalğadan aparıldığın­

dan, tamaşaçıların 75%­ində bu tələblərə cavab verə biləcək televi­

zorların olmaması üzündən baxımlılıq dərəcəsi aşağı idi. BMTİ isə 

daha əlçatan, asan qəbul olunan idi. Lakin yaranışından yalnız vi­

deosalonu xatırladan bu kanalda ilk dəfə dünya kinosunun inciləri 

və  yeni  işlər  kinoşünasların,  tanınmış  adamlarının  təqdimatı  ilə 

çatdırılırdı.  Bu  kanalda  xəbər,  analitik  verilişlərin  ümumiyyətlə 

nəzərdə tutulmaması onu bir çox ölkələrdə artıq çoxdan mövcud 

olan “Mədəniyyət” kanalının prototipi əsasında qurulmuş bir ka­

nala  bənzədirdi.  Qısa  müddətdən  sonra  telekanalın  fəaliyyətini 

dayandırması  və  onun  yayımlandığı  dalğa  ilə  AzTV2  kanalının 

efirə çıxması teleməkana heç bir yenilik gətirmədi, çünki yeni tele­

kanal AzTV­nin təkrarından ibarət idi. 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə