TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə15/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   11   12   13   14   15   16   17   18   ...   171

34

  1996­cı  ildə  “Sara”  TV,  1997­  ci  ildə  “Space”,  1998­ci  ildə 

ABA və 2000­ci ildə “Lider”, ATV­nin yaranışı teleməkanın əsas 

mənzərəsini təşkil etməyə başladı. “Sara” TV (1996­1998) və ABA 

(1998­2001)  telekanalları  birbaşa  əyləncəyə  hesablansa  da,  birin­

cisi fəaliyyətinin son dönəmində informasiya, publisistikaya me­

yilli  kimi  çıxış  edirdi.  “Sara”  TV­nin  təsisçisinin  xarici  vətəndaş 

olması (bu sahədə qanunvericilik kanalın yayıma başlamasından 

bir  müddət  sonra  qəbul  olundu),  ABA­nın  iqtisadi  problemləri 

üzündən öz fəaliyyətlərini dayandırması (qeyd edək ki, ikinci öz 

tezliyinə malik deyildi və RTR kanalının 17.00­dan 23.00­a qədər 

vaxtından  istifadə  edərək  yayımlanırdı)  teleməkana  o  qədər  də 

güclü təsir göstərə bilmədi.

 1994 – 2000­ci illər teleməkanının xarakterizə edilməsi ilə aşağı­

dakı nəticələr əldə olundu:

• Yeni yaranan televiziya kanallarının bir çoxunun fəaliyyət is­

tiqamətlərini,  auditoriya  seqmentini,  əhatəliliyini  qiymətləndirə 

bilməyərək xaotik yayıma rəvac verməsi;

• Texniki bazanın zəifliyi, bir çox yayımçıların primitiv daşıyıcı­

lardan istifadə edərək yayım həyata keçirməsinin efirdə qüsurların 

görünmüsinə səbəb olması;

• Peşəkar kadrların qıtlığı, jurnalist, müəllif, rejissor, prodüser 

personalının sayca minimum təşkil etməsinin telekanalların yara­

dıcı simasını aşağı salması;

• Teleyaradıcılığın üç istiqamətdə davam etdirilməsi: 1.Ənənəçi lik­

əsaslanmamış mühafizəkarlıqdan doğan bəsitlik; 2. Ru siya televi­

ziyalarının inkişaf istiqaməti əsasında yerli modelin qu rulması; 

3. Türkiyə televiziyalarının yaradıcı təcrübəsinin tətbiqinin duyul­

ması;

• Telekommersiya, reklam, reytinq anlayışlarının yaranışı, get­



dikcə yayıma artan təsiri nəticəsində yeniliyin gəlməsi;

• İlk istehsalçı şirkətlərin yaranması (“215 kl”, “Virtuoze”, “Ko­

rifey”, SOY);

• Siyasi sabitlik, iqtisadi yüksəlişin, demokratikləşmənin, inteq­

rasiyaya yönəlmiş siyasətin yayıma təsiri nəticəsində teleşirkətlərin 

maddi­texniki cəhətdən imkanlarının genişlənməsi;

•  AzTV­nin  süst,  basmaqəlib  efiri  nəticəsində  ölkə  ərazisini 

əhatə edən yayımı hesabına bölgələrdə müəyyən nüfuza malik ol­

ması, Bakı və onun ətrafında isə rəqabətə dözməyərək baxımsız 

kanala çevrilməsi;

• Özəl teleyayımın keyfiyyət artımı, yeni yaradıcılıq axtarışları­

nın başlanğıcı, ölkəni əhatə etmək cəhdinin artması;




35

•  Televiziyaçılıqda  yeni  biçim,  standartlar  gətirən  inkişafı  sü­

rətləndirən  bir  sıra  yüksək  səviyyəli  verilişlərin  ekranda  gö rün­

məsi  (“Səhər”  – AzTV),  “Həftə  çal­çağırı”  (SOY  “Space”  üçün), 

“Fövqəldünya və mən”, “Telebenefis” (“Space”), “Təmiz söhbət”, 

“Sevilən saat”, “Ən yeni tarix”, “Nəzər nöqtəsi” (ANS), “Qırmızı 

xətt” (SOY ABA üçün);

• Yeni nəsil jurnalistlərin və aparıcıların ekrana gəlişi (Mehriban 

Ələkbərzadə, Dilarə Əliyeva, Esmira Çərkəzqızı, İlhamiyyə Rzaye­

va, Fuad Babayev);

• Televiziya tənqidinin biçimlənməsi, nəzəri ədəbiyyatın yaranışı 

ilə teleyayıma ictimai nəzarətin güclənməsi: Qulu Məhərrəmlinin, 

Cahangir  Məmmədlinin,  Zeynal  Məmmədlinin,  Aydın  Dadaşo­

vun, Elşad Quliyevin dövri mətbuatda çıxışlarının sistematik hal 

alması, araşdırmalar, nəzəri problemlərin həll olunduğu kitabların 

çap olunması;

•  Dünya  TV  praktikasına  maraq,  inteqrasiya  meyilləri, 

əməkdaşlıq və artıq şöhrət qazanmış layihələrin adaptasiyası;

•  Bu  dövr  ərzində  ABA  kanalı  istisna  olmaqla  bütün  digər 

şirkətlərin piratçılıq yolu ilə əldə olunan audiovizual əsərlərin –  

bədii, sənədli filmlərin, teleserialların yayımına geniş yer ayırması, 

qanunsuz fəaliyyətin duyulması (2006­cı ilədək dövlət və ictimai 

kanal  başda  olmaqla  piratçılıqla  əldə  olunan,  heç  bir  lisenziya, 

icazə, yayım razılığı olmadan filmlərin dublyaj olunaraq verilməsi 

davam etmişdir), son illərədək futbol üzrə çempionatların, olim­

piadaların Türkiyə kanallarından qanunsuz yolla oğurlanaraq ya­

yımlanması;

•  Ümumi  mənzərədə  keyfiyyət  yüksəlişinin  duyulmaması, 

həvəskar səviyyədə qurulan fəaliyyətin meydan sulaması, ictimai 

funksiyaların  icrasında  sistemsizlik,  ciddi  nöqsanlar,  verilişlə­

rin istehsalçı şirkətlərdən alınması əvəzinə yayımçılar tərəfindən 

aşa ğı  səviyyədə  hazırlanması,  yaradıcı  dəst­xəttin,  simanın  mü­

əyyənləşməsində bir çox kanalların qətiyyətsizlik göstərməsi;

• Regional televiziyaların yaranışı, fəaliyyətdə olanların yenidən 

qurulması: Naxçıvan Dövlət Televiziyası (Naxçıvan MR) “Kəpəz”, 

“Alternativ” (Gəncə), “DünyaTV” (Sumqayıt), “Mingəçevir” (Min­

gəçevir), “Qütb TV”, “Xəyal” TV (Quba), “Cənub” TV (Lən kəran), 

“Aygün” TV (Zaqatala), “Simurq” TV (Tovuz);

Fikrimizi  ümumiləşdirərək  deməliyik  ki,  1994  –  2000­ci  illər 

Azər baycan  teleməkanında  kəmiyyət  artımı  başlıca  tendensiya 

kimi  özünü  göstərsə  də,  keyfiyyətin  yüksəlişi  sistematik  proses 

olaraq baş tutmadı. Yalnız ayrıca telehadisələr – layihələr ekrana 




36

gəlməklə gələcək inkişafa təsir göstərə bilirdi. Asan populyarlaş­

maq həvəsi sonsuz sayda qeyri­peşəkarların televiziyaya axınını 

artırdı və kadr qıtlığı ilə üzləşən yayımçılar onlara qapıları açdılar. 

Nəticədə səviyyəcə aşağı, peşəkarlıqdan çox uzaq verilişlər kanal­

larda  artdı  və  möhkəm  yer  tutaraq  ölkə  teleməkanının  simasını 

təşkil etdi.

Azərbaycan  teleməkanının  1991–2000­ci  illərinin  mənzərəsi 

həm  çinin ayrı­ayrı janrların, növlərin təhlili nəticəsində yarana bi­

lər. Bu dövr, sanki, hər bir şeyin yenidən yaranışını, yeniliklərin 

sürətli  axınını  xatırladır  və  belə  axınların,  xüsusilə  mədəniyyət 

prosesində heç də həmişə sağlam, saf olmadığını sübuta ehtiyacı 

olmayan  gerçəklik  kimi  qəbul  etsək,  yaranmış  yaradıcı  destabil­

liyin mənbəyini müəyyən etmiş olarıq. Ölkədaxili siyasi və sosi­

al  durum,  daha  çox,  bir  sistemdən  digərinə  keçid  mərhələsinin 

yaratdığı psixoloji problemlərlə zəngin idi: aqressiya, inamsızlıq, 

pessimizmə meyillilik, mövcud olan mövqelərin, ictimai formasi­

yasın dəyişməsi, dəyişmə zamanı olan xaos nəticəsində itirilərək, 

yenilərinin yaranması, bütün təbəqələrə təsiri, bundan doğan ruhi 

dayanıqlılığın itirilməsi. Cəmiyyət gözləmədiyi gerçəkliyi yaşadı 

və bu zaman bir çox “itkilər” verdi, bu “itkilər” izsiz, asanlıqla si­

linib gedə bilməzdi. Bütün postsovet məkanında hökm sürən ab­

hava  ölkəmizdə  1991–1993­cü  illərin  qarışıq  siyasi  situasiyası  və 

yuxarıda göstərdiyimiz ümummilli problemlərin təsiri ilə daha da 

şiddətli idi.

Belə  bir  dönəmdə  orta  minimum  həyat  tərzi  keçirən,  lakin 

arzu ları olan və istəklərini boğan insanlar üçün “xəyallar”ın uy­

durulması xilas rolunu oynaya bilər. Z. Freydin “İstəklər” nə zə­

riyyəsindən artıq bilinir ki, insan istəkləri boğulduqca, onda aq­

ressiya  və  cəmiyyətə  qarşı  düşmənçilik  yaranır.  Hazırda  kütləvi 

mədəniyyət  məhz  bu  aqressiyanın  qarşısını  almaq  naminə  “hər 

şey yaxşı olacaq, bunun üçün özünüzün taleyinizə inanın, fürsəti 

gözləyin” konsepsiyasını davamlı və məntiqi şəkildə yeridir. Bu 

bir az da vaxt ilə dinin, ruhanilərin cəmiyyətdə narazılığın qarşı­

sını almaq üçün irəli sürdükləri “cənnətə vəsiqə” konsepsiyasına 

bənzəyir. Sadəcə, ölümdən sonrakı “cənnətə” yeni dünyada yara­

nan etimadsızlıq, bu “cənnətin” real həyatda axtarışına və kütlənin 

buna inanmasına nail olmaq üçün kütləvi mədəniyyət dindarların 

oynadığı funksiyanı tamlıqla öz öhdəsinə götürdü. 

Azərbaycan  cəmiyyətində  bu  proses  özünü  daha  qabarıq  gös­

tərdi.  Kommunizm  ideyalarının  puç  olması,  sosial  çətinliklər, 

insanların  işsiz  qalmaları,  əhalinin  böyük  əksəriyyətinin  yoxsul­




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə