TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə12/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   8   9   10   11   12   13   14   15   ...   171

27

aylarla  hesablamaq  gerçəyi  üzə  çıxır.  Azərbaycan  televiziyası­

nın təşəkkül tarixinin 1991­ci ilə qədərki dönəmini iki mərhələyə 

bölməklə öyrəniriksə, 1991 – 2010­cu illərin tarixini artıq bir qədər 

çox mərhələyə bölmək tələbi meydana çıxır. Tarixi təhlil dövrün 

ədəbi­bədii, sosial, mədəni proseslərinin kontekstində yanaşmanı 

vacib edir. Hər bir proqram, yaxud televiziya yaradıcılığında ten­

densiyalar (tutaq ki sitkom, infoteynment, gerçək şoular, kapital 

şoular,  nikah­tanışlıq  verilişləri  və  s.)  müəyyən  kulturoloji,  este­

tik, yaxud sosial dəyişkənliyin məntiqi nəticəsidir. Televiziya ya­

radıcılıq prosesi yoluxan xəstəlik kimi müəyyən tipli verilişlərin 

sürətlə çoxalması, forma dəyişkənliyi ilə təkrarlanmasıyla yadda 

qalır. Bu mənada televiziya tarixi tamam başqa zaman ölçüsü, adi 

tarixi­xronoloji yanaşma ilə deyil, zövq və istəklərin dinamikası­

nın dəyişmə xronotipi ilə hesablanmalıdır. Teleyayımın statistika­

sı, verilişlərin ömrü, onların hansı dönəmdə üzə çıxması və yaxud 

efirdən getməsi televiziyaşünaslığın əsas hədəfi olmaqla proqnoz 

verilməsi işində mühüm yer tuta bilər.  

Deməliyik ki, ölkəmizdə bu iş davamlı və ardıcıl şəkildə yerinə 

yetirilməyib.  Biz  elmi  işimizdə  məhz  bu  yanaşmanı  rəhbər  tu­

tub dönəmlərə görə TV­də baş verən yaradıcı dəyişiklikləri, yeni 

layihələrin uğurunu, axtarışları, yenilikçi meyilləri çözməyə çalışı­

rıq. Məhz müəyyən bir teleməhsulu qiymətləndirərkən, yaxud onu 

çözümə  cəlb  edərkən  onu  bədii,  estetik,  yaxud  sosial  mahiyyəti 

ilə  bərabər  hansı  tarixi  yolu  keçdiyini  göstərmək,  bu  dövrün 

mənəvi­ictimai  mənzərəsini  canlandırmaq  lazımdır.  Azərbaycan 

teleməkanının 1998 – 2010­cu illəri ən dəyişkən, köklü sıçrayışla­

rın, keyfiyyət də yişmələrinin baş verdiyi dönəm kimi yadda qa­

lacaq.  Bu  həm  televiziya  quruculuğu  illəri,  həm  də  ölkənin  iqti­

sadi inkişaf dönəmidir. İqtisadi inkişaf telesənayeyə birbaşa təsir 

edərək  onun  keyfiyyət  sıçrayışlarına,  yeni  axtarışlara  sövq  edən 

hadisədir. Tarixi yanaşma elmidir, hərtərəflidir, televiziyaşünaslıq 

üçün vacibdir və metodologiyada öz yeri, mahiyyəti vardır. 

Futuroloji  yanaşma  gələcəyin  elmi  proqnozunu  verməklə  te­

leyayımın  təsirinin  nəticələrini  qiymətləndirməyə  imkan  verir. 

Tədqiqatda  məşhur  futuroloqların  əsas  nəzəriyyələrini,  mü la­

hizələrini çözərək bu elmi qənaətə gəlmişik. Bu mənada futu roloji 

çözüm,  tədqiqat  televiziya  yaradıcılığının  fəaliyyətinin  proqnoz­

laşdırılmasını,  yeni  yanaşmayla  zəngin  olmasını  təmin  edir.  Te­

leviziya  dəyişkən,  dinamik  təbiətə  malikdir.  Seyrçinin  sabah  nə 

istəyəcəyini, onun zövqünün hansı səmtə yönəlməsini müəyyən 

etmək olduqca vacib şərtdir. Bunu həm də rəqabət, reytinq uğrun­




28

da gedən mücadilə tələb edir. Bu mənada teleyayımın bugünkü 

təsiri  sosioloji,  kulturoloji  yanaşmadırsa,  onun  nəticələri  və  bu 

nəticədən  doğan  tələblər,  istəklər  futuroloji  araşdırmanı  vacib 

edir.  Yeni  texnikanın  tətbiqi  televiziyanın  imkanlarını  sərhədsiz 

etdi,  onun  təsir  imkanlarını  artırdı,  bununla  da  yeni  futuroloji 

aspektləri müəyyən etdi. Yeni dönəm daha dinamik, dəyişkən gö­

rüntü hesabına göstərilən informasiyanın təsiri ilə yaşayan insanın 

sabahı necə olacaq? Bu gün göstərilən serialın nəticəsi, onun təsiri 

artıq sabah üzə çıxır; kütləvi intihar, boşanma və s. təbəddülatları 

proqnozlaşdırmaq  futuroloji  yanaşmanın  əsasında  durur.  Ka­

bel, xüsusiləşdirilmiş teleyayım, internet yayımı yeni üfüqlər aç­

maqla sosial və kulturoloji problemlər yaradır. Onların vaxtında 

proqnozlaşdırılması,  təyinatının  müəyyənləşdirilməsi  vacib  iş 

kimi  televiziyaşünaslığın  qarşısında  durur.  Həmçinin  inkişaf  et­

miş dövlətlərdə yaranan teleməhsullar, bu həyatı tərənnüm edən 

ekran  nümunələri,  ən  çox  da  seriallar  digər  ölkələrin  həyatında 

təbəddülatlar yarada bilər, sosial problemləri önə çəkər. “Bu artıq 

baş verir” desək, yanılmarıq. Məhz inkişaf etmiş ölkələr tərəfindən 

seriallar sabahın silahı kimi üçüncü ölkələrə ixrac olunur. Onların 

mədəni, sosial həyatına, adi məişətinə yeni hava gətirir. Bütün bun­

ları  proqnozlaşdırmaq  futuroloji  yanaşmanın  mahiyyətidir.  Yu­

ventologiya  və  gənclərin  submədəni  prosesini  qiymətləndirmək, 

onların  psixi  durumunu,  yaşantılarını  müəyyən  etmək  televi­

ziyaşünaslığın  qarşısında  duran  vəzifələrdəndir.  Teleyayımın 

təsiri, onun yeni nəslin tərbiyəsində oynadığı rol, gələcəkdə hansı 

hədəfləri,  istiqamətləri  əsas  götürməsi  başlıca  suallardan  biridir. 

Teleyayım istiqamətinin proqnozlaşdırılması olduqca əhəmiyyətli, 

qaçılmaz işdir və televiziyaşünaslığın əsas vəzifələri kimi ortaya 

çıxır. 


Televiziyanın yaradıcı mahiyyəti, onun axtarışları və bütün so ­

sial­ictimai  tərəfləri  sənətşünaslığın  tədqiqat  dairəsinə  daxil dir. 

Televiziyanın  yaranışı  estetika,  sənətşünaslıq  qarşısında  mü  hüm 

vəzifələr qoydu. O cümlədən, teletənqidin metodolo gi yasını, təhlil 

mexanizmini  dəqiq  təyin  etmək,  predmetini,  kom  ponentlərini 

müəyyənləşdirməklə  bütöv  və  ayrıca  şəkildə  çö zü münü  apar­

maq  sənətşünaslığın  başlıca  vəzifələrindəndir.  Te  leviziyaşünas­

lıq  sənətşünaslığın,  ekranşünaslığın  xüsusi,  daha  mü rəkkəb 

is ti qamətidir. Texniki inkişaf, yeni texnologiyaların tət biqi televizi­

yanın  yaradıcı  mənzərəsini  dəyişdirmək  gücünə  malik  olmaqla, 

dəyişkən mühit yaradır. Televiziya teatr, kinodan fərqli olaraq daha 

çox sənətləri əhatə etdiyindən bir çox ictimai elm lərin qovuşuğun­




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə