TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə22/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   18   19   20   21   22   23   24   25   ...   171

50

gözləyən seyrçi az tapılandır. Kütləvi seyrçi məhz bu cür adam­

lara hesablanmış verilişlərə baxmaq istəmir, bunu ağır yük hesab 

edir, bəzənsə qorxaraq ondan qaçır. Televiziya adamı bu yükü da­

şımağa hazır deyil. İntellektə hesablanmış verilişlər seyrçini itirir 

və reklamverici də az baxılan layihələrə sərmayə qoymaq istəmir. 

Sadə  məntiqlə,  reklam  yığmayan  layihələri  təkmilləşdirməyə  is­

tehsalçının imkanı olmayacaq: nə texniki cəhətdən, nə də peşəkar 

personalın  cəlb  olunmasına  vəsait  olmayacaq  və  nəticə  etibarilə 

veriliş  aşağı  səviyyədə  alınacaq.  Yüksək  ideyalardan,  mənəvi 

məsələlərdən bəhs edən proqramın keyfiyyətsiz təqdimatı mədə­

ni­maarifləndirmə  və  sosial­pedaqogika  işinə  böyük  zərbə  ola 

bilər. Zəif veriliş özünün vizual gücünü, görüntü magiyasını itirən 

verilişdir. Bu isə seyrçini nəinki cəlb edər, əksinə onu uzaqlaşdı­

rar. Bu mövzuların bəsit təqdimatı nəticəsində mövzunun özünə 

dünyagörüşündə və alt şüurda antipatik münasibət yarana bi  lər. 

Kütləvi  mədəniyyət,  əslində,  folklorun  yerini  tutdu.  Yeni  küt­

ləvi mədəniyyət daha rəngarəng olmaqla folkloru tam əvəz etdi 

və elə folklor kimi öz miflərini, qəhrəmanlarını, dastanlarını (se­

riallarını),  nağıl  inanclarını  yaratdı  və  kütləvi  surətdə  yaydı.  TV 

mədəniyyəti açıq­saçıqlığı və cəsarətliliyi ilə seçilir. Məşhur şou­

men Lari Kinqin ilk dəfə TV­də etdiyi eksperimentlər çox sürətlə 

yayıldı və indi yerli mətbuatda terminləşmiş ifadə olan “soyunma” 

dəbə çevrildi. İnsanlar bu tip açıq­saçıqlığı karnavalda, maskanın 

altında gizlənərək çatdıra bilərdilər. Ancaq indi karnaval estetikası 

ekrana gələrək bütün gizlədici maskaları cırıb atır və gizlənməyə 

əsas qoymur. Doğrudur, əvəzində başqa maska – daha şəffaf tele­

obraz təqdim olunur. Amma bu, gizlənmək üçün deyil, sevilmək, 

şüurlara həkk olunmaq, vizit kartına çevrilmək üçün təqdim olu­

nur. Sosial maska teleobrazın başlıca məqsədidir və hər bir obrazın 

öz keyfiyyətləri, cəhətləri burada əksini tapmaqdadır. Soyunma, 

açıq­saçıqlıq  qədim  insanın  təbiətinə  xas  idi,  müxtəlif  çoxallahlı 

dini ayinlərdə üzü gizlətməklə soyunmaq, ayini icra etmək torpa­

ğın məhsuldar olması üçün edilən aksiya  olmaqla bərabər, insa­

nın gizli hisslərinin tələbatını da ödəyirdi. İndi bu karnaval və ya 

ayinlər TV­yə transfer etmişdir. Teleyayım zamanı asanlıqla soyu­

nan ulduzlar bunu küçədə edə bilməzlər. Ən azı, qanun buna yol 

verməz. TV şousunun isə öz qaydaları var və bu tip şoular seyrçi­

nin şüuraltı istəklərinə hesablandığından, böyük auditoriya topla­

yır. Auditoriya qınamağına baxmayaraq, soyunan obyektə baxır və 

onu diqqətlə izləyir. Televiziya şousunda kütlə qanunu işə düşür. 

Karnavallarda olan kütləvilik ekstaz yaradır. Televiziya şousunda 




51

da bu ekstaz baş verir. Ulduz bu kütlənin diqqətindən həzz ala­

raq bir an içində qəhrəman olur. Şou isə öz növbəsində güldürən, 

heyrətləndirən bir tamaşaya çevrilir. 

Televiziyanın insan inkişafına təsirini müəyyənləşdirmək telea­

raşdırmada başlıca vəzifəyə çevrilib. Çünki 24 saat yayımlanan, bir 

qədər də sərhədsiz, hüdudsuz, audio­vizual informasiya axını insa­

nı biçimləndirir. Auditoriyanın tələbatı ilə ötürülən in formasiyanın 

miqdarını və təsir payını ölçməyə çalışsaq, bu mənzərə alınar: əgər 

E–informasiyanın təsir effekti, M–TV­nin məqsədi – auditoriyanın 

informasiya tələbatının ödənilməsi, N–kütləvi auditoriyanın konk­

ret kateqoriyasına TV təsirinin nəticəsi, T–auditoriyanın müəyyən 

hissəsinin  tələbatı,  K–kütləvi  audio­yayı ma  ünvanlanmış  infor­

masiyanın  keyfiyyəti  kimi  şərti  işarələrlə  ifadə  etsək,  aşağıdakı 

bərabərlik alınar: E=N/M=N/T=K/T

Buradan aydın olur ki, auditoriyanın həcminin və keyfiyyətinin 

artımı  auditoriyanın  bu  informasiyaya  olan  tələbatını  aşağı  sa­

lacaq.  Əksinə,  auditoriyanın  bu  və  ya  digər  informasiyaya  olan 

tələbatının artımı onun azlığından və keyfiyyətsizliyindən xəbər 

verir. Tam bərabərlikdən isə söhbət belə gedə bilməz; ona görə ki, 

auditoriya yekcins deyil və tələbat da həmçinin artandır. İnforma­

siyanın keyfiyyəti təşkilati­yaradıcı zəhmətdən, tələbat isə sosial­

psixoloji bir mərhələdən keçir. 

Kulturoloq A.  Mollun  təbirincə  desək,  çağdaş  insan  öz  mə də­

niyyətini  biliklərin  məqsədyönlü  artırılması  yolu  ilə  deyil,  mə­

dəniyyətin  ayrı­ayrı  elementlərinin  axını  ilə  toplaşan  mədəni 

fə aliyyət  prosesindən  bəhrələnməklə  artırır.  Bu  proses  sistemli 

deyil, çoxçeşidli və xaotikdir. Bu isə öz­özlüyündə mədəniyyəti də 

sis temsiz edir. Bir sahədə novatorluğa meyil edən fərd incəsənətin 

bir  çox  növlərində  xilas  olunmaz  mühafizəkara  çevrilir.  Deməli, 

incəsənətə və mədəni prosesə münasibəti sistemli deyil, təsadüfi 

informasiya axını ilə biçimlənib. Mahiyyətcə fərd bu prosesin özü­

nü də anlaya bilmir və kortəbii axına qoşulur. 

M.  Maklüenin  qaynar  və  soyuq  kommunikasiyalarla  bağlı  nə­

zəriyyəsinə uyğun təsnifat apararaq, bir hissin davamı olan infor­

masiyanı çatdıran vasitələri (çap, kino, foto, radio) qaynar, verilən 

informasiyanı yeni məlumatı almaq hissini aşılayan, istehlakçının 

yaşantı,  düşüncə  və  fantaziyasını  gücləndirən  vasitələri  soyuq 

vasitələr  (TV,  komiks)  adlandıraq.  Qaynar  vasitələr  mütəmadi 

sirlər  yaradır,  auditoriyanın  prosesdə  iştirakına  imkan  vermir. 

Əksinə, soyuq vasitələr isə auditoriyanı fəallaşdırır və veriləni ta­

mamlamağa sövq edir. Qaynar radionun müharibə vəziyyəti yarat­




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə