TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə17/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   13   14   15   16   17   18   19   20   ...   171

39

dakı canlı yayımlarda, verilişlərdə iştirak edirdi. Müğənnilər hər 

cür  müzakirələrdə,  hər  tip  verilişlərdə  iştirak  edirdilər:  mət bəx, 

gözəllik, din, iqtisadiyyat, kriminal, qloballaşma və s. A. Dadaşov 

bu tipli verilişlərdə ifratavarma hallarını önə çəkərək haqlı olaraq 

tənqid edir: “…müəlliflərin və qəhrəmanların səriştəsizliyini üzə 

çıxaran bu verilişlərdə bəzən sənətkarların öz qohum­tanışlarını və 

sevimli ev heyvanlarını da lüzumsuz şəkildə nümayiş etdirmələri 

tamaşaçıya hörmətsizliyin təzahürünə çevrilir. Bu tipli verilişlər te­

leviziyalara gəlir gətirməklə yanaşı, eyni zamanda onların imicinə 

də mənfi təsir göstərir” (23, səh. 76). Müğənnilərlə verilişlər özü­

nün dramaturji həllini tapmaqla yalnız söhbət­xatirat, söhbət­tərif 

şəklində  qurulmamalı,  mövzu  seçimində  ziddiyyətli  məqamlar, 

açıq  tənqidi  fikirlər  və  aparıcı  ilə  qonaq  arasında  maraqyaradıcı 

mübadilə olmalı, mahnı ifaları verilişin modelində özünə tamlıqla 

yer ala bilməlidir. Lakin, təəssüf ki, çağdaş teleməkanımızda olan 

verilişlərin bir çoxunda ədəbi material özünü doğrultmamış hal­

da çıxış edir və yalnız məzmunsuz söhbətdən ibarət olur. Aparıcı 

qonaqdan  müəyyən  bir  açıqlama  və  ya  hansısa  problemlə  bağ­

lı rəy almaq əvəzinə yorucu, cansıxıcı söhbətə yer verir və “belə 

verilişlərin dəqiq ssenarisi və mövzu həlli olmadığından ekranda­

kılar  bir­birinin  şəninə  yeri  gəldi­gəlmədi  xoş  sözlər  söyləyir  və 

ara­sıra mahnılar oxuyurlar” (23, səh.76). Bu halda veriliş təriflərlə 

dolu və mahnılarla növbələşən söhbəti xatırladır ki, burada artıq 

hər hansı bir tərzdə əyləncə elementi və ya rekreativ əhəmiyyət 

tapmaq olmaz.  

Yararsız, lakin hakim olan əyləncə sənayesinin önündə informa­

siya, tədris, maariflənmə, sosial­pedaqoji mahiyyətə qulluq edəcək 

verilişlər  görünməz  halda  mövcud  ola  bilirdi.  Yuxarıda  biz  bir 

neçə  uğurlu  layihənin  adını  qeyd  etməklə,  əslində,  bu  sahədə 

atılan  addımların  böyük  əksəriyyətinin  qəbul  olunmamasının 

səbəblərindən  biri  kimi  müəllif  təhkiyəsinin  konsepsiyasızlığnı, 

təfsirin bayağılığını, forma problemlərini, estetik həllin solğunlu­

ğunu göstərməliyik. Cansıxıcı və yorğunluq bəxş edən teletədrisin 

və  ya  maariflənmənin  əhəmiyyətinin,  təsir  gücünün  olmadığı 

çoxdan  bəlli  gerçəklik  kimi  qəbul  edilərək  müstəqil  milli  televi­

ziyamızın  ilk  onilliyində  yaxşıca  unudulmuşdur.  Hətta  məişət 

problemlərinə  həsr  olunmuş  psevdo  tok­şoularda  yalançı  və 

gərəksiz akademizm, süstlük, rəvanlıq çox sadə şəkildə bu ətrafda 

qonşusu  ilə  müzakirə  aparmaq  və  ya  Türkiyə  kanalında  onun 

üçün  rahat  qavranılan  tərzdə,  peşəkarlıqla  düşünülmüş  model 

əsasında qurulan tərzdə verilişə baxmaq imkanı olan seyrçi üçün 




40

bütün bunlar maraqsız, lazımsız görünürdü. Telepublisistika seyr­

çi ilə ünsiyyətə girə bilməyərək, onunla dil tapmayaraq, ciddi uçu­

rum yaranmasına səbəb olmuşdu. Eyni sözlər uşaq verilişlərinə, 

gənclər  üçün  proqramlara  da  şamil  oluna  bilər.  Gənc  seyrçilər 

nəinki onları izləmirdilər, heç adlarını da bilmirdilər ki, bu da ka­

nalın auditoriyasının itirilməsindən başqa bir şey deyildi.

Yuxarıda  verilən  ümumiləşmiş  icmal  və  prosesin  təhlili  onu 

deməyə əsas verir ki, 1991–2000­ci illərdə Azərbaycanda televiziya 

şirkətlərinin fəaliyyəti heç bir yaradıcı konsepsiyaya söykənmədən 

bir qədər başıpozuq şəkildə qurulmuşdur. Əyləncənin üstələməsi, 

qeyri­peşəkar yanaşma və geridə qalmış texnologiyaların teleya­

yımın əsas mənzərəsini təşkil etməklə, bu kütləvi kommunikasi­

ya  vasitəsinin  əhəmiyyətinin,  baxımlılıq  dərəcəsinin  cəmiyyətdə 

ciddi yer almamasına səbəb olması söylənilənlər əsasında gəlinən 

qənaətdir.  2000­ci  ildən  başlayaraq  yeni  kanalların  gəlişi  ilə  rə­

qabətin şiddətlənməsi, seyrçi toplamaq uğrunda mübarizənin art­

ması keyfiyyətcə yeni mərhələnin başlanmasını tələb edirdi. Ölkə 

iqtisadiyyatının inkişafı, əhalinin güzəranında yaxşılaşma yayım­

çıların kommersiya maraqlarının üfüqünü genişləndirməklə onla­

rın yeniləşməyə marağını artırdı. Artıq yeni dövrün qanunları tam 

qüvvəsi ilə olmasa da, işləməyə başladı və əslində bu, məzmunca 

fərqli  problemlərin  ortaya  çıxmasına  səbəb  oldu.  Peşəkarlaşma 

və ixtisasartırma sahəsində bütün bu müddət ərzində heç bir işin 

görülməməsi – telemütəxəssislər hazırlayan ali məktəblərin olma­

ması, profil üzrə xaricə təhsil almağa heç kəsin göndərilməməsi, 

xaricdə telejurnalistika təhsili alan şəxslərlə yerli seyrçi arasında 

uçurum yaranması, əslində, ümumi yaradıcı səviyyənin artımını 

ləngidən səbəblər kimi bu gün də kəskinliklə qarşıda durur. 

1.3 Televiziya verilişlərinin təhlil metodologiyasının əsasları 

Televiziya  kütləvi  informasiya  vasitəsi  olmaqla  bərabər  incə­

sənətin  bir  növü  kimi  artefakt­yayım  vahidini  ortaya  qoyduğu 

üçün onun təhlilinin, çözümünün istər ədəbi material – jurnalis­

tika, drama turgiya, istərsə də yaradıcı tərəfdən həyata keçirilməsi 

aydın mən zərənin meydana gəlməsinə şərait yarada bilər.

Məşhur alim, estetik Y. Boryevin televiziyanı xarakterizə edərək, 

ona kütləvi video­informasiya vasitəsi kimi digər sənətlərin ötü­

rücüsü və məişət estetikasının cilovlanmış təəssüratını uzaq mə­

safədən  ötürə  bilən  yeni  incəsənət  növü  kimi  dəyər  verməsi 

həyatımıza daxil olan televiziyanın gerçək mahiyyətini izah etmiş 

olur. Onun sosial dəyərinin təkcə video və audio­informasiyalılığı 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə